Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


FƏSIL II. Dünya iqtisadi böhranı şəraitində Azərbaycanın xarici iqtisadi



Yüklə 0,75 Mb.
səhifə3/6
tarix21.10.2017
ölçüsü0,75 Mb.
1   2   3   4   5   6

FƏSIL II. Dünya iqtisadi böhranı şəraitində Azərbaycanın xarici iqtisadi əlaqələri

2.1.Azərbaycanın xarici iqtisadi fəaliyyətinin qiymətləndirilməsi
Azərbaycan Respublikası müstəqillik əldə etməsi ilə iqtisadi-siyasi həyatın bütün sahələrində islahanlar etməyə başlamışdır. Problemin tədqiqinin I fəslinin 2-ci paraqorafında bu məsələlər ətraflı şərh edilmişdir. Fəsildə göstərildiyi kimi bu islahatlar xarici iqtisadi əlaqələrin formalaşdırılmasını da özündə əks etdirmişdir. Xüsusi ilə vurğulanmışdır ki, xarici iqtisadi fəaliyyətin formalaşdırılmasının başlıca hədəflərindən biri milli iqtisadiyyatın milli mənafeləri uyğun reallaşdırılmasına əlverişli yaradılmaşdır. Ölkəmizin xarici iqtisadi fəaliyyətinin qiymətləndirilməsi zamanı diqqəti çəkən mühüm məsələlərdən biri onun milli mənafelərinin reallaşmasına onun əhəmiyyətli təsir imkanına malik olmasıdır, və bu təsir imkanı nə səviyyədədir. Milli iqtisadiyyatlar dünya iqtisadiyyatına inteqrasiya etməklə onun üstünlüklərindən faydalanma imkanı əldə edirlər. Real gerçəklikdə isə hər bir ölkə fərqli səviyyədə bu üstünlükdən faydalanırlar. Dünya bazarına müstəqilliyin ilk illərindən başlayaraq dünya bazarına Azərbaycan xammalla çıxmışdır. Təbii rəqabət üstünlüyə malik olan neft və neft məhsulları ilə uzun müddət dayanıqlı iqtisadi inkişafı təmin etmək mümkün deyil. Dünya iqtisadi böhranı neftin qiymətinin qısa bir müddətdə kəskin şəkildə aşağı düşməsi bu fikrin doğruluğunu burada əyani şəkildə sübut etdi. Ona görədə Azərbaycan kimi ölkələr xüsusi ilə də dünya bazarında neft təklifinə əhəmiyyət bir dərəcədə təsir olmayan ölkələr xarici iqtisadi fəaliyyətinin şaxələndirilməsinə xüsusi fikir verməlidirlər. Milli iqtisadiyyat perspektivlərinin yol xəritəsi vaxtında təqdim olunmuş dövlət sənədidir və Azərbaycan iqtisadiyyatının bütün sektorlarının inkişafının stimullaşdırılmasına əlverişli şərait yaradacaq. Milli iqtisadiyyatın inkişafının yeni mənbəllər hesabına stimullaşdırılması xarici iqtisadi fəaliyyətin canlanmasında da öz əksini tapacaq. Rəqabət qabiliyyətli milli məhsulların istehsalı idxal və ixracın güclü təsir göstərəcək idxalı əvəzləyən məhsul istehsalının artımı idxal məhsullarına xərclənən valyuta ehtiyatlarına qənaət edilməsinə gətirib çıxaracaq. İxracdan əldə olunan dönərli xarici valyuta ehtiyatları isə ölkənin təhlükəsizlik yastığının kifayət dərəcədə etibarlı olduğunu göstəricisinə çevriləcək. Xarici iqtisadi fəaliyyətin qiymətləndirilməsinə bu prizmadan yanaşmaq onun haqqında obyektiv təsəvvür yaratmağa mikan verir.

Azərbaycanın iqtisadi inkişafının müasir mərhələsində Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinə uyğun olaraq iqtisadiyatın SWOT təhlili əsasında onun güclü tərəfləri, zəif tərəfləri qiymətləndirilir.Bu qiymətləndirməyə uyğun olaraq həmçinin xarici iqtisadi fəaliyyət də dəyərləndirilir.

Xarici iqtisadi əlaqələrin inkişafı və təkmilləşdirilməsi ayrı-ayrı ölkələrin milli iqtisadiyyatının beynəlxalq təsərrüfat miqyasında inteqrasiyasının sürətləndirilməsinin əsas amilidir. Ölkələr iqtisadi inteqrasiyaya qoşularaq bu yolla öz istehsal güclərini, istehsalın səmərəliliyini və bütün bunların nəticəsində isə əhalinin ümumi rifah səviyyəsini artırmağa çalışırlar.

Beynəlxalq münasibətlərin təkmmilləşdirilməsimilli iqtisadiyyatların dünya iqtisadiyyatına inteqrasiyasının başlıca mənbələrindən biri hesab olunur.Heç bir ölkə milli iqtisadiyyatlarının inkişafını əlverişli şərait yaratmaq imkanına malik olmadıqlarına görə bu və ya digər inteqrasiya qurum və təşkilatlarında təmsil olunmaqla beynəlxalq əmək bölgüsündən faydalanaraq iqtisadi inkişafa nail olmağa çalışırlar.

Kapitalın və maliyyə resurslarının hərəkəti balansı müxtəlif formalarda milli iqtisadiyyatlara daxil olan və milli iqtisadiyyatlardan ixrac olunan investisiyaların balansını əks etdirir. Birbaşa və portfel investisiyalar, dövlətin və özəl sektorun xarici borcunun dəyişiməsi tədiyə balansının bu bölməsində öz əksini tapır.

Ticarət, xidmətlər və transfertlər balansının məcmusu tədiyə balansının saldosu kimi ifadə olunur. Tədiyə balansının və kapitalın hərəkəti balansının saldosu ilə valyuta ehtiyatlarındakı fərqləri məbləğinin məcmu həmişə sıfra bərabər olur.



Son illər neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində cari əməliyyatlar hesabının ümumi saldosu 2 milyard dollardan çox azalmışdır. Azərbaycanın tədiyyə balansının mənfi saldoya keçməsi təhlükəsi var. Bu da maliyyə sabitliyinə pozulmasına öz təsirini göstərə bilər.Artıq 2016-cı ldə belə hal müşahidə olundu.

Xarici ticarət balansı tədiyə balansının mühüm tərkib hissəsi olmaqla yanaşı maliyyə sabitliyinin təmin olunmasına təsir göstərən amillərdəndir. Maliyyə sabitliyinin təmin olunması əsas göstəricilərindən biri xarici ticarət balansının kəsirlilik səviyyəsidir. Xarici ticarət balansı ölkənin xaricdən asılılığını müəyyən edən göstəricidir. İxrac və idxalın səviyyəsi ölkənin iqtisadi inkişaf səviyyəsinə təsir edən amillərdəndir.

Əgər idxal həcmi ixracın həcmindən çox olarsa bu zaman xarici ticarət balansı mənfi olur, və iqtisadiyyatda qeyri-sabitlik vəziyyətinin olmasına şərait yaradır. İxracın həcmi idxaldan çox olarsa xarici ticarət balansı müsbət olur və iqtisadiyyatda mütləq sabitlik vəziyyətinin olmasına şərait yaradır. İdxal və ixrac bərabər olması isə narmal iqtisadi sabitlik vəziyyətinin olmasına şərait yaradır.

Milli iqtisadiyyatın əsas sektorlarının strateji yol xəritəsinə uyğun olaraq bazar münasibətlərin formalaşdırıldığı hazırkı mərhələdə Azərbaycan Respublikasının xarici iqtisadi strategiyasının mühüm istiqamətlərini onun ixrac imkanlarının artırılması, tək ixrac deyil, həm də idxal əməliyyatlarının strukturunun təkmilləşdirilməsi, dünya bazarına rəqabətqabiliyyətli məhsullarla çıxılması təşkil edir və bütün bu proseslər isə ölkənin maliyyə durumunun yaxşılaşması, ölkə iqtisadiyyatının inkişafı, maliyyə sabitliyinin möhkəmlənməsi üçün şərait yaradır[28, səh.287].

İxrac siyasətinin əsas istiqamətlərindən biri də ixracyönümlü məhsullar istehsalinı stimullaşdırmaqla sahibkarlarınməhsl ixracına həvəsləndirilməsidir. stimullaşdırılması siyasətidir. Azərbaycanda strateji yol xəritəsinə uyğun olaraq ixracın stimullaşdırılmasının bir neçə metodundan istifadə etmək məqsədəuyğun olardı:

1.Qeyri-neft shələrinin mühüm sahələrinə vergi və gömrük güzəştlərinin mümkün formada tətbiq edilməsi imkanları;

2. xarici ticarət fəaliyyəti ilə əlaqədar olan sahələrdə məqsədli investisiya proqramlarının hazırlanması və həyata keçirilməsi;

3. ixracın stimullaşdırılmasında lizinq xidmətləri mühüm rol oynaya bilər ,onun daha mütərəqqi formalarının tətbiqi;

4. ixracı stimullaşdırmaq üçün istehsalçılara rəqabət qabiliyyətli məhsul istehsalı üçün dövlət yardımlarının verilməsi.

5. ixrac-idxalı stimullaşdırmaq məqsədi ilə səmərili fəaliyyət göstərə biləcək krditləşmə mənbəyinin olması əsas şərtlərdəndir əməliyyatları;

6.Əsas vəzifələrdən hesab olunan Azad iqtisadi zonaların, elmi-texniki zonalarından yaradılması diqqət mərkəzində olmalıdır .

Artıq Azərbaycanın xarici iqtisadi fəliyyətində çox ciddi quruluş dəyişiklikləri baş verir. Tədricən idxalı əvəxləyən məhsullrın ölkə sahibkarları tərəfindən istehsalının təşkili daxili bazardan analoji məhsulların sıxışdırılıb çıxarılmasına əlverişli şərait yaradır.Uzun müddət ölkəmizdə ixracın əhəmiyyətli hissəsi neft məhsullarının payın düşmüşdür.İqtisadi artım tempinin aşağı düşməsi illərindən başlayaraq (2010-ci il) Qeyri-neft sektorunda məhsul istehsalının stimullaşdırılmasına xüsusi diqqət verilməyə başlanılmışdır. Bu məqsədlə həmin illərdən başlayaraq hökümət tərəfindən məqsədli proqramlar hazırlanmışdır.Milli iqtisadiyyat perspektivləri strateji yol xəritəsinin 2016-cı ilin 6dekabrda qəbul edilməsi isə demək olar ki,yaxın gələcəkdə neftdən asılılığı minimuma endirməklə qeyri-neft sektorunun inkişafın güclü təkan verəcək. Ölkəmixdə sənaye parklarının yaradılması qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində əvəzsiz rol oynayacaq.Bir sıra şəhərlərdə sənye parklarının yaradılması Sumqyıtda, Gəncədə,Pirallahıda ) sənaya parklarının yaradılması istehsal olunan məhsulların rəqabətqabiliyyətliliyini yüksəltməklə yanaşı ixracı stimullaşdıracaq və idxalı əvəzləyən məhsul istehsalına əlberişli şərait yaradacaq.Son dövrlər Azərbaycan Respublikasının xarici iqtisadi əməkdaşlığında Rusiya Federasiyası,Gürcüstan və Türküyə Respublikası ilə elektrik eneryi istesalı və satışı sahəsində olan əməkdaşlıqdır.

Əvvəllər, keçid dövrünün ilkin mərhələlərində Azərbaycanın xarici iqtisadi fəaliyyətində keçmiş ittifaqa daxil olan müttəfiq respublukalara üstülük verirdisə iqtisadi inkişafın yeni mərhələlərindən başlayaraq uzaq ölkələrdə xarici iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynamağa başlamışdır.Azərbaycan Respublikasının ixracının 90-95 %-nin ,idxalının təxminən 75%-nin Avropa vəuzaq xarici ölkələrin payına düşməsinə baxmayaraq Azərbaycan Rusiya Fedarsiysı ,Gürcüstan, Belarus Respublikası,Türkmənistan, Qazaxstan,Özbəkstan və digər MDB respublikaları ilə (Ermənistan istisna olunmaqla) həm MDB inteqrasiya inteqrasiya birliyində həmdə ikitərəfli fomada səmərəli əməkdaşlıq edir.

İqtisadi inkişafın müəyyən mərhələsindən (2003-ci il)başlanan maliyyə sabitliyi bir onillik ərzində Azərbaycan iqtisadiyyatının inkişafına əlverişli şərait yaratmaqla dünya iqtisadiyyatına inteqrasiyanın yeni üfüqlərini müəyyənləşdirmişdir. Ölkəmiz kifayyət dərəcədə özünü etibarlı tərəfdaş kimi tanıda bilmişdir.Heç bir yüksək risk olmadan ölkəmizə xarici investorlar investisiya qoymuşlar.Ölkəmiz investisiya idxal edən ölkədən investisiya ixrac edən ölkəyə çevrilmişdir.Hətta çox iri layhiələrin (TAP, TANAP)investiyalaşdırılması təşəbbüsnü pespublikamızöz üzərinə götürmüşdü.Doğrudur son illər dünya iqtisadi böhranının təsiri altında 2015-ci ildən başlayaraq maliyyə sabitliyinin pozulması müşahidə olunmaqdadır. Lakin bunun qarşısını almaq məqsədi ilə çox ciddi tədbirlər görülməkdədir. Bu ciddi tədbirlər Milli itisadiyyatın əsas sektorlarının strateji yol xəritəsində öz əksini tapmışdır. 

Ölkəndə maliyyə sabitliyinin təmin edilməsi əhəmiyyətli dərəcədə xarici borcun səviyyəsindən asılıdır.Döğrudur ölkələr arası əməkdalıqda xarici borc müəyyən mənada zəruru şərt kimi çıxış edir.Lakin bu xarici borclanma elə həddə olmalıdırki milli iqtisadi inkişafa mane olan bir amilə çevrilməsin.Azərbaycanın xarici bocunun strukturunda iqtisadi inkişafimızın ilkin mərhələsi üçün xarakterik olan beynəlxalq maliyyə təşkilat və qurumlarından olan borclanma məyyənedici xüsusi çəkiyə malik olmuşdur.Digər xarici borcumuz isə xarici ölkələrin kommersiya banklarına dövlət zəmanətli borclar olmuşduir.Bütün bunlarla yanaşı Azərbaycanın digər xarici borcları da daxil olmaqla elə bir təhlükəli həddə deyil ki, milli iqtisadi inkişafımıza təhlükə törədə bilsin.

Dünya iqtisadi böhranının uzun müddət davam etməsi (2007-2016) dünya bazarında olkəmizın valyuta gəlirinin əsas mənbəyi olan xam neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ölkə iqtisadiyyatına təsirsiz ötüşməmişdir.Manatın devalvasiyaya uğraması (2015-ci il) və manatın qiymətdən düşməsinin davam etməsi maliyyə bazarında gərginlik yaratmışdir. Bunun üçün milli iqtisadiyyatın bütün sektorlarının inkişafını özündə əks etdirən “Milli iqtisadiyyat perspektivlərinin yol xəritəsi”nə uyğun olaraq olkənin xarici iqtisadi faliyyətində,sosial iqtisadi sferada ,real vəmalityyə bazarında çox ciddi dəyişikliklər baş verəcəyi gözlənilir.


2.2. Qlobal iqtisadi böhranının dünya ölkələrinə yayılması və

milli Iqtisadiyyatlara təsir istiqamətləri

Amerika Birləşmiş Ştatlarında tikinti sektorunda ipoteka kreditində yaranan çox ciddi problemlər tezliklə maliyyə sektorunu əhatə etdi. Maliyyə böhranı ABŞ iqtisadiyyatına çox ciddi təsir göstərdi. Dünya bazarının çox əhəmiyyətli hissəsi ABŞ-ın payına düşdüyündən dünya ölkələrinin maliyyə sistemində prosesin təsirindən kənarda qalmadı. Artıq 2007-2008-ci illərdən qlobal iqtisadi böhrana çevrilən bu proses nəinki zəif inkişaf etmiş, inkişaf etməkdə olan, hətta inkişaf etmiş ölkələrin iqtisadiyyatına çox ciddi təsir göstərdi. Bu ölkələrdə iqtisadi artımın tempi aşağı düşdü, işsizliyin səviyyəsi yüksəldi, inflyasiyada nəzərəçarpacaq artım müşahidə olunmağa başladı. Hətta bu günə qədər (2017-ci il) dünyanın aparıcı dövlətləri qlobal iqtisadi böhranın yaratdığı problemləri həll edə bilmirlər. Böyük iyirmilik çox nüfüzlu tədbirlər keçirmələrinə baxmayaraq antiböhran tədbirlərini həyata keçirə bilməyiblər. hələki istənilən səviyyədə iqtisadi artımın stimullaşdırlmasına, işgüzar fəallığın yüksəldilməsinə nail olmaq mümkün olmayıb. Digər tərəfdən də dünyada güclənən hərbi-siyasi qeyri müəyyənlik dünya iqtisadiyyatındakı qeyri-sabitliyi daha da gücləndirmişdir. Bir sıra ölkələrin resurslarını əhəmiyyətli hissəsinin hərbi xərclərə sərf olunması ölkə əhalisinin həyat səviyyəsinə təsirsiz ötüşməmişdir. Təbii ki, Azərbaycan da dünyanın bir hissəsi olduğundan bu prosesdən kənarda qalmamışdır. Dünyada iqtisadi inkişafın qeyri-müəyyənliyinin ən mühüm təzahür formalarındakı biri son illərdə dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi olmuşdur. 2014-ci ildən başlayaraq neftin qiyməti 3-4 dəfədən çox aşağı düşmüşdür. Nəzərə alsaq ki, Azərbaycan iqtisadiyyatında bütövlükdə ÜDM-də neft sektoru çox böyük xüsusi çəkiyə malikdir, onda məlum olur ki, neftin qiymətinin kəskin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatına təsiri nə səviyyədədir.həm də ixracatıımızın 90-95%-i xam neftin payına düşür. Deməli xarici iqtisadi əlaqələrimizdə də neftdomonant rol oynayır. Dünya iqtisadi böhranının coğrafiyasının genişlənməsi Azərbaycanın da dünyanın əksər ölkələri ilə xarici ticərət əlaqələrində öz mənfi təsirini göstərmişdir. Nəzərə alsaq ki, Azərbaycan dünyanın 150-dən çox ölkəsi ilə xarici ticarət əlaqəsi saxlayır onda məlum olur ki, bu mənfi meylərdən qorunmaq nə qədər çətindir. Lakin, bütün bunlarla yanaşı 2016-cı ilin dekabrn 6-da qəbul olunmuş “Milli iqtisadiyyat prespektivlərinin strateji yol xəritəsi” Azərbaycan iqtisadiyyatının bir çox ciddi problemlərinin, o cümlədən xarici iqtisadiyyatın daha da yeni meyllərlə inkişaf etdirilməsinə köklənib.

Ölkələrin inkişaf səviyyəsi, inteqrasiyası elədir ki, qlobal miqyasda baş verən bu və ya digər hadisədən milli iqtisadiyyatların yayınması mümkün deyil.Bu prosesi daha qabarıq şəkildə görmək üçün dünya iqtisadi böhranının inkişafına ekskurs etmək lazımdır.Dünya iqtisadi böhranı sürətlə inkişaf etmiş ölkələrə yayıldı. Böhrandan əvvəl 2004-2007-ci illərdə dünya ticarətinin artım tempi 8,74% təşkil edirdi. Bank keditlərinin həcminin bir azalması və əmtəə və xidmətlərə tələbin aşağı düşməsi ilə 2008-ci ildə ümumdünya ticarətinin həcmi cəmi 2.95% həcmində artdı, lakin 2009-cu ildə isə 11.89% həcmində geriləmə oldu. 2008-ci ildə dünya iqtisadiyyatında artım 1.83% təşkil edib, 2009-cu ildə İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq ÜDM 2.3% azalıb.

2008-cı ilin fevralında infilyasiya rekord həddə yüksəldi. Corc Sorousun qeyd etdiyinə görə, valyutaya inamsızlıq nəticəsində onları real aktivlərə keçirmək tendensiyası yarandı. Bu da öncəliklə əmtəə sektoruna təsir etdi və neft və qızılın qiymətinin qalxması ilə özünü biruzə verdi. 2009-cu ildə problem əks göstərişli xarakter aldı, iqtisadi proqnoz defilyasiyaya işarə etdi. Bunun da səbəbi kimi Federal Ehtiyat Fondunun uçot dərəcələrinin sıfıra yaxın bir həddə qədər endirməsi oldu.

2008-ci ilin dekabrında Avropa Birliyinin Statistika Bürosu 2008-ci ilin III rübündə Avropa ÜDM-nin əvvəlki rübdə olduğu kimi 0.2% azaldığını açıqladı: Avropa iqtisadiyyatı 15 ildə ilk dəfə resessiya dövrünə daxil oldu.

Avropa Statistika Bürosunun 2009-cu ilin fevralında dərc etdirdiyi məlumatlara görə Avropa İttifaqında sənaye istehsalı 2008-ci ilin sonuna 11.5%, Avrozonada isə 12% azalıb. Ümumi Avropa statistikası göstərir ki, güclü geriləmə 1986-cı ildən bəri ilk dəfə baş verirdi.

Avropa Mərkəzi Bankı müəyyən ləngimələrdən sonra ilk addımları atmışdır. Əsas tədbirlər sırasında dövlətlərin xərcləri kəskin şəkildə azaltmaları və qənaət etmələri oldu. Bu da kreditləşmədə, kredit əldə olunmasında çatışmazlıqlara gətirib çıxardı.

Avropa dünya ticarət dövriyyəsinin 30%-ni təşkil etdiyi üçün bu ölkələrin iqtisadi inkişafından irəli gələn xüsusiyyətlərdən irəli gələn səbəblərdən böhran dünya iqtisadiyyatının bərpasında gecikmələrə səbəb olacaq. K. Rogoffun məruzəsinə görə 2010-cu ildə Avropa ümumdünya iqtisadi böhranın ikinci dalğasının dağıntı episentiri olacağını qeyd edirdi.

2 aprel 2009-cu ildə BVF-nun “Makroiqtisadi siyəsəti yenidən düşünmək” adlı nəşrində qeyd edilirdi ki, böhrandan əvvəlki əsas elementlər iqtisadi siyasətdə dəyişməz olaraq qalır.

Dəyişilən iqtisadi şərait Şimali Afrika və Yaxın Şərqdə, xüsusilə Tunis, Liviya, Misir və Suriyada kütləvi etirazlara səbəb oldu. Tunis, Liviya və Misir kimi ölkələrdə hökümət devrildi.

2010-cu ildə açıq-aydın valyutaların-dollar, Avro, yuan valyutalarının müharibəsinin əlamətləri görünməyə başladı və bu proses 2015-2016-cı illərdə dahada dərinləşməyə başladı. Ölkələr öz növbəsində öz valyutalarının dəyərini aşağı salırdılar ki, rəqabətdə üstünlük qazanmaqları asas olsun və eyni zamanda böhranı aradan qaldıra biləcək valyuta ixracını həyata keçirməyi asanlaşdırsın. Lakin valyuta müharibəsi ticarət müharibəsinə səbəb ola bilər və onun bərpası prosesini yavaşlatmaq qaçılmazdır. Bu kimi vəziyyət Böyük Depressiya zamanı ABŞ və Böyük Britaniya arasında baş vermişdi.

2010-cu ildə BVF-nun baş iqtisadçısı Olivyer Blanşard qeyd etmişdir ki, dünya iqtisadiyyatının inkişafını bərpa etməkdə şübhəsiz əsas mühərrik inkişaf etməkdə olan ölkələr olacaq, xüsusilə Asiya ölkələri. Bu onunla izah olunur ki, bu cür ölkələr böhrana əsas etibarı ilə ticarət sektorundan təsir göstərir.

2011-ci ilin martında XXI əsrin ilk 10 illiyində G7-nin valyuta ilə bağlı görüşü keçirildi. Görüşdə valyuta müdaxiləsi haqqında belə razılığa gəlindi ki, İkinci Dünya Müharibəsindən sonra iqtisadiyyatı ağır vəziyyətdə olan Yaponiyaya kömək üçün yenin məzənnəsi aşağı salınsın.

2013-cü ilin fevralında Moskvada G-20 ölkələrinin görüşü keçirildi. Bu görüşdə valyuta müharibəsi ilə bağlı mövzuda bəyanat qəbul olunması gözlənildiya halda Yaponiyanın milli valyutasının aşağı endirilməsinin tənqid olunması ilə nəticələndi. Valyuta müharibələri-bu bir riskdir, lakin inkişaf etmiş ölkələr üçün inkişafı təmin edən hər vasitədən istifadə vacibdir. Belə ki, nümayəndələr dünya iqtisadiyyatının onlardan aslı olduğunu güman edir.

MDB ölkələrində böhranın yayılması. Keçmiş SSRİ ölkələrində maliyyə böhranı Qazaxıstanda 2007-2009,Gürcüstanda 2008-2010, Latviyada 2008-2010, Estoniyada 2008-2010-cu illərdə Azərbaycanda 2015-ci ildə baş vermişdir.

Son illər dünya iqtisadiyyatına fəal inteqrasiya siyasəti yürüdən MDB dövlətləri də bu prosesdən kənarda qalmadı. MDB ölkələrində böhranın təsirini gücləndirən amillər vardı ki, bunlar aşağıdakılardır: milli valyuta sisteminin kifayət qədər inkişaf etməməsi, idxal olunan mallardan asılılıq, əsasən ölkə gəlirin yanacaq-xammal yönümlü məhsulların ixracından və qiymətindən asılılığı, bəzi region ölkələrində siyasi böhranlar və qeyri sabitlik və s. Bu böhranın MDB ölkələrinin iqtisadiyyatlarına qarşı əhəmiyyətli dərəcədə təsir kanallarına malikdir. Bu kanallar əsasən xarici ticarət və kapitalın beynəlxalq hərəkətidir.

Postsovet ölkələrinin iqtisadiyyatının xüsusiyyətlərinə görə böhranın təsirinə ilə ilk növbədə gənc müstəqil dövlətlərin bank sistemləri məruz qaldı.O, cümlədəndə Azərbaycanın bank sektoru da bohranın təsirindən kənarda qalmamışdır. Ümumiyyətlə postsovet məkanının bir çox dövlətlərin maliyyə böhranına hazır olmadıqları məlum oldu.

MDB-nin bütün dövlətləri milli valyutalarını devalvasiya etdilər. Əksər ölkələr devalvasiyanı böhranın başlanğıcında elədilər. Məsələn, Ukrayna, Moldova, Özbəkistan, Qırğızıstan. Bəziləri isə daha sonraya saxladılar. Məsələn, Qazaxıstan, Türkmənistan, Belarusiya.Milli valyutaların dəyərdən düşməsi bir sıra ölkələrdə ölkələrarası hesablaşmada milli valyutaların biri-birinə çevrilməsinin optimal bir variantının axtarılıb tapılmasına çalışırlar.Məsələn, Rusiya Fedarasiyası ilə Çin Xalq Respublikası, Rusiya Federasiyası, Türküyə Respubliksı və Azərbaycan xarici ticarətdə avro və dollardan istifadə etmədən ortaq bir valyutanın axtarılıb tapılmasına üstünlük verirlər.Əgər bu cür hesablaşmaya keçilərsə dollara olan tələb bu olkələrdə azalar.

2010-cu ildə bəzi ölkələr büdcə balansının müsbət saldosuna nail olsa da, əksər ölkələrdə büdcənin vəziyyəti gərgin olaraq qalır.Azərbaycanın dövlət büdcəsi 2015-2016-cı illərdə 2014cü illə müqayisədə əhəmiyyətli dərəcədə azalmışdır.Ölkədə aparılan ciddi islahatlar qeyri –neft sektorunu inkişaf etdirməklə bu geriliyin aradan qaldırılmasına istiqamətlənib.

Rusiya. Rusiya dayanıqlı iqtisadiyyata, profisitli büdcəyə malik olmasına baxmayaraq qlobal maliyyə böhranın zərbələrinə tab getirməyib zəiflədi. Dünya Bankının məlumatlarına görə 2008-ci il böhranı Rusiya kimi böyük bir dövlət üçün də həddindən artıq borclanan özəl sektordan başladı. Bir il idi böhranın başlanmasına baxmayaraq Rusiya iqtisadiyyatı praktiki olaraq onu hiss etmirdi. Rusiyada başlanan böhranın ilk əlaməti 2008-ci ilin martında fond bazarında qiymətlərin aşağı düşməsi oldu, hansiki bəzi ekspertlərin ehtimalına görə iyulun sonunda katirovkaların dağılmasına keçəcəkdi. Onun ardınca likviliyin defisiti baş verdi.

18 sentyabr 2008-ci ildə Vladimir Putin Soçidə iqtisadi foruma gələn xarici iqtisadçıları ilə görüşündə elan etmişdi:

“Biz bizim ticarət meydanlarındaki gərginliyi görürük, lakin biz fikirləşirik ki, bu bizim problemlərlə əlaqəli deyil, bizim sistemli problemlərimiz yoxdu. Rusiya iqtisadiyyatının bütün kapital göstəriciləri normadadır”.

2009-cu ilin yanvarında Davasda Putin oz çıxışında söyləmişdir ki, böhran “sanki havadan aslı idi”. Hərçənd çoxları qalxan dalğanı görmək istəmirdi.

Rusiya banklarının likvidliyindəki böhran birja indeksi RTS və MİCEX indekslərin birdən-birə düşməsi, idxal olunmuş məhsulları qiymətinin aşağı düşməsi 2008-ci il oktyabr-noyabr aylarında iqtisadiyyatın real sektoruna təsir göstərdi. Belə ki, sənaye istehsalı kəskin azaldı, işçilərin ixtisarının birinci dalğası başladı. 9 oktyabr 2008-ci ildə Rusiya höküməti ilk dəfə xalqa “böhrana giriş edildi”yi barədə xəbər verdi.

25 noyabr 2008-ci ildə böhranın başlanmasından bəri ilk dəfə Rusiya İqtisadi İnkişaf Nazirliyinin hesablamalarına görə əvvəlki ilin eyni ayı ilə müqayisəda Rusiyanın ÜDM-ində azalma qeydə alınmışdır. Oktyabr ayının ÜDM-i sentyabr ilə müqayisədə 0.4% azalıb, baxmayaraq ki, 2007-ci ilin oktyabr ayı ilə müqayisədə 5.9% artım baş vermişdi. 2008-ci il 12 dekabrında Andrey Klepaç Rusiya iqtisadiyyatının 2008-ci ilin IV rübündə durğunluq yaşadığını etiraf edib.

Rusiyada zəif inkişaf etmiş maliyyə sistemi, əlverişsiz investisiya şəraitində olduğu kimi , pulların artıqlığı istehlak bumu və maliyyə şıltaqlığının formalşmasına gətirib çıxardı. İnkişafın qabağını ,həmçinin, kredit resurslarının o qədərdə əlçatan olmaması alırdı.

2008-ci ilin 1 iyuluna olan məlumata görə Rusiyanın dövlət borcu 41 mlrd. dollar olmuşdur.

Ukrayna. Böhranın əvvəllərində ölkənin iqtisadiyyatı götürülmüş kreditlər hesabına inkişaf edirdi. Ukrayna böhrandan əvvəl BVF-dan 16.5 mlrd. dollar məbləğində borc götürmüşdü. Həmin dövrdə ölkənin valyuta ehtiyat fondu 32 mlrd. dollar idi. 2008-ci ilin 1 dekabrında 4 mlrd. dollar məbləğində ilk kredit alındı. Kredit məbləği Qərb kommersiya kredit banklarına və Ukrayna Bankına olan ödəmələr üçün nəzərdə tutulmuşdu. Kreditə baxmayaraq Ukrayna böhrandan ən çox təsirlənən ölkələrdən biri olmuşdur. 2008-ci ilin sentyabr-oktyabr aylarında ölkənin fond bazarında böyük miqyaslı geriləmə oldu. Qərb bazarlarında likvidliyin defisiti nəticəsində ölkənin böyük şirkətləri və banklarının dekapitalizasiyasına və onların likvidliyinin itirilməsinə səbəb oldu. Qərbdə ucuz kredit verən mənbələrin itirilməsi bank sisteminin iflas həddinə gəlməsinə səbəb oldu.

Ölkədən ixrac olunan malların qiymətinin aşağı düşməsi baş verdi. Qara metallar, mineral yanacaqlar, neft və neft məhsulları, maşın və avadanlıqlar kimi məhsullara tələb düşdüyünə görə qiymətlər endi. Beləliklə:

- 2008-ci ilin oktyabrında Ukrayna sənayesi 19.8% aşağı düşdü və 2005-ci ilin avqustundan bəri ilk dəfə ÜDM 2.1% aşağı düşdü.

- 2007-ci ilin noyabrına nisbətən 2008-ci ilin noyabrında ÜDM 14% azaldı.

- 2007-ci ilin noyabrına nisbətən 2008-ci ilin noyabrında istehsal azalmışdı. Belə ki, yüngül sənaye-29%, mədən sənayesi-32.1%, kimya sənayesi-35.2%, maşınqayırma-38.8%, metalurgiya-48.8% azaldı.

Avropa . ABŞ-dakı böhran qısa zamanda Avropaya da sıçradı.5 İslandiyanın 3 böyük bankı iflas etdi. 2008-ci ildə İslandiya kronası avroya qarşı 40% dəyər itirdi və İslandiyadakı inflyasiya nisbəti 15%-ə çatdı. Birləşmiş Krallıqdakı daşınmaz əmlak bazarı da eynilə ABŞ kimi böyük bir enişə keçdi.

Bütün dünyanı təsiri altına alan qlobal iqtisadi böhran maliyyə, daxili tələb və qlobal ticarət vasitəsi ilə sürətlə Avropa ölkələrinə yayılmağa başlamış.

Böhranın yüksək sürətlə yayılması bank iflaslarına gətirib çıxarmış. Bankların kredit limitlərini məhdudlaşdırması və xüsusilə inkişaf edən Avropa ölkələrində azalan maliyyə imkanları, böhranın artmasına gətirib çıxarmış və iqtisadi tənəzzüllər artaraq ABŞ-dakı iqtisadi itkiləri ötüb keçmişdir.

Ev təsərüfatlarının, ailə təsərrüfatının qənaətlərini yüksəltməsinə bağlı olaraq dayanıqlı istehlak mallarına olan tələbin və mənzil kapitalının azalması məcmu tələbin azalmasına səbəb olmuş, və qiymətlər düşməyə başlamışdır. Digər tərəfdən kapital əsaslı mallara olan tələbin azalması, ticarətdəki maliyyə sıxıntıları və yavaşlayan iqtisadi fəaliyyətin çox daha sürətli olması səbəbiylə xarici tələb azalmış, bu da AB-nin ixracatına mənfi təsir göstərmişdir. İxracat əvvəlki ilə görə azalmış, və 2009-cu ildə AB artım sürəti sıfıra yaxınlaşmışdır. 2008-ci ildə 0.8 %-dən 2009-cu ildə mənfi 2.5 % nisbətinə qədər düşmüşdür. 2007-ci ildə bu nisbət 2.9 %, 2010-cu ildə isə 0.7 % olmuşdur. Artım nisbətindəki azalma 2008 etibarilə ən çox İtaliyada -1.3 % ən az isə Polşada +5 % olmuşdur.

İqtisadiyyatın durğunluğa girməsi səbəbiylə işsizlik faizləri yüksəlmişdir. 2007-ci ildə AB-27 daxildə 7.5% olan işsizlik nisbəti, 2009-cu ildə 18.8% olaraq reallaşmışdır. O dövr Avropada böhrandan ən çox təsirlənən sahə isə məşğulluq bazarı olmuşdur. 2011-ci ilin ilk aylarında işsizlik nisbəti AB daxilində 9,5 % , Avrozonada isə təxminən 10% olmuşdur.Yaşanan qlobal böhran, AB ölkələrində büdcə kəsirlərini və borc miqdarını böyük ölçüdə artırmış və bir çox üzv ölkələrdə dövlət maliyyəsinin davamlılığının təhlükəyə girməsinə səbəb olmuşdur. Necə ki 2006-cı ildə 7,1 trilyon Avro olan AB dövlətlərinin borc miqdarı 2009-cu ilin sonunda xilasetmə maliyyə paket proqramlarının icra edilməsi ilə 8,6 trilyon Avroya yüksəlmişdir.

Dünyanın ən böyük iqtisadiyyatları olan Amerika və Avropa ölkələrində böhranın göstərdiyi uzun müddətli təsirlər bir çox makroiqtisadi göstəricilərə görə bənzərdir,baxmayaraq ki bu ölkələrdə iqtisadiyyatın rəqabətqabiliyyətliliyi yüksəkdir. Belə ki, hər iki iqtisadiyyatda işsizlik faizləri artdı, icra edilən xilas proqramlarıyla büdcə kəsirləri artdı və dövlət borcları atmağa başladı. Bütün dünyada adam başına düşən gəlir azalınca, real sektorun gələcəyə dair gözləntiləri neqativləşdi və bu səbəblə istehlak azaldı, qənaətlər artmağa başladı.

Bankların kredit limitini aşağı çəkməsi kredit alma imkanlarını azaltdı və maliyyə sahəsində likvid pul çatışmazlığını reallaşdırdı. Gələcəyə dair təxminlərin pozitiv olmaması səbəbiylə investisiyalar azaldı. Daxili və xarici tələb düşüncə ÜDM azaldı, iqtisadi artım faizi və ticarət həcmi azaldı. Digər tərəfdən iqtisadiyyatın davamlı böyüməsinə səbəb olan məhsuldarlıq faizi aşağı düşdü. Müasir kapitalı təşviq edən əhəmiyyətli ünsür olan müasir istehlakçı sayı azaldı. Və get-gedə xoşbəxt olan insanların sayı azalmağa başladı.

Fərqli tərəfi isə Avropanın ABŞ-dan daha pis vəziyyətə düşməsi və xilas proqramları üçün alınan borcların ABŞ-dan daha çox olmasıdır. Alınan borclar çox olunca avro dollar qarşısında dəyər itirdi və xarici ticarətdə Avropanın Amerikaya qarşı rəqabət qabiliyyətliliyi artdı.

ÇXR. 2007-ci ilə kimi dünyanın ikinci iqtisadiyyatı olan Çin iqtisadiyyatı ardıcıl olaraq ÜDM-i 10% artırdı. 2007-ci ildə son 13 ildə Çin iqtisadiyyatının inkişaf tempi özünün ən yüksək səviyyəsinə çatdı və ÜDM 11.4% artdı. Lakin 2007-ci ilin son aylarında ÜDM-də azalmalar müşahidə olunmağa başladı.

İqtisadçıların fikrinə görə bu ABŞ-ın 2008-ci ilin avqust ayında “subprime” böhranı ilə əlaqədar olub və həcmi ilə iqtisadiyyatın ən böyük tənəzzül zolağı idi.

2008-ci ilin ilk III rübü ərzində Çinin valyuta ehtiyatlarının həcmi təxminən 2 trln dollar təşkil edirdisə, IV rübündə bu ehtiyatların azalması başladı və 1.9 trln dollar oldu.

Çin hökuməti kənd təsərrüfatını və infrastrukturunun yenilənməsinə 586 mlrd. dollar investisiya qoyulması planını elan etdi. Bu məbləğ ÜDM-in 18%-ni təşkil etdiyi halda ABŞ-da “Paulson Planı”na görə xərclər ÜDM-in 6%-ni təşkil edirdi. Fərqli antiböhran dədbirləri paketinin həyata keçirilməsinə Çində 2008-ci ilin oktyabrından başlandı və buna Çin 4 trln yuan, dollar ekvivalenti ilə desək , yəni 585 mlrd. dollar ayırdı.

Yaponiya. Yaponiya iqtisadi inkişafına görə ABŞ-dan sonra ikinci yeri tutur. Onun ÜDM-i dünya ÜDM-nin 7%-ni tutur. Lakin bu amil belə qlobal iqtisadi böhranının ona təsir etməməsinin qarşısını ala bilmədi. İndi Yaponiya da digər ölkələr kimi dünya iqtisadi böhranını yaşayır.

10 oktyar 2008-ci ildə Nikkei225 indeksi 2003-cü ilin noyabrından bəri ən aşağı səviyyəsinə düşdü. Belə ki, 9.62% geriləyərək 881.06 enərək 8276.43 nöqtəsinə düşdü. Yaponiya Mərkəzi Banki maliyyə bazarına dəstək üçün bankın əvvəlcədən ayırdığı 40 mlrd dolların 35.5mlrd dollarını ora yönəltmək haqqında qərar qəbul etdi. Elə həmin gün Yamato Life İnsurance Co Ltd sığorta kompaniyası iflasa uğradı. Onun borcu 2.7 mlrd. dollar təşkil edirdi.

Yaponiya iqtisadiyyatı ixrac yönümlü dür və ölkədə istehsal olunan yüksək texniki məhsullar Qərbə və dünyanın əksər ölkələrinə ixrac olunur. Hal-hazırda Qərbdə bu ölkələrin iqtisadiyyatının tənəzzüllü vəziyyətindən ixraca tələb aşağı düşüb. İxrac Yaponiya iqtisadiyyatının inkişafı üçün ən vacib amildir.Bu ölkənin ixracında yüksək texnalogiyalı məhsullar üstünlük təşkil edir. Onun ixtisarı avtomatik ÜDM-in azalmasına səbəb olur. 2008-ci ilin III rübündə 1.8% azalma olmuşdur.

Yaponiyanın əsas ixrac məhsulları digər məhsullarla yanaşı olan avtomobil və elektronikadır. 62008-ci ilin ikinci yarısında iqtisadiyyatı böhrana uğradı. 2008-2009-cu il böhranının nəticəsi olaraq Yaponiyanın avtomobil istehsalı sektorunda ağır dövr başladı. Yaponiya avtomobil ixracının həcmi aşağı düşdü. Məsələn maşın istehsalının həcmi noyabrda ən aşağı səviyyəyə enərək 27% azaldı. İxracın həcmi 50 il əvvəlki səviyyəyə düşdü və bu 1969-cu il göstəricisinə uyğun idi. Prinsip etibarı ilə qlobal iqtisadi böhranı Yaponiya avtomobilinə olan tələbi aşağı saldı.

Digər dövlətlərdə olduğu kimi Yaponiyada da işçi personalın ixtisarı başladı və ilk itkiləri avtomobil istehsalı şirkətləri verdi. Toyoto ştatdan kənar fəaliyyət göstərən 6000 işçini işdən azad elədi.

Eynilə elektronika məhsulları istehsal edən sahələr də bu vəziyyətə düşdü.

BVF-nun baş iqtisadçısı Olivyer Blanşard qeyd etmişdir ki, dünya iqtisadiyyatının inkişafını bərpa etməkdə şübhəsiz əsas mühərrik inkişaf etməkdə olan ölkələr olacaq, xüsusilə Asiya ölkələri. O, bunu inkişaf etməkdə olan ölkələrin böhrana əsas etibarı ilə ticarət sektorundan təsir göstərməsi izah edirdi.Bu mütərəqqi mütəxəssis ideyaları bir daha onu göstərir ki Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya zamanı Asiya ölkələrini xüsusi ilə diqqət mərkəzində saxlamalıdır.

Böhran ərəfəsində dünyada iqtisadi artımın aşağı düşməsi inkişaf etməkdə olan ölkələrin, xüsusilə də “iqtisadi möcüzə” gözlənən ölkələrin artım perspektivləri haqqında suallar meydana çıxardı.7 Qeyd edək ki, BRİCS-ə daxil olan ölkələr haqqında fərziyyələrin özü buna sövq edirdi. Onların inkişafına çoxlu ümidlər bağlanmışdı. Əvvəlcə bazar təsərrüfatı formalaşan ölkələrin sürətli inkişafı, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında yaxınlaşma olacağı fikrini formalaşdırdı, beləki iqtisadi siyasətdə daha az inkişaf etmiş ölkələr birmənalı şəkildə daha sürətlə inkişaf etməlidir.

Daha sonra böhranın əvvəllərində bazar təsərrüfatı formalaşan ölkələr Qərbin böhran yaşaya biləcəyini irəli sürərək iqtisadiyyatı böhrandan xilas edərək xilaskar olmağa iddialı idilər. Elə bununla da iqtisadiyyatda BRİCS kimi inkişaf etməkdə olan ölkələr qrupunun böhrana qarşı möhkəmlik göstərə biləcəyi fərziyyələri yaranmışdı.

Böhran illərində Azərbaycan höküməti maksimum çevik iqtisadi siyasət yeritməyə çalışmışdır. Doğrudur 2015-2016-cı illər dünya iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsiri baxımındon ağır illər kimi qiymətləndirilir.Lakin Azərbaycan höküməti çox ciddi islahatlar proqramı hazırlamaqla bu bohranın təsirini minimuma endirməyə çalışır.Azərbaycan Respublikasının prezidentinin “Milli iqtisadiyyat iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” haqqında imzaladığı sərancam dünya iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsirinin aradan qaldırılmasında və bütövlükdə milli iqtisadiyyatımızın inkişafında çox əhəmiyyətli rol oynayacaq.



Kataloq: application -> uploads -> 2017

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə