AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «İQTİsadi TƏHLİl və audiT»


Əmtəlik məhsulun bir manatına çəkilən xərclərin təhlili



Yüklə 279,86 Kb.
səhifə4/5
tarix14.01.2017
ölçüsü279,86 Kb.
#189
1   2   3   4   5

Əmtəlik məhsulun bir manatına çəkilən xərclərin təhlili


Əmtəlik məhsulun bir manatına xərclərin səviyyəsini əks etdirən ümumi göstəriclər onun mənfəətlə maya dəyəri arasındaki birbaşa əlaqəsini əks etdirir.


ƏM 1 manatına düşən xərclər =
Əmtəəlik məhsulun 1 manatına düşən xərclərin səviyyəsini müəyyən edən amillər:

  • məhsulun 1manatına düşən xərclərin dəyişməsi (VÜM);

  • məhsul buraxılışı strukturunun dəyişməsi (XÇ);

  • dəyişən xərclərin xüsusi səviyyəsinin dəyişməsi (В);

  • məhsulun satış qiymətinin orta səviyyəsinin dəyişməsi (MQ);

  • daimi xərc məbləğinin dəyişməsi (A).

Materialtutumunun amilli təhlili alqoritm üzrə təhlil edilir.

Bu amillərin mənfəət məbləğinin dəyişməsinə təsirini müəyyən etmək üçün hər amilə görə əmtəlik məhsulun 1 manatına düşən xərclərin mütləq artımını, plan qiyməti ilə ifadə olunan faktiki realizə edilən məhsulun həcminə vurmaq lazımdır. Təhlil prosesi zamanı dinamikada 1 manatlıq əmtəəlik məhsula çəkilən xərclərin müqayisəsi aparılır ki, oda öznövbəsində orta sahə göstəricisi ilə müqayisə etməyə imkan verir.

Informasiya mənbələri:



  1. Plan və operativ plan-qrafiki;

  2. Cari və illik hesabatların məlumatları:

  • “Məhsul üzrə kommersiya təşkilatının hesabatı”;

  • “Mühasibat balansı”;

  • “Mənfəət və zərər haqqında hesabat ”;

  • “Kapitalda dəyişikliklər haqqında hesabat”;

  • “Pul vəsaitinin hərəkəti haqqında hesabat”;

  • “Uçot t siyasəti və hesabata izahlı qeydlər”.

  1. Cari mühasibat və statistik uçotun məlumatları:

  • “Hazır məhsulun hərəkətı, onların daşınması və satışı” haqqında cədvəl

  • Hazır məhsulun anbar uçotunun kartoçkası və s.

Istehsal həcminin əsas göstəriciləri:

Ümumi məhsul – müqayisəli qiymətlərlə bütün məhsulun və görülən işlərin dəyəri, həmçinin bitməmiş istehsal daxil olmaqla ifadə olunur.

Əmtəəlik məhsul – ümumi məhsuldan bitməmiş istehsalı və zavodaxili dövriyyəni çixmaqla hesablanır.

Reəlizə edilmiş məhsul – satılmış məhsulun alıcılar tərəfindən dəyərinin ödənilməsidir.


Istehsal proqramının formalaşmasının və yerinə yetirilməsinin təhlili


Məhsul istehsalı həcminin dinamikasının təhlili zamanı natural (ədəd, metr, ton və s.), şərti-natural (şərti min banka, şərti təmirlərin sayı və b.), məhsul istehsalının həcminin dəyər göstəricilərindən istifadə olunur. Sonuncu göstərici daha əlverişli hesab olunur. Istehsal həcminin dəyər göstəricisi müqayisəyə gələn formaya gətirilməlidir. Infilyasiya şəraitində qiymətlərin dəyişməsinin neytrallaşdırılması və ya “dəyər” amilinin məlumatlarının müqayisəsi mühüm şərtdir. Bu halda, aşağıdakı metodlardan istifadə oluna bilər: - hesabat ili ərzində məhsul istehsalı həcminin baza dövrünün analoji məhsullarının qiyməti ilə hesablanması (buraxılan məhsulun kiçik nomenklaturasına nisbətən); - bütövlükdə sənayedə və ya eyni cinsli məhsullar (iş və xidmətlər) üzrə (Jq) qiymətlərin dəyişməsinin aqreqat indeksinin korrektəsi.

Jq =  VMB1Q0 :  VMB0Q0,


burada VMB1 – hesabat dövründə natural ifadədə məhsul buraxılışı; VMB0 - baza dövründə natural ifadədə məhsul buraxılışı;

Q0 - baza dövründə məhsul vahidinin qiyməti.

Daha sonra, məhsul buraxılışının (MB1MQ) faktiki həcmi baza dövrü ilə müqayisədə aşağıdakı düstur üzrə hesablanır:
MB1MQ = MB1 : Jq ,
burada, MB1 –məhsul buraxılışının dəyər ifadəsində həcmi.

Məhsul həcminin təhlili
Istehsal həcminin təhlili əmtəəlik və ümumi məhsulun dinamikasının artım və artım tempinin indeksinin hesablanmasının öyrənilməsindən başlayır. (Cədvəl 3.1.)

Əmtəəlik məhsulun dinamikası

Cədvəl 3.1




İl

Müqayisəli qiymətlə əmtəəlik məhsul, manatla

Artım tempi %

baza

Zəncirvari (faktiki)







Ab=ƏMi/ƏM0  100%

Aq=ƏMi/ƏMi-1  100%

Burada ƏMi-1, ƏMi - müqayisəli qiymətlə əmtəəlik məhsulun həcmi dəyər ifadəsində i-1 və i-ilində müqayisədə;

ƏM0 – baza kimi müqayisədə əmtəəlik məhsulun illik həcmi.

Alınmış məlumatlar əsasında əmtəəlik məhsulun orta illik artım tempini (Tor) və artımını (Tar) aşağıdakı düstur üzrə hesablamaq olar:



,

Тar = Тor – 100

Məhsul buraxılışının operativ təhlili gün, dekada, ay, rüb ərzində ilin əvvəlinə artan yekun məlumatları əsasında aparılır.

Məhsul çeşidinin təhlili


Analitik işin ən vaçib elementi çeşidə və namenklaturaya görə planın yerinə yetirilməsi hesab edilir.

Nomenklatura- məmulatların adılarının siyahısı və hər növ məmulat üçün MDB ərazisində qüvvədə olan ümum ittifaq sənaye məhsulları klassifikatorunda (ÜSMK) müvafiq məhsul növlərinin müəyyən edilmiş kodlarının siyahısıdır

Çeşid- məhsulun hər növü üzrə buraxılışının həcmini göstərməklə adlarının siyahısı.

Çeşid üzrə planın yerinə yetirilməsinin qiymətləndirilməsi aşağıdaki metodlarla (üsullarla) aparılır.

- az faiz metodu ilə (bizim misalımızda - 87,5%);

- məhsul buraxılışı planının yerinə yetirilməsi üzrə məmulatların adlarının ümumi siyahısında xüsusi çəkisi (33,3%);

- orta faiz metodu üzrə aşağıdakı düsturla hesablanır.
PYç = PYp : PY0  100%,
burada PYç – çeşid üzrə planın yerinə yetirilməsi, %;

PYp –plan üzrə buraxılışdan artıq olmamaq şərti ilə hər növ buraxılmış məmulatın faktik məbləği;

PY0 –plan üzrə məhsulun buraxılışı.

Bununla belə, plandan artıq və yaxud planda nəzərdə tutulmayan məmulatlar çeşid üzrə planın yernə yetirilməsində nəzərə alınmır. Çeşid üzrə plan yalnız o zaman yernə yetirilmiş hesab olunur ki, tapşırıq bütün növ məmulatlar üzrə yerinə yetirilmiş olsun.



Məhsul buraxılışı ahəngdarlığının təhlili
Ahəngdarlığ - həcmi və çeşidi üzrə planda nəzərdə tutulmuş qrafika uyğun bərabər məhsul buraxılışıdır.

Təşkilat məhsulu vaxtında göndərilmədiyinə görə cərimə ödəyir, pul gəlirləri vaxtında daxil olmur, əməkhaqqı fondu artıq xərclənir, məhsulun maya dəyəri artır, mənfəət azalır.

Ahəngdarlığın qiymətləndirilməsinin birbaşa göstəriciləri mövcuddur, onlara aiddir:

1. Ahəngdarlıq əmsalı (Əah). O faktiki (plan tapşırığından artıq olmaması şərti ilə) məhsul buraxılışının (və ya onun xüsusi çəkisinin)-VMB1,0 planda nəzərdə tutulmuş məhsul buraxılışına (xüsusi çəkisinə) -VMB0 nisbətiylə müəyyən edilir:


Əah = VMB1,0 : VMB0
2. Variasiya əmsalı (Əvar) plan tapşırığının (gün, dekada, ay üzrə və s.) ortakvadratik kənarlaşmaya münasibətdə orta günlük (ortadekadalı, ortaaylığ və s.) planda nəzərdə tutlmuş məhsul buraxılışına nisbəti ( ):

burada n – plan tapşırığının yekun sayı.

MÖVZU IV. KOMMERSİYA TƏŞKILATLARININ TEXNİKİ VƏZİYYƏTİNİN VƏ SOSİAL İNKİŞAFI NƏTİCƏLƏRİNİN TƏHLİLİ VƏ DIAQNOSTIKASI

Kompleks məqsəd:

Kommersiya təşkilatının inkişafını və texniki vəziyyətini xarakterizə etmək, kollektivin sosial strukturunun təhlilini aparmaq, sosial inkişafın nəticələrinin qiymətləndirilməsi göstəricilərini sadalamaq.



Məzmunu:

Istehsalın texniki vəziyyəti əmək alətləri və vastələrinin (maşın, mexanizmlər, avadanlıqlar, cihazlar, alətlər və ləvazimatlar) mövcudluğu, enerjitəcihizatı və nəqliyyat sistemi, mexanikləşdirmə və aftomatlaşdırma sxemləri, qəbul edilən texnoloji prosseslərin təkmilləşdirilməsi və yeni istehsal metodlarının yaradılması ilə xarakterizə edilir.

Təşkilatın texniki vəziyyətinin ümumi xarakteristikasına, onun müxtəlif növ texnikayla (aqreqatla, maşınla, avadanlıqla) komplektləşdirilməsini, istifadə olunan maşın və mexanizimlərin texniki parametirlərini və istismar mütdətini, onların qarşılıqlı əvəzedilməsi və komplektləşdirilməsini aid etmək olar.

Təşkilatın texniki vəziyyəti, onun texniki silahlanması, mexanikləşdirmə və aftomatlaşdırma səviyyəsi, istehsal sahəsinin ölçüsü, cəlb olunan avadanlıqlar, illik vaxt fondu və avadanlığın bir saatlıq işinin dəyəri, avadanlığın qiyməti, və növbəlilik əmsalı ilə xarakterizə olunur. Təşkilatın texniki vəziyyəti haqqında məlumat avdanlığın, maşın və mexanizmlərin texniki pasportlarında; texniki sinaq haqqında məlumat, ekspertin rəyi, texnoloji təlimat, xüsusi tədqiqatların nəticələri əks etdirilir. Təşkilatın texniki vəziyyətinin əsas xarakteristikası texnikaya hesablanmış tələblə avadanlığın markası, növü və gücü üzrə faktiki miqdarı arasındakı nisbətidir.

Təşkilatın kollektivinin sosial strukturunun əsas xarakteristikası onun sosial inkişafının müxtəlif sosial qrupların və təbəqələrin əmək kollektivinin tərkibinə olan nisbətidir. O müxtəlif amillərlə müəyyən olunur və təşkilatın təşkili – hüquqi formasından, idarəetmə strukturundan, peşəkar ixtisas səviyyəsindən, işçilərin əmək haqından və onların cinsi və yaş strukturundan asılıdır. Kollektivdə sosial struktura mənəvi – psixoloji mühüt xususi təsir göstərir ki, bu da işləyən insanların müxtəlif xasiyyət və xaraktera malik olmaları və onların müxtəlif şəxsi məqsəd və istiqamətləri ilə müəyyən olunur.

Işçilərin sağlamlığı, onların bilik və mədəni səviyyəsi, təcrübəsi, bacarığı, peşəkarlıq səviyyəsi əmək kollektivinin sosial aktivliyi, təşkilatın sosial inkişafının əsas xarakteristikasına aid olan əməyin nəticələrində öz əksinə tapır.

Təşkilatın sosial inkişafının əsas göstəricilərinin qiymətləndirilməsi:


  1. Sağlamlığın qorunması və əmək şəraiti göstəriciləri:


Zədələnmə səviyyəsi =
Peşə xəstəliklərinin səviyyəsi =

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi səviyyəsi =



  1. Sosial – məişət və mədəni şərait göstəriciləri:


Mənzillə təminat səviyyəsi =

Mənzil alma növbəsinin dövriyyə müddəti =

Qida təminatı =

Sağlamlıq düşərgəsi ilə təminat =

Uşaq baxçası ilə təminat =
Istirahət evləri ilə təminat =


Yüklə 279,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin