Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad yniversiteti



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə14/30
tarix26.07.2022
ölçüsü1,24 Mb.
#117443
1   ...   10   11   12   13   14   15   16   17   ...   30
Babazad-Az-r-Musaf-ddin

sığortalanması mümkündür. Nəzərə alınmalıdır ki, könüllü sığrota edilməsi 
mümkün olan obyektlərin mülkiyyətçiləri hamısı sığortada iştirak etməyi 
arzulamır. Eyni zamanda, sığorta müqaviləsinin bağlanması üçün sığorta şərtlərinə 
uyğun olaraq bəzi məhdudiyyətlər vardır. 
4. Könüllü sığorta həmişə sığorta müddəti ilə məhdudlaşdırılır. Müddətin 
başlama və bitmə vaxtı xüsusilə müəyyənləşdirilir və bu müddət müqavilədə əks 
etdirilir. Bu sığorta formasında fasiləsizliyin təmin edilməsi yalnız müddət sona 
çatmamışdan öncə təkrar müqavilənin bağlanması ilə mümkündür. 
5. Könüllü sığorta, sığorta ödənişlərinin nəinki bir dəfəyə, eləcə də dövrü 
olaraq ödəmə şəraitində fəaliyyət göstərir. Belə ki, sığorta müqaviləsi sığorta 
ödənişlərinin bir dəfəlik və yaxud dövrü olaraq həyata keçirilməsi şəraitində 
qüvvəyə minir. Belə olan halda ödənişlərin həyata keçirilməməsi uzunmüddətli 
sığorta müqaviləsinə xitam verilərək fəaliyyətin dayandırılmasına səbəb olur.  
Azərbaycan Respublikasının “Sığorta haqqında” Qanununa əsasən həyat və 
qeyri-həyat sığortası sahələri fərqləndirilir. Sığortaçıların qeyd olunan sahələrdən 
biri və ya eyni zamanda hər ikisi üzrə fəaliyyət göstərməsi mümkündür. 
Həyat sığortası – sığortalının ölümü, iş qabiliyyətinin, sağlamlığının əlilliyə 
yaxud qocalığa görə qismən və ya təmamilə itirilməsi halları üçün nəzərdə 
tutulmuş sığorta sahəsidir. Bu sığorta üzrə müqavilə müddəti bitdiyi halda və 
yaxud sığorta hadisəsi baş verdikdə müqavilədə qeyd olunmuş qayda və şərtlər 
daxilində sığorta məbləği sığortaçıya və yaxud onun varisinə ödənilir. Bu sığorta 
sahəsi üzrə bağlanan sığorta müqavilələri uzunmüddətli xarakter daşıyır və bu 
müddət ərzində ortaya çıxmış inflyasiya səviyyəsi sığortalıya sığorta müqaviləsi 
əsasında təminatına maneçilik yarada bilər. Bu səbəbdən sığorta şirkəti öz fəaliyyət 
prinsiplərini elə müəyyənləşdirməlir ki, qəbul etdiyi öhdəlikləri müqavilədə qeyd 
olunmuş şərtlər daxilində həyata keçirə bilsin.


33 
Qeyri-həyat sığortası – sığorta hadisəsi baş verdiyi təqdirdə sığortaçıya 
dəymiş zərərin ödənilməsi şərti ilə onun əmlakı, əmlak mənafeləri və məsuliyyəti 
ilə əlaqədar risklərin sığortasıdır. 

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin