Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad yniversiteti


Fəsil III. Azərbaycan Respublikası sığorta bazarında rəqabətin marketinq



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə2/30
tarix26.07.2022
ölçüsü1,24 Mb.
#117443
1   2   3   4   5   6   7   8   9   ...   30
Babazad-Az-r-Musaf-ddin
Fəsil III. Azərbaycan Respublikası sığorta bazarında rəqabətin marketinq
prinsipləri əsasında təkmilləşdirilməsi perspektivləri………………..59 
3.1. Sığorta bazarının marketinq kompleksinin işlənib hazırlanması…….59 
3.2. Marketinq qərarları əsasında sığorta bazarının inkişaf istiqamətləri…68 
Nəticə və təkliflər……………………………………………………………….77 
Ədəbiyyat siyahısı………………………………………………………………80 
 



GİRİŞ 
Mövzunun aktuallığı. Azərbaycanda xidmət sahələrinin ən vacib 
istiqamətlərindən biri də sığorta bazarıdır. Azərbaycanda sığorta bazarı 1990–cı 
illərdən başlayaraq formalaşmaqda və inkişaf etməkdədir. Son dövrlərdə ölkənin 
sığorta şirkətlərinin fəaliyyətində və ümumilikdə sığorta bazarının inkişafında 
sığorta marketinqinin rolu və əhəmiyyəti xeyli artmışdır. Sığorta marketinqinin 
tətbiqi bu bazarın inkişafını təmin edən əsas şərtlərdən birinə çevrilmişdir. 
Sığorta marketinqi sığorta şirkətlərinin fəaliyyətində müstəqil bir istiqamət 
kimi inkişaf etmiş ölkələrdə keçən əsrin sonlarında, 1970-ci illərdən başlayaraq 
meydana gəlmişdir və bu gün həmin ölkələrin sığorta bazarının inkişafında 
olduqca mühüm rol oynayır. Azərbaycanda sığorta marketinqi 2000-ci illərdən 
tətbiq olunmağa başlamışdır. Sığorta şirkətləri tərəfindən bu məsələyə kifayət 
qədər diqqət yetirilməsə də, sığorta bazarının inkişafına onun təsiri çox böyükdür.
Sığorta marketinqi biznesin fəlsəfəsi kimi çıxış edir, sığortaçıların praktiki 
fəaliyyətində tətbiqi onların fəaliyyətinin səmərəliliyini yüksəldir, sığortaçılarla – 
sığortalılar arasında iqtisadi – maliyyə münasibətlərinin optimallaşdırılmasını 
tımin edir. 
Hal hazırda digər sahələrdə olduğu kimi bu bazarda da güclü rəqabət şəraiti 
formalaşmaqdadır. Sığorta sahəsində fəaliyyət göstərən müəssisələr rəqabətə 
dözmək, bazar mövqeyini qoruyub saxlamaq və daha da gücləndirmək məqsədilə 
marketinq strategiyalarını tətbiq etmək və daima təkmilləşdirmək məcburiyyətində 
qalırlar. Azərbaycanda sığorta bazarının formalaşması və inkişafının özünə məxsus 
spesifik xüsusiyyətləri mövcuddur. Bu xüsusiyyətlərin öyrənilməsi və fəaliyyət 
zamanı nəzərə alınması çox vacibdir. 
Qeyd edilənlər belə bir nəticəyə gəlməyə imkan verir ki, Azərbaycan 
Respublikasında təsərrüfat subyektlərinin, o cümlədən, sığorta müəssisələrinin 
rəqabətqabiliyyətliliyinin 
yüksəldilməsi problemlərinin müəyyənləşdirilməsi 
xüsusi aktuallıq tələb edir. Bu istiqamətdə aparılan tədqiqat işləri nəinki dövlətin 
təsərrüfat subyektlərinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi sahəsində 
yürüdülən iqtisadi və sosial siyasətin elmi cəhətdən əsaslandırılması, eləcə də 



təsərrüfat subyektlərinin rəqabət mübarizəsində nəzərə almalı olduqları 
xüsusiyyətləri və istifadə edə biləcəyi strategiyaların hazırlanması baxımından 
faydalı ola bilər. Qeyd olunanlar dissertasiya işinin aktual bir mövzuya həsr 
olunduğunu göstərir.

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə