Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad yniversiteti



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə9/30
tarix26.07.2022
ölçüsü1,24 Mb.
#117443
1   ...   5   6   7   8   9   10   11   12   ...   30
Babazad-Az-r-Musaf-ddin

Təkmil rəqabət bazarı çoxlu sayda müəssisələrin fəaliyyət göstərdiyi 
bazarlardır. Belə bazarlarda məhsullar standartlaşdırılaraq bazara çıxarılır, güclü 
rəqabət mövcud olur. Tələbin formalaşmasına və satışın stimullaşdırılmasına 


24 
müəssisələrin marağı yüksək olur. Müəssisələr əmtəələrin və firmaların yaxşı 
imicinin yaradılması məqsədilə zəruri tədbirlər həyata keçirirlər, Belə bazarlarda 
məhsulların qiymətinin aşağı səviyyədə formalaşması baş verir. Tələbin elastikliyi 
yüksək olur.
Oliqapolik rəqabət bazarı bir neçə iri firmanın fəaliyyət göstərdiyi 
bazarlardır. Bu bazarlarda məhsullar differensiallaşdırılaraq bazara çıxarılır. 
Müəssisələr liderlik uğrunda mübarizə aparırlar. Hər bir müəssisə bazarda lider 
olmağa çalışır, onlar arasında rəqabət əsasən əmtəə markalarının rəqabəti 
formasında baş verir. Müəssisələr arasında məhsulun keyfiyyəti uğrunda mübarizə 
aparılır. Belə bazarlarda qiymət rəqabəti demək olar ki, olmur. Müəssisələr əksər 
hallarda qeyri rəsmi razılaşmalar əsasında məhsullarına yüksək qiymət 
müəyyənləşdirirlər Bununla belə tələbin elastikliyi mövçud olur. Dövlət qismən
bazara nəzarət etmək imkanına malik olur. Bu bazarlara daxil olma maneələri 
yüksək olur. Yeni müəssisələrin bazara daxil olması çətin olur. 
İnhisarçı rəqabət bazarı. Konkret məhsul üzrə bir və ya iki inhisarçı 
müəssisənin mövcud olduğu bazarlar inhisarçı rəqabət bazarı hesab olunurlar.
Belə bazarlarda inhisarçı müəssisələr bazara eyni və ya differensiallaşdırılmiş 
məhsullar çıxarırlar. Marketinq üsullarının və strategiyalarının tətbiqi üstünlük 
təşkil edir. Rəqabətdə bazar seqmentini tutmağa imkan verən məhsulların 
fərqləndirici xüsusiyyətlərinə görə uğur qazanan müəssisə daha üstün mövqeyə 
malik olur. Tələb nisbətən az elastikdir və innovasiyaya meyllilik yüksəkdir.
Müəssisələrin təşkilati idarəetmə strukturu çevik olmalı, tez-tez dəyişməli, 
istiqamətlənməlidir. Dövlətin inhisarçı rəqabət bazarına nəzarəti mövcuddur. 
Bazara daxil olma maneələri yüksəkdir. 

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin