Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ



Yüklə 105,95 Kb.
səhifə1/49
tarix10.01.2022
ölçüsü105,95 Kb.
#107812
  1   2   3   4   5   6   7   8   9   ...   49


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN TEXNİKİ UNIVERSİTETİ NƏZDİNDƏ

BAKI DÖVLƏT RABİTƏ VƏ NƏQLİYYAT KOLLECİ

Gənclərin çağırışaqədərki hazırlığı”

fənni üzrə plan konspektlər

_________ qrupunun tələbəsi
_____________________________________

BAKI – 2017

Gənclərin çağırışaqədərki hazırlığı Azərbaycan Respublikasının Konstitutsiyasına, Azərbaycan Respublikası Prezidentin fərmanlarına, Azərbaycan Respublikasının Təhsil Qanununa, Azərbaycan Respublikasında “Hərbi Xidmətə çağırışın əsasları” haqqında Azərbaycan Respublikasının Qanununa, Nazirlər Kabinetinin qərarlarına və digər normativ hüquq aktlarına əsasən həyata keçirilir.

Gənclərin çağırışaqədərki hazırlığı fənni gənclərin Silahlı Qüvvələrdə xidmətə çağırış qabağı hazırlığının tərkib hissəsidir.

Azərbaycan Respublikasının müdafiəsi üçün orduya çağırılan hər bir gənc Gənclərin Çağırışaqədərki Hazırlığı fənninin gediş prosesində Azərbaycan Respublikasının Konstitutsiyasını, Respublika Silahlı Qüvvələrinin vəzifələrini və əhəmiyyətini, Hərbi qulluğun hər bir vətəndaşın müqəddəs borcu olduğunu dərk etməlidir.

Gənclərin çağırışaqədərki hazırlığı fənni tabeçiliyindən və mülkiyyətindən asılı olmayaraq bütün ümumtəhsil orta-ixtisas təhsilli kolleclerdə , gimnaziyalarda, litseylərdə, texniki peşə məktəblərində dövlət əhəmiyyətli bir fənn kimi hərbi rəhbər və hərbi müəllimlər tərəfindən tədris olunur.

Mülki müdafiə ümumdövlət müdafiə tədbirlərinin sisiteminin əsas vəzifəsi və onun quruluşu; mülki müdafiənin hərbiləşməmiş və hərbiləşdirilməmiş hssələrinin təşkili, təyinatı və təchizatı; baş verə biləcək təbii fəlakətlərin nəticələrinin aradan qarldırılması və xüsusi qabaqlayıcı tədbirlər; nüvə silahları o, cümlədən adi qırğın silahlarının məhvedici xüsusuyyətləri, onlardan mühafizə üsulları və xəbərdaredici siqnalları; fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları; tənəffüs orqanlarının qorunması üçün ən sadə vasitələrin hazırlanması və tətbiqi üsulları; radiasiya cihazları, bilavasitə dozimetrik nəzarət cihazlarından istifadə etmə üsulları; təhsil müəssisələırində təbii fəlakətlərdən, zəhərləyici radioaktiv maddələrdən və yanğınlar zamanı bütün növ mühafizə üsulları; sığınacaqlardan istifadə qaydaları və onların hazırlanmasını oyrənməlidir

Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisinə ixtisaslara uyğun olaraq 60 saat vaxt ayrılır.


Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə

ayrılan saatların mövzular üzrə paylanması


s/s


Bölmə və mövzuların adı


Saatların miqdarı

Nəzəri məşğ.

Seminar məşğ.

Cəmi

saat

I . VƏTƏNİ MÜDAFİƏ HƏR BİR VƏTƏNDAŞIN BORCUDUR (10 saat)

1

Azərbaycan Respublikasının Konstitusiyası Vətənin müdafiəsi haqqında

2

-

2

2

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranma tarixi.

2

-

2

3

Azərbaycan Respublikasının Silahlı Qüvvələri

2

-

2

4

Vətənpərvərlik anlayışı. Döyüşdə fərqlənməyə və hərbi xidmətə görə fəxri mükafatlar.

2

-

2

5

Hərbi And. Hərbi hissənin döyüş bayrağı. Azərbaycanın hərbi məktəbləri

2

-

2

II. NİZAMNAMƏLƏR ( 10 saat)

1

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Nizamnamələri. Hərbi qulluqçular və onlar arasında qarşılıqlı münasibətlər.

2

-

2

2

Sıravi əsgərin vəzifələri.

2

-

2

3

Hərbi intizam, əsgər və çavuşların həvəsləndirilməsi və cəzalandırılması.

2

-

2

4

Bölüyün sutkalıq növbətciliyi.

-

2

2

5

Qaravul xidmətinin təşkili. Saatdarın vəzifələri və fəaliyyəti.

-

2

2

III . TAKTİKİ HAZIRLIQ ( 8 saat)

1

Müasir Ümumqoşun döyüşü və növü. Motoatici manqanın təşkili və döyüş imkanları. Motoatıcı manqanın yürüş və döyüş nizamı

-

2

2

2

Tank, zirehli maşın və hava hücumu vasitələri ilə mübarizə aparma üsulları

-

2

2

3

Manqanın mühəndis təchizatı. Mühəndis maneələri və əngəlləri haqqında ümumi anlayış.

-

2

2

4

Əsgərin döyüşdə vəzifələri. Hücumda və müdafiədə əsgərin fəaliyyəti. Müşahidəçi təyin edilmiş əsgərin fəaliyyəti

-

2

2

IV . ATƏŞ HAZIRLIĞI (8 saat)

1

Atıcılıq hazırlığının mahiyyəti. Kalaşnikov avtomatının(AK-74M) təyinatı, quruluşu, döyüş xassələri və mexanizmlərinin iş prinsipi.

-

2

2

2

Avtomatın təmizlənməsi, yağlanması və saxlanılması. Patronun quruluşu və növləri

-

2

2

3

Kalaşnikov əl pulemyotunun (kiçik çaplı tüfənglərin) təyinatı, növləri, quruluşu və xassələri.

-

2

2

4

Qəlpələnən əl qumbaraları, onların quruluşu, doldurulması və atılması qaydası.

-

2

2

V . SIRA TƏLİMİ ( 4 saat)

1

Sıra və onun elementləri. Hərbi qulluqçuların düzülüşqabağı və sırada vəzifələri

-

2

2

2

Silahsız və silahla sıra hərəkətləri üsulları. Sıra və yürüş addımları. Silahsız hərbi salamın verilməsi qaydası. Sıradan çıxma və rəisə yaxınlaşma.

-

2

2

VI . HƏRBİ TOPOQRAFİYA (2 saat)

1

Xəritəsiz yerin səmtinin təyin edilməsi. Azimut istiqamətində hərəkət

-

2

2

VII . FÖVQƏLADƏ HADİSƏLƏRİN XARAKTERİSTİKASI(6 saat)

1

Fövqəladə hallar və onların təsnifatı. Təbii fəlakətlər və onların qısa xarakteristikası. Texnogen xarakterli hadisələr və onların qısa xarakteristikası

-

2

2

2

Müasir qırğın vasitələri. Nüvə silahı və onun zədələyici amilləri. Adi qırğın vasitələri.

-

2

2

3

Kimyəvi və bakterioloji silah haqqında anlayış. Təyinatına və orqanizmə təsirinə görə zəhərləyici maddələr. Güclü təsirli zəhərləyici maddələr.

-

2

2

VIII. MÜLKİ MÜDAFİƏ VƏ ƏHALİNİN MÜHAFİZƏSİ(6 SAAT)

1

Mülki müdafiə və onun vəzifələri. Mülki müdafiənin təşkili və ona rəhbərlik. Mülki müdafiə qüvvələri və onların təyinatı.

2

-

2

2

Mülki müdafiənin xəbərdarlıq siqnalları. Mülki müdafiənin mühafizə qurğularının təyinatı və növləri

-

2

2

3

Fərdi mühafizə vasitələrinin təyinatı və onlardan istifadə etmə qaydaları. Dərinin mühafizə vasitələri.

-

2

2

IX. İLK TİBBİ YARDIMIN GÖSTƏRİLMƏ QAYDALARI(6 SAAT)

1

Mülki müdafiə tibb xidmətinin vəzifələri və təşkili. MM sistemində göstərilən tibbi yardımın növləri.

2

-

2

2

Sarğı və sarğı qoymaq haqqında anlayış. Yaralar, qanaxmalar, qapalı zədələnmələr və sınıqlar zamanı ilk tibbi yardımın göstərilməsi.

-

2

2

3

Yolxucu xəstəliklər haqqında anlayış. Yanıqlar, donvurma, elektrik zədələnmələri, suda boğulma, günvurma, zəhərli bitkilərlə zəhərlənərkən və ya zəhərli həşarat dişləyərkən ilk tibbi yardım.

-

2

2

Cəmi :

20

40

60


Mövzu 16: Avtomatın təmizlənməsi, yağlanması və saxlanılması. Patronun quruluşu və növləri.
Avtomatın təmizlənməsi, yağlanması və saxlanılması. Avtomatı həmişə təmiz,saz halda,hər an döyüşə hazır vəziyyətdə saxlamaq lazımdır.Avtomatı təmizləyərkən onun ləvazimatından və ağac çubuqlarından istifadə edilir. Avtomatın ləvazimat əşyaları onu təmizləmək,yağlamaq,avtomatı sökmək və yığmaq üçündür. O,aşağdakılardan ibarətdir:

- sünbə

- vintaçan

- toxmaq


- sancaq

- penal


- yağdan

- penalın qapağı

- fırça

- silgəc.



Sünbə - avtomatın lülə kanalını kanal və boşluqları təmizləmək,yağlamaq üçündür.Silgəc– lülə kanalını,avtomatın digər hissələrini təmizləmək və yağlamaq. Fırca – lülə kanalını lülə təmizləyən xüsusi məhlullar (RÇS,RJ) təmizləyərkən tətbiq edilir. Vintaçan ,toxmaq və sancaq – avtomatı sökərkən və yığarkən işlədilir. Vintaçanın ucundakı kəsik avtomatın arpacığını bərkidmək və açmaq üçün,yan tərəfindəki kəsik isə silgəci sünbəyə bərkidmək üçün tətbiq edilir. Sancaq – buraxıcı zərbə mexanizmi yığarkən tətbiq edilir. Qapalı penal – silgəci,fırcanı,toxmaq,vintaçan və toxmağı yığıb saxlamq üçündür. Penalın yanlarındakı deşik - avtomatın lüləsini silərkən sünbəni keçirmək,oval formalı deşik - vintaçanı keçirtmək,düzbucaqlı deşik – avtomatı söküb – yığarkən qaz borucuğunun bağlayıcısını döndərmək üçündür.Penal qapağının yanındakı deşiklər – toxmağı taxmaq üçündür.Yağdan – yağı saxlamaq üçündür,onu daraqlar çantasının cibində saxlayırlar. Silahların təmizlənməsi manqa komandirinin,müəssə rəhbərinin bilavasitə rəhbərliyi altındayeinə yetirilir. Avtomatı aşağdakı hallarda təmizlənir:

  • atışa hazırlama zamanı

  • atışdan sonra

  • çöldəki məşğələlərdən sonra

  • döyüş əməliyyatları vaxtı

  • uzun müddət davam edən təlimlər zamanı

  • döyüş səngiyən hallarda

  • təlimdə fasillələr vaxtı

  • hava şəraiti pis olduğu halda

Əsgər avtomatdan istifadə etməyibsə,onu həftədə 1 dəfədən gec olmayaraq təmizləyirlər.Avtomatın hissə və mexanizimlərini təmizləyib yağlamaq üçün aşağdakı məhlullar və materiallar lazımdır:

  • duru silah yağı

  • silah yağı (RJ,qışda donmayan,yayda əriməyən)

  • lülə təmizləyən məhlul (RÇS)

  • əsgi

  • KV -22 kağızı (yağlı kalka)

  • Kəpitkə lifi (ancaq lülə kanalını təmizləmək üçün)

Avtomatı aşağdakı qaydada təmizləyirlər:

  • təmiz əsgi parçası üzərində və ya faner stollarda yerləşdirirlər.

  • Silahı təmizləmək üçün avtomatı 450 bucaq altında (maqazin çıxarılıb) göyə atəş vəziyyətində tuturlar

  • Qoruyucunu açıb çaxmaq çərçivəsini çəkib atəş vəziyyətinə gətirir.

  • Atəş açırıq,sonra avtomatın hissə və mexanizmləri ardıcıllıqla sökürük

  • Lülə kanalını təmizləmək üçün sünbəni penalın yan deşiklərindən salıb,ucluğuna silgəci bərkidib silirik.

  • Sünbəni lülə kanalından çıxarıb kəpitkə lifini taxırıq və bir neçə dəfə təkrar edirik.Əgər lülə kanalında yanıq izləri,pas,çirk aşkar edilərsə lülə kanalının təmizlənməsi (duru yağın köməyilə) davam etdirilir.

  • Lülə kanalını yağla təmizlədikdən sonra,quru əski ilə təmizləyirik.

  • Sonra avtomatın ağız hissəsindən xəzinə hissəsinə baxmaq üçün işığa yönəldirik ki,lülənin kənarında pas,çirk qalmasın.(lülənin içi parıldamalıdır)

  • Qaz kamerasını,qaz borucuğu,kampensatoru silah yağı ilə təmizləyib qurulayırıq

  • Lülə qutusunu,çaxmaq çərcivəsi ,çaxmaq və qaz porşenini təmizləyirik.

  • Avtomatı təmizlədikdən sonra rəhbərə məlumat veririk.

Avtomatı aşağdakı qaydada yağlayırlar:

  • lülə kanalını,xəzinəni silgəc vasitəsi ilə

  • avtomatın qalan bütün metal hissələrinin səthinə yağ hopduruluş əsgi vasitəsilə nazik yağ qatı çəkirlər.

  • Ağac hissələr yağlanmır.

Artıq yağ hissə və mexanizmin çirklənməsinə səbəb olur,atəş vaxtı əngəl törədir.
Patronun quruluşu və növləri. Döyüş patronu güllədən,gilizdən barıt atımından və kapsuldan ibarətdir.1943 il növlü patron adi və xüsusi məqsədli olur:

  • izburaxan yandırıcı güllələr

  • zirehdələn güllələr

Xüsusi məqsədli güllələrin ucu fərqləndirici rəngə malikdir.Güllənin növləri aşağıdakılardır: Adi güllə - düşmənin açıqda və güllə deçə biləcək maneələr arxasında yerləşən canlı qüvvəni məhv etmək üçündür. Izburaxan güllələr – düşmənin canlı qüvvəsini məhv etmək,eləcədə atəşi dəqiqləşdirmək və hədəfi göstərmək üçündür. Zirehdələn yandırıcı güllələr – düşmənin maye yanacaq anbarlarını alışdırmaq və yüngül zirehli örtüklər arxasındakı canlı qüvvələri 300 metrədək məsafələrdə məhv etmək üçündür. Giliz – patronun bütün hissələrini birləşdirmək,barıt atımını kənar təsirlərdən qorumaq və barıt qazının çaxmaq tərəfə yönəlməsinin qarşısını almaq üçündür. Giliz gğvdədən, ağız və dib hissələrdən ibarətdir. Barıt atımı – gülləyə hərəkət qüvvəsi vermək üçündür. O, proksilin barıtdan ibarətdir. Kapsul – barıt atımını alışdırmaq üçündür. O, bürünc kalpakdan, xüsusi vurucu tərkibdən və folqa dairəciyindən ibarətdir. Adi güllə qılafdan, polad özəkdən və qurğuşun örtükdən; İzburaxan güllələr qılafdan, qurğuşun özəkdən, izburaxan maddədən və izburaxan stəkandan; Zirehdələn yandırıcı güllə qılafdan, ucluqdan, polad özəkdən, qurğuşun örtükdən, qurğuşun diblikdən və yandırıcı maddədən ibarətdir
Silah və patronla davranarkən təhlükəsizlik qaydalarına riayət edilməsi qaydaları. Avtomatın qorunub saxlanılmasına aşağdakı rəhbərlər məsulliyyət daşıyır:

  • hərbi hissədə bölmə komandiri

  • tədris müəssələrində təhsil müəssəsi direktoru

  • tədris müəssələrinin hərbi rəhbəri

Avtomat boşaldılmış halda pramidada saxlanılır. Avtomatdan divardan və pəncərədən 1,5 m kənarda saxlanılır. Otağın temperaturu + 180C olmalıdır. Otaqda nəmişlik 70% çox olmamalıdır. Məşğələ zamanı təhlükəsizlik tədbirləri aşağıdakılardır:

  • atış üsulları və qaydaları öyrədilən məşğələlər

  • atış keçirərkən təhlükəsizliyi təmin edən işləri düzgün təşkil etmək

  • tirdə müəyyən edilmiş qaydaları bilmək

  • atış meydanında qaydaları dəqiq yerinə yetirmək

  • tələbələrin intizamlı davranışından ibarətdir.

Avtomatın və patronların quruluşunu öyrənərkən yerinə yetirilən təhlükəsizlik qaydalarına bu məşğələlər zamanı da ciddi riayət olunmalıdır. Darağa patron doldurulması – darağa patron doldurmağ üçün onu ağzı yuxarı və qabarıq tərəfi sola olmaqla sol əldə saxlamaq,patronları isə onların güllələri çeçələ barmağı tərəfə olmaqla sağ əldə elə tutmaq lazımdır ki,gilizlərinn dibi baş və şəhadət barmaqlarından bir qədər yuxarıda dayansın. Avtomatı atəşdən sonra aşağdakı qaydada baxış keçirilir:

  • darağı avtomatdan ayırmaq

  • avtomatı qoruyucudan ayırmaq,çaxmaq çərçivəsini geriyə çəkilmək,patronun xəzinədən çıxıb – çıxmadığını nəzərdən keçirmək

  • avtomatdan tətiyi çəkmək,qoruyucuya qoymaq

  • patronları daraqdan çıxartmaq

  • darağı avtomata birləşdirmək.

Boşaldılandan sonra avtomata baxış keçirilir,bu məqsədlə “Silahı - baxışa” komandası verilir. Bu komanda ilə uzanmış vəziyyətdə olarkən darağı çıxartmaq və onu ağzı özünüzə tərəf avtomatın yanına qoymalı,avtomatı qoruyucudan azad etməli, çaxmaq çərcivəsini geriyə çəkməli,avtomatı sola döndürməli. Komandir xəzinəni və darağı nəzərdən keçirdikdən sonra, çaxmaq çərcivəsini irəliyə vermək, tətiyi çəkmək, avtomatı qoruyucuya qoymaq, darağı avtomata birləşdirmək və avtomatı “Qayışa” vəziyyətdə saxlamaq lazımdır.

Mövzu 17: Kalaşnikov əl pulemyotunun (kiçik çaplı tüfənglərin) təyinatı, növləri,

quruluşu və xassələri.

Kalaşnikov əl pulemyotunun (kiçik çaplı tüfənglərin) təyinatı, növləri, quruluşu və xassələri. KƏP – düşmənin canlı qüvvələrini məh etmək və atəş vasitələrini zədələmək üçündür.Avtomatdan fərqli olaraq pulemyotun nişangahın tərtibatında nişangah qolu mövcuddur. Yandan əsən küləyə görə və hədəfin sağa-sola hərəkətləri zamanı düzəliş edərkən nişangah qolunun başlığını maxavik vasitəsilə sağa vəya sola hərəkət etdirmək mümkün olur.Pulemyotun lüləsi avtomatdakına nisbətən uzundur.Nəticədə düzünə atəş məsafəsi və hədəfə təsirli atəşin uzaqlığı artır. KƏP – in quruluşu aşağıdakı kimidir:

  • lülə,lülə qutusu ilə birlikdə - nişangah tərtibatı,qundaqla birlikdə

  • lülə qutusunun qapağı - süngü-bışaq

  • qaytarıcı mexanizm - çaxmaq çərçivəsi,qaz porşeni ilə birlikdə

  • qaz borusu,lülə üstlüyü ilə birlikdə - çaxmaq

  • lülə yatağı - daraq

  • buraxıcı-zərbə mexanizmi

Kalaşnikov tipli (UP-7.62 və KƏP-5.45 mm) pulemyotların

döyüş xassələri aşağıdakı kimidir:

- Çapı 7.62 mm 5.45 mm

- Ttəsirli atəş məsafəsi:

a) hava hədəflərinə 800 m 500 m

b) yer hədəflərinə 500 m 600 m

- Atəşin nışangah məsafəsi 1000 m 1000 m

- Düzünə atəş məsafəsi

a) döş hədəfinə 365 m 460 m

b) qaçan hədəfinə 540 m 640 m

- Atəş tempi 600 dəq/at 600 dəq/at

- Daraqla birlikdə çəkisi 5.6 kq 5.46 kq

- Disk formalı daraqla birlikdə

çəkisi 6.8 kq 6.52 kq

- Darağın tutumu 40/75 40/120

- Güllənin sürəti 745 m/s 800 m/s



Kiçikçaplı tüfəngin təyinatı və döyüş xassələri. Tüfəngin əsas hissələri və mexanizmləri. Tula silah zavodunun buraxdığı “TOZ-8” markalı kiçik çaplı tüfəng ilk atış qaydalarını öyrətmək və atıcıları məşq etdirmək üçündür. Tüfəngin döyüş xassələri belədir:

1. Çapı 5,6 mm

2. Kütləsi 3,12 kq

3. Güllənin başlangıc sürəti 310 m/san

4. Atəş tezliyi 10-12 atəş/dəq.

5. Nişangah məsafəsi 250 m

6. Güllənin uçuş məsafəsi 1200-1600 m

7. Güllənin zədələyici məsafəsi 800 m

Kiçikçaplı tüfəngin əsas hissələri və mexanizmləri bunlardır: Lülə, içlik, buraxıcı mexanizmlə birgə lülə qutusu, arxa qapaq, açıq nişangah tərtibatı, çaxmaq, qundaq, tətik, arpacıq, tüfəngi doldurmaq və atılmış gilizi tullamaq üçün pəncərə.

Kiçikçaplı tüfəngin doldurulması qaydası. Kiçikçaplı tüfəng sağ əllə doldurulur.Çaxmağı açır,geriyə çəkir,patronu baş və şəhadət barmaqlarla tutub gülləni xəzinəyə yeridir,baş barmaqla patronu irəliyə-gilizin kənarları lülə arxasının kəsiminə dirənənədək basır və çaxmağı bağlayırlar.Kiçikçaplı tüfəngi də avtomatdakı qaydada təmizləyirlər,yağlayırlar. Lakin yadda saxlamaq lazımdır ki, kiçikçaplı tüfəngi ağızdan təmizləmək qadağandır, çünki belə halda sünbə lülənin ağız hissəsində yivlərin tinlərini pozur,bu isə tüfəngdən atəşin sıxlığına mənfi təsir göstərir.Lülə kanalını təmizləmək üçün arxa qapağı çıxartmaq, çaxmağı lülə qutusundan çıxartmaq,silgəcin fırlanan hissəsinə 4-5 sm uzunliğunda kəpitkə lifi sarımaq, onu duru silah yağında islatmaq və sünbəni xəzinə tərəfdən lülə kanalına yeritmək lazımdır.

Mövzu 18: Qəlpələnən əl qumbaraları, onların quruluşu,

doldurulması və atılması qaydası.
Qəlpələnən əl qumbaraları, onların quruluşu, doldurulması və atılması qaydası. Əl qumbaraları müasir döyüşdə düşməni məhv etmək üçün ehtibarlı vasitələrdir. RQD – 5 əl qumbarasının quruluşu:

  1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin