Azərbaycan respublikasi təhsil nazirliyi baki döVLƏt universiteti iqtisadi Nəzəriyyə Kafedrası roman



Yüklə 60,32 Kb.
səhifə1/8
tarix05.01.2022
ölçüsü60,32 Kb.
#111255
  1   2   3   4   5   6   7   8

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI
BAKI DÖVLƏT UNIVERSITETI


İqtisadi Nəzəriyyə Kafedrası


ROMAN

Xəlvəti iqtisadiyyat və vergidən yayınma”

Mövzüsunda


Kurs işi

Bakı: 2008

PLAN

Giriş . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 3.



  1. Xəlvəti iqtisadiyyat, mahiyyəti, yaranma səbəbləri və sosial-iqtisadi nəticələri. Gutmann metodu . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 4.

  2. Azərbaycanda xəlvəti iqtisadiyyat və onun leqallaşdırılması zəruriyyəti. . . . 12.

  3. Dövlətin vergi siyasəti və onun təkminləşdirilməsi istiqamətləri . . . . . . . . . 20.

Nəticə. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 24.

İstifadə edilmiş ədəbiyyat siyahısı: . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 26.

Cədvəllər. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 27.

Giriş:

Azərbaycan respublikası müstəqilliyini əldə etdikdən sonra ictmai həyatın bütün sahələrində olduğu kimi, iqtisadiyyatda da kəskin transformasiya prosesinə daxil olmuş bu dövr ərzində baş verən tsiklik inkişaf uğurlarla yanaşı bir sıra “iqtisadi xəstəliklər” də doğurmuşdur ki, onlardan biri xəlvəti iqtisadi sektordur. İlkin kökləri hələ sovet dönəminə gedib çıxan Azərbaycan xəlvəti iqtisadiyyatı ilə bağlı aparılan tədqiqatların ümumiləşdirilməsi onu göstərir ki, bu sektor özündə həm inkişaf etmiş, həm də üçüncü dünya ölkələrindəki xəlvəti iqtisadiyyatların xüsusiyyətlərini birləşdirir.

Xəlvəti iqtisadiyat nəinki Azərbaycan kimi keçid iqtisadiyyatına malik ölkələr, həm də inkişaf etmiş ölkələrin də həllini tam tapa ən böyük problemlərindən biridir. Mən bu mövznün aktuallığını və ölkəmiz üçün böyük önəm daşıdığını nəzərə alaraq xəlvəti iqtisadiyyatın həcmi onun Azərbaycan üçün yaratdığı və yarada biləcəyi problemlər haqqında az da olsa söhbət açacağam. Ölkəmizdə bu problemin xroniki hal aldığını nəzərə alaraq kurs işimin ikinci sualını Azərbaycanda xəlvəti iqtisadiyyat və onun leqallaşdırılması zəruriyyətindən bəhs etməyi və bu mövzuda iqtisadçılarnın bir-biri ilə kəsişən və ayrılan fikirlərini təhlil etməyi nəzərdə tutmuşam. Bu kurs işimdə mən dövlətin vergi siyasəti və onun təkminləşdirilməsi istiqamətlərindən və verginin xəlvəti iqtisadiyyatın yaranmasındakı başlıca mənbələrdən biri olduğunu onun düzgün qurulmasının nə qədər önəmli olmasını araşdırmağa çalışacağam.

Birinci suala keçməzdən əvvəl mən xəlvəti iqtisadiyyat dedikdə iqtisadiyyatın hansı hissəsinin nəzərdə tutulduğunu bildirmək istəyirəm. Xəlvəti iqtisadiyyat qanunla qadağan olunmadığı halda, müxtəlif səbəblərdən dövlət orqanlarına xəlvəti qalan iqtisadi fəaliyyət və əməliyyatlarla, qanunla qadağan olunduğu halda xəlvəti həyata keçirilən iqtisadi fəaliyyət və əməliyyatları birgə nəzərdə tutur.





  1. Yüklə 60,32 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə