Azərbaycan respublikasi təhsil nazirliyi baki döVLƏt universiteti iqtisadi Nəzəriyyə Kafedrası roman


Gutmann metodu il xəlvəti iqtisadiyyatın kəmiyyət qiymətləndirməsi praktikası



Yüklə 60,32 Kb.
səhifə4/8
tarix05.01.2022
ölçüsü60,32 Kb.
#111255
1   2   3   4   5   6   7   8
Gutmann metodu il xəlvəti iqtisadiyyatın kəmiyyət qiymətləndirməsi praktikası. Metoddan ilk Dəfə 1937-1976-cı illər arası dövrdə ABŞ xəlvəti iqtisadiyyatının kəmiyyət qiymətləndirməsi məqsədilə Peter Gutmann istifad etmişdir. Belə ki, o, 1977-ci ildə yayınladığı 3 səhfəlik məqaləsi ilə Amerika əhalisinin diqqətini xəlvəti iqtisadi fəaliyyətlərin artımına yönəldə bilmişdir. Gutmann özündən min bir şəkildə “xəlvəti” iqtisadiyyat adlandırdığı fenomenin həcmi haqqında konkret və kifayət qədər də yüksək bir rəqəm – 1976-cı il üçün 200 mlrd. dollar və ya ÜDM-nin 10%-i – irəli sürmüşdür. 1937-41-ci illər arası dövrdə Amerikada xəlvəti iqtisadiyyatın olmadığını fərz edən (həmin dövrdə gəlir vergisi dərəcəsi çox aşağı idi) Gutmann öz hesablamalarında bu dövrü “baza ili” kimi qəbul etmişdir. Həmçinin Gutmann “nağd pul/tələbli əmanət” nisbətinin 1970-ci illərin ortalarında kəskin şəkildə artdığını qeyd edərək, 1976-cı ildə qanuni əməliyyatlar üçün zəruri olan pul kütlsindn artıq hissənin – müxtəlif banknotlardan ibarət olan təxminən 29 mlrd. dollar – tədavüldə olduğunu irəli sürmüşdür.

Metod Avstraliya Kommersiya Bankı tərəfindən Avstraliya üçün də tətbiq edilmişdir. Yalnız fərq onda olmuşdur ki, “baza ili”ndə “nağd pul/tələbli əmanət” nisbətindəki normal göstərici Gutmannda 21,7% olduğu halda, bu hesablamada 30% olmuşdur. Bu nisbət 1950-60-cı illərdə təxminən sabit qalmış, yalnız 1970-ci illərdə isə artmışdır. Nəticə də, hesablamalar əsasında 1978-79-cu illər üçün Avstraliyada xəlvəti iqtisadiyyatın səviyyəsi ÜDM-nin 10%-i həddində müəyyən edilmişdir. 1980-cı ild Edgar Feige bu metodu bir sıra dəyişikliklərlə Amerika üçün təbiq edir. Dəyişiklər bunlardır: 1) “Baza ili” 1964-cü ildir və bu ildə xəlvəti iqtisadiyyat ÜDM-nin 5%-i təşkil edir; 2) Müşahidə edilən iqtisadi əməliyyatların yalnız 2/3-i nağd puldan, qalan 1/3-i isə tələbli əmanətlərdən istifadəyə əsaslanır; 3) Xəlvəti iqtisadiyyatda dollarla əldə edilən gəlir, rəsmi iqtisadiyyatda əldə edilən gəlirdən 10% yüksəkdir. Beləliklə, bu dəyişikliklər əsasında aparılan hesablama 1979-cu ildə ABŞ-da xəlvəti iqtisadiyyatın 28% olduğunu üz çıxarmışdır. Praktikada metodun tətbiqi zamanı “baza ili”nin seçimi, xəlvəti və rəsmi sektorlarda nağd pulun dövriyyə sürəti ilə bağlı fərqli yanaşmaların olmasının, alınan nəticələr yüksək təsir göstərdiyini üz çıxarır. Məsələn, Cədvə l No.1-dən də göründüyü kimi Klovland tərəfindən 1978-ci ild Norveç və İsveçdə aparılan kəmiyyət qiymətləndirmələri zamanı, pulun dövriyyə sürətinin 4,77-dən 11,7 qaldırılması ilə Norveç üçün xəlvəti iqtisadiyyatın 6,4%-dən 16%- ə, İsveç üçünsə 6,9%-dən 17,2%-ə yüksəldiyi müşahid edilmişdir. Həmçinin 1980-cı ildə O’Higgins tərəfindən İngiltərə üçün aparılan tədqiqatların nəticəsində məlum olmuşdur ki, nağd pul nisbəti göstəricisi 1960-cı ill rin sonunda və 1970-ci illərdə aşağı düşməyə başlamış və 1974-cü ildə 1963-cü ildə ki göstəricinin 2/3-i təşkil etmişdir. Başqa sözlə, 1974-cü il əvəzinə 1963-cü il “baza ili” kimi qəbul edilərək, 1974-cü il üçün xəlvəti iqtisadiyyatın aşağı düşdüyü üz çıxmışdır. Nağd pul nisbəti metodu Türkiyə xəlvəti iqtisadiyyatının kəmiyyət qiymətləndirməsində də geniş istifadə olunmuşdur və bu qiymətləndirmələrə öz spesifikliyi ilə fərqlənmişdir. Ahmet Özsoylu tərəfindən aparılan kəmiyyət qiymətləndirməsində 1963-1990 illər ərzində C/D nisbəti təhlil edilmiş və “baza ili” 1985-ci ilə qəbul edilmişdir. Həmçinin tələbli əmanət göstəricisi əvəzinə də məcmu əmanət göstəricisindən istifadə edilmişdir. Özsoylu “baza ili” C/D nisbətini 0,15 və 0,10 kimi iki fərqli göstərici şəklində istifadə etmiş və 1980-1990-cı illər arasında xəlvəti iqtisadiyyatın səviyyəsinin illik orta hesabla 6,1% v 10,9% olduğunu göstərmişdir. Digər bir qiymətləndirmə Fethi Öğünç və Gökhan Yılmaz tərəfindən 1960-1998-ci illər üçün aparılmışdır. Bu zaman C/D göstəriciləri 1980-cı ildən sonra başlayan struktur iqtisadi dəyişikliklər uyğun olaraq 1960-1979 və 1980-1998-cı illəri əhatə edən iki ayrı dövr üçün təhlil edilmişdir. Tədqiqatda 1960-1979-cu illər arasında “baza ili” 1975-ci il qəbul edilərək, həmin dövr ərzində xəlvəti iqtisadiyyat illik orta hesabla 10,4%, 1980-1998-ci illər arasında isə “baza ili” 1986-cı ilə qəbul edilərək, xəlvəti iqtisadiyyatın səviyyəsi orta hesabla 17% hesablanmışdır. 1987-2003-cü illər arasında “baza ili”nin 2001-ci ilin birinci rübü qəbul edərək, bu dövr üçün xəlvəti iqtisadiyyatın səviyyəsini qiymətləndirməyə çalışan Vuslat US isə illik orta hesabla 48%-lik bir rəqəm əldə etmişdir. Dünya Bankının Ermənistan nümayəndəliyinin əməkdaşı Bagrat Tunyan tərəfindən 1994-2004-cü illər arası dövrdə aparılan Ermənistan xəlvəti iqtisadiyyatının kəmiyyət qimətləndirmənin əsas maraq doğuran tərəfi “baza ili”nin seçilməsi ilə bağlıdır. Tunyan Ermənistanda 1994-cü ilin Yanvar-Mart ayları arasında C/D nisbətinin orta göstəricisini “normal” qəbul etmiş və bu dövrdə xəlvəti iqtisadiyyatın səviyyəsini minimum götürmüşdür. O hesab edir ki, ölkə də milli valyutanın dövriyyəyə buraxıldlğı ilkin mərhələdə xəlvəti iqtisadiyyat ya yoxdur, ya da nəzərə çarpmayacaq dərəcədə aşağıdır. Belə ki, noyabr 1993-cü ildə Ermənistan dramı dövriyyəyə buraxılmazdan əvvəl dövriyyə də rəsmi pul Rus Rublu idi. Tunyan göstərir ki, nə vaxt ki, milli valyuta dövriyyəyə buraxıldı, bu zaman Ermənistan Mərkəzi Bankı konkret məzənnə və ciddi prosedur qaydaları çərçivəsində Rus Rublunu yeni valyuta ilə dəyişdirməyə başladı. Bir neçə ay çəkən bu prosesdə tamamilə ciddi nəzarət olmuş və ən azından bütün pul fondlarının Rubldan Drama çevrildiyi mübadilənin ilkin mərhələsində xəlvəti iqtisadiyyatdan daxil olan pullar elə də yüksək olmamışdır. Proses bir müddət belə davam etmiş, nəhayət, sonuncu bir neçə ay ərzind xəlvəti iqtisadi sektorda hərəkət edən bütün nağd pul kütləsinin də drama çevrilməsinə icaz verilmişdir. Bu baxımdan, Tunyan 1994-cü ilin əvvəllərində ki C/D göst ricisini (1,15) xəlvəti iqtisadi aktivliyin ən aşağı olduğu dövrə uyğun göstərici kimi qəbul edərək öz kəmiyyət qiymətləndirmələrini aparmışdır. Azərbaycan xəlvəti iqtisadiyyatının kəmiyyət qiymətləndirməsi də indiyədək bir sıra yerli və xarici mütəxəssislər tərəfindən aparılmışdır (Bax: Cədvəl. No.2). Ölkə də heç də birmənalı münasibət olmayan bu qiymətləndirmələrlə bağlı onu qeyd edə bilərik ki, hər halda onların heç biri birbaşa Azərbaycana həsr olunmuş tədqiqatın nəticəsi kimi çıxış etmir. Başqa sözlə desək, onların heç birində Azərbaycan reallıqları maksimum nəzərə alınmamışdır. Sadəcə tədqiq olunan ölkə qrupları üzrə ümumi prinsip və metod qəbul edilərək, hesablamalar aparılmışdır. Mümkündür ki, bu reallıqların nəzərə alınaraq aparıldığı xüsusi tədqiqatlar nəticəsində daha fərqli rəqəmlərəldə edilmiş olsun. Mən də, məhz bu məntiqdən çıxış edərək, aşağıda, indiyədək Azərbaycan xəlvəti iqtisadiyyatının kəmiyyət qimətləndirməsində istifadə edilməyən Gutmann metodu ilə belə qiymətləndirməni aparmağa çalışıram. Metodologiyaya uyğun olaraq, 1991-2006-cı illər üzrə illik və aylıq k=C/D nisbətini hesablayıb, alınan nəticələri təhlil edirik. Məlum olur ki, Azərbaycanda k-nın ən aşağı olduğu il 1992-ci ildir ki, bu zaman da k=0,8-dir. Hətda digər illərin müxtəllif aylarında belə, k-nın qiməti 0,8-d n aşağı olmamışdır. Eyni zamanda cədvəl No.3-dən də göründüyü kimi C/D nisbəti 1992-ci ild kəskin aşağı düşmüş, 1992-2002-ci illər üzr daim yüksəlişdə olmuş, 2003-2006-cı illər arasında is yenidən aşağı düşməyə başlamışdır. Ümumiyyətlə, görünən odur ki, baxmayaraq ki, 1992-ci ildən bəri ölkə də bank-maliyyə sektoru kifayət qədər inkişaf etmiş, nağdsız ödəmələr genişlənmiş, monetar siyasət mexanizmləri tam şəkildə reallaşdırıla bilmişdir, hələ də C/D nisbəti 1990-cı illərin əvvəllərindəki və inkişaf etmiş ölkələrdə ki müvafiq göstəricidən dəfələrlə yüksəkdir. Bu isə ölkə də xəlvəti iqtisadiyyat fenomeninin mövcudluğu üzərində düşünməyə əsas verir. I variant: Gutmann metoduna görə 1992-ci ili “baza ili”, həmin ildə ki C/D nisbətini isə “normal” göstərici qəbul edirik. Əslində 1992-ci il üçün ölkə də xəlvəti iqtisadiyyatın olmadığını fərz etmək elə asanlıqla qəbul edilən müddəa olmasa da, B.Tunyanın Ermənistan üçün hesablamarda nəzərə də tutduğu hipotezi Azərbaycan üçün də irəli sürmək mümkündür. Belə ki, 1992-ci ilin 15 avqustundan başlayaraq, ölkə də manat dövriyyəyə buraxılmış və rublla dəyişdirilməsi prosesi ilin axırınadək əhəmiyyətli miqyasda reallaşmışdır. Bunun üçün də 1992-ci ilin sonunu nağd pulun xəlvəti iqtisadi sektorda ən az miqdarda dövr etdiyi tarix kimi qəbul etmək olar. II variant: Azərbaycanda Gutmann metodu ilə xəlvəti iqtisadiyyatın kəmiyyət qiymətləndirməsinin ikinci variantı kimi 1991-1995-ci illər üzrə “baza ili”nin 1992-ci, 1995-2006-cı illər üzrə isə 1995-ci il qəbul edilməsi ilə aparılan qiymətləndirməni qəbul etmək olar (Cədvəl No.4). Belə ki, ölkə iqtisadiyyatının ümumi iqtisadi inkişaf tendensiyasında 1995-ci il qədərki və ondan sonrakı dövrün fərqləndirilməsi artıq ənənəvi hal almışdır. Bu onunla izah olunur ki, 1995-ci ildən başlayaraq, ölkədə makroiqtisadi sabitlik əldə edilmiş, tədrici iqtisadi artımla paralel şəkildə mühüm struktur dəyişiklikləri də aparılmışdır. Eyni zamanda bu yanaşma Fethi Öğünç və Gökhan Yılmazın Türkiyədə apardığı tədqiqatlara da uyğun gəlir. Həmçinin onu da qeyd edək ki, 2-ci variantın nəticələri Azərbaycan Dövlət Statistika Komitəsi və Avstriya Linz Universitetinin professoru Friedrich Schneider tərəfindən Azərbaycan üzrə aparılan kəmiyyət qiymətləndirməsinin nəticələri ilə də uyğunluq təşkil edir.

Gutmann metodu ilə apardığımız Azərbaycan xəlvəti iqtisadiyyatının kəmiyyət qiymətləndirməsi ilə bağlı onu qeyd edək ki, bu metod əksər ölkələrdə tətbiq edilsə də, bir sıra çatışmazlıqlara da malikdir. Azərbaycan kimi keçid iqtisadiyyatlı ölkələrdə üzə çıxan ən mühüm çatışmazlığı isə C/D nisbətindəki artımın yeganə səbəbinin xəlvəti iqtisadiyyatın genişlənməsi olduğunu fərz etməsidir. Lakin professor Hanousek və Paldanın da qeyd etdikləri kimi bu ölkələrdə C/D nisbətinə xəlvəti iqtisadiyyatla yanaşı, maliyyə sistemin innovasiyaların sürətlə daxil olması, qeyri-stabil iqtisadi artım və inflyasiya səviyyəsi, bank sektorundakı uğursuzluq, böhranlar və neqativ faiz dərəcələrinin halini nağd pula yönəltməsi, bank sektoru il bağlı qanunvericiliyin vaxtaşırı dəyişməsi kimi amillərə də ciddi təsir göstərmişdir. Bu baxımdan hesab edirəm ki, gələcəkdə Azərbaycan xəlvəti iqtisadiyyatının kəmiyyət qiymətləndirməsində monetar yanaşma metodlarından istifadənin keyfiyyətini artırmaq məqsədilə, hesablamalarda bu amillərini də nəzərə alınması zəruridir.




Yüklə 60,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə