Azərbaycan respublikasi təhsil nazirliyi baki döVLƏt universiteti iqtisadi Nəzəriyyə Kafedrası roman


Dövlətin vergi siyasəti və onun təkminləşdirilməsi istiqamətləri



Yüklə 60,32 Kb.
səhifə6/8
tarix05.01.2022
ölçüsü60,32 Kb.
#111255
1   2   3   4   5   6   7   8
3.Dövlətin vergi siyasəti və onun təkminləşdirilməsi istiqamətləri

Vergilər – dövlətin öz xərclərini ödəmək və iqtisadi və sosial həyata müdaxiləsini tə’min etmək məqsədilə hüquqi və fiziki şəxslərdən toplanan məcburi gəlirdir.

Maliyyə siyasətinin tərkib hissəsi olmaqla vergi siyasətinin formalaşdırılması və həyata keçirilməsi ümumi – iqtisadi inkişafın əsas şərtlərindəndir. Ona görə də vergi işinin təşkilində inkişaf ölkələrin təcrübəsindən istifadə edilməsi və mükəmməl vergi siyasətinin formalaşdırılması çox vacibdir. Vergi siyasəti nəticə etibarı ilə bir vergi sisteminin formalaşdırılmasına gətirib çıxarmalıdır ki, bu sistem iqtisadi tənzimləmə fueusiyasını normal şəkildə həyata keçirə bilsin. Bu baxımdan mükəmməl vergi siyasətinə çox böyük ehtiyac var.

Vergi sisteminin aşağıdakı formaları vardır:



  1. Klassik ikiqat vergiqoyma sistemi.

Burada həm korporasiyaların (müəssisələrin), həm də fiziki şəxslərin, yəni səhm sahibkarının dividetlərindən vergi tutulur. Bu sistem Niderlandda, Lüksemburqda, ABŞ – da, İsveçdə fəaliyyət göstərir.

  1. Korporasiyaların (müəssisələrin) bölüşdürülən mənfəətindən korporativ vergi.

Bu vergi sistemində korporasiyalar vergidən azad olunur və ya əksinə səhmdarların səhmlərə görə əldə etdiyi gəlirdən tutulan vergilər tam və ya qismən azad olur. Bu sistem Avstraliayada, Yeni – Zelandiyada, İtaliyada və Finlandiyada fəaliyyət göstərir.

  1. Kompaniya səviyyəsində vergitutmanın azaldılması sistemi.

Bu halda bölüşdürülən mənfəət daha aşağı stavka ilə vergiyə cəlb edilməlidir. Bu sistem Avstriya, AFR, Portuqaliya və Yaponiyada, müəyyən hissəsindən azad etmə isə İspaniya və İslandiyada fəaliyyət göstərir.

  1. Səhmdarlar səviyyəsində vergitutmanın azaldılması sistemi.

Bu halda səhmdarlar aldıqları dividentlərdən tutulan vergilərdən (Danimarka, Yaponiya, Kanada) və ya kompaniyanın bölüşdürdüyü mənfəətdən tutulan vergidən qismən azad edilir (Böyük Britaniya, İrlandiya, Fransa).

İqtisadi sistemdə vergilərin aşağıdakı funksiyaları vardır:



  1. Fiskal funksiya.

Bu funksiya dövlət xərclərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsinin gəlirlərini təmin etmək məqsədini güdür (bütün dövlətlərdə, bütün ictimai formasiyalarda vergilər).

  1. Sosial funksiya.

Bu funksiya sosial və gəlir qrupları arasında gəlirləri bərabərləşdirmək üçün sosial ədaləti və bərabərliyi təmin etməyə yönəldilib.

  1. Tənzimləyici funksiya.

Müxtəlif istiqamətlər üzrə (sahə, ərazi, struktur) iqtisadiyyatın dövlət tənzimlənməsi başa düşülür.

  1. Stimullaşdırıcı funksiya.

Ümumiyyətlə, vergi sisteminin tənzimlənməsi cəmiyyətin müxtəlif təbəqələrinin maddi mənafelərinin tarazlaşdırılmasına xidmət etməlidir.

Vergi sistemi probleminə keçməzdən qabaq ilk növbədə vergilərə aid bəzi anlayışları sadalayaq: məcburilik, xüsusi əvəzetmənin olmaması, vergi qanunverici aktları arasında tutulmalar, ön ümumilik və s. Hər bir ölkə özünün konkret şəraitinə, inkişaf səviyəsinə və yaranmış real iqtisadi vəziyyətinə uyğun vergi sistemi qurmalıdır. Bununla yanaşı dövlət, vergi siyasətində ən aktual, faydalı, səmərəli prinsipləri seçməli və istifadə etməlidir. Təcrübə göstərir ki, köhnə vergi sistemində əməlli – başlı qanunverici akrlar qəbul edilmiş, yaxşı təməl qoyulmuşdur, buna görə də iqtisadi sistemə keçiddə lazım oldu – olmadı hər şeyi kökündən çıxarmaq və dəyişmək lazım deyil. Vergi sistemi tədricən formalaşır. Vergi sistemi müəyyən ünsürlərin məcmusudur. Bu mənada vergi sistemi adı altında hər hansı bir dövlətdə toplanan vergilər, rüsumlar və s. məcburi ödəmələrin məcmusu, eləcə də onların təşkili, quruluşu, toplanmasının forma və üsulları başa düşülür. Vergi sistemi adi iş deyildir, kortəbii yaranmır, o bir qrup qanunverici normalara əsaslanır. Mövcud qanunverici aktları isə vergi, rüsum və s. necə toplanmsının yollarını müəyyənləşdirir. Hamıya məlumdur ki, müəssisə və vətəndaşların mənfəət və gəlirlərindən, müxtəlif növ məmulatların dəyərindən, bir sıra və çox saylı fəaliyyət növlərindən, təbii ehtiyatlardan istifadəyə görə əmlakdan, əmlak verilməsindən, məhsulun, görülən işin və yerinə yetirilən xidmətlərin dəyər artımından vergi tutulur. Vergi sistemi vergilərin toplusu, dövlət hakimiyyəti qurumlarının vergiləri nizamlanması ilə əlaqədar malik olduqları səlahiyyətləri, vergi tutma qaydalarını, hətta vergilərə nəzarəti və s. əhatə edir.

Bununla yanaşı vergi sistemi silsiləsində vergi elementləri adlı bir halqa vardır, bu da vergilərin toplanması üsullarına aid olan işdir. Buna görə də vergilərin toplanması, yığılması prosesinin konkret üsulları, yolları verginin elementləri adını daşıyır. Deyilənlərə əlavə olaraq qeyd edək ki, vergi sistemi anlayışına əvvəl deyilənlərdən əlavə vergi toplayan və ona nəzarət edən orqanlar da daxildir. Buna vergi müvəttişliyi və vergi polisini misal göstərmək olar. O ki, qaldı vergi sistemi elementlərinə, həmin elementlər aşağıdakılardır: vergi subyekti, konkret desək, vergiödəyən, verginin obyekti – gəlir və ya əmlakdan ödənən vergi (əmək haqqı, mənfəətdən vergi, qiymətli kağızlar, daşınmaz əmlak), əmtəənin qiyməti və ya xidmətlərə hesablanan əlavə dəyər vergisi, vergi mənbəyi – gəlirdən ödənilən vergi, vergi dərəcəsi – vahid vergiqoymada verginin kəmiyyəti.

Verginin hədlərinə gəldikdə deyə bilərik ki, bu gün üçün təcrübədən keçirilən və istifadə olunan vergi nəticələri: möhkəm, mütənasib, poqressiv və reqressiv formalardır. Vergi dərəcələri, son hədd, əlavə gəlir vahidi üçün vergiqoyma dərəcəsi, orta dərəcə – vergi mənbələrinin gəlirlərin kəmiyyətinə nisbəti. Gəlirə nisbətən fazilə müəyyən edilən vergi dərəcəsi vergi payı adlanır. Vergi dərəcələri ilə vergi güzəştlərinin məcmusu vergi rejimi adlanır. Vergi güzəştli vergilərdən tam və ya qismən azadolmaya deyilir. Təcrübə göstərir ki, ölkələrin hamısında heç də vergi sistemləri eyni cür deyil, onlar verginin növləri, sayı, vergi dərəcələri və digər əlamətlərə görə fərqlənirlər. Buna Azərbaycanı misal çəkmək olar. Azərbaycanda hələlik vergi sistemi əsasən başlıca oaraq, fisklal funksiyanı yerinə yetirməklə məhdudlaşır. Vergi sistemi təsərrüfat subyektləri, fiziki şəxslər üçün əksər hallarda ağır bir yükə çevrilir, bu mənada ona soyğunçuluq demək olar. Vergi ödəyənlər üçün obyektiv yaranan şərait elədir ki, onlar vergilərin ağırlığından yaxa qurtarmaqdan ötrü yuxarı dairələrdə himayədarlar axtarır, vergidən yayınmanı özləri üçün çıxış yolu hesab edir, yaxud da qüvvədə olan vergi aktlarına uyğun vergiləri ödəməli olurlar. Sonuncular isə qazandıqlarının çoxunu dövlət büdcəsinə vermək məcburiyyətində qaldıqlarından ciddi zərbə alırlar. Özünəməxsus vəziyyəti və problemləri ilə səciyyələnən, çoxlu əngəllər və ziddiyətlər müşayiət olunan keçid iqtisadiyyatlı dövlərlər öz xərclərini azaltmaq barədə demək olar ki, düşünmür, əvəzində, mənfəətlərinin yükünü, ağırlığını vergiödəyənlərin boynuna qoymağı daha münasib hesab edirlər. Xəlvəti iqtisadiyyatın yaranma mənbələrindən mühümü budur. Əslində vergi sistemi və onun düzgün təşkili, iqtisadi fəaliyyətin ixracı elmi – texniki tərəqqini irəli aparmalıdır. Səmərəli vergi mexanizmi yaradılsa büdcəmizin gəlirləri artar, maliyyə sabitliyi yaranar, vəziyyət yaxşılaşar. İlk məqsəd kimi birinci növbədə işgüzar fəallıq yüksəldilməli, ikincisi, gəlirlərdə vergilərin xüsusi çəkisi artırılmalıdır.




Nəticə

Tarixən demokratiya xalqların onları idarə edənlər tərəfindən toplanan vergiləri necə xərclədiklərinə daha yaxşı nəzarət etmək cəhdləri nəticəsində meydana çıxmışdır. Təcrübə göstərir ki, qanunvericiliklə xalqdan toplanan məcburi ödəmələrin səviyyəsi ilə xalqın dövlət idarəçilik sisteminə olan marağı arasında düz əlaqə vardır. Bu isə sadə bir məntiqə əsaslanır: insan eldən gedənin deyil, əldən gedənin haqqında daha çox düşünər. Digər tərəfdən, gəlirlərini xəlvəti yollarla əldə edib “gözükölgəli” olan xalq dövlətindən də daim kənar “gəzməyə” çalışar. Göründüyü kimi, ölkədə xəlvəti iqtisadiyyat real demokratiya üçün də təhlükə mənbəyidir. Cəmiyətdə xəlvəti iqtisadiyyatın qanunla qadağan olunan fəaliyyət növlərinin qəti şəkildə aradan qaldırılması və onlardan əldə olunan gəlirlərin müsadirə edilərək, dövlətin nəzarəti altında rəsmi iqtisadiyyata cəlb edilməsi məsələsində heç bir fikir ayrılığı yoxdur və olmamalıdır. Xəlvəti iqtisadiyyatın neqativ təsirləri pozitiv təsirlərindən daha çoxdur. Bu isə artıq xəlvəti iqtisadiyyatla bağlı vahid dövlət siyasətinin formalaşdırılması vaxtının çatdığını göstərir. Xüsusilə, nəzərə alsaq ki, ölkədə ildən ilə yüksək iqtisadi artım baş verir, böyük həcmli neft dollarları daxil olur, yaşadığımız region qlobal münaqişələr, dini-ekstremizm və terrorçuluğun əhatə dairəsinə daxil olur, həmçinin iqtisadiyyatımız inhisarlaşma, xroniki inflyasiya, qeyri-neft sektorunun inkişafı, “holland sindromu” kimi problemlərlə üz-üzə qalmışdır, onda dövlətin iqtisadi prosesləri daha dolğun tənzimləməsi və nəzarət altında saxlaması məsələsi də aktuallaşır ki, bu da ilk növbədə xəlvəti iqtisadiyyatın leqallaşdırılaraq, rəsmi iqtisadiyyata inteqrasiyasını zəruri edir. Nəhayət, hesab edirəm ki, iqtisadi inkişafın bu və ya digər mərhələsində xəlvəti iqtisadi fəaliyyətlərin bəzi müsbət tərəfləri ortaya çıxsa da, uzunmüddətli sağlam inkişaf prespektivindən yanaşsaq, bu tipli fəaliyyətlərə haqq qazandırılması və genişlənməsinə şərait yaradılması yolverilməzdir. Çünki ölkədə xəlvəti iqtisadiyyatın olmaması və ya daha aşağı səviyyədə olması, hər şeydən əvvəl qanunun aliliyinin təmin olunması, sağlam rəqabət mühitinin, stabil inkişaf edən dövlət büdcəsinin, əhalinin daha geniş təbəqələrini əhatə edən sosial müdafiə, təkmil iqtisadi idarəetmə sisteminin, bir sözlə həqiqi vətəndaş cəmiyyətinin olması deməkdir.





Yüklə 60,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə