Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt unversiteti



Yüklə 55,28 Kb.
səhifə1/12
tarix10.01.2022
ölçüsü55,28 Kb.
#110512
  1   2   3   4   5   6   7   8   9   ...   12

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNVERSİTETİ

Qədim dünya və orta əsrlər tarixi kafedrası

Amerikanın kəşfi mövzusunda

KURS İŞİ

Kafedra müdürü : AMEA-nın müxbir üzvü

Prof. Y.M.Mahmudov

Kurs işi rəhbəri : Tarix üzrə fəlsəfə

doktoru D.M.Əzimov

Bakı - 2013

Mündəricat

Giriş --------------------------------------------------------------------------- 3

I Fəsil -------------------------------------------------------------------------- 4

II Fəsil ------------------------------------------------------------------------- 7

III Fəsil ------------------------------------------------------------------------ 13

Nəticə -------------------------------------------------------------------------- 22

İstifadə olunmuş qaynaq və ədəbiyyat ------------------------------------ 23

2

Giriş



XV əsrin sonunda Amerika kəşf olunmaqla dünya xəritəsində öz əksini tapır. Bu mərhələ Amerikanın əslinldə kimlər tərəfindən aşkar olunmasının mübahisəli dövrüdür. Əslində həllini tapmamış bu məsələ hələ də qaranlıq qalmaqdadır. Amerikanın skandinaviyalılar, ispanlar, portuqallar, irlandlar, italyanlar, yaponlar tərəfindən aşkar olunması haqqında müxtəlif versiyalar vardır. Yaponlar Ekvador sahillərində qədim yapon keramikasının tapılmasına əsaslanaraq materikin kəşfinə iddialıdırlar. Əgər deyilənlər doğru olsa belə, bu kəşflər kiçik əraziləri əhatə etdiyindən və dəqiqləşdirilməmiş məlumatlar olduğundan coğrafiya tarixində materikin kəşf olunması X.Kolumbun adı ilə bağlanılır. 
Amerikanın kəşf olunmasının X.Kolumbun adı ilə bağlanması, tədris müəssisələrində ona üstünlük verərək gənclərə aşılanması düzgündürmü? Hər halda, Amerikanın 985-ci ildə normann dənizçisi Byarnı tərəfindən kəşf olunması haqqında dəqiqləşdirilmiş məlumatlar var. Byarnı 985-ci ildə Qrenlandiyaya üzərkən duman və qüvvətli küləklərin təsirindən götürdüyü istiqamətdən kənara çıxaraq, ilk dəfə Nyufaundlend sahillərinə çatır. O, Amerikanın kəşfində hətta Leyf Eriksonu 18 il qabaqlamışdır.

Bu gün Xristofor Kolumbun «Qərbi Hindistan» kimi Amerika qitəsini kəşf etməsi coğrafiya tarixində aşağıdakı kimi səciyyələndirilməkdədir. 


Qərbi Avropada XV əsrin ikinci yarısında feodalizm quruluşu dağılmaqda idi. Ticarətin inkişafı iri şəhərlərin meydana gəlməsi və yeni sənaye sahələrinin yaranması ilə nəticələnirdi. Artıq pul əmtəələrin mübadiləsində vasitə rolu oynayırdı. Qızıl pula olan təlabat, yeni bazar və sərvətlər əldə etmək meyli getdikcə güclənirdi. Bu meyl xüsusilə sonralar Ingiltərə tacının mirvarisi sayılan Hindistana yönəlmişdir. Gəmiçiliyin inkişafı bu ölkələrə dəniz yolunun qərb və şərq istiqamətdə kəşf olunmasını getdikcə yaxınlaşdırırdı. Şəhər burjuaziyası, kilsənin və kral marağının üst-üstə düşməsi bu məsələnin həllini daha da sürətləndirirdi. 1492-ci ildə vahid İspan dövlətinin yaranması, boş qalmış xəzinəni Hindistan və Çin hesabına doldurulmasına şərait yaratmışlar. Lakin Hindistana dəniz yolunun açılmasında Ispaniyaya rəqib olan Portuqaliya daim onu qabaqlamağa çalışan əsas rəqibə çevrilmişdir. Yeni sərvət və müstəmləkələr ələ keçirmək hərisliyi, portuqalları qabaqlamaq arzusu, din xadimlərinin müqavimətinə baxmayaraq, Xristofor Kolumba qərb istiqamətdə üzməkdə Hindistana dəniz yolunun kəşfi üçün İspan kralı tərəfindən icazə verildi (Müasir hind dilində Bhartavarşi bharatların ölkəsi deməkdir).

3

I FƏSİL




Yüklə 55,28 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə