Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt unversiteti



Yüklə 55,28 Kb.
səhifə6/12
tarix10.01.2022
ölçüsü55,28 Kb.
#110512
1   2   3   4   5   6   7   8   9   ...   12
Dördüncü ekspedisiya (1502-1504) - Kolumbun üçüncü ekspedisiyasından sonra, Ispaniyadan Antil adalarına kütləvi axın başlanır. 1502-ci ilin aprelində Kolumb yenidən səyahətə çıxmağa nail olur. O, Karib dənizini keçməklə Mərkəzi Amerikada boğaz axtarmaqla daha qərbə üzmək cəhdi göstərir. Bu dövrdə yeni torpaqların kəşfi ilə yanaşı yerli əhalinin ispanlar tərəfindən kütləvi qırğını başlamışdır. Ispanların baş keşişi həmvətənlərinin «Qərbi Hindistan»da törətdikləri vəşhilikləri belə xatırlayır: «Xristianlar kəndlərə gedərək heç kimi sağ qoymur, hətta öz aralarında hindliləri bir zərbə ilə iki yerə bölə bilmələri, yaxud boyunlarını vura bilmələrinə dair mərcləşirdilər. Onlar hər kəsi məhv edirdilər. Hər 13 nəfərdən biri tonqalda yandırılır, bəzilərinin isə bədəninə saman sarıyıb yandırırdılar. Onlar hər bir xristianın öldürülməsində hindlilərin əli olarsa, əvəzində 100 nəfər öldürülməsi haqqında aralarında razılığa gəlmişdilər.» Bu idi avropalıların «Qərbi Hindistan»a gətirdikləri Avropa mədəniyyəti. Espanyolanın kəşfindən cəmi 20 il sonra adada 15 min yerli əhali sayılan hindi qalmışdır. Bundan 30 il sonra isə adanın əhalisi son nəfərinə kimi məhv edildi. Bir qədər sonra materiklərin əsas hissəsinin kəşf olunması, avropalılar tərəfindən hindilərin bütövlükdə yer üzündən silinməsi təhlükəsinə gətirib çıxartdı. 
Xristofor Kolumb həqiqi Hindistanı kəşf edə bilmədi. Lakin əvəzində Ispaniyaya yeni torpaqlar, yeni sərvətlər mənbəyi bəxş etdi. 
Istədiyinə nail ola bilməyən Kolumb ruh düşkünlüyü ilə geri qayıdaraq Ispaniya əyalətlərindən birində yaşamalı olur. Kral bütün müqavilələri qüvvədən saldığına
6

görə müflisləşir və 1506-cı ildə vəfat edir. Xristofor Kolumb ömrünün sonuna

qədər Asiya qitəsinə çatdığına əmin olmuşdur.

Amerikanın kəşfi xristofor Kolumbun adı ilə bağlı olsa da, 1440-cı ildə tərtib olunmuş xəritənin aşkar edilməsi, qədim vikinqlərdən olan Leyf Eriksonun 500 il əvvəl burada olması haqda məlumatın əldə olunmasına səbəb olur. O, Qrenlandiyanın sahillərindən üzməklə Vinland (üzümlüklər ölkəsi), Nyufaundland yarımadasını kəşf etmişdir (1003-cü ildə). Amerika konqresi bununla əlaqədar olaraq hər il 9 oktyabr Yeni Dünyanı kəşf edən Leyf Erikson gününü bayram günü kimi qanuniləşdirmişdir.





Yüklə 55,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə