AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
Naxçıvan Dövlət Universiteti
SƏRBƏST İŞ
Fakültə:İqtisad
İxtisas: İqtisadiyyat “A”
Bölmə: Əyani
Kurs: III
Fənn: Bank işi
Müəllim: Samir Həziyev
Tələbə: İman .İmanov
NAXÇIVAN-2015
Mövzu 1. Bank sistemi anlayışı, onun inkişaf mərhələləri
Bank sistcmi anlayışı öz məzmununa görə sistem anlayışına uyğun olmaqla müvafiq elementlərin məcmusudur, bu elementlər birlikdə müəyyən tamlığa malikdir, bu elementlər qarşılıqlı surətdə əlaqəlidir. Konkret olaraq isə bank sistemi- bankların, bank infrastrukturu, bank qanunçuluğu və bank bazarının məcmuudur. İqtisadi sistemin tərkib hissəsi olmaqla bank sistemi cəmiyyətdəki iqtisadi münasibətləri əks etdirir.
Bank sistemini digər sistemlərdən fərqləndirən bir neçə xüsusiyyətləri var. Bu xüsusiyyətləri bir-bir araşdıraq.
Bank sistemi bir məqsədə xidmət edən müxətlif hissələrin, elementlərin vəhdəti kimi təsəvvür edilir. Bank sisteminin özünəməxsusluğu onun tərkibinə daxil olan elementlərin və onların qarşılıqlı münasibəti ilə müəyənləşdirir. Bu zərurət olduqda sistemin elementlərinin bir-birini əvəz edə bilməsi deməkdir. Əgər hər hansi səbəbdən banklardan biri bağlanarsa və ya ləğv edilərsə sistem öz fəaliyyət qabiliyyətini itirmir. Onun funksiyalarını digər banklar yerinə yetirir, zərurət olduqda isə təzəsi yaranır. Beləliklə. Sistemin bütövlüyü pozulmur.
Bank sistemi həmişə dinamik vəziyyətdədir. Yəni sistem mütəmadi inkişafdadir və burada iki əsas məqam var:
-birincisi bütöv bank sistemi inkişaf edir, təkmilləşir və yeni struktur elementləri komponentlərlə genişlənir. Azərbaycanda bank sisteminin son onillik tarixinə nəzər saldıqda həmin dövrün əvvəllərində kiçik kapitala malik çoxlu bankların yarandığını görərik. «Azərbaycan Respublikasinin Milli Bankı haqqında» və «Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında» qanunlar qəbul edildikdən və bəzi normativ aktlara görə ciddi qanunverici - normativ baza yarandıqdan sonra bankların sayı azaldı, fəaliyyətdə qalan kredit təşkifatları yeni keyfiyyət əldə etdilər. Ayrı-ayrı sahələrə xidmət edən müxtəlif banklar yarandı.
-ikincisi, bank sistemi daxilində daimi olaraq əlaqələr meydana çıxır. Bu əlaqələr həm mərkəzi bankla kommersiya bankları arasında, həmçinin kommersiya bankları arasında yarana bilər.
Dostları ilə paylaş: |