Azərbaycan respublikasinin [ ] naziRLİYİ VƏ [ ] mmc və ŞƏffafliq azərbaycan arasında



Yüklə 67,94 Kb.
tarix21.10.2017
ölçüsü67,94 Kb.


AZƏRBAYCAN RESPUBLİKASININ [……..] NAZİRLİYİ



[……..] MMC



ŞƏFFAFLIQ AZƏRBAYCAN

arasında

DÜRÜSTLÜK SAZİŞİ

Bakı, Azərbaycan [tarixi qeyd edin]
DÜRÜSTLÜK SAZİŞİ

Bu Saziş __ may 2015-cü il tarixində aşağıdakı tərəflər arasında bağlanılmışdır:




  1. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, əsasnamə əsasında fəaliyyət göstərən, hüquqi ünvanı [.........] Bakı şəhəri olan, cənab nazir [.........] tərəfindən təmsil olunan Azərbaycan Respublikasının [.........] Nazirliyi (bundan sonra “Sifarişçi”),




  1. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş nizamnamə əsasında fəaliyyət göstərən, hüquqi ünvanı [.........] olan, [.........] tərəfindən təmsil olunan [.........] MMC(bundan sonra “İddiaçı/Podratçı”)




  1. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş əsasnamə əsasında fəaliyyət göstərən, hüquqi ünvanı [.........] olan, direktoru [.........] tərəfindən təmsil olunan Şəffaflıq Azərbaycan Qeyri-hökümət təşkilatı (bundan sonra “Nəzarətçi”)

(Yuxarıdakıların hər biri bundan sonra ayrı-ayrılıqda “Tərəf”, birlikdə “Tərəflər” adlandırılacaq).
Preambula və Məqsəd
Sifarişçi ehtimal olunan ümumi müqavilə məbləği [ehtimal olunan müqavilə məbləğini daxil edin] AZN olan [layihənin adını daxil edin] layihənin (bundan sonra “Layihə”) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, [satınalma üsulunu qeyd edin] satınalma üsulu həyata keçirmək niyyətindədir;

Sifarişçi bütün qüvvədə olan müvafiq qanunvericiliyə uyğun olaraq, ehtiyatlardan qənaətlə istifadə edilməsinə və Podratçılarla münasibətlərində ədalətlilik, şəffaflıq və bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarına tam riayət olunmasına böyük əhəmiyyət verir.

Bütün bunları nəzərə alaraq, Sifarişçi layihə tamamlanana qədər tender prosesində yuxarıda sadalanan prinsiplərin həyata keçirilməsində ictimai nəzarəti təmin edilməsi üçün Üçtərəfli Dürüstük Sazişi əsasında müstəqil kənar nəzarətçini təyin etmişdir.

 Üçtərəfli Dürüstlük Sazişi Sifarişçi (Dövlət Qurumu), İddiaçı /Podratçı (XX Şirkəti), Nəzarətçi (QHT) arasında bağlanır, tərəflərin öhdəlikləri və hüquqları və digər şərtlər bu Saziş ilə müəyyənləşdirilir.

Dürüstlük Sazişi prosesinin zəruri elementi Dürüstlük Sazişinin prinsip və öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edəcək müstəqil Nəzarətçinin cəlb edilməsidir.

Bu müqavilənin məqsədi Layihə X ilə bağlı Nəzarətçinin öz monitorinq rolunu yerinə yetirməsinə imkan verən hüquq, vəzifə və səalhiyyətlərini və Nəzarətçiyə öz rolunu lazımınca və müstəqil şəkildə yerinə yetirməyə imkan vermək üçün Sifarişçinin başlıca hüquq və vəzifələrini müəyyən etməkdir.


Maddə 1. Sifarişçinin vəzifə və hüquqları
1.1. Sifarişçinin vəzifələri
Sifarişçi korrupsiya hallarının qarşısının alınması üçün bütün zəruri tədbirləri görəcəyini və aşağıdakı prinsiplərə əməl edəcəyini öhdəsinə götürür:

1.1.1. Sifarişçinin heç bir əməkdaşı, şəxsən və ya ailə üzvləri vasitəsilə, müqavilə və ya müqavilə tələbinin yerinə yetirilməsi ilə əlaqədar hər hansı üçüncü şəxsə vəd verməyəcək və ya həmin şəxsdən və ya şəxslərdən öz xeyrinə qeyri-qanuni hər hansı maddi və ya qeyri-maddi fayda əldə etməyəcək.

1.1.2. Sifarişçi tender prosesi ərzində Azərbaycan Respublikasının 27.12.2001-ci il tarixli “Dövlət Satınalmaları haqqında” qanununun müvafiq müddəalarına uyğun olaraq bütün iddiaçılara bərabərhüquqlu şəkildə davranacaq. Sifarişçi xüsusilə də tender prosesindən əvvəl və tender prosesi zamanı bütün İddiaçılara eyni məlumatı təqdim edəcək və hər hansı İddiaçıya tender prosesi və ya müqavilənin icrası ilə əlaqədar İddiaçının digər iddiaçılar qarşısında üstünlük əldə edə biləcəyi məxfi məlumatları təqdim etməyəcək.
1.2.Sifarişçinin hüquqları
Sifarişçi vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

1.2.1. Sifarişi “Dövlət Satınalmaları haqqında” qanunun 12-ci maddəsinə uyğun olaraq, satınalma prosedurları ilə bağlı hər hansı qərarın qəbul olunmasına təsir göstərmək məqsədi ilə saxtakarlığa yol vermiş istənilən Podratçını prosesdən kənarlaşdıracaq.

1.2.2 Əgər Sifarişçi Azərbaycan Respublikasının ”Korrupsiyaya qarşı mübarizə haqqında” 13.01.2004-cü il tarixli Qanununa və Azərbaycan Respublikasının Korrupsiya ilə bağlı cinayət qanunveriliyinin müvafiq müddəalarına uyğun olaraq cinayət tərkibli əməl törətməsi kimi mənfi davranışları barədə məlumat əldə edərsə və ya bu barədə əsaslı şühbələr yaranarsa, Sifarişçi Azərbaycan Respublikasının Baş Prokurorluğuna bu barədə məlumat verəcək və bundan əlavə, həmçinin qanunvericiliyə uyğun olaraq inzibati və ya mülki cərimələrin tətbiq edilməsi kimi tədbirlər görə bilər.

1.2.3 Sifarişçi bu Sazişin şərtlərini pozan İddiaçı/Podratçını bu Sazişin 6-cı bəndinə uyğun olaraq tender prosesindən kənarlaşdırma hüququna malikdir.



Maddə 2. Podratçının öhdəlikləri
2.1. İddiaçı/Podratçı korrupsiya hallarının qarşısının alınması üçün bütün zəruri tədbirlərin görülməsini öz öhdəsinə götürür. O, özünün tender prosesində iştirakı və Sazişin icrası zamanı aşağıdakı prinsiplərə əməl olunmasına dair üzərinə öhdəlik götürür:
2.1.1. İddiaçı/Podratçı tender prosesi və ya müqavilənin icrası zamanı üstünlük əldə etmək üçün Sifarişçiyə, tender prosesi və ya Sifarişçinin müqavilənin icrasına cəlb olunan əməkdaşlarına və ya hər hansı üçüncü şəxsə təklif, söz verməyəcək və ya onların buna hüququ olmayan hər hansı bir maddi və ya qeyri-maddi fayda verməyəcək.
2.1.2. İddiaçı/Podratçı digər İddiaçılarla Müqavilələrin Bağlanması Qaydalarının ("Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikasının 27.12..2001-ci il tarixli Qanunu) müvafiq müddəalarının pozulmasına səbəb ola bilən hər hansı qeyri-qanuni müqavilə bağlayamayacaq. Bu xüsusilə qiymətlərə, qiymət komponentlərinə, qadağan olunmuş qiymət tövsiyələrinə, tövsiyələrdə iştiraka dair müqavilələrə və ya tender təkliflərinin təqdim edilməsi və ya təqdim edilməməsi bağlı müqavilələrə və ya oxşar hərəkətlərlə bağlı müqavilələrə aiddir.
2.1.3. İddiaçı/Podratçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin və 12.06.1995-ci il tarixli “Haqsız rəqabət haqqında” qanununun müvafiq tələblərinə zidd olan hər hansı cinayət əməlini törətməməyi öhdəsinə götürür. “Haqsız rəqabət haqqında” qanununtəsir dairəsindən kənar, İddiaçı/Podratçı planlar, texniki təkliflər və kommersiya məlumatları, o cümlədən disk və ya digər informasiya daşıyıcısında saxlanılan informasiya ilə bağlı işgüzar münasibətlərin bir hissəsi olaraq Sifarişçi tərəfindən təqdim edilən hər hansı məlumatdan rəqabət və ya şəxsi mənfəət və ya digər şəxslərə ötürmək məqsədiylə sui istifadə etməyəcək.
2.1.4. İddiaçı/Podratçı öz qiymət təklifini təqdim edərkən müqavilənin bağlanması ilə əlaqədar agentlərə, brokerlərə və ya hər hansı digər vasitəçilərə həyata keçirdiyi, həyata keçirmək barədə üzərinə öhdəlik götürdüyü və ya həyata keçirmək niyyətində olduğu hər hansı ödəniş barədə məlumatı açıqlayacaq.
2.2. İddiaçı/Podratçı üçüncü şəxsləri bu maddənin şərtlərinə əsasən cinayət törətməyə və ya belə cinayətlərdə iştirakçı olmağa sövq etməyəcək.
3. Nəzarətçinin vəzifə və hüquqları
3.1. Nəzarətçinin vəzifələri
3.1.1 Nəzarətçi, Layihə çərçivəsində baş verən müqavilələrin bağlanması proseslərinə nəzarət edir və müqavilələrin bağlanması proseslərinin maksimum şəffaflıq şəraitində və məsuliyyətlə həyata keçirildiyini və müqavilələrin bağlanması ilə bağlı hər bir prosesdə hər bir imzalanmış Dürüstlük Paktında Sifarişçi ilə İddiaçılar arasında razılaşdırılmış öhdəliklərinin tam yerinə yetirilməsini təmin etmək üçün yoxlanılmasını və təftiş edilməsini öz öhdəsinə götürür.

3.1.2. Nəzarətçi müqavilələrin bağlanması prosesləri üçün bütün tender sənədlərini gözdən keçirəcək və onları şərh edəcək, eləcə də həmin prosesləri və ya üzərinə öhdəlik götürdüyü prosesi təkmilləşdirmək üçün hüquqi cəhətdən məcburi qüvvəsi olmayan tövsiyələr verəcək.

3.1.3 Nəzarətçi, Sifarişçi tərəfindən ona verilən və qanunla qorunan mülkiyyətlə bağllı məlumatları özünün hər hansı bir rəhbər işçisinə, İddiaçılara və ya hər hansı əməkdaşına hər hansı bir şəkildə açıqlamaq və məxlifiliyi ciddi şəkildə qorumaq öhdəliyini götürür. Bu o cümlədən görüşlərdə iştirak etməklə əldə etmiş olduğu məlumatları da daxil edir.

3.1.4 Nəzarətçi hazırda bilavasitə və ya yaxın qohumları vasitəsilə maraqların münaqişəsi vəziyyətində olmadığını açıq-aydın bəyan edir və gələcəkdə yarana bilən və maraqların münaqişəsi kimi anlaşıla bilən hər hansı mümkün vəziyyət barədə Sifarşçiyə məlumat verməyi öhdəsinə götürür. Nəzarətçi həmçinin layihənin başa çatmasından sonra ən azı [...] illik dövr ərzində şəxsən nəzarət etdiyi müqavilələrin bağlanması proseslərində iştirak edən hər hansı iddiaçı ilə hər hansı müqavilə və ya kommersiya münasibətləri qurmayacağını öhdəsinə götürür.

3.1.5 Nəzarətçi potensial iddiaçıları (tender iştirakçılarını) və Sifarişçiyə işləyən və müqavilələrin bağlanması proseslərinə cəlb olunan rəhbər şəxsləri Dürüstlük Paktı, onun işləməsi (tətbiq mexanizmi) və həmin proseslərdə şəffaflığa və məsuliyyətliliyə yaranan zərurət və bunların təmin edilmə yolları barədə məlumatlandırmaq üçün bilavasitə Sifarişçinin və İddiaçı/Podratçının dəstəyilə seminarlar, təlim sessiyaları və bütün zəruri fəaliyyətləri həyata keçirəcək.

3.1.6 Nəzarətçi hər [....] ay öz fəaliyyəti və onun nəticələri barədə yazılı hesabat hazırlayacaq və onu Sifarişçinin təyin edəcəyi əlaqəndirici şəxsinə təqdim edəcək. Buna baxmayaraq, əgər Nəzarətçi öz vəzifələrinin yerinə yetirilməsi zamanı vaxtın yetərli olmadığı və ya daha ətraflı araşdırmanın aparılması və nəticələrin dərhal Sifarişçiyə təqdim edilməsini tələb edən vəziyyətlərlə və ya şəraitlərlə qarşılaşarsa, o, belə hallar barədə Sifarişçini hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş standart vaxtlardan kənar vaxtda məlumatlandıracaq. Sifarişçi bu hesabatları hazırki Sazişin şərt və müddəaları daxilində geniş ictimaiyyət üçün əldə oluna bilən (əlverişli) edəcək. Layihənin başa çatmazdan əvvəl üç ayı ərzində Nəzarətçi ictimaiyyət üçün əlverişli olacaq yekun hesabatı hazırlayacaq.

3.2. Nəzarətçinin hüquqları
Nəzarətçi öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

3.2.1. Nəzarətçi tender təklifinin qiymətləndirilməsini müşahidə edəcək və nəzərdən keçirəcək, əgər zərurət yaranarsa, suallar verə və ya daha ətraflı aydınlaşdırmanın aparılması ilə bağlı tələb irəli sürə biləcək.

3.2.2 Nəzarətçi bütün sənədlərə, məlumatlara məhdudiyyətsiz giriş imkanına və X Layihə çərçivəsində keçiriləcək rəsmi və qeyri-rəsmi görüşlərdə iştirak etmə hüququna malik olacaq. Sifarişçi tabeçiliyində olan bütün vəzifəli şəxslərin və əməkdaşların bu barədə təlimatlandırılmasını və bu tələbin tam yerinə yetirilməsinin təmin edilməsini öhdəsinə götürür. Sifairşçi həmçinin X Layihə çərçivəsində keçiriləcək görüşlərin vaxtı və saatı barədə Nəzarətçini vaxtlı-vaxtında məlumatlandıracaq və onun bu görüşlərdə iştirakına imkan verəcək.

3.2.3 Nəzarətçi öz tapşırıq və vəzifələrini müstəqil şəkildə həyata keçirir. Buna görə də Sifarişçi ona öz vəzifələrini yerinə yetirməkdə və ya öz hesabatlarının məzmununu müəyyən etməkdə və ya dəyişməkdə hər hansı bir şəkildə təsir göstərə bilməz və göstərməyəcək. Nəzarətçi Sifarişçidən, İddiaçılardan və ya onların hər hansı rəhbər vəzifəli şəxsindən və ya əməkdaşından hər hansı təlimat almır.

3.2.4 Nəzarətçi Tərəflərin hər hansı biri tərəfindən Dürüstlük Paktı üzrə öhdəliklərin düzgün yerinə yetirilməsi ilə bağlı anonim olub-olmamasından asılı olmayaraq bütün şikayətləri qəbul edəcək və məqsədəuyğun olduğu zaman bu müqavilənin şərtlərinə uyğun olaraq əlavə tədbirlərin görülməsinə başlayacaq. Buna imkan vermək üçün məsələn o, insanlar üçün anonim şikayətlərin verilməsi mexanizmini yarada bilər

3.2.5 Nəzarətçinin şəxsən nəzarət etdiyi müqavilələrin bağlanması prosesinin hər hansı mərhələsində korrupsiya ilə əlaqədar hüquqpozmaların əlamətləri aşkar edildiyi halda, o, Sifarişçini bu barədə məlumatlandıracaq. Bu halda Sifarişçi məsələni daha ətraflı aydınlaşdırmaq, aradan qaldırmaq və ya araşdırmaq üçün vaxtında reaksiya verməli və zəruri tədbir görməlidir. Əgər Sifarişçi tərəfindən vaxtında, düzgün reaksiya verilmədiyi və ya onun reaksiyası qənaətbəxş hesab edilmədiyi halda Nəzarətçi, əgər uyğun hesab edərsə, prokurorluq orqanlarına məlumat verəcək. Nəzarətçinin hesabatları həm nəticələri, həm də korrupsiya ilə əlaqədar hüquqpozmaların əlamətlərini və məsələnin daha ətraflı aydınlaşdırılması, araşdırılması və aradan qaldırılması üçün Sifarişçi tərəfindən həyata keçirilən konkret tədbirləri əks etdirməlidir. Bu hesabatların dərc edilməsi daha ətraflı araşdırmaya ehtiyac duyulduqda xələl gətirməmək şərtilə həyata keçirilməlidir.

3.2.6 Əgər korrupsiya hallarının baş verməsi Nəzarətçi tərəfindən aşkara çıxarılarsa, o, Sifarişçi tərəfindən bu hallar barədə müvafiq dövlət qurumlarına məlumat verilib-verilmədiyindən asılı olmayaraq aşkar etdiyi korrupsiya halları barədə müstəqil şəkildə müvafiq dövlət qurumuna (prokurorluq orqanlarına) məlumat verməyi öhdəsinə götürür.

3.2.7 Nəzarətçi Sifarişçi və ya İddiaçı/Podratçı tərəfindən təşkil olunub-olunmamasından asılı olmayaraq layihə ilə əlaqədar ictimai dinləmələri təşviq edəcək və həmin dinləmələrdə iştirak edəcək.

3.2.8 Əgər Nəzarətçi müvafiq məlumatlara giriş əldə əldə etməkdə məhdudiyyətlərlə üzləşərsə və ya öz işini layiqincə yerinə yetirmək yetərli şəffaflıq və məsuliyyətlilik (hesabatlılıq) baxımından müvafiq şəraitin olmadığını aşkar edərsə, o öz layihədəki rolundan birtərəfli qaydada imtina etmək hüququna malik olacaq. Bu halda o, bunun doğru olduğunu isbat edəcək konkret səbəblər barədə Sifairşçiyə ətraflı məlumat verməlidir. Layihəni tərk etdiyi halda Sifarişçi hazırki müqaviləyə əsasən Nəzarətçinin layihəni tərk etmə anına qədər çəkdiyi xərcləri qarşılayacaq.

Maddə 4. Tender prosesindən kənarlaşdırma (diskvalifikasiya) və gələcək proseslərdə iştirak etmə hüququndan məhrum etmə
4.1. Əgər İddiaçı müqavilənin bağlanmasından əvvəl bu Sazişin 2-ci maddəsinin tələblərini pozmaqla və ya İddiaçı kimi öz etibarlılığını sual altına qoyan hər hansı bir formada ciddi qanun pozuntusuna yol vermişdirsə, Sifarişçi həmin İddiaçını əsaslı səbəblərə görə tender prosesindən kənarlaşdırma və ya müqaviləyə (əgər müqavilə artıq bağlanmışdırsa) vaxtından əvvəl xitam vermə hüququna malikdir.

4.2. Əgər Podratçı müqavilə bağlanmazdan əvvəl bu Sazişin 2-ci maddəsinin tələblərini pozmaqla və ya İddiaçı kimi öz etibarlılığını sual altına qoyan hər hansı bir formada ciddi qanun pozuntusuna yol vermişdirsə, Sifarişçi əsaslı səbəblərlə müqaviləyə xitam verilməsi barədə bildiriş vermə hüququna malikdir.

4.3. Əgər İddiaçı/Podratçı müqavilə bağlanmazdan əvvəl maddə 2-nin tələblərini pozmaqla və ya İddiaçı kimi öz etibarlılığını sual altına qoyan hər hansı bir formada ciddi qanun pozuntusuna yol vermişdirsə, Sifarişçi həmçinin İddiaçı/Podratçını gələcək tender müsabiqələrindən kənarlaşdırmaq hüququna malikdir. Kənarlaşdırmanın tətbiqi və müddəti qanun pozuntusunun (və ya cinayət əməlinin) ağırlığından asılı olaraq, müəyyən ediləcək. Ağırlıq halları konkret halın şəraitləri, xüsusilə də qanun pozuntularının sayı, pozuntuya yol verən İddiaçının şirkət iyerarxiyasında tutduğu vəzifəsi və dəymiş zərərin həcmi nəzərə alınmaqla müəyyən ediləcək. Prosesdən kənarlaşdırma minimum altı ay, maksimum üç il müddətinə tətbiq ediləcək.

4.4. Əgər İddiaçı/Podratçı onun tərəfindən vurulan zərərin nəticələrinin aradan qaldırıldığını və onun tərəfindən korrupsiya hallarının qarşısının alınması üçün işlək mexanizm / sistem yaradıldığını sübuta yetirərsə, Sifarişçi İddiaçının prosesdən kənarlaşdırılması ilə bağlı verdiyi qərarını vaxtından əvvəl ləğv edə bilər.

4.5. Yuxarıdakı 3.1-3.3-cü bəndlərinin kontekstində qanun pozuntusu yalnız bütün sübutlar nəzərə alınmaqla heç bir ağlabatan şübhənin olmadığı halda baş vermiş hesab edilir.
Maddə 5. Dəymiş zərərin əvəzinin ödənilməsi
5.1. Əgər Sifarişçi İddiaçını müqavilə bağlanmazdan əvvəl bu Sazişin 3-cü maddəsinə uyğun olaraq, tender prosesindən kənarlaşdırarsa (diskvalifikasiya edərsə), Sifarişçi İddiaçıdan təklifin dəyərinin üç faizinə ekvivalent, (dəyişiklik olmadan), əvvəlcədən qiymətləndirilmiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.

5.2. Əgər Sifarişçi Sazişin 3-cü maddəsinə uyğun olaraq müqaviləyə xitam verərsə və ya əgər Sifarişçi 3-cü maddəyə uyğun olaraq müqaviləyə xitam vermə hüququna malik olarsa, Sifarişçi İddiaçıdan müqavilə dəyərinin üç faizinə ekvivalent məbləğdə, əvvəlcədən qiymətləndirilmiş zərərin kompensasiya edilməsini tələb etmək hüququna malikdir.

5.3. Əgər İddiaçı/Podratçı İddiaçının müsabiqədən kənarlaşdırılması və ya müqavilə bağlandıqdan sonra müqaviləyə xitam verilməsi nəticəsində heç bir zərərin dəymədiyini və ya zərərin əvvəlcədən qiymətləndirilmiş mümkün zərərlərin məbləğindən daha az olmasını sübuta yetirə bilərsə, İddiaçı/Podratçı yalnız sübuta yetirilmiş məbləğin dəyəri həcmində dəymiş zərərin kompensasiya edilməsini təmin etməlidir.

5.4. Əgər Sifarişçi İddiaçının tender prosesindən kənarlaşdırılması və ya müqavilə bağlandıqdan sonra müqaviləyə xitam verilməsi nəticəsində dəymiş zərərin dəyərinin əvəzinin ödənilməsi üçün əvvəlcədən qiymətləndirilmiş zərərlərin məbləğindən yuxarı olduğunu sübuta yetirərsə, o, İddiaçıdan dəymiş zərərin kompensasiya edilməsi üçün daha yüksək məbləğ tələb etmək hüququna malik olacaq.
Maddə 6. İddiaçılar tərəfindən əvvəllər yol verilən qanun pozuntuları
6.1 İddiaçı son üç ildə özünün tender prosesindən kənarlaşdırılmasını əsaslandıra biləcək heç bir ciddi qanun pozuntusuna yol vermədiyini bəyanat verməyə borcludur.

6.2. Əgər İddiaçı bu məsələ ilə bağlı yanlış bəayanatlar edərsə, o, tender prosesindən kənarlaşdırıla bilər və ya müqaviləyə (əgər artıq bağlanıbsa) tutarlı səbəblərə görə xitam verilə bilər.
Maddə 7. Bütün İddiaçılara/Podratçılara/Sub-podratçılara münasibətdə bərabərhüquqlu yanaşma
7.1. İddiaçı/Podratçı bütün sub-podratçılardan bu dürüstlük paktına uyğun olaraq üzərilərinə öhdəlik götürmələrini və onu müqavilə bağlanmazdan əvvəl və ya ən geci Sifarişçi tərəfindən sub-podrat müqaviləsinin təsdiq edilməsindən əvvəl Sifarişçiyə təqdim etmələrini tələb etməyi öhdəsinə götürür.

7.2. Sifarişçi bütün iddiaçı, podratçı və sub-podratçılarla bağlanan müqavilədə nəzərdə tutulan eyni şərt və müddəalarla müqavilə bağlayacaq.

7.3. Sifarişçi bu müqaviləni imzalamayan və ya onun müddəalarını pozan bütün iddiaçıları tender prosesindən kənarlaşdıracaq.
Maddə 8. Qanun pozuntularına yol verən İddiaçılara/Podratçılara/Sub-podatçılara qarşı cinayət ittihamları
8.1. Əgər Sifarişçi İddiaçının, Podratçının və ya Sub-podratçının cinayət tərkibli əməl kimi qiymətləndirilən davranışı barədə məlumat əldə edərsə və ya əgər Sifarişçidə bu məsələ barədə əsaslı şübhələr yaranarsa, Sifarişçi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və digər aidiyyəti qurumlara bu barədə məlumat verəcək.
Maddə 9. Müqavilənin müddəti
9.1. Bu Saziş sonuncu Tərəf onu imzaladığı andan qüvvəyə minir. Hazırki Sazişin müddəti Podratçı üçün müvafiq müqavilə üzrə son ödəniş edildikdən 12 ay sonra və bütün İddiaçılar üçün müqavilə bağlandıqdan 12 ay sonra bitir.
Maddə 10. Digər müddəalar


10.1. Hazırki Saziş Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir.

10.2. Hazırkı Sazişə edilən bütün əlavə və dəyişikliklər tərəflərin səlahiyyətli şəxslərinin imzası ilə təsdiq olunur və bu Sazişin ayrılmaz hissəsi sayılır.

10.3. Əgər Podratçı tərəfdaşlıq və ya konsorsium olarsa, bu Saziş bütün tərəfdaşlar və ya konsorsium üzvləri tərəfindən imzalanmalıdır.

10.4. Əgər hazırki Sazişin bir və ya bir neçə müddəası qüvvədən düşmüş hesab edilərsə, Sazişin qalan hissəsə qüvvədə qalır. Bu halda tərəflər öz ilkin məram və məqsədlərinə daha yaxın məzmunda müqavilə bağlamağa çalışacaqlar.

10.5.Hazırkı Saziş 3 (3) nüsxədə hər tərəf üçün 1 (bir) nüsxə olmaqla, Azərbaycan dilində tərtib edilmiş və imzalanmışdır. Hər üç nüsxə eyni hüquqi qüvvəyə malikdir.

10.6. Hazırkı Sazişdən irəli gələn, yaxud onunla əlaqədar meydana çıxan bütün mübahisələr tərəflər arasında qarşılıqlı anlaşma yolu ilə həll edilir.Tərəflər razılığa gələ bilmədikdə mübahisəli məsələlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq, müvafiq məhkəmədə həll ediləcəkdir.

Azərbaycan Respublikası ..... Nazirliyi


Cənab nazir......
___________________________

M.Y.

...... MMC
Direktor ......
___________________________

M.Y.


Şəffaflıq Azərbaycan Qeyri Hökümət təşkilatı
Direktor .....
___________________________

M.Y.

Yüklə 67,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə