Azərbaycan respublikasinin naziRLƏr kabineti



Yüklə 278,89 Kb.
səhifə3/3
tarix07.07.2018
ölçüsü278,89 Kb.
#55960
1   2   3

RƏSMİLƏŞDİRİCİ SƏHİFƏ

 

Burada şəhadət verərək tərəflər Preambulada göstərilmiş tarixdə bu Sazişi imzalayırlar.



 

AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ ADINDAN

 

 

 



 

İSLAM İNKİŞAF BANKI ADINDAN

 

 

 



 

 

ƏLAVƏ-I

 

İŞLƏRİN TƏSVİRİ

 

 



I.      Sektorun məqsədi su resurslarının idarə edilməsini təkmilləşdirmək və torpaqları qorumaqla ərzaq təhlükəsizliyini gücləndirmək və kasıblıq səviyyəsini aşağı salmaqdır. Xüsusi məqsədlər kənd təsərrüfatında istehsalı artırmaq, kiçik təsərrüfatların gəlirlərini artırmaq, torpaqları eroziyadan qorumaq, irriqasiya olunan əraziləri və kəndləri seldən mühafizə etməkdir.

II.    Layihə aşağıdakı komponentlərdən ibarətdir:



1. Mülki İşlər

(i) Araz Çayı Boyu Sahilbərkitmə İşləri

Bu, Araz çayı sol sahili boyu 30 km məsafədə sahilbərkitmə işlərindən ibarət olacaqdır.



(ii) Vayxır Sol Sahil İrriqasiya Sisteminin Müasirləşdirilməsi

Vayxır sol sahil kanalından qidalanan ərazilərdə diametrləri 200 mm-dən 500 mm-ə dək olan 253 km-lik PVC borulardan ibarət drenaj və irriqasiya şəbəkəsinin tikilməsindən ibarətdir.



(iii) Sədərəkdə İrriqasiyanın Təkmilləşdirilməsi

Bu, sərfiyyatı 3000 kbm/saat olan nasos stansiyası və uzunluğu 6 km diametri 800 mm olan təzyiqli boru xəttinin tikintisindən ibarətdir. Buraya həmçinin 38 km ikinci dərəcəli və 91 km üçüncü dərəcəli kanalların tikintisi də daxildir.



(iv) Kəngərlidə İrriqasiyanın Təkmilləşdirilməsi

İrriqasiya sistemi toplam uzunluğu 32 km, diametri 720 mm olan 2 qravitasiyalı axınlı polad boru xəttindən, 2000 m3/saat sərfiyyatlı nasos stansiyasından və 720 mm diametrli 9 km uzunluqda olan təzyiqli boru xəttindən ibarətdir. Həmçinin 18 km-lik ikinci dərəcəli kanalların və 120 km-lik üçüncü dərəcəli kanalların da tikintisi buraya daxildir.



2. Məsləhət Xidmətləri: Detallı layihə və tender sənədləri hazırlamaq, tikintiyə nəzarət buraya daxildir. Məsləhət xidmətinə həmçinin aralıq dövr baxış hesabatı və işlərin bitməsi hesabatını da hazırlamaq daxildir.

3. Layihə İdarəetmə Qrupu (LİQ): LİQ DMSTK-nın nəzdində yaradılacaqdır və layihənin gündəlik idarə edilməsinə, koordinasiyasına və icrasına cavabdeh olacaqdır.

4. Maliyyə Auditi: Layihənin maliyyə hesabatını audit etmək üçün müstəqil audit firması seçiləcəkdir.

5. Başlanma Seminarı və Tanışlıq Səfəri: Layihə qüvvəyə mindikdən sonra İcraçı Agentlik İİB-ın Ödəniş Qaydaları və Satınalma Sənədləri ilə tanış ediləcəkdir və layihənin detallı icra planı razılaşdırılacaqdır.

 

ƏLAVƏ-II

 

LAYİHƏNİN TƏSVİRİ

 

 



1.      İİB tərəfindən təklif olunan İstisna Əməliyyatı aşağıdakıları 100% əhatə edəcəkdir: (i) Araz çayı boyu sahilbərkitmə işləri, (ii) Vayxır sol sahil irriqasiya və drenaj sistemlərinin təkmilləşdirilməsi, (iii) Məsləhət Xidmətləri (Detallı Layihələndirmə və Tikintiyə Nəzarət), (iv) Layihə İdarəetmə Qrupu, (v) Maliyyə Auditi və (vi) Başlanğıc Seminarı və Tanışlıq Səfəri.

2.      Ciddə Deklarasiyası çərçivəsində təklif olunan İstisna Əməliyyatı aşağıdakıları 100% əhatə edəcək: (i) Nasos stansiyalarının, təzyiqli boru xətlərinin, Sədərəkdə İrriqasiya ilə bağlı irriqasiya kanallarının xərclərini və (ii) Kəngərlidə irriqasiya ilə bağlı nasos stansiyalarının, təzyiqli boru xətlərinin və irriqasiya kanallarının xərclərini.

 

 

 



 

 

 

(mln. ABŞ dolları)

Maddələr

Toplam xərc

İİB

İİB (Ciddə Deklarasiyası)

Azərbaycan Hökuməti

İstisna

%

İstisna

%

Məbləğ

%

1. Mülki işlər

1.1. Araz çayı boyu sahilbərkitmə işləri



23.03

23.03

100

 

 

 

 

1.2. Vayxır sol sahil irriqasiya və drenaj sistemlərinin müasirləşdirilməsi

23.13

23.13

100

 

 

 

 

1.3. Sədərəkdə İrriqasiya olunan ərazilər

3.95

 

 

3.95

100

 

 

1.4. Kəngərlidə İrriqasiya olunan ərazilər

16.93

 

 

4.68

28

12.25

72

2. Məsləhət xidmətləri

3.5

3.5

100

-

-

-

-

3. Layihə İdarəetmə Qrupu

0.43

0.43

100

-

-

-

-

4. Layihə Maliyyə Auditi

0.06

0.06

100

-

-

-

-

Başlanğıc seminar və Tanışlıq Səfəri

0.02

0.02

100

-

-

-

-

Baza qiymətlər

71.05

50.17

 

8.63

 

12.25

 

Gözlənilməz Fiziki və qiymət xərcləri (10 %)

7.28

5.14

 

0.88

 

1.25

 

Toplam Layihə Xərci

78.33

55.31

 

9.52

 

13.50

 

Faiz

100

70.61

 

12.15

 

17.24

 

 
Yüklə 278,89 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin