Azərbaycan respublikasinin təHSİl naziRLİYİ Qərbi Kaspi Universiteti



Yüklə 41,13 Kb.
səhifə1/7
tarix31.12.2021
ölçüsü41,13 Kb.
#113385
  1   2   3   4   5   6   7
sevinc metodika
Ş.Səbinə mülki m, sevinc metodika, Mövzu 15 Desmurgiya23 2
    Bu səhifədəki naviqasiya:
  • FƏNN

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ

Qərbi Kaspi Universiteti

Sərbəst iş



TƏLƏBƏ: Gülməmmədova Sevinc

FAKÜLTƏ: Filologiya və tərcümə

İXTİSAS: Azərbaycan dili ədəbiyyatı müəllimliyi

QRUP: 328Am

TƏDRİS İLİ: 2021-2022

FƏNN: Ədəbiyyatın tədrisi metodikası

SƏRBƏST İŞİN MÖVZUSU: Məzmun standartları üzrə işin təşkili metodikası

MÜƏLLİM: Kazımova Fəridə

Bakı-2021

Mündəricat

  1. Mündəricat..................................................................................................2

  2. Giriş.............................................................................................................3

  3. Məzmun xətləri...........................................................................................5

  4. Məzmun standartları üzrə işin təşkili metodikası.......................................6

  5. Siniflər üzrə təlim nəticələri və məzmun standartları.................................8

  • Vl sinif..............................................................................................8

  • IX sinif..............................................................................................9

  1. Nəticə........................................................................................................12

  2. Ədəbiyyat siyahısı.....................................................................................13


Giriş

Fəal” sözünün mənası aydındır, «interaktiv» isə “birgə”, “qarşılıqlı”, “əməkdaşlıq şəraitində fəaliyyət» anlamındadır. Bu anlayışların qoşa (sinonim anlayışlar kimi) işlənməsi onların arasındakı oxşarlığın çox olmasından irəli gəlir. Amma burada başqa bir incəlik də var; məsələ burasındadır ki, fəallıq tələb ön edən təlimi tapşırığı şagirdlər əməkdaşlıq (interaktivlik) olmadan da yerinə yetirə bilərlər. Yaxud əməkdaşlıq şəraitində yerinə yetirilən bir sıra təlimi tapşırıqlar (faktların toplanması, məzmunun di. yada salınması, müxtəlif informasiya mənbələrindən seçimlərin ldə edilməsi və s.) fəallıq olmadan da həyata keçirilə bilər. Həmin anlayışların bir sıra hallarda «Fəal/interaktiv» şəklində yazılması (bu, onların nisbi müstəqilliyinə işarədir) məhz buradan qaynaqlanır.

Fəal/interaktiv təlimdə şagirdlərin idrak fəallığının təmin edilməsi hər şeydən üstün tutulur. [4,13]

Ədəbiyyatın tədrisi metodikası orta məktəbdə ədəbiyyat fənninin tədrisi xüsusiyyətlərindən bəhs edir, onun öyrədilməsinin səmərəli yollarını araşdırır, qabaqcıl təcrübəni öyrənir, ümumiləşdirir, elmi-metodik nailiyyətlərlə müəllimləri silahlandırır və tələbələrin peşə ustalığına yiyələnməsi işinə yaxından köməklik göstərir. ƏTM-i öyrənmədən



  • Ədəbiyyat tədrisinin məqsəd və vəzifələrini, tədrisi tarixini;

  • Ədəbiyyat fənninin məzmununu və strukturunu;

  • Orta məktəbin ədəbiyyatdan proqram materiallarının (ədəbi əsərlərin, ədəbiyyat nəzəriyyəsinin, icmal materiallarının, sənətkarların həyatı və yaradıcılığına dair məlumatların, nitq inkişafı işlərinin) təlim-tərbiyəvi əhəmiyyətini və tədrisi yollarını;

  • Ədəbiyyatdan sinifdənxaric və məktəbdənkənar işlərin məzmunu və təşkili yollarını;

  • Əyani və texniki vasitələrin, internet resurslarının dərslərə gətirilmə qaydalarını;

  • Ədəbiyyat üzrə fəndaxili və fənlərarası inteqrasiya məsələlərinə necə nail olmağı və s. məsələləri bilmək mümkün deyildir.[2,9]


Yüklə 41,13 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə