Azərbaycan respublikasinin təHSİl naziRLİYİ Qərbi Kaspi Universiteti


Ədəbiyyatın tədrisi metodikasının obyekti



Yüklə 41,13 Kb.
səhifə2/7
tarix31.12.2021
ölçüsü41,13 Kb.
#113385
1   2   3   4   5   6   7
sevinc metodika

Ədəbiyyatın tədrisi metodikasının obyekti ədəbiyyatın özü deyil, müəllim-şagird əməkdaşlığına əsaslanan pedaqoji prosesdir, ədəbi materialın öyrənilməsi zəminində aparılan təlim-tərbiyə işinin qanunauyğunluqlarıdır.

Ədəbiyyatın tədrisi metodikasının predmetini şagirdlərin tərbiyəedici təlimi təşkil edir və vəzifəsi bu prosesə rəhbərlik məqsədilə onun qanunauyğunluqlarını aşkara çıxarmaqdan ibarətdir. [2,12]

Azərbaycanın müstəqil dövlət quruculuğu yoluna qədəm qoyması digər fənlərdə olduğu kimi, ədəbiyyat tədrisi sahəsində də ciddi dönüş yaratdı. Ədəbiyyat tədrisi sovet sisteminin ideoloji ehkam və qəliblərindən azad oldu. Respublikada həyata keçirilən təhsil islahatının tələblərinə uyğun olaraq, orta ümumtəhsil məktəblərində mütərəqqi ənənələrimizi dünya təhsil sistemində faydalı olanlarla əlaqələndirən, milli zəminə əsaslanan və bəşəri dəyərləri özündə əks etdirən yeni proqramların və dərsliklərin hazırlanması vəzifəsi qarşıya qoyuldu.

Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən elmi-metodik şuranın işləyib hazırladığı ədəbiyyat proqramları nəşr olundu, ədəbiyyat dərslikləri tərtib edildi. Müstəqillik dövrünün ilk proqram və dərsikləri bir sıra qüsurlarına baxmayaraq, əvvəlkilərdən mahiyyət etibarilə, bir çox parametrlərinə görə köklü surətdə fərqlənirdi.

2003-cü ildə ədəbiyyatdan yeni proqram və dərsliklər hazırlanarkən belə bir əsas götürüldü ki, ədəbiyyat tədrisinin ali məqsədi yüksək ideya-bədii dəyərə malik əsərlərin öyrədilməsi əsasında şagirdlərin dünyagörüşünü genişləndirmək, milli və ümumbəşəri mənəvi dəyərləri mənimsətmək, nəticə etibarilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına kömək etməkdir.[3,37]



Məzmun xətləri

Təlim məqsədlərinin düzgün müəyyənləşdirilməsi kurikulumdakı məzmun standartlarının reallaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Təlim məqsədləri dərsdə şagird nailiyyətlərinə aparan yoldur. Bu baxımdan hər ədəbiyyat dərsində hər üç məzmun xəttini əhatə edən alt standartlara uyğun təlim məqsədlərinin müəyyənləşdirilməsi diqqət mərkəzində saxlanılmışdır. Təlim məqsədlərinin yerinə yetirilməsi məzmun standartlarının addım-addım reallaşdırılmasını, ilin sonunda isə gözlənilən təlim nəticələrinin əldə olunmasını təmin edir.[3,71]

Ümumi təlim nəticələrində ifadə olunan məzmunu(bilik və bacarıqları) bir neçə başlıqda qruplaşdırıb vermək olar (çünki oradakı məzmun dağınıq və səpəli kimi görünür). Həmin qruplaşdırma işi məzmun xətti kimi adlanır. Hər məzmun xətti uyğun olan bilik və bacarıqları ifadə edir.

"Ədəbiyyat" fənni üzrə üç məzmun xətti müəyyənləşdirilmişdir:



  1. Ədəbiyyat və həyat həqiqətləri,

  2. Şifahi nitq,

  3. Yazılı nitq.

Niyə 4, 5 yox məhz 3 məzmun xətti? Fənn kurikulumu bu seçimi əsaslandırır və hər bir məzmun xətti üzrə gözlənilən nəticələri irəlicədən qeyd edir. Sonra isə hər məzmun xətti üzrə əsas və alt-standartları seçib təqdim edir.[2,72]


Yüklə 41,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin