Azərbaycan respublikasinin



Yüklə 16,96 Kb.
tarix24.06.2018
ölçüsü16,96 Kb.
#54655

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

Qərar

123

25/06/2010 il

«Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısının müəyyən edilməsi Qaydası»nın təsdiq edilməsi haqqında

«Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısının müəyyən edilməsi Qaydası»nın təsdiq edilməsi haqqında

«Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 mart tarixli 241 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısının müəyyən edilməsi Qaydası» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmişdir

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısının müəyyən edilməsi

Qaydası

1. Bu Qayda «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununa və «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 mart tarixli 241 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən hazırlanmışdır.

2. Bu Qayda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısının (bundan sonra – dövlətlərin siyahısı) müəyyən olunması qaydasını tənzimləyir.

3. Dövlətlərin siyahısı aşağıdakı meyarlardan biri və ya bir neçəsi əsasında Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (bundan sonra – Maliyyə Monitorinqi Xidməti) tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (bundan sonra – Xarici İşlər Nazirliyi) ilə razılaşdırılmaqla müəyyənləşdirilir:

3.1. dövlət (ərazi) barəsində Birləşmiş Millətlər Təşkilatı, habelə digər ixtisaslaşmış beynəlxalq və ya regional təşkilatlar tərəfindən müvafiq sanksiyanın, embarqonun və ya analoji tədbirlərin tətbiq olunması;

3.2. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF), Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL), FATF tipli regional qurumlar (FSRB), digər ixtisaslaşmış beynəlxalq və ya regional təşkilatlar tərəfindən dövlətin (ərazinin) cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsini tənzimləyən qanunvericiliyinin mövcud olmamasının və ya başlıca beynəlxalq tələblərə cavab verməməsinin və yaxud tam cavab verməməsinin bəyan edilməsi;

3.3. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Beynəlxalq Valyuta Fondu, digər ixtisaslaşmış beynəlxalq və ya regional təşkilatlar tərəfindən dövlətdə (ərazidə) maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanmasının tələb olunmamasının bəyan edilməsi;

3.4. Birləşmiş Millətlər Təşkilatı, yaxud digər ixtisaslaşmış beynəlxalq və ya regional təşkilatlar tərəfindən dövlətdə (ərazidə) terror fəaliyyətinin maliyyələşdirilməsi və ya dəstəklənməsi riskinin yüksək olmasının bəyan edilməsi;

3.5. Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və ya digər ixtisaslaşmış beynəlxalq və ya regional təşkilatlar tərəfindən dövlətin (ərazinin) transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsinin bəyan edilməsi;

3.6. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi, yaxud digər ixtisaslaşmış beynəlxalq və ya regional təşkilatlar tərəfindən dövlətin (ərazinin) narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak etməsinin bəyan edilməsi.

4. Dövlətlərin siyahısı tərtib olunarkən Azərbaycan Respublikasının dövlət maraqları və ya xarici dövlətlərlə münasibətlərdə qarşılıqlılıq prinsipi nəzərə alınmaqla müstəsna hallarda bu Qaydanın 3-cü bəndində nəzərdə tutulmayan əlavə meyarlardan da istifadə oluna bilər.

5. Xarici İşlər Nazirliyi hər hansı bir dövlətin siyahıya daxil edilməsi ilə razılaşmadıqda bu barədə əsaslandırılmış rəyini bir ay müddətində yazılı qaydada Maliyyə Monitorinqi Xidmətinə təqdim edir. Bu müddət ərzində siyahıya dair irad bildirilmədikdə siyahı razılaşdırılmış hesab olunur.



6. Dövlətlərin siyahısı təsdiq olunduqdan sonra rəsmi dövlət qəzetində dərc olunur, Maliyyə Monitorinqi Xidmətinin və Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir və Maliyyə Monitorinqi Xidməti tərəfindən birbaşa və ya müvafiq nəzarət orqanları vasitəsilə monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə göndərilir.

7. Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər siyahıda müəyyən edilmiş dövlətlərlə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan pul vəsaitləri və ya digər əmlakla əməliyyatların məqsədini və mahiyyətini aydınlaşdırmalı və bununla əlaqədar yazılı təhlil hesabatı tərtib etməlidir. Hesabat zərurət yarandığı təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada Maliyyə Monitorinqi orqanına, nəzarət orqanlarına və digər səlahiyyətli orqanlara təqdim edilməlidir.
Yüklə 16,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin