Azərbaycan Respublikasında Ekoloji üsullarla təmiz məhsul istehsalı, emalı, etiketlənməsi və marketinqi üçün standartlar


Avropa Birliyi və İsveçrəyə çıxış



Yüklə 482,27 Kb.
səhifə2/7
tarix21.10.2017
ölçüsü482,27 Kb.
#7025
1   2   3   4   5   6   7

Avropa Birliyi və İsveçrəyə çıxış


Avropa Birliyi və İsveçrə bazarlarına çıxış arzuları bu standartların bütün aspektləri ilə razılıq zəminində mümkün ola biləcək.
Bu standartların məqsədləri aşağıdakılardır:

  • İstehlakçıları bazarda yalan, fırıldaq və məhsul haqqında əsassız şikayətlərdən qorumaqdır;

  • Ekoloji məhsul istehsalçılarını digər kənd təsərrüfatı məhsullarını ekoloji adı ilə istehsal edən istehsalçılardan qorumaq;

  • İstehsalın, hazırlıq işlərinin, saxlanmanın, nəqliyyatın, və marketinqin bütün mərhələlərinin inspeksiya olunması və bu standartların tələblərinə uyğunluğuna əmin olmaq;

  • GABA standrtlarına əsasən istehsal, sertifikatlaşdırma, tanınma üçün təminatı və ekoloji yolla istehsal edilən məhsulların etiketlənməsını tənzimləmək.

Bu standart ekoloji məhsullara olan tələbləri istehsal və marketinq standartları baxımından, inspeksiyaların planlaşdırılması və sertifikatlaşdırma qurumlarının etiketləməyə olan tələblərini tənzimləyir.


Bu standartlar təsərrüfatlarda ekoloji istehsalın prinsiplərini, hazırlıqları, saxlanmanı, nəqliyyatı, etiketlənməni, və marketinq mərhələlərini tənzimləyir, torpaqda əlverişli şərait yaratmaq və münbitliyi artırmaq üçün istifadəsinə icazə verilən vasitələri qeyd edir, bitki zərərvericilərinə qarşı və xəstəliklərə nəzarəti, qida əlavələri və emala köməkçi vasitələrin tətbiqini tənzimləyir. Etiketlənmə məqsədilə, “ekoloji istehsal metodlarından istifadə edilib” kimi terminlərin istifadəsi sertifikatlaşdırma qurumunun və digər səlahiyyətli şəxslərin nəzarəti olmadan becərilən məhsullar üçün qadağandır.

Ekoloji kənd təsərrüfatı ətraf mühitin qorunmasına kömək göstərən ən geniş yayılmış metodologiyalardan biridir. Ekoloji istehsal sistemi spesifik və dəqiq istehsal standartlarına əsaslanır ki, bu standartlar da social, ekoloji və iqtisadi cəhətdən optimal aqrosistemə malik olmağı qarşıya məqsəd qoyur. Ekoloji sistemi daha aydın təsvir etmək üçün ”bioloji” və “ekoloji” kimi terminlərdən də istifadə olunur.

Ekoloji istehsal olunmuş ərzaqlar üçün olan tələblər digər istehsal prosedurlarına və özəlliklərinə malik olan və fərqli identifikasiya və etiketlənməyə malik ərzaqlara olan tələblərdən fərqlənir.
“Ekoloji” - məhsulun ekoloji istehsal standartlarına müvafiq istehsal olunduğunu və müvafiq sertifikatlaşdırma orqanı tərəfindən sertifikat almasını göstərən bir etiketləmə terminidir. Ekoloji kənd təsərrüfatı xaricdən (kənardan) gətirilən vasitələrin minimuma endirilməsinə, sintetik gübrələrin və pestisidlərin istifadəsini məhdudlaşdırmağa əsaslanır.
Eyni zamanda ekoloji kənd təsərrüfatı praktikası ümumi ətraf mühit çirklənməsi zəminində məhsulların tərkibində kimyəvi vasitələtin qalıqlarının olmamasına tam zəmanət verə bilməz. Bununla belə, havanın, torpağın və suyun çirklənməsini minimuma endirmək üçün müxtəlif metodlardan istifadə edilməkdədir.
Ekoloji ərzaq istehsalçıları, emalçılar və pərakəndə satışçılar ekoloji kənd təsərrüfatı məhsullarının inteqrasiyasını qoruyub saxlamaq üçün standartları dəstəkləyir və ona əməl edirlər. Ekoloji kənd təsərrüfatının ilkin məqsədi bir-biri ilə əlaqəli olan icmaların yəni, torpaq həyatı, bitki, heyvan və insanların sağlamlığı və məhsuldarlığını optimallaşdırmaqdan ibarətdir.

Ekoloji kənd təsərrüfatı aqrosistemin sağlamlığını, biomüxtəlifliyi, bioloji dövranı və torpağın bioloji aktivliyini artıran və inkişaf etdirən tam bir sistemdir. O, idarəetmə praktikasını kənardan gətirmə vasitələrin tətbiqindən üstün tutur, və bu zaman yerli sistemə adaptasiya olunma da nəzərə alınır.


Bu sintetik materialların tətbiqinə və hər hansı bir spesifik funksiyaların system daxilində həyata keçirilməsinə əks olaraq, mümkün olan yerlərdə mədəni, bioloji, və mexaniki metodların tətbiqi ilə həyata keçirilir. Ekoloji istehsal sistemi aşağıdakı kimi təsvir olunur:
a) bütün system daxilində bioloji müxtəlifliyi canlandırmaq;

b) torpağın bioloji aktivliyini artırmaq;

c) torpaq münbitliyini uzun müddət saxlamalı;

d) qida maddələrinin yenidən torpağa qaytarmaq məqsədilə bitki və heyvan mənşəli tullantıların dövriyyəsini təmin etməli və bu yolla da bərpa edilə bilməyən resurslardan istifadəni minimuma endirməli;

e) yerli kənd təsərrüfatı sistemlərində olan bərpa edilə bilən resurs mənbələrinə istinad etməli;

f) torpaqdan, sudan, və havadan sağlam istifadəni inkişaf etdirməli və bu yolla da hər cür çirklənmənin qarşısını almalı. Bu isə kənd təsərrüfatı praktikasının nəticəsi kimi mümkün ola bilər;

g) bütün mərhələlərdə ekoloji inteqrasiyanı və məhsulun həyati keyfiyyətini saxlamaq üçün kənd təsərrüfatı məhsulları ilə və onların emal metodları ilə diqqətlə və ehtiyatla davranmalı;

h) hər hansı bir mövcud təsərrüfatda yaranma müddəti təsərrüfatın spesifik faktorları ilə, məsələn, təsərrüfatda torpağının becərilmə tarixçəsi ilə, becərilən bitkilərin və saxlanılan mal-qaranın növü ilə səciyyələnən konversiya-keçid dövründə tətbiq edilə bilər.


İstehlakçı və istehsalçı arasındakı sıx əlaqə konsepsiyası böyük bir təcrübədir. Böyük bazar tələbatı, istehsala olan böyük iqtisadi maraq, istehlakçi və istehsalçı arasındakı artan məsafə xarici nəzarət və sertifikiatlaşdırma prosedurunu tətbiq etməyi tənzimləyir.

Sertifikatlaşdırmanın ayrılmaz komponenti ekoloji idarəetmə sisteminin yoxlanılması-inspeksiyasıdır. Müştərinin sertifikatlaşdırması prosedurları əsasən müştəri və inspeksiya qurumları tərəfindən hazırlanan kənd təsərrüfatı müəssisəsinin illik hesabatına əsaslanır.


Eyni zamanda emal mərhələsində də standartlar o səviyyəyə qədər inkişaf etdirilib ki, emal əməliyyatları və bitkibecərmə şəraitləri də yoxlanıla və təsdiqlənə bilsin. Əgər inspeksiya-yoxlama sertifikatlaşdırma qurumu tərəfindən aparılırsa inspeksiya və sertifikatlaşdırma funksiyalarının çox aydın şəkildə ayrılması təyin olunmalıdır. Onların ədalətlilyini saxlamaq üçün sertifikatlaşdırma qurumları sertifikatladırma prosesi keçən şəxslərdən iqtisadi maraqlar cəhətdən asılı olmamalıdırlar.
Beynəlxalq qanunvericiliklər və qaydaların dəyişilməsi zəminində bu standarta müntəzəm olaraq düzəlişlər ediləcəkdir.
1. ƏHATƏ DAİRƏSİ
1.1Bu standart ekoloji istehsal metodlarına əsaslanan etiketləri daşıyan və ya daşımağa hazırlaşan aşağıdakı məhsullara şamil edilir:

a) emal edilməmiş bitki və ya bitki məhsullarına, heyvandarlığa (ev heyvanlarına), Əlavə 1 və 3-də göstərilən istehsal və spesifik inspeksiya qaydaları çərçivəsində heyvandarlıq məhsullarına da şamil edilir.

b) emal edilmiş kənd təsərrüfatı bitki məhsulları və (a) bəndində qeyd olunan şərtlər əsasında insanın istifadəsi üçün nəzərdə tutulan heyvandarlıq məhsulları..
1.2 Məhsul ekoloji istehsal metodları göstərişlərinə əsaslanacaq, etiketləmələrdə və ya təsdiqləmələrdə, reklam materialında və ya kommersiya sənədlərində məhsul və ya onun inqredienti “üzvi”,“ekoloji”,”biodinamik”, “bioloji” kimi qeyd olunur və alıcıya məhsulun və onun inqredientinin ekoloji istehsal metodları ilə becərildiyini göstərən digər oxşar sözlərdən istifadə olunur.
1.3 Paraqraf 1.2 bu standartı bu terminlərin istehsal metodları ilə aydın şəkildə əlaqəsi olmadığı-uzlaşmadığı hallarda tətbiq etmə.
1.4 Genetik dəyişdirilmiş orqanizmlərdən (GMO/GDO) alınan bütün materiallar və ya məhsullar ekoloji istehsal prinsipləri ilə uyğunlaşmır (becərmə, istehsal və ya emal) və həmçinin bu standartda da icazə verilmir.

2 TƏSVİR VƏ TƏRİFLƏR


2.1 TƏSVİR
Əgər ərzaq ekoloji təsərrüfat sistemindən gəlirsə o yalnız ekosistemin gücləndirilməsi məqsədini güdən ekoloji istehsal metodlarına istinad edə bilər. Bu məqsəd isə davamlı məhsuldarlıq naminə alaqlara, zərərvericilərə və xəstəliklərə qarşı mübarizədə müvəffəqiyyət qazanmağı nəzərdə tutur. Bu məqsədlə həmçinin bitki mənşəli və heyvani tullantıların dövranı, bitki seçimi və növbəli əkin, su idarəetməsi, şumlama və becərmə lazımı səviyyədə aparılmalıdır.
Bu system torpağın bioloji aktivliyini və onun fiziki və mineral tərkibini optimallaşdırır. Nəticə olaraq torpaq bitki və heyvanlar üçün lazım olan balanslaşdırılmış qidalı maddələrlə təmin edilmiş olur. İstehsal gübrələmə strategiyasının ən əsas hissəsi olan bitkilərin qidalı elementlərinin dövranı hesabına davamlı ola bilər. Xəstəlik və zərərvericilərə qarşı idarəetmədə təbii düşmənlərin birgə əməkdaşlığı və faydalı həşəratların populyasının artırılması. bioloji və mədəni nəzarət, zərərvericilərin və bitkilərin zədələnmiş hissələrinin mexaniki yolla ləğv edilməsi.
Ekoloji heyvandarlıqda əsas baza prinsip torpaq, bitkilər və mal-qara arasındakı harmonic əlaqələri inkişaf etdirməkdən və heyvanların psixoloji və davranış ehtiyaclarına hörmət etməkdən ibarətdir. Bu isə heyvanlara ekoloji yolla yetişdirilmiş yaxşı keyfiyyətli yem vermək lə, müvafiq norma ilə təminatla, heyvandarlıq sisteminin sərbəst davranış ehtiyaclarına müvafiqliyi ilə əldə olunur. Bundan əlavə heyvandarlıq sahəsində idarəetmədə stressləri azaltmaq, heyvanların sağlamlığı və rifahı qayğısına qalmaq, xəstəliklərin qarşısını almaq və kimyəvi allopatik baytarlıq vasitələrindən ( həmçinin antibiotiklərdən) istifadəyə yol verməmək başlıca şərtlərdəndir.

2.2 TƏRİFLƏR


Bu standartları nüəyyən etmək məqsədilə:
“kənd təsərrüfatı məhsulu /kənd təsərrüfatı mənşəli məhsul ” o deməkdir ki, məhsul və ya mal, istər xammal olsun istərsə də emal edilmiş mal olsun, ya insanların istifadəsi üçün ( buraya su, duz və digər əlavələr daxil deyildir) ya da heyvanların yemləndirilməsi üçün nəzərdə tutulur.
“audit” sistematik və funksional olaraq müstəqil yoxlama sistemidir. Bu system fəaliyyətlərin və ya nəticələrin qarşıya qoyulan məqsədə müvafiqliyini təyin edib ortaya çıxarır.
“sertifikatlaşdirma”rəsmi sertifikatlaşdırma qurumları və ya rəsmən tanınan sertifikatlaşdırma qurumları tərəfindən aparılan bir prosedurdur. Bu prosedur yazılı və ya digər ekvivalent yollarla ərzağın və ya həmin ərzağa edilən nəzarət sisteminin tələblərə uyğunluğunu təsdiq edir. Ərzağın sertifikatlaşdırılması sistemli yoxlama şəklində həyata keçirilə bilər, yəni ardıcıl –mərhələli yoxlamalar, son məhsulun keyfiyyət sisteminin auditi və yoxlanması.
“sertifikatlaşdirma orqanı” o qurumdur ki, o, məhsulun “ekoloji” kimi satılmasına, və ya etiketlənməsına cavabdehdir, buna nəzarət edir və onun standartlara uyğun olaraq istehsalını, emalını, qablaşdırılmasını və idxalını yoxlayır. “

“müvafiq səlahiyyətli orqan” inzibati və qanuni hüquqlara və hakimiyyətə malik olan rəsmi dövlət agentliyi deməkdir.


“genetik dəyişdirilmiş orqanizmlər ” və məhsullar genetik materialın dəyişdirilməsi yolu ilə əldə edilən məhsullardır ki, bu zaman təbii çarpazlaşdırma və rekombinasiya üsullarında istifadə edilmir.

Genetik dəyişdirilmə texnikasına aşağıdakılar daxildir, lakin bununla da onlar limitlənmirlər: rekombinant DNT, hüceyrələr toplusu, mikro və makro inyeksiyalar, hermetikləşdirmə, genin ləğv edilməsi və ikiləşdirilməsi. GDO organismlərinə cütləşmə, transduksiya və hibridləşdirmə texnikanın nəticəsi olaraq əldə olunan orqanizmlər daxil deyildir.


“inqrediyent” əlavələr də daxil olmaqla emalda və ya qida hazırlanmasında istifadə olunan və hazır məhsulun tərkib hissəsi olan hər hansı bir maddəyə deyilir.
“inspeksiya” qidanın yoxlanılması və ya qida sisteminə, xammalın, emalın, çatdırılmanın, emal prosesində olan və hazır məhsulun tələblərə uyğun olub-olmamasının yoxlanılmasıdır. Ekoloji qida üçün aparılan yoxlamaya istehsalın və emal sisteminin də yoxlanılması daxildir.
“etiketləmə ” etiketın üzərində olan hər-hansı bir yazılı, çap edilmiş, qrafik, birbaşa ərzağın üzərində qeyd olunan və ya ərzağın yanında qoyularaq ərzağı təmsil edən simvolları nəzərdə tutur. “etiketləmə ” həmçinin satışı yaxşılaşdırmaq və artırmaq məqsədinə də xidmət edir.
“heyvandarlıq” dedikdə qaramal (həmçinin camış və bizon), qoyun, donuz, keçi, at, quşlar və arılar da daxil olmaqla hər-hansı bir ev heyvanı və yaxud əhliləşdirilmiş heyvanlar nəzərdə tutulur.

Vəhşi heyvanların ovçuluğu və balıqçılığı bu tərifin bir hissəsi sayıla bilməz.


“marketinq” satışı təşkiletmə, yerləşdirmə, satış üçün təklif, satış, və ya bazarda hansısa digər formalarda paylama və yerləşdirmə deməkdir.
“rəsmi akkreditasiya ” hökümət agentliyinə verilən hüquqi icazədir ki, o, müfəttişə və ya sertifikatlaşdırma qurumuna yoxlama və ya sertifikatlaşdırma xidməti göstərmək üçün səlahiyyət versin. Ekoloji istehsal üçün səlahiyyətli olan şəxs və ya qurum akkreditasiya funksiyasını özəl quruma həvalə edə bilər.
“rəsmən tanınmış inspeksiya sistemi/ rəsmən tanınmış sertifikatlaşma sistemi” hüquqi statusu olan hökumət agentliyi tərəfindən tanınmış və rəsmən təsdiqlənmiş sistemlərdir.
“sahibkar” bazar tələblərinə müvafiq olaraq Bölmə 1.1 də qeyd olunanlara uyğun olaraq istehsal edən, hazırlayan, ixrac/idxalla məşğul olan, və məhsulu bazara çıxaran şəxsdir.
“bitki mühafizə məhsulları ” dedikdə xəstəlik və zərərvericilərə qarşı qoruyucu, dağıdıcı, cəlbedici, qorxuducu təsirə malik, həmçinin istehsal, saxlama, daşınma, ərzağın, kənd təsərrüfatı məhsullarının, heyvan yemlərinin emalı və çatdırılması müddətində arzuolunmayan bitki növləri və heyvanlara qarşı işlədilən hər-hansı bir maddə nəzərdə tutulur.
“Paralel istehsal” eyni təsərrüfatda, eyni sexdə yaxud eyni anbarda ekoloji və qeyri-ekoloji məhsulların istehsalı, emalı, saxlanması, daşınması, topdan və pərakəndə satışı.
“hazirlama” kəsim əməliyyatlarını, emalı, kənd təsərrüfatı məhsullarının saxlanması və qablaşdırılması, həmçinin ekoloji istehsal metodlarına müvafiq etiketlərın dəyişdirilməsini nəzərdə tutur.
“istehsal” kənd təsərrüfatı məhsulları ilə təminatı, məhsulun ilkin qablaşdırılmasını və etiketlənməsını nəzərdə tutur..
“vahid” kənd təsərrüfatı holdinq sistemində emal proseslərini emalı, qablaşdırmanı və ya Ekoloji ərzağın saxlanmasına zəmin yaradan bir komponentdir.

“baytarlıq dərmanı ” ət və ya süd istehsal edən heyvanlara, quşçuluq sahəsinə, terapevtik, profilaktik və ya diaqnostik məqsədlərlə, psixoloji funksiyalara və ya davranışa təsir məqsədilə balıq və ya arı məhsullarına, qida istehsal edən heyvana tətbiq edilən hər-hansı bir vasitədir.

“yabani yığım” təbii ərazilərdə, meşələrdə kənd təsərrüfatı ərazilərində təbii yolla yetişən və ƏLAVƏ 2-də siyahısı qeyd olunan bitkilərin kolleksiyasıdır, hətta bu bitkilərin bəzi hissələrinin yığımı 3 ildən bir aparılmalıdır, əks təqdirdə bu yığım təbii balansa, stabilliyə və yığım aparılan ərazidə növlərin təbii yaşam tərzinə mənfi təsir göstərə bilər.

3. ETİKETLƏMƏ VƏ TƏLƏBLƏR
ÜMUMİ MÜDDƏALAR

3.1 Ekoloji məhsullar GABA standartlarına müvafiq olaraq etiketlənməlidir.


3.2 Bölmə 1.1 (a) göstərilən məhsulların etiketlənməsı və müvafiq tələblər aşağıdakı hallarda ekoloji istehsal metodlarına istinad edə bilər:
a) belə göstərişlər onların kənd təsərrüfatı istehsal metodları ilə bağlı olduğunu aydın göstərir;

b) məhsul Bölmə4-ün tələblərinə müvafiq olaraq istehsal olunub və ya Bölmə7 –də qeyd olunan tələblərə müvafiq olaraq idxal olunub;

c) Məhsul Bölmə 6 –da qeyd olunan yoxlama tədbirlərinə məruz qalmış operator tərəfindən istehsal və ya idxal olunub

d) İstehsal və ya emalla məşğul olan operator Yarlıklamada GABAın adına, kod nömrəsinə, və ya digər rəsmi olaraq tanınan yoxlama və ya sertifikatlaşdırma qurumlarına istinad edir.


3.3 Paraqraf 1.1(b)-ə əsasən məhsulun etiketlənməsı və tələbləri ekoloji istehsal metodlarına aşağıdakı hallarda istinad edir:
a) bu göstərişlər onların kənd təsərrüfatı istehsal metodları ilə bağlı olduğunu göstərir və o vaxtacan sual altında olan kənd təsərrüfatı məhsulları ilə də əlaqəlidir ki, inqrediyent tərkibi barəsində aydın məlumat listi verilməsin;

b) məhsulun kənd təsərrüfatı mənşəli bütün inqrediyentləri Bölmə 4-ün tələblərinə uyğunlaşdırılır ;

c) Məhsul ƏLAVƏ 2-də Cədvəl 3-də siyahıya alınmamış və qeyri-kənd təsərrüfatı mənşəli inqrediyentlərə malik olmamalıdır;

d) eyni inqrediyentlər həm ekoloji həm də qeyri-ekoloji mənşəli ola bilməz;

e) məhsul və ya onun inqrediyenti hazırlanma vaxtı ionlu radiasiyanın və ya ƏLAVƏ2-də Cədvəl 4-də qeyd olunmayan maddələrin təsirinə məruz qalmayıb;

f) məhsul Bölmə 6-da göstərilən müntəzəm yoxlama sistemi əsasında operator tərəfindən hazırlanıb və idxal olunub;

g) etiketləmə ada və ya GABAın kod nömrəsinə və ya rəsmən tanınmış sertifikatlaşdırma qurumuna istinad edir.
3.4 Paragraph 3.3(b)-nin tələbləri yerinə yetirilə bilmədikdə,

− kənd təsərrüfatı mənşəli, bu paraqrafın tələblərinə cavab verməyən bəzi inqrediyentlər ümumi inqrediyentlər faizinin maksimum 5% m/m limitində istifadə oluna bilər. Son məhsulda və Paragraph 1.1(b)-də göstərilən məhsulların hazırlıq proseslərində duzu və suyu istisna etməklə.

− harada ki, kənd təsərrüfatı mənşəli bu cür inqrediyentlər əldə oluna bilmir və ya kifayət miqdarda deyildir, bu standartın Bölmə4-də göstərilən tələblərə müvafiq olaraq;
3.5 Yarlıklamada yuxarıda göstərilən paraqrafa müvafiq olaraq 95%-dən

az üzvi inqrediyentlərə malik olan məhsullar olduqda, istehsalçı aşağıda göstərilən elementləri 95% və 70 % üzvi inqrediyentlərə malik olan məhsullara şamil edə bilərlər:


a) məhsul paraqraf 3.3(c), (d) (e), (f) və (g)-nin tələblərinə cavab verirsə;

b) ekoloji istehsal metodlarına istinad edən göstərişlər, qeydlər panelin ön hissəsində qeyd olunur və inqrediyentlərin təxmini tərkibini ümumi inqrediyentlər arasında əlavələr də daxil olmaqla verirlər. Lakin su və duz bu sırada göstərilmir;

c) İnqrediyentlər tərkibin çoxluğu sırası ilə qeyd edilirlər;

d) inqrediyentlər siyahısında verilən göstərişlər də eyni rəngdə verilir və lakin inqrediyentlər siyahısının yazısından fərqlənən xüsusi identifikasiya və hərflərin yazı forması ilə seçilirlər.



EKOLOJİYƏ KEÇİD PROSESİNDƏ OLAN MƏHSULLARIN ETİKETLƏNMƏSİ
3.6 Ekoloji istehsal metodlarına keçid prosesində olan təsərrüfatların məhsulları ancaq 12 ay müddətində bu istehsal metodlarından istifadə etdikdən sonra “ekolojiyə keçid” kimi etiketlənə bilər. Bu zaman o aşağıdakı ekoloji metodların tətbiqindən istifadə etməlidir:
a) paraqraf 3.2 və 3.3 tələblərinə tam əməl olunmalıdır;

b) keçid dövrü məhsullarının üzərində edilən qeydiyyatlar alıcını bu məhsulları keçid dövrünü tam başa çatdırmış təsərrüfatların məhsullarından ayırmağa kömək edir və bu fərqi ortaya çıxarır;

c) bu cür qeydlər “ ekoloji təsərrüfatçılığa keçid dövründə olan məhsullar” və ya GABA tərəfindən qəbul edilən digər oxşar sözlərlə edilir və satışı təmsil edən qeydlərdən rəng, ölçü və hərflərin stili, həcmi ilə üstün olmamalıdır;

d) yalnız bir inqrediyentdən ibarət olan ərzaqlar “ekolojiyə keçid” kimi etiketlənə bilər;

e) etiketləmə GABAın adına və ya kod nömrəsinə, həmçinin rəsmən təsdiqlənmiş sertifikatlaşdırma qurumuna istinad edə bilər.
Heyvandarlıq məhsulları “ekolojiyə keçid” kimi etiketlənə bilməz. Heyvandarlıq məhsulları ekoloji kimi ancaq keçid dövrünü tam bitirdikdən sonra etiketlənə bilər.
QEYRİ-PƏRAKƏNDƏ KONTEYNERLƏRİN ETİKETLƏNMƏSİ
3.7 Paraqraf 1.1-də qeyd olunduğu kimi qeyri-pərakəndə ərzaq konteynerlərinin etiketlənməsı ƏLAVƏ 3, paraqraf 11-in tələblərinə cavab verməlidir.

4. İSTEHSAL VƏ HAZIRLIQ QAYDALARI
4.1 Ekoloji istehsal metodları məhsulların istehsalında paraqraf 1.1(a)-ya istinad olunmalıdır :
a) ən azı ƏLAVƏ 1-in istehsal tələbləri yerinə yetirilməlidir;
b) yuxarıda göstərilən a) bəndində qeyd olunan tələblər effektiv olmazsa Bölmə 5-1-in qarşıya qoyulan kriteriyalarına cavab verən ƏLAVƏ 2, Cədvəl 1-2-də siyahıya alınan maddələr bitki mühafizə məhsulları kimi, gübrələr kimi, torpaq strukturverici kimi, istifadə oluna bilər

4.2 Ekoloji emal metodları tələb edir ki, paraqraf 1.1(b) -ə istinad edən məhsulların hazırlanması prosesində :


a) ən azı ƏLAVƏ 1-in emal tələblərinə əməl edilməlidir;

b) Bölmə 5-1-in qarşıya qoyulan kriteriyalarına cavab verən ƏLAVƏ 2, Cədvəl 3-4-də siyahıya alınan maddələr qeyri-kənd təsərrüfatı mənşəli inqrediyentlər kimi, müvafiq situasiyada, yaxşı emal praktikası sahəsində istifadəsi müvafiq milli tələblər ilə qadağan edilməyən elementlər, qida məhsullarının hazırlanması və emal prosesində köməkçi vasitələr kimi istifadə oluna bilər

4.3 Ekoloji məhsullar ƏLAVƏ 1-in tələblərinə müvafiq olaraq saxlanmalı və daşınmalıdır.


    1. Paraqraf 4.1 (a) və 4.2 (a)y göstərilən müddəaların zəifləməsi zamanı ƏLAVƏ 1-ə müvafiq olaraq heyvandarlıq məhsulları istehsalında GABA daha detallı şəkildə qaydalar və göstərişlər verə bilər. Bu isə həyatakeçirmə mərhələsində ekoloji təsərrüfatçılıq praktikalarının tədricən inkişafına imkan verəcək.

5. MADDƏLƏRİN ƏLAVƏ 2-ə DAXİLEDİLMƏ TƏLƏBLƏRİ
Bu standartların ƏLAVƏ 2 bəndinə edilən hər hansı bir dəyişikliklər European Community's Regulation (EEC) No 2092/91- Avropa Birliyi Əsasnaməsinə uyğul olaraq edilə bilər.
5.1 Ən azından aşağıdakı kriteriyalar Bölmə 4-də qeyd olunan, istifadəsinə icazə verilən maddələr listinin dəyişdirilməsi məqsədilə istifadə oluna bilər. Bu kriteriyalardan ekoloji istehsalda istifadə edilə biləcək maddələrin qiymətləndirilməsində istifadə edərkən GABA bütün milli və beynəlxalq səviyyədə tətbiq edilə biləcək bütün qanunları və tənzimləmələri nəzərə almalıdır. Hər hansı bir yeni maddə aşağıda göstərilən əsas kriteriyalara cavab verməlidir:
a) onlar ekoloji istehsal prinsiplərinə zidd olmamalıdırlar

(“Bazara çıxış” paragraph 9-10);

b) maddələırdən istifadə vacibdir /xüsusilə məqsədli istifadə zamanı;

c) maddələrdən istifadə ətraf mühitə zərərli təsir etməməlidir;

d) onlar insan və heyvan sağlamlığına, və ya həyat səviyyəsinə ən az neqativ təsirə malikdir;

e) əgər qəbul edilmiş alternativlər kifayət kəmiyyətdə və keyfiyyətdə əldə edilə bilmirsə.


Ekoloji istehsalın tamlığının qorunması məqsədilə yuxarıda göstərilən kriteriyalar qiymətləndirilməlidir Bundan əlavə aşağıda qeyd olunan kriteriyalar qiymətləndirmə prosesində tətbiq olunmalıdır:
a) əgər onlar gübrələmə və torpağı yaxşılaşdırma məqsədi güdürsə -­

− onlar torpağın münbitliyini yüksəltmək və ya onu qorumaq üçün vacibdirlər və ya məhsulun xüsusi qida tələbatlarını ödəmək üçün və ya xüsusi olaraq torpaq yaxşılaşdırıci və növbəli əkin məqsədləri daşıyırsa və ƏLAVƏ 1-də göstərilən praktikalar və ya Cədvəl 2-də ƏLAVƏ 2-də qeyd olunan digər məhsullarla kifayətlənə bilmirsə;

inqrediyentlər bitki, heyvan, mikrobioloji və ya mineral mənşəli olacaq və fiziki, (məs. mexaniki, termiki) fermentativ, mikrobioloji təsirlərə məruz qala bilər və

− onların istifadəsi torpaq orqanizmlərinə/ torpağın fiziki xassələrinə zərərli təsir etmir;


b) əgər onlar bitki xəstəlikləri, zərərverici və alaqlara qarşı nəzarət məqsədilə istifadə edilirsə

− onlar zərərli orqanizmlərə qarşı nəzarətdə, həmçinin xüsusilə bioloji, fiziki və ya seleksiya metodları və digər alternativ və effektiv mübarizə praktikaları olmadıqda çox mühüm əhəmiyyət kəsb edirlər, və

− maddələr bitki, heyvan, mikrobioloji və ya mineral mənşəli olmalıdır və aşağıdakı proseslərə məruz qala bilər: fiziki, (məs. mexaniki, termiki) fermentativ, mikrobioloji (məs. Kompostlaşdırma, bioqas);

− buna baxmayaraq, əgər onlar xüsusi şəraitlərdə istifadə olunan aldadıcı və tələyəsalıcı məhsullardırsa (feromonlar) hansı ki, kimyəvi yolla sintez olunub, onlar siyahıya əlavə kimi salınacaq (əgər həmin məhsullar öz təbii formasında təbiətdə kifayət qədər əldə edilən deyil), bir şərtlə ki, əgər onların istifadəsi məhsulun yeməli hissəsində birbaşa və ya dolayısı ilə qalıqıarın yaranması ilə nəticələnməməlidir;


c) əgər onlar ərzağın hazırlanmasında və saxlanmasında əlavə və ya emala köməkçi vasitə kimi istifadə olunurlarsa:

− bu maddələr təbiətdə tapılıb və aşağıdakılara təsir göstərə bilər


mexaniki /fiziki proseslərə (məs. ekstraksiya, çökmə),
bioloji/fermentoloji və mikrobioloji proseslərə, (məs.fermentləşdirmə),
− və ya yuxarıda göstərilən maddələr bu cür metodlar və texnologiyaların nəticəsində kifayət kəmiyyətdə əldə edilə bilmirsə, onda kimyəvi yolla əldə edilən bu maddələr müstəsna hallarda istifadə edilə bilər;

− bu cür məhsulları hazırlamaq üçün onlar çox əhəmiyyətlidirlər çünki başqa mümkün texnologiya istifadədə yoxdur;

− alıcı təbiət, maddə və ərzağın keyfiyyəti ilə bağlı aldanmayacaq.
Son yekun maddələır siyahısını tərtib edərkən GABA-in bu proseslərdə iştirak etmək və məsləhət vermək imkanı olacaq.


Yüklə 482,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin