Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında



Yüklə 184,65 Kb.
tarix21.10.2017
ölçüsü184,65 Kb.
#9059

Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRAR
Azərbaycan Respublikası Prezidentinin «Əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsi və xarici iqtisadi əlaqələrin sərbəstləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» 1996-cı il 11 mart tarixli, 448 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. 1996-cı il iyulun 1-dən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 18 iyun tarixli, 242 nömrəli «Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinin təkmilləşdirilməsi haqqında» qərarı ilə təsdiq edilmiş Vahid Tarif Cədvəlinin dərəcələrinə müvafiq olaraq fəhlə və qulluqçuların aylıq tarif (vəzifə) maaşlarının məbləğləri bu qərarın 1 nömrəli əlavəsinə müvafiq olaraq müəyyən edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 aprel tarixli, 205 nömrəli «Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında» qərarına 1 nömrəli əlavənin qeydinin 1-ci bəndi öz qüvvəsini itirmiş hesab edilsin.

Göstərilən qərarın 2-ci bəndindəki dördüncü abzas aşağıdakı redaksiyada verilsin:

«Vahid Tarif Cədvəlində təyin olunmuş aylıq tarif (vəzifə) maaşlarının artımı yolu ilə sahələrdə əmək şəraitini nəzərə almaqla, fəhlələrin əməyinin ödənilməsi səviyyələrinin differensiallaşması istehsalat sahələri müəssisələrinə tövsiyə edilsin».

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 18 iyun tarixli, 242 nömrəli «Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinin təkmilləşdirilməsi haqqında» qərarın əlavəsi öz qüvvəsini itirmiş hesab edilsin.



4. 1996-cı il iyulun 1-dən Azərbaycan Respublikası Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları, prokurorluq və məhkəmə hakimiyyəti orqanları işçilərinin vəzifə maaşları bu qərarın 2—9 nömrəli əlavələrinə müvafiq olaraq müəyyən edilsin.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, bu qərarın 2—9 nömrəli əlavələrində nəzərdə tutulmayan vəzifələr üzrə vəzifə maaşlarını müəyyən etsin və əməyin ödənilməsi üzrə qarşıya çıxan digər məsələlər haqqında izahatlar versin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 23 avqust tarixli, 457 nömrəli «Dövlət idarəetmə orqanları işçilərinin əməyinin ödənilməsi haqqında» qərarın 1—4, 6 və 10-cu bəndləri öz qüvvəsini itirmiş hesab edilsin. 1

6. 1996-cı il iyulun 1-dən Azərbaycan Respublikası Müdafiə, Milli Təhlükəsizlik, Daxili İşlər, Ədliyyə nazirliklərinin və qanunvericiliklə nəzərdə tutulmuş digər hərbi qurumların hərbi qulluqçularının — sıravi, komanda və rəis heyətlərinin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli bu qərarın 10 nömrəli əlavəsinə müvafiq olaraq müəyyən edilsin.

7. Müdafiə, Milli Təhlükəsizlik, Daxili İşlər, Ədliyyə nazirliklərinə və qanunvericiliklə nəzərdə tutulmuş, hərbi qurumların rəhbər işçilərinə Vahid Tarif Cədvəlinin vəzifə maaşları və ayrılmış büdcə təxsisatları hüdudlarında bu qərarın 10 nömrəli əlavəsində nəzərdə tutulmayan digər hərbi kateqoriyaların vəzifə maaşlarının məbləğlərini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla müəyyən etmək hüququ verilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 16 iyun tarixli, 308 nömrəli «Azərbaycan Respublikası hərbi qulluqçularının əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinin tətbiqi haqqında» qərarı öz qüvvəsini itirmiş hesab edilsin.

9. 1996-cı il iyulun 1-dən Azərbaycan Respublikası hərbi qulluqçularının hərbi rütbələrə görə maaşlarının vahid məbləği bu qərarın 11 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 fevral tarixli, 67 nömrəli «Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi mükəlləfiyyətlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında» qərarının 1 nömrəli əlavəsi öz qüvvəsini itirmiş hesab edilsin.

Göstərilən qərarın 4-cü bəndi aşağıdakı redaksiyada verilsin.

«4. Təlim və ya yoxlama toplanışlarına çağırılmış hərbi mükəlləfiyyətlilərə toplanışda olduqları müddət ərzində, hərbi hissəyə gedib-gəlmək üçün yola sərf etdiyi vaxt da daxil olmaqla, toplanışa çağırılmış hərbi mükəlləfiyyətlinin özünə əsas iş yerində orta aylıq əmək haqqı 26000 manatdan aşağı olmamaqla, eləcə də himayəsində olanların hər birinə 23 yaşınadək əyani oxuyan tələbə və şagirdlər də daxil olmaqla, 7000 manat miqdarında ödənilir.



Təkrarən həqiqi müddətli hərbi qulluğa çağırılan və yaxud təlim və ya yoxlama toplanışlarına çağırılmış daimi iş yeri olmayan şəxslərə onların yaşayış yeri üzrə şəhər (rayon) icra hakimiyyəti orqanları tərəfindən himayələrində olanların hər birinə 23 yaşınadək əyani oxuyan tələbə və şagirdlər də daxil olmaqla, 13000 manat məbləğində müavinət ödənilir». 2

11. 1996-cı il iyulun 1-dən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 aprel tarixli, 155 nömrəli «Vəzifə maaşlarına alimlik dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında» qərarının 1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

«1. Elmlər Akademiyası, nazirlik və idarələrin elmi və elmi-tədqiqat təşkilatlarının, ali məktəblərin, habelə digər elmi və elmi-tədqiqat idarələrinin rəhbər və elmi işçilərinin Vahid Tarif Cədvəlinə müvafiq olaraq təyin edilmiş vəzifə maaşlarına aşağıdakı məbləğdə əlavələr müəyyən olunsun:

birinci kateqoriyalı elmi və elmi-tədqiqat idarələrində, ali təhsil məktəblərində çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 250000 manat, elmlər namizədi, alimlik dərəcəsi olan işçilərə 150000 manat məbləğində;

ikinci kateqoriyalı elmi və elmi-tədqiqat idarələrində, ali təhsil məktəblərində çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 220000 manat, elmlər namizədi alimlik dərəcəsi olan işçilərə isə 120000 manat məbləğində;

üçüncü kateqoriyalı elmi və elmi-tədqiqat idarələrində, ali təhsil məktəblərində və digər elmi-tədqiqat idarələrində çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 190000 manat, elmlər namizədi alimlik dərəcəsi olan işçilərə isə 90000 manat məbləğində.».3

12. Müəyyən edilsin ki, bu qərarın 11-ci bəndində qeyd edilən əlavələr yeni vəzifə maaşını təşkil edir və qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta əmək haqqının hesablanmasında nəzərə alınır.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 aprel tarixli, 155 nömrəli «Vəzifə maaşlarına alimlik dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında» qərarının 2-ci bəndinin ikinci abzası öz qüvvəsini itirmiş hesab edilsin.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 31 dekabr tarixli 718 nömrəli «Büdcədən maliyyələşdirilən bir sıra idarə və təşkilatlarda çalışan işçilərin vəzifə maaşları və tarif dərəcələri haqqında» qərarının 9-cu bəndi aşağıdakı redaksiyada verilsin:

«9. Büdcədən maliyyələşdirilən idarə və təşkilatlarda çalışan (icra hakimiyyəti orqanlarından başqa):



«əməkdar» fəxri adı olan işçilərin vəzifə maaşlarına 15000 manat, «xalq» fəxri adı olan işçilərin vəzifə maaşlarına isə 25000 manat əlavələr müəyyən edilsin; 4

Elmi dərəcəsi olan təhsil (ali məktəblərdən başqa), səhiyyə, idman, gənclər və sosial təminat, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri, kənd, meşə, balıqçılıq, meliorasiya və su təsərrüfatı, ekologiya və hidrometeorologiya və digər sahələrdə bilavasitə ixtisası üzrə çalışan işçilərin Vahid Tarif Cədvəli üzrə vəzifə maaşlarına aşağıdakı əlavələr müəyyən edilsin:5

elmlər namizədlərinə 90000 manat məbləğində;

elmlər doktorlarına 190000 manat məbləğində.».6

15. Nazirlik, digər mərkəzi icra hakimiyyəti orqanları, baş idarə, yerli icra hakimiyyəti orqanları, dövlət konsern, şirkət, birlik, müəssisə, idarə və təşkilatlarına tapşırılsın ki, bu qərarla təsdiq edilmiş əməyin ödənilməsi şərtlərinin tətbiqi üçün lazımi işləri görsünlər.

16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qərarın yerinə yetirilməsi üzrə müvafiq izahatlar versin.


Baş nazir F. QULİYEV

Bakı şəhəri, 26 may 1996-cı il



№ 60

Azərbaycan Respublikası Nazirlər



Kabinetinin 1996-cı il 26 may tarixli,
60 nömrəli qərarına

1 nömrəli əlavə
Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli


Əməyin ödənilməsi dərəcələri

Aylıq tarif (vəzifə) maaşı, manatla

1

12000

2

14000

3

16500

4

18500

5

20500

6

23000

7

25500

8

28000

9

31000

10

34500

11

38500

12

43000

13

47500

14

52500

15

58500

16

64500

17

72000

18

80000

19

90000


İşlər müdiri A. HACIYEV
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli,
60 nömrəli qərarına

2 nömrəli əlavə 7
Azərbaycan Respublikası Nazirlər Kabineti aparatının rəhbər işçilərinin və mütəxəssislərinin

Vəzifə Maaşları


Vəzifələrin adı

Aylıq vəzifə maaşı, manatla

Şöbə müdiri

125000

Baş nazirin köməkçisi

120000

Baş nazirin birinci müavinin köməkçisi

115000

Baş nazirin müavinin köməkçisi, bölmə müdiri

110000

Böyük referent

105000

Referent, baş mütəxəssis

100000

Aparıcı mütəxəssis

93000

1 dərəcəli mütəxəssis

85000

2 dərəcəli mütəxəssis

80000

Mütəxəssis

73000

Rəhbərin katibi

40000


İşlər müdiri A. HACIYEV

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 1996-cı il 26 may tarixli,
60 nömrəli qərarına

3 nömrəli əlavə
Azərbaycan Respublikası nazirlikləri, dövlət komitələri və digər idarəetmə orqanları aparatının rəhbər işçilərinin və mütəxəssislərinin

Vəzifə Maaşları


Vəzifələrin adı

Aylıq vəzifə maaşı, manatla

1

2

Respublika nazirliklərinin, dövlət komitələrinin və digər idarəetmə orqanlarının rəhbər işçiləri və mütəxəssisləri




Baş idarənin, aparıcı idarənin və şöbənin rəisi

105000

Baş idarə, aparıcı idarə və şöbə rəisinin müavini

100000

Baş idarənin, idarə rəisi, Baş idarənin, aparıcı idarənin şöbə rəisi, müstəqil idarənin, şöbənin rəisi

93000—96000

Baş mütəxəssis, müstəqil idarənin şöbə rəisi, bölmə müdiri

85000—90000

Aparıcı mütəxəssis

80000

Mütəxəssis

66000—73000

Rəhbərin katibi

40000

Nazirlər Kabineti yanındakı baş idarələrin və idarələrin və digər idarəetmə orqanlarının rəhbər işçiləri və mütəxəssisləri




Müstəqil idarənin, şöbənin rəisi

85000—90000

Baş mütəxəssis, müstəqil idarənin şöbə rəisi

80000—83000

Aparıcı mütəxəssis

73000

Mütəxəssis

60000—66000

Rəhbərin katibi

40000

Respublika nazirliklərinin, dövlət komitələrinin və digər idarəetmə orqanlarının yanındakı baş idarələrin və idarələrin və digər idarəetmə orqanlarının rəhbər işçiləri və mütəxəssisləri




Baş idarənin, idarənin və digər orqanın rəisi

100000

Baş idarənin, idarənin və digər orqanın rəisinin müavini

93000

Müstəqi idarənin, şöbənin rəisi

85000—90000

Baş mütəxəssis, müstəqil idarənin şöbə rəisi

80000—83000

Aparıcı mütəxəssis

71000

Mütəxəssis

60000—66000

Rəhbərin katibi

40000


İşlər müdiri A. HACIYEV

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 1996-cı il 26 may tarixli,
60 nömrəli qərarına

4 nömrəli əlavə
Azərbaycan Respublikası Prokurorluğu, Ali Məhkəmə, İqtisad məhkəməsi aparatının rəhbər işçilərinin və mütəxəssislərinin

Vəzifə Maaşları


Vəzifələrin adı

Aylıq vəzifə maaşı, manatla

Ali məhkəmə üzvü — Rəyasət Heyətinin üzvü

108000

Ali məhkəmə üzvü

105000

Baş idarənin, aparıcı idarənin və şöbənin rəisi

105000

Baş idarənin, aparıcı idarənin şöbə rəisi, müstəqil idarənin, şöbənin rəisi, prokurorun böyük köməkçisi, işlər müdiri

93000—96000

Baş prokurorun xüsusi mühüm tapşırıqlar üzrə köməkçisi, müstəqil idarənin şöbə rəisi, baş mütəxəssis, məsul katib

85000—90000

Xüsusi mühüm işlər üzrə böyük müstəntiq, aparıcı prokuror

90000

Böyük prokuror, xüsusi mühüm işlər üzrə müstəntiq

85000

Böyük müstəntiq, prokuror-kriminalist

83000

Aparıcı mütəxəssis, prokuror, müstəntiq, qəbul otağının rəisi

80000

Mütəxəssis, ümumi işlər üzrə məsləhətçi, məhkəmə iclas katibi

66000—73000


İşlər müdiri A. HACIYEV

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 1996-cı il 26 may tarixli,
60 nömrəli qərarına
5 nömrəli əlavə
Azərbaycan Respublikasının şəhər və rayon İcra Hakimiyyəti başçısı aparatının və tabeliyində olan müstəqil idarə və şöbələrinin rəhbər işçilərinin və mütəxəssislərinin

Vəzifə Maaşları

Vəzifələrin adı

Bakı şəhəri

Gəncə, Sumqayıt şəhərləri

Şəhər, rayon və şəhər tabeliyində olan rayonlar (əhalinin sayından asılı olaraq) aylıq vəzifə maaşı, manatla

50 min nəfərdən yuxarı

50 min nəfərə qədər

1

2

3

4

5

İcra Hakimiyyəti başçısının birinci müavini

120000

110000

105000




İcra Hakimiyyəti başçısının müavini

110000

105000

100000

96000

İcra Hakimiyyəti aparatının idarə və şöbə (ümumi şöbə də daxil olmaqla), tabeliyində olan müstəqil idarə və şöbə müdiri (rəisi), Mülki müdafiə qərargahının rəisi

93000—100000

85000—93000

83000—90000

76000—83000

Bölmə müdiri, müstəqil idarənin şöbə müdiri, baş mütəxəssis, qəbul otağının müdiri

80000—85000

73000—80000

70000—75000

63000—70000

Aparıcı mütəxəssis, mərkəzləşdirilmiş mühasibatlığın qrup (şöbə) rəhbəri

73000—75000

66000—70000

60000—63000

56000—60000

Mütəxəssis

60000—63000

56000—60000

46000—50000

43000—46000

Rəhbərin katibi

36000—40000

33000—40000

31000—33000

30000—31000


İşlər müdiri A. HACIYEV

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 1996-cı il 26 may tarixli,
60 nömrəli qərarına

6 nömrəli əlavə
Azərbaycan Respublikası şəhər və rayon İcra Hakimiyyəti başçısının rayon tabeliyində olan şəhərlərdə nümayəndəliyinin rəhbər işçilərinin və mütəxəssislərinin

Vəzifə Maaşları


Vəzifələrin adı

Əhalinin sayından asılı olaraq aylıq vəzifə maaşı, manatla




20 min nəfərə qədər

20 min nəfərdən yuxarı

Nümayəndə

70000—73000

73000—76000

Nümayəndənin müavini

63000—66000

66000—70000

Baş mühasib

60000—63000

63000—66000

Mütəxəssis

40000—43000

43000—46000


İşlər müdiri A. HACIYEV

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 1996-cı il 26 may tarixli,

60 nömrəli qərarına

7 nömrəli əlavə
Azərbaycan Respublikası şəhər və rayon İcra Hakimiyyəti başçısının qəsəbələrdə və kəndlərdə nümayəndəliyinin rəhbər işçilərinin və mütəxəssislərinin

Vəzifə Maaşları


Vəzifələrin adı

Əhalinin sayından asılı olaraq aylıq vəzifə maaşı, manatla




7 min nəfərə qədər

7 min nəfərdən yuxarı

Nümayəndə

63000—66000

66000—70000

Nümayəndənin müavini

56000—63000

63000—66000

Baş mühasib

53000—56000

56000—60000

Mütəxəssis

36000—40000

36000—40000


İşlər müdiri A. HACIYEV


Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 1996-cı il 26 may tarixli,
60 nömrəli qərarına
8 nömrəli əlavə
Azərbaycan Respublikasının şəhər və rayon prokurorluq və məhkəmə orqanlarının rəhbər işçilərinin və mütəxəssislərinin

Vəzifə Maaşları


Vəzifələrin adı

Bakı şəhəri, Azərbaycan Respublikası nəqliyyat prokurorluğu

Gəncə, Sumqayıt şəhəri, Bakı şəhər nəqliyyat prokurorluğu

Şəhər, rayon və şəhər tabeliyində olan rayonlar (əhalisinin sayından asılı olaraq) aylıq vəzifə maaşı, manatla

50 min nəfərdən yuxarı

50 min nəfərə qədər

1

2

3

4

5

Prokuror, məhkəmənin sədri

110000

105000

100000

96000

Prokurorun məhkəmə sədrinin müavini

105000

100000

93000

85000

Müstəqil şöbənin müdiri, məhkəmə üzvü

100000

93000

83000—90000

76000—83000

Bölmə rəisi

93000










Baş mütəxəssis, xalq hakimi, prokurorun böyük köməkçisi

80000—85000

73000—80000

70000—76000

63000—70000

Xüsusi mühüm işlər üzrə böyük müstəntiq

85000










Şöbənin böyük prokuroru

80000










Şöbənin prokuroru

76000










Prokurorun köməkçisi

80000

70000—76000

66000—73000

60000—66000

Xüsusi mühüm işlər üzrə müstəntiq

83000










Aparıcı mütəxəssis, müstəntiq

76000

73000

63000—66000

60000—63000

Böyük müstəntiq

80000

76000

70000—76000

66000—73000

Prokuror-kriminalist

66000

66000

66000

63000

Mütəxəssis, böyük müfəttiş

60000—63000

56000—60000

46000—50000

40000—46000

Məhkəmə rəyasət heyətinin, kollegiyasının, iclasının katibi, məhkəmə icraçısı, müfəttişi

56000

53000

43000

40000

Məhkəmə katibi

50000

46000

36000

33000


İşlər müdiri A. HACIYEV

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 1996-cı il 26 may tarixli,
60 nömrəli qərarına

9 nömrəli əlavə

Dövlət idarəetmə orqanlarının xidmət heyətinin və fəhlələrinin

Vəzifə Maaşları


Vəzifələrin adı

Aylıq vəzifə maaşı, manatla

Arxiv müdiri, makinaçılar bürosunun, surətçıxarma-çoxaldılma bürosunun müdiri; böyük inspektor, statistik, sürücü

36000—40000

İnspektor, statistik; ekspedisiya, dəftərxana, təsərrüfat, anbar müdiri, xəzinədar, komendant, surətçıxarma-çoxaldılma və hesablama maşınlarının operatoru, texnik, stenoqrafçı, katibə-stenoqrafçı, makinaçı

33000—36000

Karguzar, arxivçi, ekspeditor, katibə-makinaçı

30000—33000

Xidməti otaqları yığışdıran, kuryer, yardımçı fəhlə, gözətçi və digər xidmətedici heyət

27000—30000


İşlər müdiri A. HACIYEV

Azərbaycan Respublikası Nazirlər



Kabinetinin 1996-cı il 26 may tarixli,
60 nömrəli qərarına

10 nömrəli əlavə
Azərbaycan Respublikasının Müdafiə, Milli Təhlükəsizlik, Daxili İşlər, Ədliyyə nazirliklərinin və qanunvericilikdə nəzərdə tutulmuş başqa hərbi qurumlarının hərbi qulluqçularının, sıravi, komanda və rəis heyətinin əməyinin ödənilməsinin

Vahid Tarif Cədvəli


Hərbi qulluqçuların kateqoriyasının adı

Aylıq vəzifə maaşı, manatla

I hissə




1-ci və 2-ci il xidmət edən müddətli xidmət üzrə hərbi qulluqçular, o cümlədən:




1-ci dərəcəli

3300

2-ci dərəcəli

4000

3-cü dərəcəli

4600

4-cü dərəcəli

5300

5-ci dərəcəli

6000

6-cı dərəcəli

6600

II hissə




Gizirlər, miçmanlar, müddətdən artıq xidmət edən çavuşlar, qadın hərbi qulluqçuları, o cümlədən:




1-ci dərəcəli

23000

2-ci dərəcəli

27000

3-cü dərəcəli

30000

4-cü dərəcəli

33000

5-ci dərəcəli

36000

6-cı dərəcəli

40000

7-ci dərəcəli

43000

8-ci dərəcəli

46000

9-cu dərəcəli

50000

III hissə




Tağım komandiri

53000

Bölük komandiri

60000

Tabor komandiri

66000

Alay komandiri

73000

Briqada komandiri

80000

Diviziya komandiri

85000

Korpus komandiri

100000




Qeyd:

3-cü il və daha çox xidmət edən müddətli hərbi xidmət qulluqçularının vahid tarif cədvəli ilə hesablanmış vəzifə maaşları 20 faiz artırılır.


İşlər müdiri A. HACIYEV

Azərbaycan Respublikası Nazirlər



Kabinetinin 1996-cı il 26 may tarixli
60 nömrəli qərarına

11 nömrəli əlavə
Azərbaycan Respublikası Hərbi qulluqçularının hərbi rütbələrə görə maaşlarının

Vahid Məbləği


Hərbi qulluqçuların kateqoriyasının adı

Hərbi rütbəyə görə aylıq maaşı, manatla

Kiçik çavuş

15000

Çavuş

16000

Baş çavuş

17000

Kiçik gizir

18000

Gizir

20000

Baş gizir

21000

Kiçik leytenant

24000

Leytenant

27000

Baş leytenant

29000

Kapitan

32000

Mayor

34000

Polkovnik-leytenant

37000

Polkovnik

40000

General-mayor

44000

General-leytenant

47000

General-polkovnik

51000

Ordu generalı

55000


İşlər müdiri A. Hacıyev

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI


  1. 7 avqust 1997-ci il tarixli 87 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 154)

  2. 25 oktyabr 2003-cü il tarixli 138 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 622)

  3. 8 iyun 2004-cü il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 498)

  4. 27 yanvar 2005-ci il tarixli 8 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 52)

  5. 9 sentyabr 2005-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 862)

  6. 13 sentyabr 2006-cı il tarixli 204 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 819)


QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



1 7 avqust 1997-ci il tarixli 87 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 154) ilə qərarının 4-cü və 5-ci bəndləri öz qüvvəsini itirmiş hesab edilmişdir.


2 13 sentyabr 2006-cı il tarixli 204 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 819) ilə 10-cu bəndinin üçüncü abzasında “, eləcə də himayəsində olanların hər birinə 23 yaşınadək əyani oxuyan tələbə və şagirdlər də daxil olmaqla 7000 manat miqdarında” sözləri və dördüncü abzası çıxarılmışdır.


3 25 oktyabr 2003-cü il tarixli 138 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 622) ilə 11-ci bəndinin 3-cü, 4-cü, 5-ci abzaslarında "25000", "15000", "22000", "12000", "19000" və "9000" rəqəmləri müvafiq olaraq "50000", "30000", "44000", "24000", "38000" və "18000" rəqəmləri ilə əvəz edilmişdir.

8 iyun 2004-cü il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 498) ilə 11-ci bəndinin üçüncü, dördüncü və beşinci abzaslarında "50000", "30000", "44000", "24000", "38000" və "18000" rəqəmləri müvafiq olaraq "250000", "150000", "220000", "120000", "190000" və "90000" rəqəmləri ilə əvəz edilmişdir.




4 9 sentyabr 2005-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 862) ilə 14-cü bəndinin üçüncü abzası çıxarılmışdır.


5 25 oktyabr 2003-cü il tarixli 138 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 622) ilə 14-cü bəndinin 4-cü abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



Elmi dərəcəsi olan, vəzifə maaşı sxemində nəzərdə tutulmamış xalq təhsili, səhiyyə, sosial müdafiə, bədən tərbiyəsi və idman, mədəniyyət və arxiv, kənd və meşə təsərrüfatı, hidrometeorologiya, geologiya və geodeziya idarələrində, bilavasitə öz ixtisası üzrə çalışan işçilərin vəzifə maaşlarına aşağıdakı əlavələr müəyyən edilsin:

27 yanvar 2005-ci il tarixli 8 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 52) ilə 14-cü bəndinin dördüncü abzasında "işçilərin" sözündən sonra "Vahid Tarif Cədvəli üzrə" sözləri əlavə edilmişdir.





6 25 oktyabr 2003-cü il tarixli 138 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 622) ilə 14-cü bəndinin 5-ci və 6-cı abzaslarında "9000", "19000" rəqəmləri müvafiq olaraq "18000", "38000" rəqəmləri ilə əvəz edilmişdir.

7
8 iyun 2004-cü il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 498) ilə 14-cü bəndinin beşinci və altıncı abzaslarında "18000", "38000" rəqəmləri müvafiq olaraq "90000", "190000" rəqəmləri ilə əvəz edilmişdir.
 7 avqust 1997-ci il tarixli 87 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 154) ilə qərarın 2-9 nömrəli əlavələri öz qüvvəsini itirmiş hesab edilmişdir.

Yüklə 184,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin