Azərbaycan Respublikasının 1993-cü IL respublika büdcəsi haqqında



Yüklə 56,16 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü56,16 Kb.
#9743
  1   2   3

Azərbaycan Respublikasının 1993-cü il respublika büdcəsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Maddə 1

Azərbaycan Respublikasının 1993-cü il üçün respublika büdcəsi mədaxil üzrə 35962520 min manat, məxaric üzrə 38403420 min manat, kəsir həddi 2440900 min manat məbləğində təsdiq edilsin.

Dövlət daxili uduşlu istiqraz vərəqələrinin satışından nəzərdə tutulan 200000 min manat məbləğində gəlir büdcə kəsirinin qismən ödənilməsinə yönəldilsin.

Maddə 2

Müəyyən edilsin ki, 1993-cü ildə respublika büdcəsinin mədaxili aşağıdakı mənbələr hesabına formalaşır:



    • əlavə dəyər vergisi məbləğindən — şəhərlər üzrə: Bakı — 84 faiz, Əli Bayramlı — 91 faiz, Јevlax— 56 faiz, Gəncə — 67 faiz, Mingəçevir — 80 faiz, Sumqayıt — 72 faiz, Şəki—46 faiz, rayonlar üzrə: Balakən — 18 faiz, Zaqatala — 52 faiz, Saatlı — 36 faiz, Sabirabad— 14 faiz, Salyan—53 faiz, Samux—48 faiz, Siyəzən—6 faiz;

    • aksizlər — 100 faiz;

    • müəssisə, birlik və təsərrüfat təşkilatlarının mənfəət vergisindən — — şəhərlər üzrə: Bakı — 61,4 faiz, Əli Bayramlı — 75 faiz, Mingəçevir — 67 faiz, Sumqayıt — 61 faiz;

    • bankların və sığorta təşkilatlarının mənfəət vergisindən — 50 faiz;

    • gömrükxana vergisi — 100 faiz;

    • valyuta əməliyyatlarından daxil olan vəsait — 100 faiz;

    • royalti — 100 faiz;

    • torpaq vergisi — 100 faiz;

    • əmtəə-material sərvətlərinin yenidən qiymətləndirilməsindən daxil olan vəsait — 100 faiz;

    • respublika orqanlarının tabeliyində olan müəssisələrin, birliklərin və təşkilatların fəaliyyətindən daxil olan digər qeyri-vergi ödənişləri — 100 faiz.


Kataloq: upload -> files

Yüklə 56,16 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə