«Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə



Yüklə 478,37 Kb.
səhifə1/4
tarix04.01.2022
ölçüsü478,37 Kb.
#55232
  1   2   3   4

«Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq, onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:



1. «Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsi ilə nəzərdə tutulan gəlirlərin dövlət büdcəsinə daxilolmasını təmin etmək üçün:

1.1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi üzrə 7102,0 milyard manat, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə 1750,0 milyard manat məbləğində minimum hədd müəyyən edilsin.

1.2. Qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər aşağıdakı məbləğdə təsdiq edilsin:

(milyard manat)

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sisteminə daxil olan müəssisələr üzrə

25,0

«Azərlotereya» Açıq Səhmdar Cəmiyyəti üzrə

30,0»

2. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sisteminə daxil olan müəssisələr, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, «Azərenerji» Səhmdar Cəmiyyəti, «Azərsu» Səhmdar Cəmiyyəti, Azərbaycan Dövlət Dəmir Yolu, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, «Azəriqaz» Səhmdar Cəmiyyəti, «Azərikimya» Dövlət Şirkəti, «Azərbaycan Hava Yolları» Dövlət Konserni və Bakı Metropoliteni növbəti ayın 15-dək əvvəlki ay ərzində hesablarına və kassalarına daxil olmuş pul vəsaitinin məbləği və onun istifadə istiqamətləri barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bu orqanların hazırladığı forma üzrə hesabat təqdim etsinlər.

3. «Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi ilə nəzərdə tutulan dövlət büdcəsinin əsas xərcləri aşağıdakı kimi bölüşdürülsün:



(milyon manatla)

 

 

 


Yüklə 478,37 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin