“Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında və “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 358 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasi Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 27 may tarixli 131-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 358 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №11, maddə 974) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədəki cədvəlin 1.1-ci bəndində “4420,0” rəqəmi “5160,0” rəqəmi ilə, 1.1.1-ci yarımbəndində “600,0” rəqəmi “1050,0” rəqəmi ilə, 1.1.2-ci yarımbəndində “1080,0” rəqəmi “1260,0” rəqəmi ilə, 1.1.3-cü yarımbəndində “2740,0” rəqəmi “2850,0” rəqəmi ilə və 1.2-ci bəndində “1120,0” rəqəmi “1140,0” rəqəmi ilə əvəz edilsin;
1.2. 2-ci hissədəki cədvəldə aşağıdakı dəyişikliklər edilsin:
2.1
|
Ümumi dövlət xidmətləri xərcləri
|
1 142 632 845,0
|
1 061 260 981,0
|
81 371 864,0
|
2.1.4
|
Qanunvericilik, idarəetmə və digər dövlət orqanları üzrə əmək haqqı və pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər
|
30 105 864,0
|
30 105 864,0
|
|
2.1.6
|
Qanunvericilik, idarəetmə və digər dövlət orqanları üzrə maddi-texniki təminatın möhkəmləndirilməsi ilə bağlı xərclər
|
1 661 548,0
|
1 661 548,0
|
|
2.1.7
|
Beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı
|
93 979 318,0
|
93 979 318,0
|
|
2.1.7.2
|
Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı xərclər
|
50 979 318,0
|
50 979 318,0
|
|
2.1.7.2.1
|
Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin saxlanılması ilə bağlı xərclər
|
43 979 318,0
|
43 979 318,0
|
|
2.1.7.3
|
Digər beynəlxalq fəaliyyət
|
28 000 000,0
|
28 000 000,0
|
|
2.1.8
|
Elm xərcləri
|
108 720 757,0
|
108 168 783,0
|
551 974,0
|
2.1.8.15
|
Elm sahəsi üzrə əmək haqqı və pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər
|
224 303,0
|
224 303,0
|
|
2.2
|
Müdafiə xərcləri
|
1 325 061 150,0
|
1 325 061 150,0
|
|
2.2.6
|
Müdafiə sahəsi üzrə əmək haqqı və pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər
|
146 127,0
|
146 127,0
|
|
2.2.7
|
Müdafiə sahəsi üzrə maddi-texniki təminatın möhkəmləndirilməsi ilə bağlı xərclər
|
49 163 227,0
|
49 163 227,0
|
|
2.3
|
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri
|
712 886 919,0
|
712 886 919,0
|
|
2.3.5
|
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə əmək haqqı və pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər
|
15 890 382,0
|
15 890 382,0
|
|
2.3.7
|
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə maddi-texniki təminatın möhkəmləndirilməsi ilə bağlı xəclər
|
21 787 857,0
|
21 787 857,0
|
|
2.4
|
Təhsil xərcləri
|
1 338 536 523,0
|
570 545 944,0
|
767 990 579,0
|
2.4.8
|
Təhsil sahəsi üzrə əmək haqqı və pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər
|
40 769 463,0
|
40 769 463,0
|
|
2.5
|
Səhiyyə xərcləri
|
546 118 884,0
|
350 523 818,0
|
195 595 066,0
|
2.5.7
|
Səhiyyə sahəsi üzrə maddi-texniki təminatın möhkəmləndirilməsi ilə bağlı xərclər
|
10 804 062,0
|
10 804 062,0
|
|
2.6
|
Sosial müdafiə və sosial təminat xərcləri
|
1 324 085 745,0
|
1 321 945 092,0
|
2 140 653,0
|
2.6.3
|
Sosial müdafiə və sosial təminat sahəsi üzrə əmək haqqı və pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər
|
20 172 226,0
|
20 172 226,0
|
|
2.7
|
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət
|
202 350 881,0
|
141 402 533,0
|
60 948 348,0
|
2.7.5
|
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət üzrə əmək haqqı və pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər
|
2 757 553,0
|
2 757 553,0
|
|
2.8
|
Mənzil və kommunal təsərrüfatı xərcləri
|
227 683 253,0
|
42 095 519,0
|
185 587 734,0
|
2.9
|
Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi
|
448 033 596,0
|
448 033 596,0
|
|
2.10
|
Sənaye, tikinti və faydalı qazıntılar xərcləri
|
3 396 469 329,0
|
3 396 469 329,0
|
|
2.10.1
|
Tikinti xərcləri
|
3 383 000 000,0
|
3 383 000 000,0
|
|
2.10.1.1
|
Dövlət əsaslı vəsait qoyuluşu
|
3 380 000 000,0
|
3 380 000 000,0
|
|
2.11
|
Nəqliyyat və rabitə xərcləri
|
64 602 544,0
|
64 602 544,0
|
|
2.12
|
İqtisadi fəaliyyətlə bağlı xərclər
|
112 890 200,0
|
112 890 200,0
|
|
2.12.2
|
İqtisadi fəaliyyətin digər sahələri
|
14 000 000,0
|
14 000 000,0
|
|
2.12.2.1
|
Azərbaycan Respublikasının Mərkəzi Bankı (Azərbaycan İpoteka Fondunun nizamnamə kapitalının artırılması ilə bağlı xərclər)
|
14 000 000,0
|
14 000 000,0
|
|
2.13
|
Əsas bölmələrə aid edilməyən xərclər
|
1 906 648 131,0
|
1 892 262 375,0
|
14 385 756,0
|
2.13.1
|
Ehtiyat fondlarının xərcləri
|
260 000 000,0
|
260 000 000,0
|
|
2.13.1.1
|
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu
|
160 000 000,0
|
160 000 000,0
|
|
2.13.1.2
|
Dövlət büdcəsinin ehtiyat fondu
|
100 000 000,0
|
100 000 000,0
|
|
2.13.3
|
Əsas bölmələrə aid edilməyən sair xərclər
|
1 376 648 131,0
|
1 362 262 375,0
|
14 385 756,0
|
2.13.3.6
|
Beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər
|
18 000 000,0
|
18 000 000,0
|
|
sözləri və rəqəmləri
2.1
|
Ümumi dövlət xidmətləri xərcləri
|
1 158 636 454,0
|
1 077 264 590,0
|
81 371 864,0
|
2.1.4
|
Qanunvericilik, idarəetmə və digər dövlət orqanları üzrə əmək haqqı və pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər
|
30 505 864,0
|
30 505 864,0
|
|
2.1.6
|
Qanunvericilik, idarəetmə və digər dövlət orqanları üzrə maddi-texniki təminatın möhkəmləndirilməsi ilə bağlı xərclər
|
5 871 548,0
|
5 871 548,0
|
|
2.1.7
|
Beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı
|
98 779 318,0
|
98 779 318,0
|
|
2.1.7.2
|
Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı xərclər
|
51 779 318,0
|
51 779 318,0
|
|
2.1.7.2.1
|
Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin saxlanılması ilə bağlı xərclər
|
44 779 318,0
|
44 779 318,0
|
|
2.1.7.3
|
Digər beynəlxalq fəaliyyət
|
32 000 000,0
|
32 000 000,0
|
|
2.1.8
|
Elm xərcləri
|
114 627 887,0
|
114 075 913,0
|
551 974,0
|
2.1.8.15
|
Elm sahəsi üzrə əmək haqqı və pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər
|
5 576 050,0
|
5 576 050,0
|
|
2.2
|
Müdafiə xərcləri
|
1 364 796 025,0
|
1 364 796 025,0
|
|
2.2.6
|
Müdafiə sahəsi üzrə əmək haqqı və pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər
|
34 506 900,0
|
34 506 900,0
|
|
2.2.7
|
Müdafiə sahəsi üzrə maddi-texniki təminatın möhkəmləndirilməsi ilə bağlı xərclər
|
51 163 227,0
|
51 163 227,0
|
|
2.3
|
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri
|
783 290 313,0
|
783 290 313,0
|
|
2.3.5
|
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə əmək haqqı və pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər
|
64 348 655,0
|
64 348 655,0
|
|
2.3.7
|
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə maddi-texniki təminatın möhkəmləndirilməsi ilə bağlı xəclər
|
42 629 021,0
|
42 629 021,0
|
|
2.4
|
Təhsil xərcləri
|
1 399 802 942,0
|
631 812 363,0
|
767 990 579,0
|
2.4.8
|
Təhsil sahəsi üzrə əmək haqqı və pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər
|
98 769 543,0
|
98 769 543,0
|
|
2.5
|
Səhiyyə xərcləri
|
563 219 781,0
|
367 624 715,0
|
195 595 066,0
|
2.5.7
|
Səhiyyə sahəsi üzrə maddi-texniki təminatın möhkəmləndirilməsi ilə bağlı xərclər
|
11 173 239,0
|
11 173 239,0
|
|
2.6
|
Sosial müdafiə və sosial təminat xərcləri
|
1 611 840 460,0
|
1 609 699 807,0
|
2 140 653,0
|
2.6.3
|
Sosial müdafiə və sosial təminat sahəsi üzrə əmək haqqı və pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər
|
302 679 789,0
|
302 679 789,0
|
|
2.7
|
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət
|
211 750 181,0
|
150 801 833,0
|
60 948 348,0
|
2.7.5
|
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət üzrə əmək haqqı və pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər
|
11 760 502,0
|
11 760 502,0
|
|
2.8
|
Mənzil və kommunal təsərrüfatı xərcləri
|
317 294 588,0
|
131 706 854,0
|
185 587 734,0
|
2.9
|
Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi
|
453 010 058,0
|
453 010 058,0
|
|
2.10
|
Sənaye, tikinti və faydalı qazıntılar xərcləri
|
5 880 748 706,0
|
5 880 748 706,0
|
|
2.10.1
|
Tikinti xərcləri
|
5 867 117 000,0
|
5 867 117 000,0
|
|
2.10.1.1
|
Dövlət əsaslı vəsait qoyuluşu
|
5 864 117 000,0
|
5 864 117 000,0
|
|
2.11
|
Nəqliyyat və rabitə xərcləri
|
67 272 161,0
|
67 272 161,0
|
|
2.12
|
İqtisadi fəaliyyətlə bağlı xərclər
|
118 890 200,0
|
118 890 200,0
|
|
2.12.2
|
İqtisadi fəaliyyətin digər sahələri
|
20 000 000,0
|
20 000 000,0
|
|
2.12.2.1
|
Azərbaycan Respublikasının Mərkəzi Bankı (Azərbaycan İpoteka Fondunun nizamnamə kapitalının artırılması ilə bağlı xərclər)
|
20 000 000,0
|
20 000 000,0
|
|
2.13
|
Əsas bölmələrə aid edilməyən xərclər
|
2 010 648 131,0
|
1 996 262 375,0
|
14 385 756,0
|
2.13.1
|
Ehtiyat fondlarının xərcləri
|
360 000 000,0
|
360 000 000,0
|
|
2.13.1.1
|
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu
|
210 000 000,0
|
210 000 000,0
|
|
2.13.1.2
|
Dövlət büdcəsinin ehtiyat fondu
|
150 000 000,0
|
150 000 000,0
|
|
2.13.3
|
Əsas bölmələrə aid edilməyən sair xərclər
|
1 380 648 131,0
|
1 366 262 375,0
|
14 385 756,0
|
2.13.3.6
|
Beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər
|
22 000 000,0
|
22 000 000,0
|
|
sözləri və rəqəmləri ilə əvəz edilsin;
1.3. 2-ci hissədəki cədvələ aşağıdakı yarımbəndlər əlavə edilsin:
2.1.6-1
|
Qanunvericilik, idarəetmə və digər dövlət orqanları üzrə mühafizə, kommunal, kommunikasiya xidmətləri, bu xidmətlər üzrə yeni tariflərin tətbiqi və digər tədbirlər ilə bağlı xərclər
|
686 479,0
|
686 479,0
|
|
2.1.8.18
|
Elm sahəsi üzrə mühafizə, kommunal, kommunikasiya xidmətləri, bu xidmətlər üzrə yeni tariflərin tətbiqi və digər tədbirlər ilə bağlı xərclər
|
555 383,0
|
555 383,0
|
|
2.2.8
|
Müdafiə sahəsi üzrə mühafizə, kommunal, kommunikasiya xidmətləri, bu xidmətlər üzrə yeni tariflərin tətbiqi və digər tədbirlər ilə bağlı xərclər
|
3 374 102,0
|
3 374 102,0
|
|
2.3.8
|
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə mühafizə, kommunal, kommunikasiya xidmətləri, bu xidmətlər üzrə yeni tariflərin tətbiqi və digər tədbirlər ilə bağlı xərclər
|
1 103 957,0
|
1 103 957,0
|
|
2.4.11
|
Təhsil sahəsi üzrə mühafizə, kommunal, kommunikasiya xidmətləri, bu xidmətlər üzrə yeni tariflərin tətbiqi və digər tədbirlər ilə bağlı xərclər
|
3 266 339,0
|
3 266 339,0
|
|
2.5.8
|
Səhiyyə sahəsi üzrə əmək haqqı və pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər
|
14 543 320,0
|
14 543 320,0
|
|
2.5.9
|
Səhiyyə sahəsi üzrə mühafizə, kommunal, kommunikasiya xidmətləri, bu xidmətlər üzrə yeni tariflərin tətbiqi və digər tədbirlər ilə bağlı xərclər
|
2 188 400,0
|
2 188 400,0
|
|
2.6.3.1
|
2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin pensiyalarının yenidən hesablanması nəticəsində pensiya artımı ilə bağlı xərclər
|
195 000 000,0
|
195 000 000,0
|
|
2.6.4
|
Sosial müdafiə və sosial təminat sahəsi üzrə mühafizə, kommunal, kommunikasiya xidmətləri, bu xidmətlər üzrə yeni tariflərin tətbiqi və digər tədbirlər ilə bağlı xərclər
|
5 247 152,0
|
5 247 152,0
|
|
2.7.8
|
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət üzrə mühafizə, kommunal, kommunikasiya xidmətləri, bu xidmətlər üzrə yeni tariflərin tətbiqi və digər tədbirlər ilə bağlı xərclər
|
396 351,0
|
396 351,0
|
|
2.8.5
|
Mənzil və kommunal təsərrüfatı sahəsi üzrə əmək haqqı və pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər
|
3 072 809,0
|
3 072 809,0
|
|
2.8.6
|
Mənzil və kommunal təsərrüfatı sahəsi üzrə mühafizə, kommunal, kommunikasiya xidmətləri, bu xidmətlər üzrə yeni tariflərin tətbiqi və digər tədbirlər ilə bağlı xərclər
|
45 538 526,0
|
45 538 526,0
|
|
2.8.7
|
Mənzil və kommunal təsərrüfatı sahəsi üzrə yaşayış məntəqələrinə aid olan kommunal təyinatlı infrastrukturların bərpa və yenidənqurulması, abadlaşdırılması ilə bağlı xərclər
|
41 000 000,0
|
41 000 000,0
|
|
2.9.7
|
Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi sahəsi üzrə əmək haqqı və pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər
|
4 678 736,0
|
4 678 736,0
|
|
2.9.8
|
Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi sahəsi üzrə mühafizə, kommunal, kommunikasiya xidmətləri, bu xidmətlər üzrə yeni tariflərin tətbiqi və digər tədbirlər ilə bağlı xərclər
|
297 726,0
|
297 726,0
|
|
2.10.3
|
Sənaye, tikinti və faydalı qazıntılar sahəsi üzrə əmək haqqı və pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər
|
162 377,0
|
162 377,0
|
|
2.11.3
|
Nəqliyyat və rabitə sahəsi üzrə əmək haqqı və pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər
|
2 183 037,0
|
2 183 037,0
|
|
2.11.4
|
Nəqliyyat və rabitə sahəsi üzrə mühafizə, kommunal, kommunikasiya xidmətləri, bu xidmətlər üzrə yeni tariflərin tətbiqi və digər tədbirlər ilə bağlı xərclər
|
486 580,0
|
486 580,0
|
|
1.4. 4.2-ci bəndə “2.1.6-cı” rəqəmlərindən sonra “2.1.6-1-ci” rəqəmləri, “2.1.8.17-ci” rəqəmlərindən sonra “2.1.8.18-ci” rəqəmləri, “2.2.7-ci” rəqəmlərindən sonra “2.2.8-ci” rəqəmləri, “2.3.7-ci” rəqəmlərindən sonra “2.3.8-ci” rəqəmləri, “2.4.10-cu” rəqəmlərindən sonra “2.4.11-ci” rəqəmləri, “2.5.7-ci” rəqəmlərindən sonra “2.5.8-ci, 2.5.9-cu” rəqəmləri, “2.6.3-cü” rəqəmlərindən sonra “2.6.3.1-ci, 2.6.4-cü” rəqəmləri, “2.7.7-ci” rəqəmlərindən sonra “2.7.8-ci” rəqəmləri, “2.8.4.1-ci” rəqəmlərindən sonra “2.8.5-ci, 2.8.6-cı, 2.8.7-ci” rəqəmləri, “2.9.6-cı” rəqəmlərindən sonra “2.9.7-ci, 2.9.8-ci” rəqəmləri, “2.10.2.2-ci” rəqəmlərindən sonra “2.10.3-cü” rəqəmləri, “2.11.2.2-ci” rəqəmlərindən sonra “2.11.3-cü, 2.11.4-cü” rəqəmləri əlavə edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa və bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna və bu Fərmana uyğunlaşdırılmasını təmin etsin;
2.3. həmin Qanundan və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 iyun 2011-ci il.
Dostları ilə paylaş: |