“Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında”



Yüklə 14,19 Kb.
tarix18.06.2018
ölçüsü14,19 Kb.
#54079

Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 546 nömrəli Fərmanının icrasını təmin edilməsi haqqında


AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

 

420s



 

Bakı şəhəri, 22 dekabr 2011-ci il

 

“Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 546 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə:



1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə və digər aidiyyəti orqanlara tapşırılsın ki, “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş dövlət büdcəsinin gəlirləri üzrə göstəricilərin yerinə yetirilməsi üçün müvafiq tədbirlər görsünlər.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 546 nömrəli Fərmanının:

2.1. 2.1.9.1-ci yarımbəndində nəzərdə tutulmuş “Beynəlxalq maliyyə-kredit və ictimai-siyasi təşkilatlara üzvlüklə bağlı xərclər” üzrə vəsaitin bölgüsü barədə təkliflərini bir ay müddətində;

2.2. 2.1.9.2.1-ci yarımbəndində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması ilə bağlı xərclər” üzrə vəsaitin bölgüsü barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırılmış təkliflərini bir ay müddətində;

2.3. 2.1.9.3-cü yarımbəndində nəzərdə tutulmuş “Digər beynəlxalq fəaliyyət” xərcləri üzrə vəsaitin bölgüsü barədə təkliflərini bir ay müddətində;

2.4. 2.1.13.2-ci yarımbəndində nəzərdə tutulmuş “Yerli büdcələrə (bələdiyyələrə) verilən dotasiya” üzrə vəsaitin bölgüsü barədə təkliflərini;

2.5. 2.9.1.3-cü yarımbəndində “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın maliyyələşdirilməsi ilə bağlı xərclər” üzrə nəzərdə tutulmuş vəsaitin bölgüsünə dair aidiyyəti orqanlarla razılaşdırılmış təkliflərini iki ay müddətində;

2.6. 2.13.3.5-ci yarımbəndində nəzərdə tutulmuş “Beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər” üzrə vəsaitin bölgüsünü iki ay müddətində;

2.7. 2.2.5-ci yarımbəndində “Ölkənin müdafiə potensialının gücləndirilməsi ilə bağlı xərclər”, 2.13.3.8-ci yarımbəndində “Xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər” üzrə nəzərdə tutulmuş vəsaitin bölgüsünə dair aidiyyəti orqanlarla birlikdə təkliflərini;

2.8. 2.13.3.9-cu yarımbəndində “Dövlət maddi və material ehtiyatlarının yaradılması ilə bağlı xərclər” üzrə nəzərdə tutulmuş vəsaitin bölgüsünə dair aidiyyəti orqanlarla birlikdə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, həmin Fərmanın 2.10.1.1-ci yarımbəndində nəzərdə tutulan “Dövlət əsaslı vəsait qoyuluşu” üzrə vəsaitin konkret obyektlər və istiqamətlər üzrə bölgüsü barədə təkliflərini 2012-ci il yanvarın 20-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki, həmin Fərmanın 2.12.3.3-cü yarımbəndi ilə (Dövlət əmlakının özəlləşdirilməsinin təşkili və mülkiyyət hüquqlarının qorunması ilə bağlı xərclər) ayrılmış vəsaitin istifadə istiqamətləri üzrə bölgüsü barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırılmış təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

5. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə tapşırılsın ki, həmin Fərmanın 2.10.3.1-ci yarımbəndində “Xüsusi müdafiəsi tələb olunan sənədlərin, materialların və digər çap məhsullarının nəşr edilməsi ilə bağlı xərclər” üzrə nəzərdə tutulmuş vəsaitin bölgüsü barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

6. Bu sərəncamın 2.1-ci, 2.2-ci, 2.3-cü, 2.6-cı bəndlərinin icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının xarici iqtisadi əlaqələr şöbəsinə, 2.4-cü bəndinin və 4-cü, 5-ci hissələrinin icrasına nəzarət iqtisadiyyat şöbəsinə, 2.5-ci bəndinin icrasına nəzarət aqrar-sənaye şöbəsinə, 2.7-ci bəndinin icrasına nəzarət müdafiə sənayesi şöbəsinə, 2.8-ci bəndinin və 3-cü hissəsinin icrasına nəzarət tikinti və kommunal təsərrüfatı şöbəsinə həvalə edilsin.

7. Bu sərəncam 2012-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə



 
Yüklə 14,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin