Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması Qaydasının təsdiq edilməsi haqqında



Yüklə 37,13 Kb.
tarix02.07.2018
ölçüsü37,13 Kb.
#55456

Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması Qaydasının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI


"Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanının 3-cü bəndinin 3-cü abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması Qaydası təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ


Bakı şəhəri, 12 avqust 1999-cu il


№ 130

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1999-cu il 12 avqust tarixli 130 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması
QAYDASI i[1]

1. Bu Qayda "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınmasının qaydasını müəyyən edir.

2. Bu Qayda mülkiyyət formasından asılı olmayaraq, "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş mədəniyyət sərvəti hesab olunan bütün əşyalara şamil edilir.

3. Mədəniyyət sərvətlərinin ilkin qeydiyyatı tabeliyində mədəniyyət müəssisəsi olan təşkilatlar tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin, Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin təsdiq etdiyi müvafiq təlimatlara uyğun olaraq həyata keçirilir. ii[2]

4. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəniyyət sərvətlərinin mühafizə siyahısına mədəniyyət sərvəti əşyasının, obyektinin mənşəyi, onun mülkiyyətçisi, təsviri, dəyəri və mühafizə dərəcəsi haqqında məlumatlar yazılır və bunların əsasında mədəniyyət sərvətinin mülkiyyətçisinə şəhadətnamə verilir.

5. Mədəniyyət sərvətinin qiyməti və mühafizə dərəcəsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, yaxud Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən ekspertiza yolu ilə müəyyən edilir.iii[3]

6. Dövlət kitabxanalarının, idarə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, muzeylərin və arxivlərin fondlarında olan mədəniyyət sərvətlərinin aşkara çıxarılması, qeydiyyatı və mühafizəsi ilə həmin təsisatlar məşğul olurlar. Bu təşkilatlar mədəniyyət sərvətinin Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəniyyət sərvətlərinin mühafizəsi siyahısına daxil edilməsi üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, yaxud Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, yaxud Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinə məlumat verməlidirlər.iv[4]

7. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan milli və bəşəri əhəmiyyəti olan nadir mədəniyyət sərvətləri daxil edilir.

8. Mədəniyyət sərvətlərinin mühafizə siyahısına "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan xalq tətbiqi sənəti nümunələri, mədəniyyət və incəsənət əsərləri, muzey, kitabxana və arxivlərdə saxlanılan əşyalar daxil edilir.

9. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş obeyktlər mülki dövriyyədən çıxarılır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin icazəsi olmadan onları ləğv etmək, başqa yerə köçürmək, surətini çıxarmaq və bərpa etmək qadağandır.

10. Ən əhəmiyyətli məddəniyyət sərvətlərini qorumaq məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi müəyyən ərazinin (şəhərin, rayonun) ,"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi mədəniyyət sərvətlərinin mühafizə siyahısını aparırlar.v[5]

11. Mülkiyyətçiyə və ya istifadəçiyə bir ay ərzində mədəniyyət sərvətinin mühafizə siyahısına daxil edildiyi barədə şəhadətnamə və ya onun sərbəst istifadəsinə icazə verilir. Belə şəhadətnamə və ya müvafiq icazə olmadan mədəniyyət sərvətləri ilə əlaqədar əqdlər bağlanmasına yol verilmir.

12. Obyektin milli mədəniyyat əmlakına aid edilməsi məsələsini Azərbaycan Respublikasının Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyinin və Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin təqdimatlarına əsasən müvafiq qərar qəbul edilməklə həll edilir. vi[6]

13. Milli mədəniyyət əmlakı sayılan mədəniyyət sərvətinə aid sənədlər baxılmaq üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinə verildikdə, onların "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilməsi məsələsinə 2 ay ərzində baxılmalıdır. vii[7]

14. Xilas edilməsi üçün təcili tədbirlərə ehtiyacı olan milli mədəniyyət əmlakı obyektlərinin qeydiyyatı ayrıca aparılır.

15. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası komitəsi milli mədəniyyət əmlakı obyektlərinin qorunmasına nəzarət edirlər. viii[8]

16. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan milli mədəniyyət obyektlərinə xüsusi mühafizə dərəcəsi şamil edilir.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI


  1. 21 dekabr 2005-ci il tarixli 236 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №12, maddə 1235)

  2. 2 may 2006-cı il tarixli 119 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 463)

  3. 1 oktyabr 2007-ci il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1012)


QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI


i[1] 2 may 2006-cı il tarixli 119 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 463) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 avqust tarixli 130 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının mədəniyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması Qaydası”nın 3-cü, 5-ci, 6-cı, 10-cu, 12-ci, 13-cü və 15-ci bəndlərində “Mədəniyyət” sözü “Mədəniyyət və Turizm” sözləri ilə əvəz edilmişdir.



ii[2] 21 dekabr 2005-ci il tarixli 236 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №12, maddə 1235) ilə 3-cü bəndindən “,Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin” sözləri çıxarılmışdır.



iii[3] 1 oktyabr 2007-ci il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1012) ilə Azərbaycan Respublikasının mədəniyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması Qaydası”nın 5-ci bənddə "Mədəniyyət və Turizm Nazirliyinə" sözlərindən sonra ", yaxud Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə" sözləri əlavə edilmişdir.

iv


[4] 21 dekabr 2005-ci il tarixli 236 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №12, maddə 1235) ilə 6-cı bəndindən “,yaxud Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinə” sözləri çıxarılmışdır.

1 oktyabr 2007-ci il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1012) ilə Azərbaycan Respublikasının mədəniyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması Qaydası”nın 6-cı bənddə "Mədəniyyət və Turizm Nazirliyinə" sözlərindən sonra ", yaxud Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə" sözləri əlavə edilmişdir.



v


[5] 1 oktyabr 2007-ci il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1012) ilə Azərbaycan Respublikasının mədəniyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması Qaydası”nın 10-cu bənddə "(şəhərin, rayonun)" sözlərindən sonra ","İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi" sözləri əlavə edilmişdir.

vi[6] 21 dekabr 2005-ci il tarixli 236 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №12, maddə 1235) ilə 12-ci bəndindən “və Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin” sözləri çıxarılmışdır.



vii[7] 21 dekabr 2005-ci il tarixli 236 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №12, maddə 1235) ilə 13-cü bəndindən “və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinə” sözləri çıxarılmışdır.



viii[8] 21 dekabr 2005-ci il tarixli 236 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №12, maddə 1235) ilə 10-cu və 15-ci bəndlərindən “və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi” sözləri çıxarılmışdır.

Yüklə 37,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin