Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunma Qaydalarının təsdiq olunması haqqında



Yüklə 88,16 Kb.
səhifə1/7
tarix07.01.2022
ölçüsü88,16 Kb.
#85066
növüQaydalar
  1   2   3   4   5   6   7

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunma Qaydalarının təsdiq olunması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİNİN QƏRARI
Bakı səhəri №3 17 yanvar 2012-ci il
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanı və “Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”dən irəli gələn vəzifə və funksiyaların həyata keçirilməsini təmin etmək məqsədilə
Qərara alıram:
1. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunma Qaydaları” təsdiq edilsin (əlavə).

2. Mədəni irs şöbəsi (R.Nuriyev) və Hüquq sektoru (N.Qulamov) təsdiq olunmuş Qaydaların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin edilsin.

3. ”Tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadə qaydalarının pozulmasına görə inzibati xətalar haqqında sənədlər və onların tərtib olunma Qaydaları” haqqında Mədəniyyət və Turizm Nazirliyinin 27.10.2006-cı il tarixli, 672 nömrəli Əmri qüvvədən düşmüş hesab edilsin.

4. Qərarın icrasına nəzarət nazirin birinci müavini Vaqif Əliyevə tapşırılsın.


Əsas: Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanı və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”.


Kataloq: 2017

Yüklə 88,16 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə