Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Bakı Turizm İnformasiya Mərkəzinin Əsasnaməsi



Yüklə 37,15 Kb.
səhifə1/4
tarix07.01.2022
ölçüsü37,15 Kb.
#85984
  1   2   3   4



Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin
Bakı Turizm İnformasiya Mərkəzinin

Əsasnaməsi

Bakı-2006

Mündəricat


  1. Ümumi müddəalar (1.1 - 1.3 bəndlər )




  1. Mərkəzin statusu , vəzifələri (funksiyaları) (2.1 – 2.8 bəndlər )




  1. Mərkəzin idarə edilməsi (3.1 – 3.5 bəndlər )




  1. Digər müddəalar (4.1 - 4.6 bəndlər )


1.Ümumi müddəalar
Hazırkı Əsasnamə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin struktur bölməsi olan Bakı Turizm İnformasiya mərkəzinin daxili quruluşunu, səlahiyyətlərini və vəzifələrini (funksiyalarını)müəyyən edir ,bu struktur bölməsi ilə bağlı digər münasibətləri tənzimləyir.
1.2 Bu Əsasnamə Azərbaycan Respublikası Konstitusiyası, qanunları, digər normativ-hüquqi aktları və normativ xarakterli aktları, habelə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Əsasnaməsi nəzərə alınaraq tərtib edilmişdir.
1.3 Bu Əsasnamənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.3.1. Nazirlik - Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi;
1.3.2. Mərkəz – Nazirliyin Bakı Turizm İnformasiya Mərkəzi ;
1.3.3.TİM - Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm informasiya mərkəzləri ;
1.3.4. İT – Elektron İnformasiya Texnologiyaları: proqram təminatı və elektron hesablayıcı maşınlar (İT avadanlıq),habelə İT avadanlığının sistemi və şəbəkəsi ;
1.3.5. Sərəncam verici sənədlər - əmrlər,sərəncamlar digər yazılı göstərişlər;
1.3.6. Elektron hücum – məlumatın məhv edilməsi ,təcrid olunması ,surətinin çıxarılması, oxunması ,yayılması və ya məlumata düzəlişlər daxil edilməsi ,İT-nın işinin pozulması məqsədi ilə ,eləcə də bu qəbildən olan digər məqsədlə törədilmiş hüquqa zidd əməl ;
1.3.7. TMBk – turizm məlumat bankı – Azərbaycan Respublikasının turizm resurslarının vahid məlumat toplusu .


Yüklə 37,15 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin