Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti kurs iŞİ



Yüklə 382,27 Kb.
səhifə1/5
tarix31.08.2022
ölçüsü382,27 Kb.
#117675
  1   2   3   4   5
Kurs İşi. Davud 2022



Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti


KURS İŞİ

Fakültə: Kimya Texnologiya


Qrup: 305.19
Kafedra: Kimya və qeyri-üzvi maddələrin texnologiyası
Fənn: Qeyri-üzvi maddələrin kimyəvi texnologiyası
Mövzu: “Natrium xloridin göl suyundan alınması prosesinin texnoloji parametrlərinin hesabatı (məhsuldarlıq – 26200 ton/il.”
Tələbə: ________ ________Səfərov Davud İldırım oğlu________
(imza) (Soyad, ad, ata adı) Rəhbər: ________ _______dos. Qurbanova Zümrüd_____
(imza) (Soyadı Adı Atasının adı, elmi dərəcəsi və elmi adı)
Kafedra
müdiri: ________ ____pr. Yunis Qəhrəmanlı____
(imza) (Soyadı Adı Atasının adı, elmi dərəcəsi və elmi adı)
BAKI-2022
MÜNDƏRİCAT

GİRİŞ…….…………………………………..……………………………………………..........3


FƏSİL I......................................................................................................................5


1.1. Xammalın, yarımfabrikatın və hazır məhsulun xarakteristikası. Tətbiq sahələri.......................................................................................................................5
1.2. Prosesin elmi əsasları. Ekoloji prinsipləri..................................................................................................................9

FƏSİL II..................................................................................................................14


2.1. Texnoloji sxemin seçilməsi, əsaslandırılması və izahı....................................14
2.2. İstifadə olunan əsas avadanlıqların quruluşu və iş prisipi...............................16

FƏSİL III................................................................................................................19


Hesabat...................................................................................................................19
NƏTİCƏ.................................................................................................................20
ƏDƏBİYYAT........................................................................................................21
GİRİŞ

Natrium xlorid (NaCl), süfrə duzu olaraq geniş yayılmışdır.Əsrlər boyu insanlar ondan qida kimi istifadə etmişlər. Duzun əhəmiyyətini artıran digər xüsusiyyəti, onun uzun müddət qida maddələrini qorumaq üçün konservant kimi istifadə edilməsidir. İnsanlar son illərdə qidaları qorumaq üçün konservləşdirmə və süni soyuduculardan istifadə etsələr də, duz qədim zamanlardan, xüsusilə ət üçün məşhur qida konservantıdır. Duz həmçinin mühüm kommersiya maddəsidir. Xörək duzu tarix boyu insanlar tərəfindən həm qida maddəsi kimi, həm də ticarət obyekti kimi istifadə olunmuşdur.


Qidalandırıcı olmasından əlavə duz, həmçinin, dəri, heyvandarlıq, kimya sənayesi və s. sahələrdə geniş istifadə olunur. Ət, qan və süd kimi heyvan toxumalarında, bitki toxumalarına nisbətən daha çox duz var.
Duz istehsalı ən qədim kimya sənayelərindən biridir. Əsas duz mənbəyi dəniz suyudur və onun duzluluğu təxminən 3,5%-dir. Burdan belə nəticəyə gəlmək olar ki, bir litr suda təxminən 35 qram həll olmuş duz var. Bu duzun tərkibində Na+ və Cl- ionları üstünlük təşkil edir. Dünya okeanları tükənməz duz mənbəyidir və buna görə də ehtiyyatların dəqiq hesablanması çətindir . Dəniz suyunun buxarlanması ilə duzun əldə edilməsi yüksək buxarlanma və aşağı yağıntı dərəcələri olan dəniz ölkələrində istifadə edilən istehsal üsuludur. Duz buxarlanma gölməçələri okeandan doldurulur və su quruduqca duz kristalları yığılır. Bəzi yosun növləri və başqa mikroorqanizmlər duzluluq şəraitində inkşaf etdikləri üçün bu süni gölməçələrin rəngləri parlaq ola bilir. Hövzə təsərrüfatı rassional sistemdir. Onun yaxşı təşkili hətta əlverişli meteoroloji şəraitdə zəif duzlu sulardan (məsələn, dəniz suyu) yüksək keyfiyyətli duz əldə etməyə imkan verir.
Ənənəvi olaraq təmizlənmə buxarlanmanı sürətləndirmək üçün qızdırılan dayaz açıq qablarda həyata keçirilirdi. Bundan əlavə, vakuum əsaslı üsullar da istifadə olunur. Dünyada duzların alınmasının hövzə üsulundan geniş istifadə olunur. Onun köməyi ilə İtaliya, Fransa, ABŞ, Avstraliya, Hindistan, , Çin və Yaponiyada dəniz suyundan süfrə duzu alınır.
Təbiətdə NaCl okean və dənizlərin sularında, duzlu göllərdə
və mineral bulaqlarda, eləcə də qaya duzu şəklində su anbarı yataqlarında olur. Vulkan mənşəli duzun sublimatlarını da göstərmək olar.
Duzlu sulardan başqa duz uzun illər boyu dənizlərin və göllərin buxarlanması nəticəsində yaranmış böyük çöküntü yataqlarından çıxarılır. Bu mənbələr ya birbaşa qaya duzu kimi hasil edilir, ya da yatağa su vurularaq çıxarılır. İstənilən halda duz duzlu suyun mexaniki buxarlanması ilə təmizlənə bilər.
Qida duzu sənayeləşmiş ölkələrdə duz istehsalının yalnız kiçik bir hissəsini (Avropada 7%) təşkil edir , baxmayaraq ki, bütün dünyada qida istifadəsi ümumi istehsalın 17,5%-ni təşkil edir. 2018-ci ildə ümumi dünya duz istehsalı 300 milyon ton olub. İlk sıralarda Çin (68 milyon), ABŞ (42 milyon), Hindistan (29 milyon), Almaniyanı (13 milyon) göstərmək olar.
Bir insanın gündə 0,06-0,1 mq yoda ehtiyacı var. Onun olmaması bədəndə zob xəstəliyinin yaranmasına səbəb olur. Buna görə də duz azlığı olan ərazilərdə(dağ Qafqaz, Orta Asiya, Şərqi Sibir rayonları) yodlaşdırılmış süfrə duzundan istifadə edilir. İstehsaldan sonra alınan yodlu duzun hər 1 tonunda 7.6 qramı yod olmaqla, 10 qram Kl olur.

FƏSİL I



    1. Yüklə 382,27 Kb.

      Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin