Azərbaycan tarixi – 2



Yüklə 85,12 Kb.
tarix22.10.2017
ölçüsü85,12 Kb.
#9426
növüMühazirə

Azərbaycan tarixi – 2

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

Azerbaijan history-2, HIST304, 3 kredit

Departament

Tarix və Arxeologiya” departamenti

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Yaz 2013

Fənni tədris edən müəllim (lər)

Roza Arazova

E-mail:

rarazova@khazar.org

Telefon:

(012) 421-79-16 (departament)

Mühazirə otağı/Cədvəl

314 (O), III gün 15:10-16:30, IV gün 12:00-13:20

Məsləhət saatları

III və IV günlər (tələbələrlə razılaşdırılan saatlarda)

Prerekvizitlər




Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas dərsliklər: * işarəsi göstərilmiş kitablar cədvəldə verilmişdir.

1. *XX əsr Azərbaycan tarixi, II cild. Red. Y.Yusifov və T.Vəliyev. Bakı 2004

2. *Azərbaycan tarixi (uzaq keçmişdən 1870-ci illərə qədər). Red. prof. Süleyman Əliyarlı. Bakı 1996

3. *Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək). Ziya Bünyadovun və Yusif Yusifovun redaktəsilə. Bakı 2005 ( və başqa nəşrlər)

4. *Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı 2007

Əlavə dərsliklər, vəsaitlər və elmi monoqrafiyalar:

5. *Azərbaycan tarixi. Yeddi cildlik. V cild. Bakı, 2001. VII cild. Bakı, 2003.

6. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I, II cild. Bakı 2004, 2005

7. M.Ə.Rəsulzadə və ictimai-siyasi ideallar. Bakı, Xəzər Universitəsi, 2005.

8. Hüseyn Baykara. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı 1992.

9. Tadeuş Svyatoçovski. Rusiya və Azərbaycan . Bakı, Xəzər Universitəsi, 2000.

10.*Qafqazda Sovet totalitarizmi (1920-30-cu illərdə). Elmi konfrans. Xəzər Universitəsi, 1998.

11. *Bakı Neftinin və yerli icmalarının tarixi. Elmi red. Leyla Əliyeva. Bakı 2009

12.* Nəsiman Yaqublu. Azərbaycan legionları. Bakı 2005

13.Əli Həsənov. Azərbaycanın xarici siyasəti: Avropa dövlətləri və ABŞ (1991-1996). Bakı 1998



14.*Araz Aslanlı. Qarabağ problemi, (tarixi, mahiyyəti, həll prosesi). Bakı, 2009.

15. *Oqtay Əsədov. Heydər Əliyev. Bakı, 2008.
Kitabları Universitetin kitabxanasından və “Tarix və Arxeologiya departamenti”ndən əldə etmək olar.

İnternet saytları

www.azerbaijan.az; www.aztarix.azeriblog.com;

www.azerbaycanli.org www.history.az


Kursun vebsaytı




Tədris metodları

Mühazirə

Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:

  • mühazirələr

  • mövzu ətrafında müzakirələr

  • xəritələr, video və digər əyani materiallardan istifadə

  • müəyyən mövzularla əlaqədar olaraq muzey və qoruqlara ekskursiyaların təşkil edilməsi (Azərbaycan tarixi muzeyi, İstiqlal muzeyi və s.)

- bəzi mövzularla əlaqədar olaraq tanınımış alim

və mütəxəssislərin dərslərə dəvət edilməsi



Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

Digər

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı

Fevral-mart aylarında keçirilən mövzular əsasında tələbələrin biliyini yoxlamaq üçün 3 yazı işləri (quiz) keçirilir. Quizlər 10, 15, 15 ballıq həcmində qiymətləndiriləcək.

40 bal

Praktiki məsələ







Fəallıq

Dərslərdə, diskussiyalarda və yoxlamalarda iştirak etmək.

10 bal

Tapşırıq və testlər







Kurs işi (Esse)

Semestr ərzində 5 esse (hərəsi 2 ballıq) yazılacaq. Esselərin təhvil verilmə vaxtı auditoriya ilə razılaşdırılacaq.

Mövzular:

  1. Şimali Azərbaycanda Çar Rusiyasının müstəmləkə siyasəti ( mart)

  2. Azərbaycan Xalq Cümhuriyyətinin irsi (mart)

  3. Azərbaycanda totalitarizmin nəticəsi (aprel)

  4. Azərbaycanın milli legionları: vətən xainləri və ya vətənsevərlər (may)

  5. M.C.Bağırov (və ya N.Nərimanov) ideal və gerçəklik (may)

Yazı işinə aid qaydalar:

1. İş ayrıca vərəqlərdə yazılmalıdır.

2. Vərəqin bir üzü yazılmalı, vərəqin kənarında sahələr qoyulmalıdır.

3. İş aydın yazılmalı, fikirlərin abzaslara bölünməsi məntiqi olmalıdır, hər yeni fikirdə abzasdan istifadə edilməlidir. İşin girişi və nəticəsi olmalıdır.

4. İş savadlı yazılmalı, lazım gəldikdə orfoqrafik lüğətdən istifadə edilməlidir.

5. Sonda istifadə olunmuş mənbələrin və ədəbiyyatın siyahısı əlavə edilməlidir.

6. İşin titul vərəqi olmalıdır: mövzunun adı, tələbənin adı, soyadı, fakultəsi, işin yerinə yetirildiyi department göstərilməlidir.

7. Şrift 12, interval 1,5 olmalıdır




10 bal


Prezentasiya/Qrup müzakirə







Final imtahanı

Aprel-may aylarında keçirilən mövzular əsasında iyun ayında final imtahan verilir.

40 bal

Digər







Yekun




100 bal

Kursun təsviri




Kursun məqsədləri

Bu fənn ölkəmizin XIX əsrin əvvəllərindən başlayaraq müstəqil Azərbaycan tarixini tədris edir. Azərbaycanın işğal edilməsi, bu regionda kapitalist münasibətlərinin yaranması və inkişafı, ictima-siyasi həyatı şərh olunur. Bununla yanaşı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, Sovet Azərbaycanının SSRİ tərkibindəki dövrü, Azərbaycan dövlətçiliyinin bərpası və onun daxili və xarici siyasəti işıqlandırılır.

Tədrisin (öyrənmənin) nəticələri

Fənnin tədrisinin nəticəsi

Fənnin ümumi tədrisi prosesində tələbələrdə:

  • Azərbaycan tarixi haqqında bitkin, dolğun və obyektiv təsəvvür yaranacaq

  • Azərbaycanın qədim dünya sivilizasiyasının ocaqlarından biri və Şərq dünyasının ayrılmaz hissəsi olmağı haqda məlumatları daha da genişlənəcək

  • Azərbaycan etnosunun təkraredilməz və avtoxton olduğuna dair geniş təsəvvür yaranacaq

  • Vətən tarixinə, mədəniyyətinə, mənəvi dəyərlərinə sevgi və hörmət hissini daha da artıracaq və vətənpərvərlik ruhunu daha da yüksəldəcəkdir

Qazanılmış təcrübə

  • tarixi hadisələrin analizi

  • tarixi hadisələrə tənqidi və obyektiv yanaşma

  • Azərbaycanın mədəni-tarixi inkişaf mərhələlərinin araşdırılması və Azərbaycanın müasir dövrdə dünya miqyasında rolu və yerinin müəyyənləşdirilməsi




Qaydalar (Tədris siyasəti və davranış)

Qaydalar

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 20%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.



Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə 5 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.



Yoxlama işi

Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.



İmtahanlar

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmırlar.
İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürülmələr qadağandır. Bu qaydaya riayət etməyən tələbələrin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.


Fənni bitirmək qaydası

Universitənin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60% və yuxarı hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.


Tələbələrin davranış qaydaları

Dərs zamanı dərs prosesini pozmaq və etik qaydaları pozmaq qadağandır. Həmçinin tələbələr arasında icazəsiz müzakirələr və mobil telefonlardan istifadə qadağandır.




Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar



13.02.2013
14.02.2013


Azərbaycan beynəlxalq münasibətlərdə (XVIII-XIX yüzilliyin başlanğıcı). Azərbaycan xanlıqlarında ictimai-siyasi durum.

Azərbaycanın Rusiya və İran tərəfindən işğalı və bölüşdürülməsi.

Birinci Rusiya-İran (1804-1813), Rusiya-Türkiyə (1806-1812) müharibələri və nəticələri. Gülüstan müqaviləsi.

Rusiya-İran müharibəsi (1826-1828-ci illər). Türkmənçay müqaviləsi. Azərbaycanın bölüşdürülməsinin tarixi nəticələri.


[2, XVI fəsil]

[3, XV fəsil]

[4, səh. 301-317]




20.02.2013
21.02.2013


XIX yüzilliyin birinci yarısında Şimali Azərbaycanda Rusiyanın siyasəti: Azərbaycanın idarəçiliyində dəyişikliklər, sosial-iqtisadi vəziyyət, zülmə qarşı xalq hərəkatı (1830-cu il Car-Balakən, 1831-ci il Talış, 1837-ci il Quba üsyanları). XIX yüzilliyin 40-cı illərində Şimali Azərbaycanda inzibati islahatlar.

XIX yüzilliyin birinci yarısında mədəniyyət. Dini və dünyəvi məktəblər, maarif, elm, ədəbiyyat, incəsənət.

Cənubi Azərbaycan işğaldan sonra. Sosial iqtisadi vəziyyət, təsərrüfat və sənətkarlıq. Babilər hərəkatı.


[2, XVII-XVIII fəsil]

[3, XVI-XVII fəsil]





27.02.2013
28.02.2013


XIX yüzilliyin ikinci yarısında Azərbaycanda yeni sosial-iqtisadi münasibətlərin inkişafı. XIX yüzilliyin 60-70-ci illərində Azərbaycanda iqtisadi irəliləyiş. Kəndli, məhkəmə, şəhər və inzibati islahatlar.

Neft sənayesinin tərəqqisi. Bakının sənaye şəhərinə çevrilməsi. Neft sənayesinə kapitalın axını. Sənayenin digər sahələri. Ticarət. Azərbaycan burjuaziyasının formalaşması. Azərbaycan fəhlələri. Azərbaycan kəndində ictimai təbəqələşmə.

İctima-siyasi həyatda cərəyanlar. Milli hərəkatın ilk addımları. Azərbaycanda çarizm zülmünə qarşı fəhlə və kəndli hərəkatının başlanması.

XIX yüzilliyin ikinci yarısında mədəniyyət. Maarif, elm, ədəbiyyat, ictimai-siyasi fikirlər, mətbuat, teatr, musiqi, memarlıq.

Cənubi Azərbaycan XIX yüzilliyin ikinci yarısında.


[2, XIX-XX fəsil]

[3, XVIII-XXI fəsil]





06.03.2013
07.03.2013


Şimali Azərbaycan XX yüzilliyin əvvəllərində. Şimali Azərbaycanın sosial-iqtisadi vəziyyəti Azərbaycanda çarizm zülmünə qarşı kütləvi hərəkatın başlanması. Fəhlə çıxışları. Kəndli hərəkatı, qaçaqçılıq. Siyasi təşkilatların yaranması. Azərbaycan cəmiyyətində siyasi fəallığın artması. Milli-siyasi partiyaların yaranması. Milli ziyalıların demokratik hərəkatda rolu. Azərbaycan nümayəndələri Rusiyanın dövlət dumalarında.

[1, I-II fəsil]



13.03.2013
14.03.2013


Azərbaycan birinci dünya müharibəsi illərində. Azərbaycan müharibə edən dövlətlərin planlarında. Siyasi partiyaların müharibəyə münasibəti və mövqeləri. Azərbaycanlıların bu müharibədə iştirakı. Cənubi Azərbaycanda demokratik və milli hərəkat. Təbrizdə silahlı üsyan. Səttarxan və Bağıxan hərəkatı. Milli azadlıq hərəkatının boğulması.

Azərbaycan Rus inqilabları illərində. Azərbaycan Rusiyadakı Fevral inqilabı günlərində. Xüsusi Zaqafqaziya komitəsi və onun siyasəti. Bakı Soveti. “Müsavat” partiyası. “Azərbaycan muxtariyyəti” uğrunda hərəkatın genişlənməsi.

Rusiyada oktyabr çevrilişi. Bakıda Sovet hakimiyyətinin elan edilməsi. İlk tədbirlər. Daşnakların Bakı Sovetində möhkəmlənməsi və onların müsavatçılar əleyhinə fəaliyyəti. 1918-ci il Mart qırğını.

[1, III-IV, VII fəsil]



27.03.2013
28.03.2013



Cənubi Qafqazda siyasi vəziyyət. Azərbaycan Qafqaz dövlətçiliyi sistemində. Zaqafqaziya seyminin dağılması.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması. İlk addımlar. AXC Gəncə dövrü, Bakıda Sovet hakimiyyətinin süqutu. Qafqaz İslam ordusu və Bakının azad edilməsi uğrunda hərbi əməliyyatlar. Bakının azad edilməsi və AXC hökümətinin Bakıya köçməsi. Azərbaycan Cümhuriyyətinin təşkili və demokratik dəyişikliklərin başlanması. Azərbaycan parlamentinin fəaliyyəti.



[1, VII fəsil]



03.04.2013
04.04.2013


AXC-nin daxili və xarici siyasəti. İqtisadi siyasəti. Ordunun qurulması. Mədəni qurulucuq. AXC-nin ərazi bütövlüyü uğrunda mübarizə. Azərbaycanın qonşu dövlətlərlə münasibətləri. Paris sülh konfransında AXC höküməti nümayəndə heyətinin iştirakı. Xarici dövlətlərlə diplomatik əlaqələrin yaradılması.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutu. Rusiyanın AXC-ə münasibəti. 1920-ci ilin yazında AXC-də hökümət böhranı. Qarabağda erməni qiyamı. XI rus ordusunun Azərbaycan ərazisi boyunca yürüşü. Parlamentin sonuncu iclası və hakimiyyəti bolşeviklərə verməsi.

[1, VIII fəsil]

[5, VII-XI fəsil]





10.04.2013
11.04.2013


Azərbaycan SSR 1920-1940-cı illərdə. Yerlərdə bolşevik hakimiyyətinin qurulması. Müqavimət hərəkatı. Azərbaycandan siyasi mühacirət.

Azərbaycanda yeni dövlət quruculuğu; ilk dekretlər; sosial-iqtisadi, siyasi və mədəni dəyişikliklər. Bakıda Şərq xalqlarının birinci qurultayı. Azərbaycan rəhbərliyində ixtilaflar. Azərbaycan SSR-in ZSFSR tərkibində SSR İttifaqına qatılması. DQMV-nin və Naxçıvan MSSR-in təşkili.

Azərbaycan SSR-də sənayeləşdirmənin həyata keçirilməsi və onun ilk yekunları. Neft sənayesinin inkişafı. Sənayenin digər sahələrinin yenidən qurulması. Kəns təsərrüfatının zorakı kollektivləşdirmənin ağır nəticələri. Xalq çıxışlarının boğulması. Sosial dəyişikliklər. Azərbaycanda “Mədəni inqilab” və mənəvi həyat. Yeni təhsil sisteminin formlaşması. Əlifba problemləri. Dinin sıxışdırılması. Elm, teatr, musiqi, kino, incəsənət, memarlıq. Xalqı mili dəyərlərdən uzaqlaşdırmaq siyasəti. Ziyalıların repressiyası.


[1, X-XI fəsil]

[10]




17.04.2013
18.04.2013


Azərbaycan İkinci dünya müharibəsi dövründə. Müharibənin başlanması. Azərbaycan Almaniyanın işğalçılıq planlarında. Azərbaycan SSR-də hərbi-iqtisadi və mənəvi səfərbərlik. Azərbaycan döyüşçüləri müharibə cəbhələrində, partizan və antifaşist müqavimət hərəkatında. Bakı neftinin strateji əhəmiyyəti və rolu. Azərbaycan mühacirəti müharibə illərində. Milli legion və onun fəaliyyəti.

Azərbaycan mədəniyyəti müharibə illərində. Cənubi Azərbaycan ikinci dünya müharibəsi illərində. Sovet qoşunlarının İrana daxil olması.

Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı. Milli hökümətin gördüyü tədbirlər. Milli hökümətin süqutu.


[1, XII-XIII fəsil]

[11]




24.04.2013
25.04.2013


Azərbaycan 1945-1970-ci illərdə. Müharibənin Azərbaycanın iqtisadi və mədəni həyatına ağır təsiri. Xalq təsərrüfatının bərpası və inkişafı. Yeni sənaye sahələrinin və mərkəzlərinin yaranması. Kənd təsərrüfatının bərpası. Respublikada ictimai-siyasi həyat. Totalitar rejimin güclənməsi və ona qarşı mübarizə cəhdləri. Ermənistan SSR-nin Azərbaycana qarşı yeni ərazi iddiaları.

70-ci illərdə Azərbaycanın ictima-iqtisadi və siyasi vəziyyəti və mədəni quruculuq planları. Əhalinin rifahı və məişəti. Azərbaycanın ekoloji problemləri.

Azərbaycanın beynəlxalq və mədəni əlaqələri.

İkinci dünya müharibəsindən sonra Cənubi Azərbyacanda vəziyyət. 1978-1979-cu il. İran inqilabı və Cənubi Azərbaycan.



[1, XIV-XV fəsil]



01.05.2013
02.05.2013


Azərbaycan 80-90-cı illərin əvvəlində. 1980-ci illərin ikinci yarısında SSRİ rəhbərliyinin yeni siyasi kursu. “Yenidən qurma” siyasətinin iflası. Milli münasibətlər. Erməni separatçılığı. Uydurma Dağlıq Qarabağ problemi ətrafında baş verən hadisələr. Azərbaycanlıların Ermənistandan qovulması. Azərbaycanda milli-azadlıq və demokratik hərəkat, onun güclənməsi. Bu hərəkatı boğmaq cəhdləri.

20 Yanvar faciəsi.

[1, XVI fəsil]



08.05.2013


Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizəsi və xarici dövlətlər tərəfindən onun tanınması. Xarici təşkilatlara qəbul olunması. Ərazi bütövlüyü uğrunda mübarizə. 1992-ci ildə cəbhədə uğursuzluqlar. Xocalı faciəsi. Şuşa və Laçının işğalı.

Azərbaycan Xalq Cəbhəsinin iqtidarı. Dövlət idarəçiliyində baş verən dəyişikliklər. Azərbaycanın sosial-iqtisadi və siyasi vəziyyəti. Gəncə qiyamı. Vətəndaş qarşıdurmasının yaranması. Respublikada növbəti hakimiyyət böhranı.



[1, XVI fəsil, səh 550-575]



15.05.2013
16.05.2013


Müstəqil Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmləndirilməsi. Heydər Əliyevin respublika rəhbərliyinə yenidən qayıdışı. Daxili stabilliyin yaranması üçün keçirilən tədbirlər. Müharibə cəbhəsində atəşkəsin təmin edilməsi. Ordu quruculuğu.

İqtisadi islahatlar. Neft siyasəti. Əsrin müqaviləsi. Sosial dirçəliş.

Heydər Əliyevin 5 illik prezidentlik fəaliyyətinin yekunları.


[1, XVII fəsil, səh 576-629]

[5, səh 320-452]





22.05.2013
23.05.2013


Yeni prezident seçkiləri. Heydər Əliyevin əvvəlki kursunun davam etdirilməsi. Daxili siyasət. Azərbaycan Respublikasının xarici siyasət xəttinin əsas istiqamətləri, beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli münasibətlərin yaranması. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi siyasəti.


[1, XVII fəsil, səh 576-629]

[5, səh 320-452]

[15]




29.05.2013
30.05.2013


Azərbaycan Respublikası XXI əsrdə. 2003-cü ildə İlham Əliyevin Azərbaycan Respublikasının prezidenti seçilməsi. Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi. Daxili və xarici siyasətdə uğurlar. Dağlıq Qarabağ uğrunda aparılan diplomatik mübarizə.

[14]








Final imtahanı




Yüklə 85,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin