Azərbaycan tariXİ (mühəndislik fakultəsi)



Yüklə 60,96 Kb.
tarix21.10.2017
ölçüsü60,96 Kb.
#8363
növüMühazirə

AZƏRBAYCAN TARİXİ (mühəndislik fakultəsi)

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

Azərbaycan tarixi, (3 kredit)

Departament

Tarix və Arxeologiya” departamenti

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Yaz 2013

Fənni tədris edən müəllim (lər)

Xaqan Balayev

E-mail:

xaqan28@yahoo.com

Telefon:

(012) 421-79-16 (departament)

Mühazirə otağı/Cədvəl

304 (O), II gün – 13:40-15:00, 15:10-16:30

Məsləhət saatları




Prerekvizitlər




Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

* Şəklində işarələnmiş kitablar cədvəldə göstərilmişdir

Əsas dərsliklər:

1. Azərbaycan tarixi (uzaq keçmişdən 1870-ci illərə qədər). Red. Prof. Süleyman Əliyarlı. Bakı, 1996.

2. Azərbaycan tarixi, I cild (Ən qədim zamanlardan XX əsrədək). Z. Bünyadovun və Y. Yusifovun redaktəsilə. Bakı, 1994, 2005.

3. * İsmayıl Məmmədov. Azərbaycan tarixi. Bakı, 2005

4. Süleyman Məmmədov. Azərbaycan tarixi. Bakı, 2007.

5. XX əsr Azərbaycan tarixi, II cild, Red. Y.B. Yusifov və T.T. Vəliyev. Bakı, 2004.

6. “Azərbaycan tarixi üzrə qaynaqlar”, Süleyman Əliyarlı, Fərman Mahmudovun redak. ilə, Bakı 1989 və başqa qaynaqlar

Əlavə dərsliklər, vəsaitlər və elmi monoqrafiyalar:

7. Azərbaycan tarixi. Red. İqrar Əliyev. Bakı, 1993.

8. Kərim Şükürov. Azərbaycan tarixi, 2-ci hissə, Bakı, 1998.

9. Azərbaycan tarixi. Yeddi cildlik. V cild. Bakı, 2001. VII cild. Bakı, 2003.

10. Qafqazda Sovet totalitarizmi (1920-30-cu illərdə). Elmi Konfrans. Xəzər Universitəsi, 1998.

11. M.Ə.Rəsulzadə və ictimai-siyasi ideallar. Bakı, Xəzər Universitəsi, 2005.

12. Tadeuş Svyatoçovski. Rusiya və Azərbaycan . Bakı, Xəzər Universitəsi, 2000.

13. Araz Aslanlı. Qarabağ problemi, (tarixi, mahiyyəti, həll prosesi). Bakı, 2009.

14. Oqtay Əsədov. Heydər Əliyev. Bakı, 2008.

15. R.Kamalov, Əli Əsgərov. Dövlət və şəxsiyyət, Bakı, 2004.



16. N. Cəfərov, D. Osmanlı. Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə, Bakı 2004.


Kursun vebsaytı




Tədris metodları

Mühazirə

Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:

  1. mühazirələr

  2. mövzu ətrafında müzakirələr

  3. xəritələr, bilgisayar, video və digər əyani vəsaitlərdən istifadə

  4. bəzi mövzularda alim və mütəxəssislərin dərslərə dəvət edilməsi




Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

Digər

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı

Fevral-mart aylarında keçirilən mövzular əsasında tələbələrin biliyini yoxlamaq üçün 2 yazı işləri (quiz) keçirilir. Hər quiz 20 bal. (Yoxlamalar tələbərlə razılaşdırılan vaxtlarda keçiriləcək)

40 bal

Praktiki məsələ







Fəallıq

Dərslərdə, diskussiyalarda, prezintasiyalarda və elmi seminarlarda iştirak etmək

10 bal

Tapşırıq və testlər







Kurs işi (Layihə)







Prezentasiya/Qrup müzakirə







Final imtahanı

Aprel-may aylarında keçirilən mövzular əsasında iyun ayında final imtahan verilir.

50 bal

Digər







Yekun





100 bal

Kursun təsviri




Kursun məqsədləri

Azərbaycan tarixi kursu qədim zamanlardan son günlərədək vətən tarixini əhatə edir. Son illər konseptual dəyişmələr baş verdiyindən, bir sıra məsələlərə baxış əvvəlkindən kəskin şəkildə fərqlənir. Bəzi tarixi hadisələr yeni faktlarla zənginləşib, müəyyən dövrlərdəki boşluqlar doldurulmaqdadır. Tədris proqramının tərtibi zamanı bütün bu amillər nəzərə alınmış, tarixin qaranlıq səhifələrinə diqqət artırılmışdır. İş planı Azərbaycan tarixi barədə bitkin və dolğun təsəvvürün formalaşmasına imkan verir.

Tədrisin (öyrənmənin) nəticələri

Fənnin ümumi tədrisi prosesində tələbələrdə:

  • Azərbaycan tarixi haqqında bitkin, dolğun və obyektiv təsəvvür yaranacaq

  • Azərbaycanın qədim dünya sivilizasiyasının ocaqlarından biri və Şərq dünyasının ayrılmaz hissəsi olmağı haqda məlumatları daha da genişlənəcək

  • Azərbaycan etnosunun təkraredilməz və avtoxton olduğuna dair geniş təsəvvür yaranacaq

  • Vətən tarixinə, mədəniyyətinə, mənəvi dəyərlərinə sevgi və hörmət hissini daha da artıracaq və vətənpərvərlik ruhunu daha da yüksəldəcəkdir

Qazanılmış təcrübə

  • tarixi hadisələrin analizi

  • tarixi hadisələrə tənqidi və obyektiv yanaşma

  • Azərbaycanın mədəni-tarixi inkişaf mərhələlərinin araşdırılması və Azərbaycanın müasir dövrdə dünya miqyasında rolu və yerinin müəyyənləşdirilməsi




Qaydalar (Tədris siyasəti və davranış)

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən (xəsətəlik, ailə vəziyyəti və s.) dərslərin buraxılması haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. %20-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.



Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə 5 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.



Yoxlama işi

Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.



İmtahanlar

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanda təkrarlanmırlar.

Fənni bitirmək qaydası

Univesitetin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 % və daha yuxarı hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.



İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürmələr qadağandır. Bu qaydaya əməl etməyən tələbənin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.



Tələbənin davranış qaydaları

Dərs zamanı dərs prossesini pozmaq və ya qeyri-etik hərəkətlər etmək qadağandır. Həmçinin tələbələrin icazəsiz müzakirələri və mobil telefondan istifadəsi qadağandır.




Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar



2

2


Giriş. Tələbələri Azərbaycan tarixi fənninin iş proqramı və onların qarşısında duran vəzifələr ilə tanış etmək. Azərbaycan tarixi nədən bəhs edir; onun analizi, öyrənilməsi, başlıca dövrləri, tarixi qaynaqlar.

Azərbaycanda ibtidai-icma dövrü. Azərbaycanın etnosiyasi xəritəsi. Azərbaycan ərazisində erkən cəmiyyət, ilk dövlətlərin, qurumların yaranması (Aratta, Lullubi, Kuti). Manna dövləti.



[3, F.1-2, s.4-15, 17-21, 23-29]



2

2


Atropatena və Alban dövlətləri ( siyasi tarix, təsərrüfat, mədəniyyət). Azərbaycan erkən orta çağda, yeni ictimai münasibətlər. Alban dövləti III-VII əsrlərdə. Sasani işğalı və hökmranlığı. Siyasi tarix. Mədəniyyət.

[3, F 4-5, s.40-49, 50-64, 67-68 ]



2

2


Azərbaycanda xilafət ağalığı və ona qarşı mübarizə. Xürrəmilər hərəkatı.

Etnogenez problemi. Azərbaycan xalqının formalaşması.

IX-cu yüzilliyin ikinci yarısı – XI yüzilliyin birinci yarısında Azərbaycan feodal dövlətləri. Şirvanşahlar dövləti. Saci və Salari dövlətləri, Rəvvadi və Şaddadi dövlətləri.


[3, F.6-7, s. 69-81, 88-95, 98-105]



2

2


Azərbaycan Səlcuq imperatorluğunun tərkibində. Şirvanşahlar dövləti Kəsranilər sülaləsi dövründə. Eldənizlər dövləti. X-XII yüzilliklərdə Azərbaycan mədəniyyəti.

Azərbaycan Monqol ağalığı dövründə.



[3, F.8, s.106-110, 112-127, 130-132]

[3, F.9, s. 133-145]









Aralıq imtahanı yoxlaması-1 (mart ayında)






2

2


Azərbaycan XIV yüzilliyinin sonu- XV-ci yüzillikdə. Ölkənin ictimai siyasi həyatı. Şirvanşahlar dövləti. Toxtamış və Teymurun Azərbaycana yürüşləri. Hurufilik.

Qaraqoyunlu dövləti. Ağqoyunlu dövləti. Sosial- iqtisadi vəziyyət, xarici siyasət.



[3, F.9, s.146-152]

[3, F.11, s.166-201]





2

2


Azərbaycan XVI yüzillikdə. Mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövlətinin yaranması. Daxili və xarici siyasət. Azərbaycan XVI yüzilliyin sonu - XVII yüzilliyin əvvələrində. Şah Abbas hakimiyyəti. Mədəniyyət.

Azərbaycan Səfəvi dövlətinin zəifləməsi və Azərbaycanın beynəlxalq rəqabət meydanına çevrilməsi (XVII yüzilliyin sonu - XVIII yüzilliyin 20-30-cu illəri).



[3, F.12, s.208-231, F13, s.243-245, F.14-15, s. 247-253, 258-263]



2

2


Azərbaycanda dövlət müstəqilliyi uğrunda mübarizə. Azərbaycan xanlıqlarının yaranması, idarəçilik sistemi, təsərrüfat həyatı, xarici siyasəti.


[3, F.15, s. 263-272, F.16, s.276-298, s. ]







Aralıq imtahanı yoxlaması-2 (aprel ayında)






2

2


Azərbaycan beynəlxalq münasibətlərdə (XVIII əsrin sonu - XIX əsrin əvvəli). Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsi. Gülüstan və Türkmənçay müqavilələri.

XIX-cu yüzilliyin birinci yarısında Şimali Azərbaycanda ictimai - siyasi həyat. İqtisadi durum. Müstəmləkə zülmünə qarşı üsyanlar. Cənubi Azərbaycan.

Şimali Azərbaycan XIX-cu yüzilliyini ikinci yarısında. Kapitalist münasibətlərin yaranması və inkişafı. Bakının dünya neft mərkəzi kimi yüksəlişi.


[3, F.16, s.299-303]

[3, F.17, s.310-317]

[3, F.18, s.317-325]




2

2


Şimali Azərbaycan XX əsrin əvvəllərində. Demokratik və milli hərəkatın başlanması. Güney Azərbaycanda demokratik hərəkat.

Azərbaycan Birinci dünya müharibəsi illərində. Azərbaycan Rus inqilabı illərində (fevral – oktyabr 1917-ci il).

Azərbaycan Demokratik Respublikası. Azərbaycanın istiqlaliyyət uğrunda mübarizəsi. ADR-in daxili siyasəti. Azərbaycanın beynəlxalq vəziyyəti. Aprel işğalı. ADR-in süqutu.


[3, F.19, s.326-332, 334-335, F.20, 336-342,

F.21, 343-353]






2

2


Azərbaycan SSR. Azərbaycan 1920-1930-cu illərdə. Azərbaycan SSR-in ZSFSR və SSRİ-yə daxil edilməsi. Sovet hakimiyyətinin qurulması. Sosialist təsərrüfatçılığın yaranması. Mədəni inqilab. İctimai və siyasi vəziyyət. Azərbaycanda Sovet totalitarizmi. 30-cu illərin repressiyaları.

Azərbaycan SSR İkinci Dünya müharibəsi illərində.

Güney Azərbaycan İkinci Dünya müharibəsi illərində.

Milli azadlıq hərəkatı - 21 Azər.



[3, F.22, s. 354-374, F.23,375-377, 379-383, 383-386]



2

2


Azərbaycan SSR müharibədən sonrakı illərdə (1946-1980-ci illərin ortaları). Sosial-iqtisadi vəziyyət. Totalitar rejimin möhkəmlənməsi. Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası. M.C.Bağırov hakimiyyətinin devrilməsi.

İ.Mustafayev. V.Axundov. Azərbaycan SSR rəhbərliyində dəyişikliklər. H.Əliyev. Respublika “yenidənqurma” yolunda.

Azərbaycan SSR 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində. Sosial-siyasi həyatın canlanması. Milli demokratik hərəkat. “Dağlıq Qarabağ problemi”nin ortaya atılması. Yeni siyasi partiyalar, ictimai təşkilatlar. AXC-nin yaranması və onun rolunun artması.


[3, F.24, s. 387-391, 393-396]

[3, F.25, s. 397-402]





2

2


Azərbaycanıların Ermənistandan deportasiyası. Daxili vəziyyətin kəskinləşməsi. 1990-cı il 20 Yanvar faciəsi.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi. Müstəqil Azərbaycan Respublikasının inkişaf problemləri. Daxili və xarici vəziyyət.

Ayaz Mütəllibovun siyasi xəttinin iflası. Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ müharibəsinin başlanması, Xocalı soyqırımı. Respublikada ictimai - siyasi böhran, torpaqların işğalı. Hərbi uğursuzluqlar.


[3, F.25, s.402-406]



2

2


Xalq hərəkatının yüksəlişi. Elçibəy - AXC iqtidarı. Siyasi və iqtisadi islahat təşəbbüsləri. Gəncə qiyamı (1993, 4 iyun). AXC iqtidarının devrilməsi.

Prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsi; 1993-cü il prezident seçkiləri. Heydər Əliyevin yeni siyasi kursu. Siyasi sabitliyə doğru. Azərbaycan - Ermənistan münasibətləri. Atəşkəs. Neft siyasəti. Əsrin müqaviləsi. Heydər Əliyevin 5 illik prezidentlik fəaliyyətinin yekunları.



[3, F.25, s.407-414]



2

2


Yeni prezident seçkiləri (1998-ci il). Heydər Əliyevin əvvəlki kursunun davam etdirilməsi. Beynəlxalq münasibətlərin genişlənməsi. Daxili və xarici siyasət. Azərbaycan dövlətçiliyi. Azərbaycan Respublikasının

neft strategiyası.

İlham Əliyevin prezident seçilməsi ( 2003-cü il, 15 oktyabr ). 2008-ci il dövlət idarəçiliyinin təkmilləşdirilməsi. Ümumilli lider Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi.


[4, fəsil 22,

s. 344-349];

[5, fəsil 17-18,

s. 488-546; 15];

[13,14]




2

2


Azərbaycan XXI yüzilliyə doğru. İlham Əliyevin daxili və xarici siyasətinin uğurları. Dağlıq Qarabağ uğrunda aparılan diplomatik mübarizə.

[12,14,15]








Final imtahan




Yüklə 60,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin