AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ
AZƏRBAYCAN TİBB UNİVERSİTETİ
MAGİSTRLAR ÜÇÜN
ƏCZAÇILIQ VƏ NANOTEXNOLOGİYA
fənni üzrə
P R O Q R A M
BAKI -2016
Fənnin adı: “Əczaçılıq və nanotexnologiya” II kurs, III semestr, 2 kredit
Məqsəd: Nanotexnologiya əsasında əczaçılıq preparatlarının və kosmetik vasitələrin yaradılması.
Magistr nəyi bilməlidir: Nanotexnologiya əsasında əczaçılıq preparatlarının və kosmetik vasitələrinin istehsalında və onların keyfiyyətinə nəzarətin həyata keçirilməsində beynəlxalq standartları, GMP tələblərini, aktiv dərman maddəsini orqan və hədəf toxumalara çatdıran, dərman maddələrini qanda, hüceyrəarası mayedə “yaşama müddətini” uzadan, fermentlərin göstərdiyi inaktivasiyə və denaturasiyanın qarşısını alan dərman maddələrinin əsas təsir effektini artıran və əlavə təsirlərini isə azaldan, dərman maddələrinin istiqamətlənmiş daşınmasını təmin edən nano-sistemlərin işlənib hazırlanması xüsusiyyətlərini.
Magistr nəyə yiyələnməlidir:
-
Nanotexnologiyanın araşdırma metodlarına
-
Tibbdə nanotexnologiyanın tətbiq edilməsinin əsas istiqamətlərini ayırd etməyə
-
Nanosistem, nanomaterial, nanozərrəciklərin tibbdə tətbiqinin nəzəri və təcrübi əsaslarına
-
Nanotexnologiya əsasında əczaçılıq preparatlarının və kosmetoloji vasitələrin yaradılmasının proqnozlaşdırma xüsusiyyətlərinə
-
İşlənib hazırlanmış nanotexnoloji preparatların keyfiyyətinə nəzarətə
-
Unikal diaqnostik cihazların işlənib hazırlanması və yaradılması prinsipinə
PROQRAM
Payız semestri.
Mühazirə 4 saat, seminar 16 saat, təcrübə 10 saat
Nanotexnologiyaya giriş. Nanotexnologiya fəninin mahiyyəti, əsas anlayış və terminlər. Nanotexnologiyanın inkişaf tarixi. Nanotexnologiyanın mühüm istiqamətləri.
Tibb və əczaçılıqda nanotexnologiya. Dərman maddələrinin çatdırılma sistemləri. Dünyanın aparıcı ölkələrində istehsal edilən nanopreparatların tibbdə istifadə perspektivləri. Xərçəng hüceyrələrinin diaqnostika və müalicəsində nanotexnologiya. Nanotexnologiya və gen mühəndisliyi.
Nanozərrəciklər. Nanozərrəciklərin biosubstratlar və biotoxumalarda öyrənilməsi və süni nanozərrəciklərin təbii nanoölçülü obyektlərlə (zülal, nuklein turşuları və s.) qarşılıqlı rolu. Nanomateriallar. Nanoölçülü materialların alınma üsulları və fiziki-kimyəvi xüsusiyyətləri.
Mexaniki dispersləşdirmə, mexaniki xırdalanma üsulu ilə nanomaterialların alınması.Arritor qurğular, vibrasiyalı dəyirmanlar, burulğanlı və planetar dəyirmanlar. İş prinsipləri.Mexanokimyəvi üsulla nanomaterialların alınması
Müxtəlif mühitlərin mexaniki təsiri ilə nanomaterialların alınması: kavitasion-hidrodinamiki üsul, vibrasiya üsulları, zərbəli-dalğa üsulu, ultrsəslə xırdalanma, detonasiyalı sintez.
Fiziki dispersləşdirmə üsulu ilə nanomaterialların alınması: maye metalın püskürdülməsi, buxarlanma –kondensasiya prosesləri, vakuum-sublimasiya texnologiyası, bərk halda çevrilmə üsullar. Elektrokimyəvi üsullarla nanomaterialların alınması
Nanozərrəciklər əsasında işlənib hazırlanmış materiallar, onların xarakteristikası. Dendrimerlər, karbonun polimorfizmi, füllerenlər, nanoborucuqlar mexaniki və kimyəvi xassələri. Alınma texnologiyası və tətbiq sahələri
Nanostrukturlaşmış funksional keramik və kompozisiyalı materiallar. Nativ montmorillonitin makro- və nanosəviyyədə komplekslərinin yaradılma texnologiyası.Polimer nanokompozitlər, əsas xüsusiyyətləri, təhlükəsizliyi
Dərman maddələrinin seçici istiqamətdə daşınmasını təmin edən nanostrukturlar. Liposomlar. Qeyri-üzvi nanohissəciklər. Polimer nanostrukturlar. Qeyri-liposom nanostrukturlu fosfolipidlər. Mikrosferlər.Mikrokapsullar.Niosomlar.Maqnitistiqamətləndirici sistemlər.
Nanotəbabət. Müasir tibbdə istifadə olunan unikal xüsusiyyətli nanomaterial və nanoobyektlərin quraşdırılması, insanın bioloji sistemində nanomolekulyar səviyyədə dəyişilməsi. Nanotibbi qurğular.Nanorobotlar.Respirositlər
Nanokosmetik vasitələrin hazırlanmasının elmi əsasları. NanoPure. Plasenta Sistem. Nanobreast.Nano-Greens.
Nanotexnologiyada etik prinsiplər. YUNESKO-nun bioetika proqramı.Bioetika və İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsi. Ekoloji problemlər, insan sağlamlığında yaranan problemlər, iqtisadi, sosial, siyasi problemlər, tənzimləyici problemlər
Bioloji fəal maddələr əsasında selektiv təsirə malik dərman formalarının (nanokapsul, nanosfer, nanosom və s.) hazırlanması və keyfiyyət normalarının öyrənilməsi
Montmorillonit əsasında nanokosmetik vasitələrin hazırlanma texnologiyası və keyfiyyət göstəricilərinin öyrənilməsi
Nanosuspenziya, nanoemulsiya, nanodispersiyaların hazırlanması və keyfiyyət normalarının təyini
Tədris (mövzu) planı:
Yaz semestri
Mühazirə
Mühazirələr
№
|
Mövzunun adı
|
saat
|
tarix
|
1.
|
Nanotexnologiyaya giriş. Nanotexnologiya fəninin
mahiyyəti, əsas anlayış və terminlər. Nanotexnologiyanın
inkişaf tarixi. Nanotexnologiyanın mühüm istiqamətləri.
|
2
|
19.09.2016
|
2.
|
Tibb və əczaçılıqda nanotexnologiya. Dərman
maddələrinin çatdırılma sistemləri. Dünyanın aparıcı
ölkələrində istehsal edilən nano preparatların tibbdə
istifadə perspektivləri. Xərçəng hüceyrələrinin
diaqnostika və müalicəsində nanotexnologiya.
Nanotexnologiya və gen mühəndisliyi.
|
2
|
26.09.2016
|
Cəmi: 4 saat
Seminar dərslərinin mövzuları
№
|
Mövzunun adı
|
saat
|
tarix
|
1.
|
Nanozərrəciklər. Nanozərrəciklərin biosubstratlar və
biotoxumalarda öyrənilməsi və süni nanozərrəciklərin təbii
nanoölçülü obyektlərlə (zülal, nuklein turşuları və s.) qarşılıqlı
rolu. Nanomateriallar. Nanoölçülü materialların alınma üsulları
və fiziki-kimyəvi xüsusiyyətləri.Nanozərrəciklər əsasında işlənib
hazırlanmış materiallar, onların xarakteristikası
|
2
|
|
2.
|
Nanostrukturlaşmış funksional keramik və kompozisiyalı
materiallar. Nativ montmorillonitin makro- və
nanosəviyyədə komplekslərinin yaradılma texnologiyası.
|
4
|
|
3.
|
Dərman maddələrinin seçici istiqamətdə daşınmasını təmin edən nanostrukturlar. Liposomlar. Qeyri-üzvi nanohissəciklər. Polimer nanostrukturlar. Qeyri-liposom nanostrukturlu fosfolipidlər.
|
4
|
|
4.
|
Nanotəbabət. Müasir tibbdə istifadə olunan unikal
xüsusiyyətli nanomaterial və nanoobyektlərin
quraşdırılması, insanın bioloji sistemində nanomolekulyar
səviyyədə dəyişilməsi. Nanotibbi qurğular.
|
2
|
|
5.
|
Nanokosmetik vasitələrin hazırlanmasının elmi əsasları
|
2
|
|
6.
|
Nanotexnologiyada etik prinsiplər
|
2
|
|
Cəmi: 16saat
Laboratoriya dərslərinin mövzuları
№
|
Mövzunun adı
|
saat
|
Tarix
|
1.
|
Bioloji fəal maddələr əsasında selektiv təsirə malik dərman
formalarının (nanokapsul, nanosfer, nanosom və s.)
hazırlanması
|
4
|
19.09.16
26.09.2016
|
2.
|
Montmorillonit əsasında nano kosmetik vasitələrin hazırlanma texnologiyası
|
4
|
|
3.
|
Nanosuspenziya, nanoemulsiya, nanodispersiyaların
hazırlanması
|
2
|
|
Cəmi: 10saat
Metodiki təminatı:
1. Vəliyeva M.N., Mehralıyeva S.C. Dərmanların sənaye texnologiyası. Dərslik I hissə, Bakı 2012, 376s.
2. Vəliyeva M.N., Mehralıyeva S.C. Əczaçılıq və nanotexnologiya. Dərslik, Bakı 2015, 164s.
Texniki təchizatı: elektron tərəzilər, nanoələk dəsti, termostat, qızdırıcılar, quruducu şkaf, nanohomogenizator
Qiymətləndirilən bacarıqların siyahısı:
1.Nanopreparatlar hazırlamaq ilkin substansiyasını almaq bacarığı
2. Nanoemulsiya hazırlamaq bacarığı
3.Nanosuspenziya hazırlamaq bacarığı
4.Nanogel hazırlamaq bacarığı
5.Mikrosfer hazırlamaq bacarığı
6.Nanosfer hazırlamaq bacarığı
7.Mikrokapsul hazırlamaq bacarığı
8.Liposom hazırlamaq bacarığı
Dostları ilə paylaş: |