Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının (atu tck) digər şöbələrində olduğu kimi Ürək-damar xəstəlikləri şöbəsi də 24 saat fasiləsiz olaraq əhalinin sağlamlığının qayğısına qalır
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının (ATU TCK) digər şöbələrində olduğu kimi Ürək-damar xəstəlikləri şöbəsi də 24 saat fasiləsiz olaraq əhalinin sağlamlığının qayğısına qalır.
Ürək və damar xəstəlikləri şöbəsi özündə: ümumi kardiologiya, invaziv kardiologiya və ürək- damar cərrahiyyəsini birləşdirir.
Müasir dövrdə kardioloji müayinələrin əhəmiyyəti insan həyatı üçün olduqca böyükdür. Hətta kardioloji şikayəti olmayan şəxslərə belə müayinələrdən keçməsi məsləhət görülür. Özündə hər hansı bir narahatçılıq, diskomfort hiss edənlər elektrokardioqrafiyadan, bəzi laborator müayinələr, ürək qan-damar sistemində hansısa dəyişiklik qeyd olunursa, EXO KQ və kardiovaskulyar stress test müayinəsindən keçməlidir. Hər bir müayinə üsulu həkimə lazım olan informasiyanı verir.
EKQ
Kardiovaskulyar stress test –fiziki yüklə və farmakoloji (treadmill) EKQ
koronar angioplastika – ürək damarlarına stent implantasiyası
periferik damarlarının angioqrafiya və stentləməsi : böyrək arteriya, aşağı ətrafların angioqrafiya və angioplastikası, beyin damarlarının angioqrafiya və angioplastikası
müvəqqəti və daimi kardiostimulyator və cihaz implantasiyası (VVİ, DDD-R, CRT-D, AİCD)
Anadangəlmə ürək qusurlarının qapalı yolla müalicəsi (valvuloplastika,ASD,VSD,PDA bağlanması)