Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında keçirilmiş tədbirlər haqqında



Yüklə 6,23 Kb.
tarix19.06.2018
ölçüsü6,23 Kb.
#54210

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında keçirilmiş tədbirlər haqqında

M ə l u m a t

Respublikamızın hər yerində olduğu kimi, Şəki şəhərində də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Yubiley tədbirləri çərçivəsində filialda aprel ayının əvvəllərində ağacəkmə kompaniyası keçirilmiş, yaşıllaşdırma məqsədi ilə institutun həyətində 100-ə yaxın meyvə və dekorativ ağaclar əkilmişdir. Yubiley münasibəti ilə filial rəhbərliyinin 15 aprel 02/47 k N-li əmri ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq 22-23 aprel 2014-cü il tarixlərdə illik VIII tələbə elmi konfransı keçirilmişdir. Konfransda 50 nəfər tələbənin elmi işi 3 bölmədə müzakirə olunmuş, ən yaxşı elmi işləri müəllifləri I, II, III yerlərə layiq görülmüş, diplom və fəxri fərmanlarla təltif edilmişlər. Yaradıcı məzmunlu 6 tələbə elmi işi 07 may 2014-cü il tarixdə Azərbaycan Müəllimlər İnstitutunda Ulu Öndərin yubileyinə həsr olunan tələbə elmi konfransının proqramına daxil edilmişdir.

Filialın professor-müəllim heytəti 29 aprel 2014-cü il tarixdə Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində olmuş, burada disput keçirmişlər.

Filialın əməkdaşlarından dos.N.Z.Çələbiyev, b/m.S.R.Bədiyev və b/m.T.M. Məhərrəmov Şəki Regional “Kanal S” televiziyasının 05 may 2014-cü il tarixdə efirə getmiş və Heydər Əliyevə həsr olunan “Sosial həyat” proqramının hazırladığı “Əsrin Lideri” adlı müzakirədə çıxış etmişlər. Filialın tələbələri Şəki şəhərində yerləşən orta ixtisas və ali məktəb tələbələri arasında Ümummilli Liderin yubileyi münasibəti ilə keçirilən voleybol, futbol və şahmat yarışlarında iştirak etmişlər. Hal-hazırda filialın professor –müəllim və tələbə kollektivi Ümummilli Lider Heydər Əliyevin 91-ci ildönümü münasibətilə 10 may 2014-cü il tarixdə Şəki şəhərində keçiriləcək “Gül bayramı”na, musiqili-bədii tədbirə və flaşmoba hazırlıq tədbirlərində fəal iştirak edirlər.



Azərbaycan Müəllimlər İnstitutunun

Şəki filialının direktoru: dos. R.A.Rasulov

07 may 2014-cü il.
Yüklə 6,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin