Azərbaycan xəZƏr dəNİz gəMİÇİLİYİ” qapali səhmdar cəMİYYƏTİ kpm-32\16 markalı (Saap 2002066,istehsal tarixi 1985-ci IL) demontaj olunmuş liman kranın daşınaraq mövcud kranaltı yolda quraşdırılmasına və əsaslı təmirinin satin alinmasi



Yüklə 87,73 Kb.
tarix24.06.2018
ölçüsü87,73 Kb.
#54715

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

Qapalı Səhmdar Cəmiyyətinin

“ 01 ” Dekabr 2016-cı il tarixli

“216” nömrəli əmri ilə təsdiq edilmişdir.



http://www.acsc.az/images/logo_img_az.png

AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ” QAPALI SƏHMDAR CƏMİYYƏTİ



KPM-32\16 markalı (Saap 2002066,istehsal tarixi 1985-ci il) demontaj olunmuş liman kranın

daşınaraq mövcud kranaltı yolda quraşdırılmasına və əsaslı təmirinin SATIN ALINMASI

MƏQSƏDİLƏ AÇIQ MÜSABİQƏ ELAN EDİR.
MÜSABİQƏ AM-022/2016




Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Müsabiqədə iştirak haqqında müraciət (nümunə əlavə olunur);

  • İştirak haqqının ödənilməsi barədə bank sənədi;

  • Müsabiqə təklifi

İlkin mərhələdə müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 21.12.2016-cı il, Bakı vaxtı ilə saat: 18.00-a qədər Azərbaycan, rus və ya ingilis dillərində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra “AXDG” QSC) yerləşdiyi ünvana və ya əlaqələndirici şəxsin elektron poçtuna təqdim olunmalıdır.

Satın alınması nəzərdə tutulan mal, iş və xidmətlərin siyahısı (təsviri) əlavə olunur.






İştirak haqqının məbləği və əsas şərtlər toplusunun (müsabiqəyə dəvət sənədlərinin) əldə edilməsi:

  • Müsabiqədə iştirak etmək istəyən iddiaçılar aşağıda qeyd olunmuş məbləğdə iştirak haqqını “AXDG” QSC-nin bank hesabına ödəyib, ödənişi təsdiq edən sənədi birinci bölmədə müəyyən olunmuş vaxtdan gec olmayaraq “AXDG” QSC-yə təqdim etməlidir. Bu tələbləri yerinə yetirən iddiaçılar satınalma predmeti üzrə əsas şərtlər toplusunu elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın III qrafasında göstərilən tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.




  • 50 AZN (ƏDV-ilə)

manat və ya ekvivalent məbləğdə ABŞ dolları və AVRO ilə ödənilə bilər



  • Hesab nömrəsi:

AZN

USD

EURO

Adı: Azərbaycan Beynəlxalq Bankı

ABB- Müştəri Xidməti Departamenti

Kod: 805250

VÖEN: 9900001881

Müxbir hesab: AZ03NABZ01350100000000002944

SWIFT: IBAZAZ2X

Alan müştəri: AZARB.XAZAR DANIZ GAMICILIYI QSC

VÖEN: 1701579951

Hesab № (AZN): AZ36IBAZ38050019441115341120


Intermediary Bank: Citibank N.Y,

New York


Acc.36083186, SWIFT: CITIUS33

Beneficiary Bank: The International Bank of Azerbaijan

IBA- Customer Service Departament

SWIFT: IBAZAZ2X

Nizami str., 67
Beneficiary: AZARB.XAZAR DANIZ GAMICILIYI QSC

TAX İD: 1701579951

Account №: AZ26IBAZ38150018401115341120


Intermediary Bank: Commerzbank AG, Frankfurt am Main

SWIFT: COBADEFF

ACC # 400 88 660 3001

Beneficiary Bank: The International Bank of Azerbaijan,

IBA-Premier Customer Service

SWIFT: IBAZAZ2X


Nizami str., 67
Beneficiary: Azerbaijan Caspian Shipping CJSC

TAX ID: 1701579951

Account №: AZ06IBAZ38150019781115341120





  • İştirak haqqı “AXDG” QSC tərəfindən müsabiqənin ləğv edilməsi halı istisna olmaqla heç bir halda geri qaytarılmır!






Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqədə iştirak haqqında müraciəti və iştirak haqqının ödənilməsi barədə bank sənədini birinci bölmədə qeyd olunan vaxta qədər təqdim etmiş iştirakçılar, öz müsabiqə təkliflərini bağlı zərfdə (bir əsli və 2 surəti olmaqla) 28.12.2016-cı il, Bakı vaxtı ilə saat:12.00-a qədər “AXDG” QSC-yə təqdim etməlidirlər.




  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



Müsabiqədə tətbiq edilən qaydalar və “AXDG” QSC-nin müstəsna hüququ barədə məlumat:

  • Müsabiqə “AXDG” QSC-nin 12 iyun 2014-cü il tarixli 99 nömrəli əmrinə və həmin əmrlə təsdiq olunmuş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları”na uyğun keçiriləcəkdir.

  • “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları”na uyğun olaraq “AXDG” QSC-nin bütün müsabiqə təkliflərini rədd etmək və müsabiqəni ləğv etmək hüququ vardır.



Satınalan təşkilatın ünvanı:

AZ1005 (indeks), Səbail rayonu, M.Rəsulzadə küçəsi 5, “AXDG” QSC-nin aparatının inzibati binasının 2-ci mərtəbəsi, Bakı şəhəri, Azərbaycan Respublikası.



Əlaqələndirici şəxs:

Cəlilov Vüqar

“AXDG” QSC-nin Satınalmalar Komitəsinin katibi

Telefon nömrəsi: +994 12 493 41 52

Telefon nömrəsi: +994 12 404 37 00 (1132)

Elektron ünvan: tender@acsc.az





Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 28.12.2016-cı il tarixdə, Bakı vaxtı ilə saat 16.30-da elanın V bölməsində göstərilmiş ünvanda baş tutacaqdır.





Müsabiqənin qalibi haqqında məlumat:

Müsabiqənin qalibi haqqında məlumatı “AXDG” QSC-nin veb-səhifəsinin elanlar bölməsində əldə etmək olar.






Müsabiqənin digər şərtləri:

AXDG” QSC-nin Satınalmalar Komitəsi




(İddiaçı iştirakçının blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______20_-c- il

___________№


AXDG” QSC-nin Satınalmalar Komitəsinin Sədri

cənab C.Mahmudluya,
Hazırkı məktubla [iddiaçı podratçının tam adı göstərilir] (nin,nun,nın) “AXDG” QSC tərəfindən “__________”ın satın alınması ilə əlaqədar elan edilmiş [iddiaçı tərəfindən müsabiqənin nömrəsi daxil edilməlidir]nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı podratçının tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əlavə olaraq, təminat veririk ki, [iddiaçı podratçının tam adı göstərilir] “AXDG” QSC-yə aidiyyəti olan şəxs deyildir.

Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:




  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: ________________________________

  • Elektron ünvan: _______________________________


Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________



(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)

M.Y.

Zığ” Gəmi Təmiri Zavodunun KPM-32/16 markalı (SAAP sayı 2002066, istehsal il 1985) demontaj olunmuş liman kranın yeni yerdə quraşdırılaraq istismara buraxılması üçün aşağıdakı işlərin yerinə yetirilməsi tələb olunur






Görüləcək işlərin adı

Ölçü

vahidi

Miqdar

Qüsurun növü

Görüləcək işlər

1

Kranın gövdə hissəsinin təftişi

dəst

1

Demontaj olunub

Kran gəmisi ilə 100 m məsafəyə daşınması və mövcud kranaltı yolda quraşdırılması

2

Kranın maşın şöbəsi kabinasının təftişi

dəst

1

Demontaj olunub

Kran gəmisi ilə 100 m məsafəyə daşınması və gövdə hissəsinin üzərinə quraşdırılması

3

Kranın əks yükünün təftişi

dəst

1

Demontaj olunub

Kran gəmisi ilə 100 m məsafəyə daşınması və maşın şöbəsinin alt hissəsinə quraşdırılması

4

Kranın əsas və köməkçi yükqaldırma mexanizmlərinin təftişi

dəst

1

Demontaj olunub

Kran gəmisi ilə 100 m məsafəyə daşınması və maşın şöbəsinin daxili hissəsinə quraşdırılması

5

Kranın dönmə mexanizminin təftişi

dəst

1

Demontaj olunub

Quraşdırılmalıdır

6

Kranın ox hissəsini hərəkətə gətirən mexanizmin təftişi

dəst

1

Demontaj olunub

Kran gəmisi ilə 100 m məsafəyə daşınması və maşın şöbəsinin üst hissəsinə quraşdırılması

7

Kranın ox mexanizminin əks yükünün təftişi

dəst

1

Demontaj olunub

Kran gəmisi ilə 100 m məsafəyə daşınması və ox mexanizminin üst hissəsinə quraşdırılması

8

Kranın ox hissəsinin və ox hissəsinin metal konstruksiya elementlərinin təftişi

dəst

1

Metal konstruk-siya elementləri qismən korroziyaya uğrayıb

Kəsilməli və yeni elementlər bərpa olunmalı, kran gəmisi ilə 100 m məsafəyə daşınmalı və maşın şöbəsinin ön hissəsinə quraşdırılmalı

9

Kranın yükqaldırma, köməkçi yükqaldırma troslarının və bloklarının təftişi

dəst

2

Demontaj olunub

Kran gəmisi ilə 100 m məsafəyə daşınması və əsas, köməkçi yükqaldırma mexanizmlərinə quraşdırılması

10

Kranın əsas elektrik sistemində aşağı gərginlikli avadanlıqların və kabellərin təftişi

dəst

1

Elektrik avadanlıqları və kabelləri yararsızdır

Yeni elektrik avadanlıqları və kabelləri quraşdırılmalıdır

11

Kranın hərəkət mexanizminin elektrik sistemində aşağı gərginlikli avadanlıqların və kabellərin təftişi

dəst

1

Elektrik avadanlıqları və kabelləri yararsızdır

Yeni elektrik avadanlıqları və kabelləri quraşdırılmalıdır

12

Kranın yükqaldırma mexanizminin, mikro yükqaldırma mexanizminin elektrik sistemində aşağı gərginlikli avadanlıqların və kabellərin təftişi

dəst

2

Elektrik avadanlıqları və kabelləri yararsızdır

Yeni elektrik avadanlıqları və kabelləri quraşdırılmalıdır

13

Kranın köməkçi yük-qaldırma mexanizmi-nin elektrik sistemində aşağı gərginlikli avadanlıqların və kabellərin təftişi

dəst

1

Elektrik avadanlıqları və kabelləri yararsızdır

Yeni elektrik avadanlıqları və kabelləri quraşdırılmalıdır

14

Kranın dönmə mexanizminin elektrik sistemində aşağı gərginlikli avadanlıqların və kabellərin təftişi

dəst

1

Elektrik avadanlıqları və kabelləri yararsızdır

Yeni elektrik avadanlıqları və kabelləri quraşdırılmalıdır

15

Kranın ox mexanizmi-nin elektrik sistemində aşağı gərginlikli avadanlıqların və kabellərin təftişi

dəst

1

Elektrik avadanlıqları və kabelləri yararsızdır

Yeni elektrik avadanlıqları və kabelləri quraşdırılmalıdır

16

Kranın yükqaldırma mexanizmində, köməkçi yükqaldırma mexanizmində trosların təftişi

dəst

3

Yararsızdır

Yeni troslar quraşdırılmalıdır

17

Elektrik mühərriklərinin təftişi

ədəd

8

Qismən yararsızdır

Cari təmir olunmalıdır

18

Təhlükəsizlik cihazlarının təftişi

ədəd

5

Yararsızdır

Əsaslı təmir olunmalıdır

19

İdarəetmə panellərinin təftişi

ədəd

4

Qismən yararsızdır

Cari təmir olunmalıdır

20

Elektrik sxemində quraşdırılmış müqavimət birləşmələrinin təftişi

blok

29

Qismən yararsızdır

Cari təmir olunmalıdır

21

Əsas və köməkçi dairəvi cərəyan ötürücüsünün təftişi

dəst

3

Yararsızdır

Əsaslı təmir olunmalıdır

22

Elektrik avadanlıqla-rının mühafizə torpaqlanması işləri

dəst

1




Müqavimət yoxlanmalıdır və ölçülməlidir

23

Kranın hərəkət mexanizmində reduktorun təftişi

ədəd

4

Qismən yararsızdır

Cari təmir olunmalıdır

24

Kranın yükqaldırma və mikro yükqaldırma mexanizmində reduktorun təftişi

ədəd

2

Qismən yararsızdır

Cari təmir olunmalıdır

25

Kranın köməkçi yükqaldırma mexanizmində reduktorun təftişi

ədəd

1

Qismən yararsızdır

Cari təmir olunmalıdır

26

Kranın ox mexanizmində reduktorun təftişi

ədəd

1

Qismən yararsızdır

Cari təmir olunmalıdır

27

Kranın dönmə mexanizmində reduktorun təftişi

ədəd

1

Qismən yararsızdır

Cari təmir olunmalıdır

28

Kranın mexaniki hissələrində əyləc qurğularının və yumşaq birləşmələrin təftişi

dəst

10

Qismən yararsızdır

Cari təmir olunmalıdır

29

Kranda tros ötürən diyircəkli roliklərin təftişi

ədəd

20

Qismən yararsızdır

Cari təmir olunmalıdır

30

Kranın küləyə qarşı tutqacının təftişi

ədəd

2

Qismən yararsızdır

Cari təmir olunmalıdır

31

Kranın dönmə mexanizmində katokların təftişi

ədəd

36

Qismən yararsızdır

Cari təmir olunmalıdır

32

Kranda cərəyan ötürücü kabel barabanı mexanizminin təftişi

dəst

1

Qismən yararsızdır

Cari təmir olunmalıdır

33

Kranın mikro yükqal-dırma mexanizmində planetarnı muftanın təftişi

dəst

1

Qismən yararsızdır

Cari təmir olunmalıdır

34

Kranda təkərlərin təftişi

ədəd

16

Qismən yararsızdır

Cari təmir olunmalıdır

35

Kranın əsas yükqaldırma və köməkçi yükqaldırma mexanizmlərində blokların təftişi

dəst

2

Qismən yararsızdır

Cari təmir olunmalıdır

36

Kranın kabinasının metal konstruksiya elementlərinin təftişi

dəst

1

Qismən korroziyaya uğrayıb

Kəsilməli, yeni elementlər bərpa olunmalı, kabina təmir olunmalıdır

37

Kranın və maşın şöbəsinin kabinasının şüşələrinin təftişi

dəst

2

Yararsızdır

Yeni şüşələr quraşdırılmalıdır

38

Maşın şöbəsinin kabinasının metal konstruksiya elementlərinin təftişi

dəst

1

Qismən korroziyaya uğrayıb

Kəsilməli, yeni elementlər bərpa olunmalıdır

39

Kranın ox hissəsində göstəricinin (ukazatel) təftişi

dəst

1

Qismən yararsızdır

Cari təmir olunmalıdır

40

Kranın ümumi görünüşünün təftişi

dəst

1




Yağdan, tozdan təmizlənməli və parlaq boya ilə rənglənməlidir

Texniki tələblər



  • İşlərin yerinə yetirilməsi üçün FHN-nin müvafiq lisenziyası və təcrübəni əks etdirən sənədləri təqdim olunmalıdır.

  • Kranın daşınması,quraşdırılması ,təmiri və istismara buraxılması işləri istehsalçı müəssisənin texniki təlimatlarına ciddi əməl olunmaqla nəzərə alınmalıdır.

  • İşlərin və xidmətlərin yerinə yetirilməsi zamanı əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarının tələblərinə əməl olunmalıdır.

  • Kranın istismara buraxılması müddəti göstərilməlidir.

  • Təhvildən sonra zəmanət müddəti göstərilməlidir.

  • Kran təmir olunduqdan sonra dinamik və statik sınaqdan keçirilməli və FHN-nin müvafiq qurumlarında texniki qeydiyyat aparılmalıdır.

  • Təmir zamanı bütün mal - materialların İcraçı tərəfindən təmin edilməsi ilə nəzərdə tutulmalıdır.

  • İstifadə olunan bütün sərf materialları,sürtgü yağları və digər materiallar Beynəlxalq Standartların və ya AZS Standartlarının tələblərinə cavab verən şirkətlərin istehsalı olmaqla bütün mallar üzrə istehsalçı şirkətin adı tender sənədlərində təqdim olunmalıdır.

Qiymət təklifi yalnız AZN ilə qəbul olunur

Əlaqələndirici şəxs Nazim Rəsulov Tel. +99412 4043700 (daxili 1089),

+99450 220 90 76 E-mail: nazim.rasulov@acsc.az
Yüklə 87,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin