"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" qsc azərbaycan Dövlət Dəniz Akademiyası



Yüklə 18,47 Kb.
tarix05.11.2022
ölçüsü18,47 Kb.
#119031
sərbəst iş 2


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC
Azərbaycan Dövlət Dəniz Akademiyası

“Gəmiqayırma və gəmi təmiri” kafedrası


Materialşünaslıq vә materiallar texnologiyası fənnindən

SƏRBƏST İŞ № 2



Mövzu: Poladda struktur çevrilmələrin izahı
Qrup:090A2
Tələbə: Muxtar Mirzəzadə
Müəllim:Nizami İsmayılov
Bakı -2022
Polad tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir.Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər:

  • Aşağı karbonlu

  • Orta karbonlu

  • Yüksək karbonlu

  • Aşağı legirli

  • Orta legirli

  • Yüksək legirli

Strukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı
Poladın xassələri onun tərkibində olan karbonun miqdarı və legirli elementlərdən asılıdır. Termiki emalın köməyi ilə poadın xassələri dəyişilərək lazım olan tətbiq sahəsinə uyğunlaşdırılır. Polad lazım olduqda yumşaq, lazım gəldikdə isə yüksək möhkəmlik numayiş etdirmə qabiliyyətinə malikdir. Yumşaq poladların mexaniki emalı nisbətən asandır. Buna misal olaraq konserv bankalarında istifadə olunan polad lövhələri göstərmək olar. Bunun əksi olaraq bıçaqlarda istifadə olunan martensit poladı yüksək bərkliyə malikdir. Onu da qeyd etmək lazımdır ki, bərk poladlar kövrək olurlar. Müasir tədqiqatlar bərk və yaxşı emal olunabilən poladların axtarılması ilə məşğuldur.
Poladda əsas element kimi karbon sayılır. O birləşdirici rolunu oynayır (Sementit, Fe3C). Karbonun poladın xassələrinə və faza çevrilmələrinə böyük təsiri vardır. Karbonun miqdarı artdıqca polad möhkəm və kövrək olur. Poladın fazaları dəmir-karbon hal diaqramında verilir.
Poladın sıxlığı dəmirinki kimi olub 7850 kg/m³, E-modulu isə 210 kN/mm²-dir. Əksər polad növləri 1530 °C öz ərimə temperaturunu alırlar.
Poladlarda daimi qatışıq kimi 0,5%-dək silisium, 0,7%-dək manqan, 0,05%-dək kükürd və0,05%-dək fosfor olur. Göstərilən miqdarda silisium və manqan poladın xassələrinə əhəmiyyətli təsir
göstərmir. Kükürd qızmar sınma, fosfor isə soyuq sınmaya səbəb olduğundan zərərli aşqarlar sayılır.
Legirlənmiş poladlar poladda xüsusi xassələr əldə etmək üçün tərkibinə legirləyici elementlərverilmiş poladlara deyilir. Legirlənmiş poladlar da azlegirlənmiş (2,5%-dək), orta legirlənmiş (2,5-10%-dək) və çox legirlənmiş (10%-dən çox) poladlara bölünür.
Tətbiq sahəsinə görə poladlar konstruksiya, alət və xüsusi poladlara bölünür. Konstruksiyapoladları tikinti konstruksiyaları, maşın hissələri və gəmi gövdələrinin hazırlanmasında istifadə olunur.
Alət poladları kəsici, ölçü, ştamplayıcı alətlərin hazırlanması üçün istifadə edilir. Karbonlu konstruksiya poladları keyfiyyətinə görə adi keyfiyyətli və yüksək keyfiyyətliolmaqla iki qrupa bölünür. Adi keyfiyyətli poladdan qeyri-məsul, yüksək keyfiyyətli poladlardan məsulkonstruksiyalar hazırlanır. Xüsusi poladlar xüsusi təyinatlı konstruksiyaların hazırlanması üçün istifadə edilir.
Yüklə 18,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin