Azərbaycanda "Elektron hökumət" öz əhatə dairəsini genişləndirir



Yüklə 233,53 Kb.
tarix25.10.2017
ölçüsü233,53 Kb.
#12482

Azərbaycanda "Elektron hökumət" öz əhatə dairəsini genişləndirir.
Dünya inkişaf etdikcə, yeni-yeni texnologiyalar yarandıqca bəşəriyyətin tələbləridə dəyişir вуыəл нфтэдьфкэй. Cəmiyyətlər informasiya texnologiyalarının verdiyi imkanlardan istifadə edərək vaxt itkisinə yol vermədən, rəsmi qurumlarla birbaşa təmasa keçmədən, əziyyət çəkmədən öz təminatlarını həyata keçirmək istəyirlər. Hazırda informasiya texnologiyaları o səviyyəyə çatıb ki, artıq inkişaf etmiş və inkişafetməkdə olan ölkələr elektron hökumət qurmağa başlayıblar. Elektron hökumət isə birbaşa olaraq ölkə əhalisinin rifahına xidmət edir.
       M
əhz elektron hökumətin köməkliyi ilə dövlət orqanlarında olan süründürməçilik,korrupsiya halları aradan qaldırılır və insanların süni yolla incidilməsinin qarşısı alınır. Ona görədə bu istiqamətdə daha çox demokratik dövlətlər və demokratiya yolu tutmuş ölkələr addımlar atır. Azərbaycanda demokratiya yolu, açıq cəmiyyət qurmağı özünə hədəf seçmiş, hüquqi dövlətquran, insan hüquqlarına hörmət edən dövlət kimi bugün XXI əsrin reallığı kimi ortaya çıxan demokratik elektron hökumətin qurulması istiqamətində iş aparır. Məhz buna görə də prezident İlham Əliyev bu ilin mayın 23-də fərman imzalayaraq sözü gedən proseslərin daha da intensivləşdirilməsi ilə əlaqədar dövlət orqanlarının qarşısında məsələ qaldırıb. Prezident İlham Əliyev elektron hökümət layihələri rüşvətxorluğa qarşı atılan çox önəmli addımdır. Elektron hökümət informasiya cəmiyyətinə xas olan bir dövlət idarəçiliyidir.O, informasiya-telekommunikasiya texnologiyalarının imkanlarına və vətəndaş cəmiyyətlərinin dəyırlərinə əsaslanır.

Proqramda Azərbaycanda informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsinin təşkilati, hüquqi, texniki, kadr baxımından modernləşdirilməsi, İKT sənayesinin formalaşdırılması, bu sahəyə yeni investisiyaların cəlb edilməsi, informasiya cəmiyyətinə keçidin təmini üçün müxtəlif tədbirlərin həyata keçirilməsi və sair nəzərdə tutulur. Sərəncama görə, proqramın maliyyələşdirilməsi üçün zəruri olan tədbirlərin görülməsi və bu sərəncamdan irəli gələn digər məsələlərin həlli Nazirlər Kabinetinə tapşırıldı.
Qeyd ed
ək ki, həmin proqramda Elektron hökumət layihəsi də yer aldı. Elektron hökumət - hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaşüçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Bu layihə dövlət orqanlarının öz aralarında və vətəndaşla əlaqələrinin İKT-nin tətbiqi ilə həyata keçirilməsi mexanizmidir. Hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş mənzil təsərrüfat idarəsi və məktəbə qədər olan idarənin mövcud durumu, bu qurumlara müraciət etməyin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər.
M
ütəxəssislər hesab edirlər ki, elektron hökumətin qurulması ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsinə, bürokratik əngəllərin və süründürməçiliyin aradan qaldırılmasına gətirib çıxaracaq. Qeyd edək ki, elektron hökumət anlayışı 1990-cı ilin əvvəllərində Qərbdə meydana çıxıb. Bu istiqamətdə layihələr 1990-cı ilin sonunda həyata keçirilməyə başlayıb. Azərbaycan MDB məkanında bu layihəüzərində işlərin aparıldığı 4-cü ölkədir.Elektron hökumət layihələrinin icrasında ən uğurlu göstərici Avropa ölkələrində qeydəalınıb.
Elektron hökumət vətəndaşı bürokratik süründürməçilikdən xilas edir. Qeyd edək ki Elektron hökumət korrupsiyaya qarşı mübarizə vasitəsidir.Elə dövlət strukturları var ki, çoxunun saytı da yoxdur. Götürək bələdiyyələri. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin apardığı təhlillər göstərir ki, kənd bələdiyyələrinin 91, qəsəbə bələdiyyələrinin 92, şəhər bələdiyyələrinin isə 25 faizinin internetə çıxışı yoxdur. Lakin Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutur, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinəşərait yaradır.

Günbəgün modernləşən informasiya texnologiyaları gələcəkdə Elektron Hökumətin əhatə dairəsini kifayət qədər genişləndirə bilər. Son zamanlarda ölkəmizdə tətbiqinə başlanmş Elektron Təhsil, Elektron Maliyyə və Mühasibatlıq Sistemi,Elektron Sənəd dövriyyəsi,Elektron HRM – Kadrların İdarəolunması sistemi kimi iri lahiyələr gələcəkdə müxtəlif istiqamətlər üzrəşaxələnərək bir-biri ilə əlaqəli şəkildə daha əlverişli, asan bir sistem kimi fəaliyyət göstərəcək. Tibb, hüquq, siğorta, maliyyə, turizm,idman,ticarət və digər sahələrdə həyata keçirilən əməliyyat və prosedurlar elektronlaşaraq Elektron Hökumətin ayrılmaz parçası halına gələ bilər. Sözügedən inkişafın dinamikasınıElektronVətandaş vəsiqəsitəmin edəcək.

M.Bahar,

Fəlsəfə və hüquq institutu
Yüklə 233,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin