AzMİU-nun bir qrup qadını Naxçıvandan xoş təəssüratlarla qayıtmışdır



Yüklə 5,21 Kb.
tarix27.06.2018
ölçüsü5,21 Kb.
növüYazı

AzMİU-nun bir qrup qadını

Naxçıvandan xoş təəssüratlarla qayıtmışdır

Yeni Azərbaycan Partiyası Yasamal rayon 43 saylı ərazi təşkilatı Qadınlar Şurasının sədri, yazıçı-publisist Salatın Əhmədovanın təşkilatçılığı ilə universitetimizin bir qrup qadını Naxçıvan Muxtar Respublikasında olmuşdur.

Respublikamızın ayrılmaz tərkib hissəsi olan Naxçıvan özünün bənzərsiz təbiəti, əsrarəngiz gözəlliyi, şəfa qaynaqları, o cümlədən son illərdə burada aparılan tikinti quruculuq və abadlıq işləri ilə bu diyara gəlib-gedənləri heyran edir. Onun sal qayalarındakı “Gəmiqaya rəsmləri”, erkən orta əsrlərə aid olan Əlincə qalası, XII əsrdə yaşamış böyük memar Əcəmi Naxçıvaninin Yusif ibn Küseyir və Möminə xatun türbələri, Cümə məscidi bu diyarın qədimliyindən xəbər verir. Belə gözəl yerləri görmək universitet qadınlarımızın çoxdankı arzusu idi və bu arzu mayın 21–22-də həyata keçdi.

Nümayəndə heyəti ilk səfərinə Naxçıvan şəhərindən 12 km. aralıda yerləşən İlandağ ilə Nəhəcir dağı arasında yerləşən ziyarətgah–“Əshabi-Kəhf”dən başladı. Bu yer haqqında dini ədəbiyyatlarda, o cümlədən “Qurani-Kərim”də də məlumat var. Onlar ziyarətgahın ərazisində fəaliyyət göstərən “Qonaq Evi”ndə, “Bələdçi otağı”nda və hədiyyələr mağazasında oldu və qurbanlıq kəsdilər. Həmin qurban ətindən Naxçıvanda yerləşən Ahıllar evinə verdilər.

Nümayəndə heyəti daha sonra hürufiliyin banisi Şeyx Fəzlullah Nəiminin qəbrini ziyarət etdi, XX əsrin böyük dramaturqu Hüseyn Cavidin məqbərəsində, Şahbuz rayonu ərazisində yerləşən şirin sulu Batabat gölündə və Duzdağ Fizioterapiya Mərkəzində oldu.

Son illər ölkə başçımız cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Naxçıvanda aparılan tikinti, quruculuq və abadlıq işləri, o cümlədən yol infrastrukturunun yenidən salınması nümayəndə heyətinin böyük marağına səbəb oldu.



Bir sözlə, universitetimizin qadınlardan ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasından Bakıya çox böyük təəssüratlarla qayıtdılar.

Yüklə 5,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə