Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр ●



Yüklə 5,72 Mb.
səhifə9/16
tarix20.02.2020
ölçüsü5,72 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   16


Ramazan ayı ilə bağlı anama sual verdikdə dedi ki, orucluq ayının son günü orucluq bayramından qabaq evdən fitrə-sadağa çıxarıb imkan­sıza verirəm ki, o da bayramlığa bir şey alıb, bayramı keçirdə bilsin. Evdə isə belə görmüşəm ki, orucaçdı üçün yemək bişirərdilər, adətən plov bişi­rir­dilər, süfrənin başına toplaşardıq, əvvəlcə barmağımızı süfrədəki duza batırıb, duzla iftarımızı açardıq. Onnan sonra da orucumuzu açırdıq, kimin qisməti var süfrə üstünə gəlib çıxardı, o da yeməkdən bir qismət yeyərdi.

Deməli, Ramazan bayramının özəl cəhətlərindən biri də evdən fitrə çıxarıb kasıblara vermək – yetim-yesirə yardım etməkdir ki, bu da Ramazan bayramının da mahiyyətcə yardımlaşma ənənəsinə söykəndiyi­nin göstəri­cisi və əhalinin bütün təbəqəsinin bayramı keçirə bilməsinin təminatçılığı deməkdir. Müsəlmanların bayram günü bir-birlərini təbrik eləmələri də Ramazanın anlaşma, həmrəylik bayramı olmasının digər əlamətidir. Həm­çi­nin ramazan ayında imkanlıların həcc ziyarətinə Məkkə­yə, Mədinəyə getmələri faktı da bayramın digər mühüm bir spesifik cəhətinin göstəri­cisidir. Bir məqamı da buradaca xatırlayaq ki, «Ramazan və Qurban bayramından bir neçə gün əvvəl müsəlmanların müqəddəs yerlərə ziyarətə getməsi, … Məkkədə Həcərül-əsvədi (qara daşı) ziyarət etmələri» amili isə Ramazan bayramı ilə Qurban bayramı arasında paralel keçidlərin – oxşar əlamətlərin olmasının təzahürüdür. Bu da bayram ənənəsindəki ortaq yaxınlığı, eyni dinə qulluq edən insanların həm­rəy­lik arzusunun ayrı-ayrı bayramlarda eyni müqəddəs missiya daşıdığı­nın ümumi göstəricisidir. Eyni zamanda bir bayrama məxsus yaxşı əlamə­tin digər bayram tərəfindən mənimsənilməsidir. Maraqlıdır ki, belə bir əxzetmə ənənəsi təkcə eyni din – məzhəb daxilində olan bayramlar ara­sında deyil, həmçinin də dünyəvi bayramlarla dini bayramlar arasında da belə ortaq məxrəclər müşayiət olunur. Fikrimizi misallarla təsbit edək.



Anam Qərənfili söhbətə tutarkən maraqlı məqamlar ortaya çıxdı. Qara bayramın keçirilmə vaxtını soruşanda cavab verdi ki, Orucluğun 15-i gedən­də qara bayram verilir. Lakin bundan başqa, qara bayramın Zəngə­zur bölgə­sində, QarabağCəbrayıl tərəflərdə Novruz bayramından qabaq verildiyini nəzərə çatdırdı. Dedi ki, ili çıxmayan ölüsü olanlar üçün Novruz bayramına düşəndə , Novruzdan qabaq qara bayram verirsən ki, Novruza düşməsin; çünki Novruzda bayram keçirirsən, yas vermirsən ki

Beləcə, anamın verdiyi informasiyadan maraqlı paralellər ortaya çıxdı: 1) Orucluq ayının 15-də qara bayramın verilməsi; 2) Novruz bayramına bir həftə qalmış qara bayramın verilməsi.



Deməli, islamdan öncəki dünyəvi bayram olan Novruz bayramının səciyyəvi xarakterik əlamətlərindən biri sayılan Novruzqabağı qara bay­ram keçirilməsi ənənəsi öz yerini tədricən islam dünyasının ən müqəddəs ayı olan ramazan ayında keçirilən qara bayrama vermişdir. Burada da qəribə məntiq paralellər ortaya çıxır. Novruz bayramı təbiətin təzə­lən­məsi ayına düşür, eyni zamanda Novruz bayramı sosial sferada da təmiz­lənmə, daxilənmənən arınmadurunma bayramıdır, insanların umu-küsülükdən xaric olduğu kimi eyni zamanda Novruz­qa­bağı «profilaktik tədbir» kimi keçirilən «qara bayram»la hüzndənələmdən, qəm-qüssədən azad olunması bayramıdır (ayıdır). Elə rama­zanayı da islam təqvi­mində on bir ayın sultanı hesab olunmaqla müqəddəs aydır islamiy­yətdəki başlıca missiyası da Novruz ayı (bayramı) kimi saflığasöykənir; yəni Novruz təzələnmətəmizlənmə ayı kimi xarakterizə olunduğu kimi, Ramazan ayı da bütöv ay boyu insanların oruc tutması ilə savab işlər gör­məsi ayı kimi dəyərləndirilir. Deməli, orucluq ayı da insanların cismənac-susuz qal­maq­la cismani toxluqlarını nümayiş etdirməklə yanaşı, həm bu ayda təkcə fiziki tərəfdən yox, mənəvi cəhətdən gözü-könlü toxluq ayı kimi da­xili arınma ayı­dır. Hələ bir zərbi-məsəl olaraq bu ayla bağlı «əlini, dilini, belini təmiz saxla» kəlamı da mövcud olub işlədilir. Bir sözlə, islam alə­mində müqəddəs tutulan on bir ayın sultanı ramazan ayının da başlıca qa­yəsi insanlara cismənfiziki mənəvi baxımdan oruc olmağıağzı-dili, gözü-könlü tox olmağı, saflığı, sağlamlığı təlqin edir. Bu mənada astrono­mik səciyyə etibarilə Novruz bayramı da, dini səciyyə daşı­maq­la orucluq ayı da insanlara saflıq, sağlam düşüncə gətirən müqəddəs aylardır bu missiya onların hər ikisini bir amalda birləşdirir. Elə bu ayların bu cür müqəddəs missiya həmrəyliyinin məntiqi nəticəsidir ki, dünyəvi Novruz bayramı qabağı keçirilmiş olan qara bayram mərasimi sonradan orucluq ayında da davam etdirilmişdaha sonralar isə, demək olar ki, öz yerini orucluq ayında keçirməyə təhvil vermişdir. Göründüyü kimi, ən mükəmməl bəşəri din olan islam dini özündən əvvəlkilərdə olan müsbət cəhətlərin üs­tündən sadəcə ötüb keçməmiş, hələ əksinə, özündən əvvəlki dünyəvi bay­ramların müsbət məziyyətlərini mənim­sə­miş axır nəticədə isə onun üstünə islami möhürünü basmaqla özəlləş­dirmişdir. Özü məntiqəuyğun şəkildə. Yəni sadəcə kalka üsulu ilə bu mərasimləri qəbul etməmiş, müəy­yən real zəmin üzərində bu ənənələri inkişaf etdirib formalaşdırmışdır. Elə çəkdiyimiz bu nümunədən hər şey aydın görünür. Yəni qara bayramı sadəcə özəlləşdirməmiş, qara bayram­dan sonra gələn Novruzun da özəl cəhətlərini orucluq ayına proyeksiya etməklə bu prosesi qüvvətləndirmişlər. Beləliklə, hazır göydəndüşmə bayram kimi yox, müəy­yən əsaslara söy­kənən dini mərasim kimi qara bayramın keçirilmə­sini reallaşdırmışlar.

Anamı folklor söyləyicisi kimi danışdırarkən digər məsələlər də ortaya çıxdı. «Bizlərdə qədir gecəsini çərşənbədə bilərlər, keçirdərlər», – deyən anam bildirdi ki, çərşənbədə qədir gecəsi də saxlayırdılar. Yemək-içməklə, demək-gülməknən səhərəcən qədir saxlayırdılar, yatmırdılar. Nənəm (Aniyət nənəm) qədir gecəsi belə deyərdi:

Allahın gözəl adı,

Ağzımnan getməz dadı.

Gəlin deyək Allah-Allah,

Sən də deynən: Allah-Allah.


Aydın deyər malın çoxdu,

Çox malın bafası (vəfası – Ş.A.) yoxdu.

Körpü birdi, karvan çoxdu,

Gəlin deyəy: Allah-Allah.

Anam danışır ki, təndiri qalıyıb, kürsünü qurardıq. Kürsüdə oturar­dıq. (Kürsü təndirin ətrafında halə qurub oturmaq – təndirin kürsüsündə cəmləşmək mənasındadır.) Nənəm (anam) şişlərə qaptopunu (kartofu) dol­durub basırdı təndirə, digər yer-yeməklər də hazırlayardı, tökərdi məjmahının içinə, çəkərdi qabağımıza.

Qədir gecəsi nənəmgil suyun içinə iynə atırdılar. İki iynənin ağzına sap dolayırdılar, iynələr qabaq-qabağa gəlib çoqqaşsaydılar, ürəyində tutduğun niyyətin hasil olurdu, çoqqaşmasa (toqquşmasa), yox…

Göründüyü kimi, Cəbrayıl rayonunun Şıxalıağalı kəndindən olan Həsən Təhməzlinin aşağıda yazdıqları ilə anamın yuxarıda söylədiyi Qədir gecəsinin İlin axır çərşənbəsində olduğu faktı üst-üstə düşür: «İlin axır çərşənbəsində qədir gecəsi olur. Həmin gecə hər şey təpəsi üstə dayanır. Özü də o yaxşı adamların gözünə görünəndə onların nə diləyi olsa, o saat yerinə yetir».

Bu faktlar həm də onu təsdiq­ləyir ki, Zəngəzur və Qarabağ – Cəbrayıl bölgəsi qədim yaşayış məskəni­miz olduğundan, həmin ərazilərdə yaşayan soydaşlarımız öz bayramlarını ilkin yaranış vaxtlarında keçirilmə zamanını dəyişməmiş, sabit saxlamış­dır və islam aləmi bu bayramların yerdəyişmə diqtəsini bu qədim yaşayış zonasındakı əhalimizə asanlıqla ye­ridə bilməmişdir. İstər Qara bayramın Novruzqabağı keçirilmə ənənə­sini, istərsə də Qədir gecəsinin İlaxır Çərşən­bəsində keçirilməsi zamanını dəyişdirərək Ramazan ayının tərkibində keçirilən mərasimlərə qata bilmə­mişdir. Halbuki Naxçıvan folkloru örnəyi kimi qələmə alınan mətnlərdə biz Qədir gecəsinin tarixinə islamın tamam başqa bir möhür vurduğunun şahidi oluruq: «On bir aydan daha qiymətli ramazan ayında Quran nazil olduğundan xalq bu aya xüsusi ehtiramla yanaşır. Qədr surəsi də bu gecə nazil olub, ona görə həmin gecəyə Qədir gecəsi də deyilir. Qədr gecəsində səhərə qədər xalq ibadət ilə məşğul olar, namaz qılar, Quran oxudar»…



Fikir verin, yenə qara bayramın keçirilməsi üçün yaradılan əsaslı zəmin (rast gəlinən paralellər s.) burada da Qədr gecəsinin İlaxır çər­şən­bəsindən iqtibas olunması məsələsində özünü göstərir. Bir məlu­mat da buraya əlavə edim ki, Muğan bölgəsinin əhalisi Qədr gecəsini Ramazan ayında qeyd edir. Deməli, islamın müqəddəs kitabı Qurana Qədir surəsi daxil edilib həmin qədir surəsinin orucluq ayının gecələrindən birində Qədir gecəsi ramazan ayının hansı gecəsində olur sualına konkret bir gecənin olduğu cavabın olmamasının özü bir incə ştrix vurur ki, qədir surəsi islamda «Qədr gecəsi» anlayışını formalaşdırmaq üçün bir vasitə rolunu oynayır bu amil qədir gecəsi adlandırılan o müqəddəs gecənin müsəl­man dünyasına ilaxır çərşənbəsi kimi dünyəvi bayramdan əxz olunub gətirilməsinə bir simgədir!) nazil olduğu iddia olunur. İkincisi, Qədir gecə­si mərasiminin keçirilmə qaydası da struktur baxımından da, məz­mun­ca da özündən əvvəlkininİlaxır çərşənbəsində keçirilən qədir gecə­sinin islami dona bürünmüş bir variantıdır. Belə ki, qədir gecəsində səhərə qədər ibadətlə məşğul olub, Quran oxutmaq adəti anamın yuxarıda söylə­miş olduğu «çərşənbədə qədir gecəsi saxlayardılar, yatmazdılar» ifadəsi ilə üst-üstə düşür, həmçinin həmin gecədə anamın yadında qa­lan bəndlərdən misal gətirib, mahnılarsözlər oxunduğunu deməsi səhnə­si islami istilahla avazla Quran oxunulmasına, eləcə suyun içinə iynə atıb, ürəyində tutduğun diləklə inanc mərasiminin yerinə yetirilməsi s. kimi faktlar da yenə mahiyyətcə islam əxlaqına görə namaz qılıb, ibadətlə məşğul olmaq inancına uyğun aparılan paralellərdir. Yəni islamın öz inanc, ibadət qayda-qanunlarına müvafiq şəkildə əski türk dünyagörü­şündəki sınamalar, mahnı oxumaq, deyib-gülmək, yeyib-içib şənlənmək s. kimi adətlər əvəzlən­miş­dir. Göründüyü kimi, xalqın bayramıqədr gecəsini icra etmək, inam­larla bağlı ayinlərə əməl etmək kimi ssenarisi eynidir: gecəni səhərəcən yatmamaq, qədir çıxarmaq (çilə çıxartmaq), iba­dətlə məşğul olmaq (namaz qılıb, Quran oxumaqqədim inanclara tapın­maq, mahnılar oxumaq s.) mərasimin strukturundakı eləcə məzmu­nundakı paradiqmatik keyfiyyətləri əks etdirir. Daha doğrusu, hər dövrün eləcə hər dini-dünyəvi dünyagörüşün tələbi əsasında qədr gecəsi ritualı xalq arasında təntənəli şəkildə keçirilmişdir.

Bunlar da yenə birbaşa xalqımızın dünyəvi bayramları ilə dini bayramları arasında genetik bağlılığın – qırılmaz varislik rabitəsinin olma­sından soraq verən mərasimi faktlardır. Nəinki təkcə ayrı-ayrı ritualları – Qara bayramı, Qədr gecəsini islam dünyası özəlləşdirib, hətta birbaşa Novruz bayramına da Həzrəti Əlinin taxta çıxdığı gün kimi – yozum verməklə Həzrət Əli bayramı kimi adlandırmaqla İslam bayramı kimi özəlləşdirmək təşəbbüsündə bulunub. Az-çox buna nail olub da. Çünki Nov­ruz bayramının bütün müsəlman ölkələrində təntənə ilə bayram edilməsi özü Novruzun islam aləmində özəlləşdirilməsinə bir sübutdur və bura­da qeyri-adi, təəccüblü heç nə yoxdur, ona görə ki, Novruzun möhtəşəmliyi dilindən-dinindən asılı olmayaraq hamını özünə çəkir, hər kəs Novruzu özününkü hesab edir və yeri gəldikdə isə hətta özəlləş­dirməyə də cəhd edir. Bu da təbiidir, çünki insan dünyası, insani maraqlar dünyada nə yaxşı şeylər varsa, əldə etməyə, mənimsəməyə çalışır.

Yeri gəlmişkən, bir ifadəni, bir deyimi və də burda misal gətirməklə xalqımızın qədr gecəsinə və Xıdır Nəbiyə olan münasibətini göstərəcə­yəm. «Qədir ağacı» ifadəsi. «Başında qədir ağacı əkmək» deyimi. Deyi­lənə görə, qədir ağacı Ərəbistanda bitən nadir, qiymətli-qədirli ağacdır. Yəqin ki, «başında qədir ağacı əkəcəyəm» ironik ifadəsində – deyimində də qədir ağacının qiymətli olması fikri vurğulanıb. Lakin bu ifadənin də, deyimin də fövqündə dayanan – rəhmətlik Məhəmmədəli Çələbinin dilindən eşitdiyimiz bir atalar sözü var:

Hər gecəni Qədr bil,



Hər gələni Xizri bil. (14)

Bu atalar sözündə Qədr gecəsinin müqəddəsliyinə ehtiram əlaməti ifadə olunub: yəni hər gecəni Qədr gecəsi kimi qiymətli hesab elə, hər gecənin qədrini Qədr gecəsi qədər əziz bil. Hər gələni Xizri (Xidri) bil, dedikdə isə hər qapıya gələn qonağı Xızır (Xıdır) peyğəmbər kimi ucada bil, hörmət göstər. Əlbəttə, bu atalar sözündə böyük hikməta­miz məzmun daşınır hələ üstəlik bu hikmətin alt qatında da xalq bayramlarından olan Qədr gecəsinə XıdıraXıdır peyğəmbərə onun adına bağlanan Xıdır Nəbi bayramına bəslənən ümidlərin inam­la­rın əks olunduğu fikir görünür. Yəni Xıdır Nəbi bayramında Xıdır Nəbi­nin evlərə gəlişi xeyir-bərəkət gətirəcəyi inamı necə sonsuz həvəslə gözləniləndirsə, qapına gələn qonağın da ayağının bərə­kətli olacağını düşün, qonağına verəcəyin loxma­nın ovsanata keçəcəyini zənn elə Xızır-Xıdır kimi hər gələni əziz bil

Xalq bayramları ilə bağlı aparılan müxtəlif cür paralelliklərdən biri adlardakı paralellikdir. Məsələn, Orucluq ayı (bayramı) sinonimik olaraq Ramazan ayı (bayramı) kimi müvazi olaraq tanınır. Eləcə ramazan sözü ərəbcədə ramadan şəklində işlədilir ki, burada da ərəb tələffüzündəki z-d səsəvəzlənməsi prosesi baş verib elə bu məqamda belə bir prosesin AzərbaycanAdərbadqan (Atropaten) variantlarını da yaratdığını xatır­latmaq faydalı olardı. Deməli, eyni bayramın müxtəlif adlarla tanınması, eləcə eyni adlarda fonetik tələffüz fərqlərinin (Xıdır Nəbi, Xıdır Eyas, Xıdır Elyas, Xıdır Əlləz, Xızır-Xıdır s. paralellər) olması da bu zaman diqqətdən yayınmamalıdır. Əks halda bu fonetik əvəzlənmələri bilməmək dolaşıqlıqlarayanlış təsəvvürlərə yol aça bilər. Eyni zamanda İlaxır çərşənbəsiYeddiləvin» adı ilə paralel şəkildə tanınıb-anılır:

«İlin axırıncı çərşənbəsinə yeddiləvin deyildiyinə görə, həmin günü bazardan yeddi ləvin şey alarlar. Bunlar şirniyyat, meyvə, paltar və başqa şeylər olur. Allahdan arzu edirik ki, bütün yeddiləvinlər elimizə-obamıza uğur gətirsin». (2, 29-30).

O cümlədən də Qədir gecəsi (İlaxır çərşənbəsində) və Qədr gecəsi (Orucluqda) – ayrı-ayrı vaxtlarda keçirilən bu mərasimlər də eyni motivlər üzərində qurulub: dünyəvi bayram olan çərşənbədəki Qədr gecəsinin də, islam dünyasının orucluq ayındakı qədr gecəsinin də niyyətlərin hasil olacağı müqəddəs gecə hesab olunması amili hər iki bayramın məzmun və struktur ümumiliklərindən xəbər verir. Bir də ki, İlaxır çərşənbə bayramı ilə Qədr gecəsi bir-birlərilə adekvat olan eyni bayramlardır; yəni İlaxır çərşənbə elə Qədr gecəsinin özüdür ki, həmin çərşənbənin gecəsinin hikməti – möcüzəsi Qədr gecəsi adı ilə adlandırılmışdır və tarixin sonrakı təkamül çağlarında – islamiyyətin yaranmasından sonra isə hicri təqvimin ramazan ayında ilaxır gecəsinin Qədr gecəsi yerdəyişikliyi transformasi­yasına uğramış və islami dəyərlərlə yüklənilmişdir. Bununla da islam dün­yası əski ilaxır çərşənbələri – dünyəvi məzmunlu Qədr gecəsini özünün­küləşdirib dini məzmunlu Qədr gecəsi kimi müsəlman aləminə daxil etmişdir. Bu cür xüsusiyyətlərə tarixi prosesin qanunauyğunluğu kimi yanaşan tarix elmləri namizədi Nasir Vaqif oğlu Quluzadə yazır: «Hər bir xalqın qədim dini inanclarını, ayinlərini və etiqadını öyrənmək həm tarixi və həm də əməli əhəmiyyət kəsb edir. Tarixi nöqteyi-nəzərindən ayinlər xalqın qədim məişət-mədəniyyətini özündə əks etdirir. Tarixin inkişafı prosesində xalqın məişəti, həyat tərzi dəyişilirsə də, onun etiqadı, inancları və ayinləri uzun müddət yaşaya bilir. Buna baxmayaraq, inkişaf edən yeni məişət yeni inanclar, ayinlər və etiqadlar yaradır və onları yaşadır. Burada köhnə inanclar yeniləri ilə birləşir və öz əvvəlki formalarını müəyyən dərəcədə dəyişir». (7, 18).

Güllü Yoloğlunun qaqauzlarda Xıdır İlyas bayramı ilə müqayisəli yazdıqları da maraq doğurur: «Qaqauzlara görə, il iki yerə bölünürdü: Hederlezdən (Xederlezdən) (müqayisə üçün: Xıdır İlyas, Xıdır Əlləz) Kasıma qədər, Kasımdan da Hederləzə qədər. Onlar hər iki vaxtı bu gün də bayram edirlər. Qaqauz yazıçısı Nikolay Babaoğlu özünün «Qaqauzlar­da Kasım yortusu» məqalə­sində yazır: «Kasım həm Hederlez hər iki yortu qaqauzlarda çox sayqılı günnərdir. Onnarı insan baker derin evellerden diil sade hristiannık yortu­ları deyni deyecez nicə Kolada İyusis Hristosun duuma günü ya Paskel­ləki onnar naturadan hayvancılıqtan başlanma hem kalma yortular» (33, s. 145). Hederlez deyəndə qaqauzlar Müqəddəs Georgi (Ay Görgi, Sveti Görgi, Yorgi) gününü, yəni yayın ilk gününü nəzərdə tutur, adətən, mayın 16-da qeyd edirlər. Qaqauzlar kimi, Azərbay­can türkləri də «Xıdır Nəbi», «Xıdır İlyas» bayramı keçirirdilər. Ona çox vaxt «Xıdır Əlləz» də deyir­lər. Qaqauzlardan fərqli olaraq hər il Kiçik Çillənin axırında Xıdır Nəbi, Xızır Nəbi, Xıdır Əlləz bayramı keçirilirdi… Bayramda gənclər, uşaqlar şər qarışandan sonra «Xıdır» nəğməsi oxuya-oxuya qapı-qapı gəzir, Xıdır payı yığırdılar. Qadınlar «Xıdır gecəsi» toplanılan yağdan, süddən, undan böyük kömbələr, qovut bişirirdilər. Xə­mir­dən kəsilən kündələrdən birinin içinə bir muncuq qoyurdular. Kömbə bişəndə cavanlara paylayırdılar. Muncuq kimin bəxtinə çıxsa, onun dilə­yinin qəbul olunacağına inanılırdı. İnama görə, Xıdır peyğəmbər həmin gecə göy (boz) atına minib kəndi-kəsəyi dolaşır, onun adına ayrılmış paya ya əl toxundurur, ya da ki, atının ayaq izini qoyur ki, bərəkət olsun…

Hederlez bayramından sonra qaqauzlar sürüləri otlağa ötürür, palçıq qarışdırır, evi suvayır, digər işlər görürdülər: «Hederlezden sora angi sokaktan da geçecen, olur görəsin karıları, kızları suvalı dirseklerədən ellerinnen suveerlar, tafta çekerlər, yaldızleerlar, aullarda olurdu görməə karıl­mış sarı çamurdan tepelər örtülü hasırlan ya yırtık partallarlan», – deyə N.Babaoğlu doğulduğu Kıpçak (Kopçak, Tatar-Kıpçak) kəndindəki bayramdan sonrakı mənzərəni təsvir edir.

Hederlez bayramında qaqauzlar qurban kəsirdilər. Qurban üçün əvvəl­cədən bir erkək quzu ayrılırdı. Qurbanlıq quzunu kəsəcək xristian qaqauz «stavroz»unu (xaç) çəkib, «Hadi, Allah kabletsin!» deyərək işə başlayırdı. Qurban kəsilmiş heyvanın dərisini bütöv çıxartmaq lazım idi, parçalamaq olmazdı. Cəmdək təmizlənib hazır olduqdan sonra onun içinə bulqur doldurur, fırındakı «kap – kurban tepsisi»nə qoyur, üstünü də kəpək­­dən yoğrulmuş xəmirlə («pazı») örtürdülər. Qurbanlıq bişdikdən sonra onu keşişə (papaza) aparırdılar ki, «okusun». Popaz lazımi duanı oxuduqdan sonra «okunmuş kurbanlıq» quzunu ailə üzvləri, qohumlar, yaxın qonşular yeyir, üstündən şərab içir (islamın yayıldığı bölgələrdə türklər inam dərəcələrindən asılı olmayaraq qurban əti yeyilərkən içki içmirlər), dua edirdilər. Gərək qurban əti həmin gün yeyilib qurtarsın. Sümükləri itə atmaq olmazdı. Onları toplayıb evin təməlinə gömürdülər. Qu­zunun başını, bağırsaqlarını təmizləyib qaynadır, «çorba», yəni xaş bişirir, ertəsi gün yeyirdilər.

Əvvəllər Hederlez günü «horu, xoru» olurdu, kənd əhli əl-ələ verib halay çəkirdi. Horu dağıldıqdan sonra güləş («güreş») başlayırdı. Güləşdə qalib gələnə «pelivan» deyir, əlləri üstündə bütün kəndi gəzdirir, ona qoç bağışlayırdılar». (8, 60-61).

Əgər buradakı qaqauzların Hederlez bayramı, doğrudan da, Xıdır Nəbi bayramıdırsa, onda bu bayramın keçirilmə zamanında və həm də quzu qurbanı kəsilməsi amilində ciddi fərqlər nəzərə çarpır. Bizcə, Hederlez (Xıdır Əlləz) bayramı Xıdır Nəbi adı ilə zahiri oxşarlıq təşkil etsə də, mərasimi – ritual xarakteri etibarilə tamam fərqli bayramdır. Hər halda bu məsələyə geniş münasibət bildirməyi başqa vaxta saxlayıram… Hələliksə Sərvər Məsumun «Tivi kəndi (tarixi, mətbəxi, inancı) kitabın­dan bu barədə yazdıqlarını burada verməklə kifayətlənirəm: «Kiçik çillədə kənddə çox soyuq olardı. Xıdır Nəbi bir özgəydi. Qənd, buğda, məkə (qarğıdalı) döyülərdi, qovut hazırla­nar­dı. Qovurğa qovrular, iydə, tut, cəviz, meyvə qurusu stola düzülərdi. Xıdır axşamı uşaqlar dəstə ilə qapılarda torba (indi papaq atırlar) atıb topladıqlarını saf-çürük edib bölüşdürərdilər. Boz ay gəldi, demək bayramdı». (9, 65-66).

Verilən informasiyadan da bir daha görünür ki, Xıdır Nəbi bayramı üçün səciyyəvi qida nemətləri silsiləsində ət yeməkləri (heyvan kəsmək) heç bir rol oynamır…

Azərbaycan xalq inanclarının qədim kökləri barədə Məhəbbət Paşayeva yazır: «İbtidai inanclar, qədim dini-mifik təsəvvürlərin araşdırıl­ması qədim ailə mərasimlərində icra olunan ayinlərin mahiyyətini dərk etmək üçün qiymətli mənbədir.

Yazılı mənbələrdən, arxeoloji və etnoqrafik materiallardan da aydın olur ki, tarixin erkən mərhələlərində meydana gələn qədim dünyagörüşləri əsrlərin süzgəcindən keçərək xalqın məişət ənənələrində öz izlərini qoruyub saxlaya bilmişdir. İlkin inanclar sistemi əcdadlarımızın yaddaşın­da həkk olunaraq onların mənəvi dünyasına o qədər güclü təməl atmışdır ki, bu gün belə bu inanclar islam ideologiyasının tərkibində öz varlıqlarını qoruyub saxlayaraq özünəməxsus sintezin ortaya çıxmasına səbəb olmuş­dur… Xalq inanclarının mahiyyətini dərk etmək üçün onun xalqın mənəvi dünyasında, məişətində tutduğu yerini müəyyənləşdirmək üçün tarixi qaynaqlar və arxeoloji-etnoqrafik materiallardan əldə olunan məlumat­ların qarşılıqlı şəkildə öyrənilməsi zərurəti ortaya çıxır.

İnam bütün cəmiyyətlərdə insan həyatının əsas qayəsi olmuşdur. Hələ qədim dövrlərdən insan təbiətin sirli, fövqəladə bir qüvvə olduğunu hiss edərək və özünün də təbiətin bir hissəsi olduğuna inanaraq təbiət qüvvələrinə sitayiş etməyə başlamışdır» (1, 243).

Bəli, insan həyatı üçün mühüm əhəmiyyət kəsb edən inam məsələsi həyatın əlamətdar günləri sayılan müqəddəs bayramlarla da sıx bağlı olmuşdur. Yuxarıda bayramların insan həyatındakı önəmli günlər olma­sın­dan danışmaqla həm də inam məsələlərinə də toxunduq. Hər bayramın özünün təbiətinin ifadəçisi olan ümumi məzmunlu inamlarla bağlı misal­lar gətirib, fikirlərimizi həmin nümunələr əsasında şərh etdik. Bu mənada xalq bayramları ilə bağlı ümumi səciyyə daşıyan inamlardan söhbət açdıq. Bayramlar özlüklərində insanlar üçün müqəddəslik funksiyası daşıyırlar, buna görə də hamı üçün eyni dərəcədə əziz sayılan xalq bayramlarına həm də hər kəs öz fərdi prizmasından yanaşıb, qarşıdakı bayram günündə özü­nün şəxsi arzuları ilə bağlı ümidlərinin də doğrulacağına sonsuz ümidlə – inamla baxır və bu səbəbdən də xalq bayramları həm də fərdi məzmunda olan fərdi yozumlu inamlarla da müşayiət olunurlar. İndi də insanların özlərinin bayramlara bəslədikləri ümidlərinin ifadəsi olan inamlara – fərdi xarakter kəsb edən fərdi yozumlu inamlara nümunələr gətirməklə fikirlə­rimizi davam etdirək!

Tədqiqatçı Aynur Babək Novruz bayramında su inam və ayinləri barədə yazır: «Novruz bayramı bir çox mərasimlərlə müşayiət olunur. Həmin mərasimlərdə suya tapınmanın, pərəstişin – su kultunun izləri açıq-aşkar müşahidə olunur. İnanca görə, «Novruz bayramında kim gün çıxmamış hamıdan tez bulaxdan su gətirif onunla xamır yoğursa, o evdən bin-bərəkət heç vaxt əskik olmaz».

Bu su adi su deyildir, Novruz suyudur. Həmin bulaqdan insanlar hər gün istifadə etmişlər. Lakin bulağın suyu Novruz günü, günçıxmamış bərəkətverici su olur. Burada bir detal da var. İnancda açıq-aşkar göstərilir ki, «kim gün çıxmamış hamıdan tez bulaxdan su gətirif onunla xamır yoğursa…»

Demək, bu su… ilkin su, kosmoqonik-yaradıcı sudur. Həmin su… möcüzəlidir, xeyir-bərəkət verir.



Yenə inanca görə, «İlin axır çərşənbəsində bir suvay oğlana iki boşqav verif suya yolluyurlar. Tapşırıllar ki, boşqavlardan birini su ilə dol­dursun. Oğlan əgər sağ əlindəki qavı doldurub gətirsə, niyyəti hasil olar».

Bu, əslində niyyət tutmadır. Bununla su ilə bağlı iki məqamın izinə düşmək olar. Birincisi, niyyət su ilə tutulur. Əgər niyyət hasil olursa, taleyi su verir. Yenə də suyun bəxşedici gücünə işarə olunur. İkincisi, bu su axır çərşənbə suyu olduğu üçün möcüzəli, qüdrətlidir.



Axır çərşənbə Novruz mərasimi kompleksində ilin axır nöqtəsi kimi müqəddəs hesab olunur və çox qədim inanclarla bağlıdır. Məsələn, «İlin axır çərşənbəsində gejə yarısı yuyunuf paklanannan sonra axar suyun qırağın­da oturuf, niyyətini ona danışsan, o niyyətinə çatarsan. Dərdini, ağrını, azarını suya söyləsən, su gejə hamısını özü ilə aparar, deyiflər».

İnanclarda, adətən, gecə suyun üstünə getmək yasaq olunur. Lakin bu gecə bütün gecələrdən fərqli gecə – axır çərşənbə gecəsidir. İlin axır çər­şənbəsi müqəddəs gün olduğu üçün gündüzü bütün gündüzlərdən, gecəsi bütün gecələrdən fərqlidir. Ona görə suyun üstünə getmək olar. Ancaq hər suyun üstünə yox, axar suyun üstünə gedilməlidir. Çünki professor B.Ab­dullanın yazdığına görə, axar su canlı müqəddəs hesab olunur. Bu­nun əksi olan axmaz sular, yaxud lal axan sular da var. Həmin sular cansız, ölü hesab olunur insana xeyir gətirmir. Ona görə inanc birmənalı şəkildə xəbərdar edir ki, «lal axan sudan keçməzlər». (12, 177-178).

Gətirilən mifoloji mətnlərdən və bu mətnlərdən çıxış edilib yürüdü­lən dəyərli mülahizələrdən biz xalqımızın ən əziz bayramları olan Novruz bayramı və İlin axır çərşənbəsi bayramı ilə bağlı inamlar barədə dəyərli bilgilər alırıq. Konkret olaraq bu bayramlarda su ilə bağlı inam və ayinlərlə əlaqəli epizodlardan gətirilən misallarda biz fərdi yozumlu – fərdi məzmunlu qabarıq seçilən inamlarla (sınamalarla, niyyət tutmalarla) tanış oluruq. «Kim ki gün çıxmamış hamıdan tez bulaxdan su gətirif xəmir yoğursa, o evdən bin-bərəkət heç vaxt əskik olmaz» inancında Novruz bayramı ilə bağlı ümumi məzmunlu inamda hər kəs üçün fərdi əhəmiyyət kəsb edən inam da əksini tapıb: yəni insandan fərdi çeviklik, tənbəlliyin daşını atıb obaşdan dura bilmək və bulaqdan su gətirmək, əziyyətə qatlaşıb çörək bişirmək üçün tədarük görmək – xəmir yoğurmaq tələb olunur. Bu şərtlərə əməl edə bilən kəs özünün firavan yaşayışını həm Novruz inancının mifik gücünə əsasən, həm də elə real həyatın gedişatına əsasən özü təmin eləmiş olur. İnancın real tərəfindəki əsas ideya onu təlqin edir ki, hər kəsin rahat yaşayışı – ocağının bərəkətli olması onun öz çəkdiyi əziyyətdən – zəhmətsevərliyindən çox asılıdır. Bəli, axı Novruz mifik görüşlərin daşıyıcısı olmaqla həm də reallığa söykənən dünyəvi bayramdır. Bu dünyəviliyin bir göstəricisi də onun insanları real həyatla ayaqlaşmağa olan çağırışıdır.

Tədqiqatçı Aynur Babəyin təhlilə cəlb etdiyi digər niyyəttutma – suya dair inancı əks etdirən növbəti bir fakt da ilaxır çərşənbəsində subay oğlanın əllərində tutduğu boşqablardan hansı birinisə bulaqdan su ilə doldurması ilə bağlı ürəkdə tutulan niyyətdir. Bu zaman da hansı əlindəki sənəyi – dolçanı doldurmasından asılı olaraq ürəyində tutduğun dilək həya­ta keçir. Yenə də göründüyü kimi, bu niyyətdən irəli gələn inamın doğrulması amili də fərdi yozum daşıyır. Belə ki, hər kəs ürəyində belə bir dilək edə bilər və düşündüyü arzusuna çata biləcəyi hansı dolçanın su ilə doldurulması amilinə söykənir. Buna görə də bu cür niyyətin tutulması – inancın doğrulub-doğrulmaması hər kəsin özü üçün fərdi məzmun daşıyır. Yəni birisinin niyyəti düz tutar, o birisininki yox və s. Yaxud da ilaxır çərşənbədə gecənin yarısı yuyunub, axar su üstünə gedib, niyyətini (dərdini) suya söyləsən, ürəyindəki arzuna yetərsən inamı da hər kəsin özündən aslıı olan məsələdir – yəni kim deyilən şərtə riayət eləsə, bu inam da – sınama da onun üçün gerçəkləşər.

Ümumiyyətlə, Novruz və İlaxır Çərşənbə bayramlarındakı inamlar sistemində su stixiyası xüsusi mövqeyə malikdir. Hətta bir bayatımızda suya dönmək arzusu da öz ifadəsini belə təcəssüm etdirir:

Göydə ulduz ikidi,

Yar ilə mənimkidi.

Allah, məni su ilə,

Su gözəllər yüküdü.

Burada suyun gözəllər yükü olması fikri vurğulanır və gözələ olan eşqini aşiq suya dönmək arzusu vasitəsilə ifadə edir.

Bəs niyə su ilə bağlı inamlar Novruz və İlaxır Çərşənbə mərasim­lərində başlıca yerlərdən birini tutur? Bunun da mifik – real kökləri vardır. Hər şeydən əvvəl ona görə ki, Novruz dünyəvi bayram olmaqla həm də yeni həyatın gəlişini özündə simvollaşdırır. Ölmüş təbiət yenidən cana gəlir, dirilir. Deməli, bu yöndən yanaşanda Novruz kosmoqonik dünyanın yaranışıdır. Mifoloji dünyagörüşdə də dünyanın yaradılmasında su stixi­yası ilkin mənbə rolunu oynayır. Bu qanunauyğunluqla düşündükdə isə Novruz bayramının (eləcə də Novruza keçidin sərhəddində dayanan – köhnə dünya ilə yeni dünya arasından əlaqələndirici körpü funksiyasını daşıyan İlaxır Çərşənbənin) yeni dünya quruculuğu hadisəsi olduğu və bu quruculuqda suyun müstəsna əhəmiyyətinin olması amili onlar arasında (bayramlar və su stixiyası arasında) sıx bağlantının olmasının mühüm göstəricisi kimi diqqət mərkəzinə gəlir. Başqa sözlə, yazın gəlişi – yeni ilin başlanğıcı sayılan Novruz, yeni il üçün – köhnə dünyanın sonu və yeni dünyanın zəmini üçün müstəsna yerdə dayanan İlaxır Çərşənbəsi həm də özlüklərində yaradılışın əsasını simvollaşdırırlar və bu məqamda bu yaradılışın əsasında su stixiyasının həlledici rolunun əhəmiyyəti məsə­lə­si bir-birlərini tamamlayır. Elə dini-islami dünyagörüşdə də «hər bir canlını sudan yaratdıq» kəlamı mifik yaradıcı gücə malik hesab olunan su stixiyasının həm də reallıqda da, dini aləmdə də yaradılışın əsası oldu­ğunu təsdiqləyir. Bu zəruri qanunauyğunluqlar birləşib bir ahəng, dün­ya nizamı yaradırlar və bu amillər də kompleks şəkildə bir-birlərini tamamlayırlar.

Bəli, Novruz yeni dünya modelidir, su stixiyası isə bu modelin yaranmasında mifik və real zəmində həlledici rol oynayır.

İnsan Allahsız, cəmiyyət də dinsiz yaşaya bilməz kəlamına söykən­məklə deməliyik ki, hər kəs ürəyində bir Allah eşqi yaşadır və fərdlərin də birləşib müəyyən bir cəmiyyəti təşkil etdikləri kimi, onların iman-inam gətirdikləri Allah sevgisi də vahid bir müstəvidə – müəyyən bir din ətra­fında birlik yaradır. Beləcə, insanlar müəyyən bir dinə tapınaraq, o din ətrafında birləşərək həm də inamlar sistemini forma­laş­dırırlar. Eyni za­man­da inamlarının doğrulması gününü də səbirsizliklə arzulayan insanlar müəyyən ayin və rituallarla, mərasimlərlə müşayiət olunan adət-ənənələrə, bayramlara ümid bəsləyirlər. Bayram günlərində hər kəs ürəyində niyyət tutur, arzu tutur və bu məqsədlə müəyyən ayinlər icra edir, inamlarının cücərməyin – həyata keçəcəyini düşünürlər. Misallara müraciət edək: «İlaxır çərşənbədə heyva ağacının budağından balaca bir parça kəsib uşağın biləyinə bağlayarlar ki, ona göz dəyməsin» (10, 34).

«Novruza yeddi gün qalmış hər gecə yeddi ulduz saysan, qismətində olan qızı yuxunda görərsən». (10, 37).

«Ərə getməy isdiyən qızdar axır çərşənbə günü tonqalın üstünnən hoppana-hoppana deyərlər:

Atıl-batıl, ilaxır,

Baxtım açıl, ilaxır». (11).

«Yeddiləvində (Axır çərşənbədə – Ş.A.) qızlar yumurtayla cövhəri götürərdilər, aparıb bir çəmənliyə qoyardılar. Əgər o gecə çəmənliyə şeh düşsəydi, yumurta cövhərə dəyib qırmızı boyansaydı, onda qızların niyyəti hasil olardı». (2, 16).

«Yeddiləvində insanlar əllərinə qəpik, ocağın külünü və daş alır və özlərindən çox uzaq və hündür məsafəyə tullayırlar. Bu, o deməkdir ki, az ruzim getsin, çoxu gəlsin; qara günüm getsin, ağ günüm gəlsin; ağırlıq getsin, yüngüllük gəlsin» (2, 16).

«Yeddiləvində, yəni axır çərşənbədə qızlar qaba su töküb, üzüyü ipə bağlayarlar. Sonra üzüyü qabın divarına sürtərlər. Üzük fırlanmağa başlayır və qabın divarına dəyir. Üzük neçə dəfə qabın divarına dəyib qayıdırsa, deməli, qız o yaşda ərə gedəcək» (2, 27).

Yeddiləvin gecəsi ürəkdə niyyət tutub yatarlar. Gecə yarısı durub şam yandırarlar şamı götürüb aynaya tərəf gedərlər. Belə etsən, aynada gələcək nişanlını görərsən. Aynaya baxanda qorxsan, niyyətin baş tut­maz» (2, 27).

«Axır çərşənbə gecəsi alma yeyərlər, içindəki toxumları sayarlar və toxumlardan on dənəsini yastığının altına qoyub yatsan, qismətini yuxuda görərsən» (2, 30).



«Axır çərşənbədə iki fincan götürərlər. Fincanlardan birinə niyyət edərlər. Əgər biri sənin niyyət elədiyin fincana su tökərsə, niyyətin qəbul olar. Yox, əgər səhv fincana su tökərsə, onda niyyətin qəbul olmaz» (2, 30).

«Axır çərşənbə günü axşam qızlar yığışar bir evə. Ortalığa suynan dolu bir qab qoyarlar. Hərə ürəyində bir niyyət tutar. Qabın sağ tərəfində oturan adam iki iynənin ucuna pambıq dolayıb hərəsini qabın bir tərə­findən salar suya. Bir nəfəri nəzərində tutub gözləyər. Əgər iynələr baş-başa dəysələr, həmin adamın niyyəti bitəcək, əgər dəyməsə, bitmə­yəcək» (2, 30).

«İlaxır gecəsi qızlar əllərində güzgü tutardılar. Ayın şəkli düşərdi güzgüyə. Şəklin içində qızın sevdiyi oğlan görünsə, demək, onlar evlə­nə­cəklər» (1, 30).

«İlaxırın ən maraqlı və yadda qalan məqamlarından biri qulaq, su, başmaq falıdır. Qəlbində tutduğun fikirdən, məqsəddən asılı olaraq bu fallardan hər hansı biri icra oluna bilər. Məsələn, 5-10 qız oturub bir kasa suya hər kəs öz əşyasını atır. Kasanın üstü yaylıqla örtülür. Bir nəfər bayatı deyə-deyə əlini salıb əşyalardan birini çıxarır. Məsələn, deyir:

Samovarım qızıldır,

Min bir yerdən sızırdı.

Mən sevdiyim oğlanın

Qabaq dişi qızıldır.

Bu zaman üzüyü sudan çıxan qız belə fikirləşir ki, qarşısına çıxan oğlan qızıldiş olacaq. Və ya ayaq altına bir açar, ovucun içinə kiçik bir güzgü qoyub qonşu qapıya qulaq asırsan. Evdə danışılan hər hansı bir fikir və sözə uyğun qəlbində tutduğun işin olumlu və ya olumsuz olacağını düşünürsən. Ərlik qızlar ilaxır gecəsi ayaqqabılarını götürüb başlarının üstündən atarlar. Qapıya doğru düz düşən ayaqqabı o deməkdir ki, o qız həmin il ərə gedəcək. Bəzən də gecədən duzlu bir şey yeyib yatar, yuxularında görəcəkləri adamın baxtları olduğunu düşünərlər».



Ayrı-ayrı mənbələrdən gətirilən inamlarla bağlı mətnlərdə fərdi baxımdan xüsusi dəyər daşıyan mətləblər ifadəsini tapıb. Belə ki, gətirilən inanc nümunələri xalq bayramlarında müəyyən ayin rituallarla icra olunmaqla hər kəsin şəxsi mənafeyinin ifadəçisinə çevrilir. Misal üçün, İlaxır Çərşənbədə hər kəs heyva ağacının budağından kəsib öz uşağının biləyinə bağlasa, onun uşağa göz dəyməməsi inancının özünə yer aldığı mətndə göstərilənlərə gərək hər kəs özü üçünöz övladı üçün riayət eləsin. Yaxud Novruza 7 gün qalmış kim hər gecə 7 ulduz saysa qəlbində niyyət tutsa, qismətini yuxusunda görər. Göründüyü kimi, bu inanca da hər kəs öz fərdi marağı baxımından əməl eləməklə, deyilənlərə nail olar.

Eləcə də gətirilən digər inanclarla bağlı mətn tiplərinin də xarakte­rində fərdi məzmunlu – fərdi yozumlu inamlar əks olunub. Düzdür, həmin inanclarla bağlı ritual və ayinlər ümumi şəkildə bayramlarda hamı üçün eyni dərəcədə yerinə yetirilə bilər, lakin məzmun etibarilə bu inamlardan hər kəs özü üçün müəyyən nəticə – qənaət əldə etdiyi səbəbindən, bu inamları fərdi məzmunlu inanclar cərgəsində qruplaşdırdıq. Əlbəttə, bayram ümumxalq mahiyyəti daşıyıb hamının mənafeyinin ümumi ifadə­çi­sidir, lakin eyni zamanda hamı – cəmiyyət, xalq özü də ayrı-ayrı insan­lardan – fərdlərdən təşkil olunduğu üçün, hər kəs də öz şəxsi səadə­tini düşünüb xalq bayramlarında tutulan niyyətlər, aparılan ayinlər və inamlar vasitəsilə öz arzu və ümidlərinin gerçəkləşəcəyini səbirsizliklə gözləyir.



«Xalqımız elçilik, nişan, gəlin gətirilməsi kimi bir çox mühüm ailə mərasimlərində zamanın – günün, saatın seçilməsinə çox diqqət yetirmiş və bu mərasimlərin icrası zamanı uğuruna inandıqları, qoruyucu özəllik­ləri olan Göy cisimlərinin yerə təsir gücünün daha çox olduğu zamanları seçməyə çalışmışlar». (1, 246).

Bəli, xalq bayramları xalqın nəzərində ən xoşbəxt, uğurlu günlər hesab olunduğundan, özlərinin ürəklərində bəslədikləri arzu ümidləri­nin həmin günlərdə çin olacağına əmin olaraq insanlar da məhz xalq bayramları ətrafında inamlarla bağlı müxtəlif cür ayin ritual formaları düşünüb icad etmiş icra etmişlər. Başqa sözlə, müqəddəs günlər sayılan bayramlarda xalq inamının qələbə çalacağını yəqin etmiş sınama, niyyət tutma, fala baxma kimi vasitələrlə inanclar sistemi formalaşdırıl­mışdır!


Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə