Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр ●



Yüklə 1,4 Mb.
səhifə1/91
tarix02.02.2022
ölçüsü1,4 Mb.
#114051
  1   2   3   4   5   6   7   8   9   ...   91

Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр XLII -2013

ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ

FÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ




AZƏRBAYCAN

ŞİFAHİ XALQ ƏDƏBİYYATINA DAİR TƏDQİQLƏR

42-ci kitab


BAKI – 2013
Àçÿðáàéúàí Ìèëëè Åëìëÿð Àêàäåìèéàñû

Ôîëêëîð Èíñòèòóòó Åëìè Øóðàñûíûí

ãÿðàðû èëÿ ÷àï îëóíóð.


BAŞ РЕДАКТОРУ: МУХТАР КАЗЫМОЬЛУ (İMANOV)

филолоэийа цзря елмляр доктору


МЯСУЛ РЕДАКТОРУ: SƏBİNƏ İSAYEVA

филолоэийа цзря фялсяфя доктору
Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр (qırx ikinci китаб), Áàêû, “Елм вя тящсил”, 2013, -206 сящ.
T 4603000000 Ãðèôëè íÿøр

Í-098-2013

© Фолклор Институту, 2013

Cəlal QASIMOV

F.e.d. professor
HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANÇILIQ TƏLİMİ
Məsələnin qoyuluşu: Heydər Əliyevin Azərbaycan xalqı qarşısın­da­kı xidmətləri indiyədək müxtəlif aspektlərdə araşdırılıb. Eləcə də Azər­baycançılıq təlimi məsələsinə də dəfələrlə toxunulsa da, bu məqalədə hə­min təlimin müxtəlif müddəaları bir daha nəzərdən keçirilir.

İşin məqsədi: Məqalədə əsas məqsəd Azərbaycançılıq təliminin əsas müddəalarının araşdırılmasıdır.
Azərbaycanın çoxəsirlik tarixində yüzlərlə siyasi lider olsa da, yalnız bir nəfər, ümummilli lider statusu qazana bilmişdir ki, o da anadan olma­sının 90 illiyini təntənəli surətdə qeyd etdiyimiz dünya şöhrətli siyasətçi Heydər Əliyevdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi yalnız Azərbaycanda deyil, bütövlükdə bəşər tari­xin­də az-az rast gəlinən unikal hadisədir.

Bu, onu göstərir ki, Heydər Əliyev yalnız dahi siyasətçi deyildi, o, həm də dövlətçiliyimizin sivil, demokratik və hüquqi müstəvidə müasir ideoloji əsaslarını hazırlayan, ideya-siyasi istiqamətlərini müəyyənləş­dirən və bütün bunları xalqımızın milli maraqlarının təminatına yönəldən fenomenal şəxsiyyət idi.

Ümummilli lider Heydər Əliyevin siyasi-fəlsəfi baxışlarına nəzər salsaq, görərik ki, bu dahi şəxsiyyət düşünülmüş və sistemli şəkildə həya­ta keçirdiyi siyasət nəticəsində milli maraqların təmin edilməsi naminə azərbaycanlılaşdırmadan milliləşdirməyə, milliləşdirmədən milli ideologi­yaya qədər yol gəlmişdir.

Ümummilli liderimiz Heydər Əliyev milliləşdirmənin təməlini hələ Sovet İttifaqının mövcudluğu dövründə qoymuşdu. Məlumdur ki, keçən əsrin 20-ci illərindən başlayaraq Azərbaycanda birtərəfli mərkəzləşdirmə siyasəti yeridilir, milli kadrlar sıxışdırılır, yüksək səlahiyyət sahibləri başqa millətlərin nümayəndələrindən təyin olunurdu. Kadrların kənardan gətirilməsi o illərdə kadr çatışmazlığı ilə izah olunsa da, bunun əsas səbə­bi Sovet İmperiyasının azərbaycanlılara olan inamsızlığı ilə bağlı idi. Vax­tı ilə milli öndərimiz Heydər Əliyev göstərirdi ki, bu inamsızlıq yalnız iyirminci illərlə bitmirdi, sonrakı illərdə də davam edirdi.

Azərbaycan xüsusi xidmət orqanlarının azərbaycan­lı­laşdırılmasını böyük uğur hesab edən Heydər Əliyev 1999-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin 80-ci ildönümü münasibəti ilə Milli Opera və Balet Teatrında keçirilən iclasda deyirdi: «Mən hesab edirəm ki, Azərbaycanda təhlü­kə­sizlik təşkilatının milliləşdirilməsi prosesi bu təşkilatın Azərbay­cana vurduğu zərərə baxmayaraq, bizim əldə etdiyimiz ən böyük nailiyyət idi, təşkilat milliləşdikcə onun fəaliyyətinin istiqamətini də Azərbaycanın milli mənafelərinə daha çox uyğun aparmaq mümkün olurdu».

Azərbaycan xüsusi xidmət orqanlarında milliyyətcə azərbaycanlı olan kadrların yerləşdirilməsi prosesi sonrakı illərdə, hətta Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın Birinci Katibi olan­da da davam etmişdir. Yeri gəlmişkən bu məsələ ilə bağlı bir faktı xüsusilə qeyd etmək istərdim. Belə ki, 1981-82-ci illərdə, eləcə də Moskva­da – Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunda çalışdığı illərdə belə milli öndərimiz milliləşməyə xüsu­si fikir vermişdir. Heydər Əliyev Azərbaycanın müxtəlif bölgələrindən siyasi və işgüzar keyfiyyətlərinə görə seçilən gənclərin Dövlət Təhlükə­sizlik Komitəsinə götürülməsi üçün Azərbaycan xüsusi xidmət orqanla­rının rəhbərliyinə göstəriş verirdi ki, 1981-ci ildə 40 nəfər, 1982-ci ildə isə 30 nəfər azərbaycanlı Dövlət Təhlükəsizlik Komitəsinə işə götürülsün. Eyni zamanda Heydər Əliyev yaşı 23-ə qədər olan, ordu sıralarında xid­mət etmiş 20 nəfər gənci oxumaq üçün SSRİ DTK-nın Dzerjinski adına ali məktəbinə göndərməyi tövsiyyə edirdi.

Göründüyü kimi, ümummilli lider Heydər Əliyev sovet rejiminin qadağa və yasaqlarına baxmayaraq, həmişə və hər yerdə xalqının milli maraq­larının təəssübkeşi və müdafiəçisi kimi çıxış etdi. Xüsusilə vurğula­malıyıq ki, Heydər Əliyev siyasətində milliləşmə, sadəcə, azərbaycanlı­laşdırma deyil. Dahi öndər öz çıxışlarında azərbaycanlılaşdırma ilə milli­ləş­dirmənin sədlərini və sərhədlərini də dəqiq müəyyənləşdirir. Azərbay­canlılaşdırmanın ideya fəlsəfi mündəricəsində statistika, quru rəqəm, kəmiyyət, milliləşmədə isə milli təfəkkür, milli şüur, milli düşüncə, milli əxlaq, müstəqil ana torpaq və nəhayət, AZƏRBAYCANÇILIQ məfkurə­si dayanır.

Qaynağını tarixin çağalıq dövründən – yaddaşdan, mifdən, əsatirdən, folklordan alan və getdikcə ədəbi düşüncədə formalaşaraq günümüzə qə­dər gəlib çıxan Azərbaycançılıq məfkurəsi XIX əsrin ortalarında ədəbi fi­kir cərəyanı kimi formalaşsa da, XX əsrin əvvəllərində sosial-fəlsəfi var­lıq və sistem kimi özünün yeni mərhələsinə qədəm qoydu və ictimai-siya­si həyatda öz təsbitini tapdı. Azərbaycançılıq bir məfkurə, bir mükəmməl milli ideologiya kimi özünün zirvə məqamına Heydər Əliyevdə çatır.

Böyük siyasi xadim Heydər Əliyevin bu kamil konsepsiyasından da aydın görünür ki, milli ideologiyanın başlıca qayəsi etnik azlıqları da öz içinə almaqla xalqda Vətən sevgisi, Vətənçilik ruhu tərbiyə etməkdir. İnsanların siyasi baxışlarından, fikir ayrılığından, təhsil səviyyələrindən asılı olmayaraq hamı bir sağlam ideya ətrafında birləşməlidir ki, bunun da adı Azərbaycançılıqdır. Azərbaycançılıq bir qövmün, bir sinfin, bir parti­yanın, hətta bir millətin ideologiyası deyil, o, Azərbaycanda yaşayan bü­tün millətlərin sivil ideya modelidir. Heydər Əliyev ilk dəfə Dünya azərbaycanlılarının I Qurultayında (10 noyabr 2001-ci il) azərbaycançılığı dünya azərbaycanlılarının milli dövlət ideologiyası kimi təsdiq etdi və onun tərifini verdi: «Müstəqil Azərbaycan dövlətinin əsas ideyası Azər­bay­cançılıqdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir!

Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyə­tini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq».

Göründüyü kimi, ümummilli lider Heydər Əliyevin Azərbaycan­çılıq təlimində Ana dili prioritetlik təşkil edir. Azərbaycançılıq məfku­rəsinin əsas ideya-fəlsəfi komponentləri özünüdərk və özünütəsdiqdir. Özü­nü­dərk etnogenezislə, adət-ənənələrlə, tarixlə, özünütəsdiq isə müasir­ləşmə, sivilizasiya və dünyəviliklə bağlıdır. Fikrimizcə, özünüdərkin də, özünütəsdiqin də mərkəzində xalqın ünsiyyət vasitəsi olan DİL dayanır.

Heydər Əliyev qeyd edirdi ki, bizi keçmişlə, bu günlə və gələcəklə birləşdirən varlığın adı Azərbaycan dilidir. Siyasi vəziyyətə uyğun olaraq vahid coğrafi məkan dəyişə bilir, lakin dil dəyişməzliyini qoruyub saxlayır, gec adaptasiya olunur. Başqa sözlə, ən sonda milli mentalitet və dil ölür.

1930-cu illərdə dövlət mükafatını – «Rusca Azərbaycanca lüğət»ə verirdilər. Heydər Əliyevin səyi nəticəsində artıq 1970-ci illərdə «Azər­bay­can dili» dərsliyi dövlət mükafatı alırdı. İlk baxışda heç nə deməyən bu mükafatların arxasında böyük siyasət dayanırdı. Daha doğrusu, 1930-cu illərdə rus dilinin təbliğinə, 1970-ci illərdə isə doğma dilimizin inkişafına görə mükafat verilirdi. Azərbaycan dilinin inkişafı Azərbaycan xalqının sovet postməkanında özünütəsdiqi idi. Maraqlıdır ki, Azərbaycan dilinin dövlət dili olması məsələsi Heydər Əliyevin rəhbərliyi altında hazırlanan və 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiya­sında da öz təsbitini tapmışdır. Heydər Əliyev göstərir ki, o illərdə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyaya salınması o qədər də asan məsələ deyildi. Həqiqətəndə, vahid sovet ideologiyasının hegemon olduğu dövrdə və «bir kommunist digərindən müstəqil ola bilməz» (İ.V.Stalin) prinspi ilə idarə olunan cəmiyyətdə belə bir mühüm işin görülməsi rəhbərdən böyük səy və cəsarət tələb edirdi. Bu mənada Heydər Əliyevin sovetlər dönəmində Ana dili uğrunda mübarizəsi, elə həm də Ana Vətən uğrunda mübarizəsi idi.

Müstəqillik illərində mənəvi-əxlaqi dəyərlərə qayıdış, Azərbaycanda iki yerdə (Naxçıvanda və Mingəçevirdə) Ana dilinə ucaldılan abidə, latın qrafikasına keçid, Dədə Qorqud, Manas və Füzuli yubileyləri, diasporun yaradılması, Azərbaycanlıların dünya forumu ilə bağlı qərar və fərman­lar… milli-ideoloji prosesi, Vətənçilik düşüncəsini, ana dili şürunu xeyli yüksəltdi.

Fikrimizcə, bunlara yalnız dilin inkişafı və ya şəxsiyyətlərin müda­fiəsi kimi baxmaq olmaz. Bütün bu hərəkətləri ilə Heydər Əliyev dili­mizin, dinimizin, ziyalılarımızın, ən başlıcası isə milli şüurun təhlükəsiz­liyini, milli ruhun ölməzliyini təmin edirdi.




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin