Азярбайжан Республикасы Конститусийасынын 35-жи маддясиня ясасян ямяк мцгавиляляри сярбяст баьланыр



Yüklə 113,58 Kb.
səhifə1/2
tarix07.01.2022
ölçüsü113,58 Kb.
#83736
  1   2




Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Ali təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 sentyabr tarixli 3034 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alIr:

1. Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının sxemi bu qərarın 1 nömrəli əlavəsinə uyğun olaraq təsdiq edilsin.

2. Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarına əlavələr bu qərarın 2 nömrəli əlavəsinə uyğun olaraq təsdiq edilsin.

3. Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla bu qərarın 1 və 2 nömrəli əlavələrində qeyd olunmayan vəzifələrin həmin əlavələrdə göstərilən vəzifələrə uyğunlaşdırılmasını təmin etsin.

4. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tapşırılsın ki:

4.1. iki ay müddətində aidiyyəti nazirliklərlə razılaşdırmaqla, dövlət büdcəsindən maliyyələşən ali təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin ümumi dərs yükünün optimallaşdırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

4.2. bu qərardan irəli gələn digər məsələləri həll etsin.

5. Bu qərar 2008-ci il sentyabrın 15-dən qüvvəyə minir.




Yüklə 113,58 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin