Азярбайжан Республикасы Мцдафия Назирлийи



Yüklə 100,5 Kb.
tarix09.07.2018
ölçüsü100,5 Kb.
#56152
növüMühazirə
Bakı Dövlət Universitetinin tələbələri ilə
Mülki Müdafiə fənnindən mühazirə keçmək üçün
PLAN-KONSPEKT


Mövzu-12: Kollektiv mühafizə qurğuları.
Tədrisin məqsədi: Tələbələri Mülki Müdafiənin mühəndis mühafizə qurğuları və onun xüsusi avadanlıqları ilə tanış etmək.
Vaxt: 2saat.
Tədris sualları və təxmini vaxt bölgüsü:
Tələbələrin davamiyyətinin və məşğələyə hazırlığının yoxlanması-10 dəq.
1-ci tədris sualı: Mühəndis mühafizə qurğuları:, sığınacaqlar, radiasiya əleyhinə daldalanacaqlar, sadə daldalanacaqlar-35 dəq.;
2-ci tədris sualı: Mühafizə qurğularının xüsusi avadanlığı, onun istismar qaydası-20 dəq.;

3- tədris sualı: Dinc dövrdə sığınacaqların saxlanılması, onların istismar edilməsi və adamların qəbulu üçün hazır vəziyyətə gətirilməsi qaydaları-20 dəq.;
Məşğələyə yekun vurulması 5 dəq.
Ədəbiyyat: 1) «Mülki Müdafiə haqqında» Azərbaycan Respublikasının qanunu

2) Kammerer «Mülki Müdafiə qurğuları»


Əyani vəsait: Videoproyektor, prezentasiyalar, plakatlar.
1-ci tədris sualı: Mühəndis mühafizə qurğuları.
Mülki Müdafiəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün zəruri olan dövlət büdcəsi və yerli büdcələrin vəsaiti hesabına avadanlıq və rabitə vasitələri ilə təchiz edilmiş binalara və qurğulara Mülki Müdafiənin daşınmaz əmlakı deyilir.

Düşmən kütləvi qırğın silahlarından istifadə edərkən, mühafizə olunmağın üsullarından biri də əhalinin mühafizə qurğularında yerləşdirilməsidir. Mühafizə qurğularına kollektiv mühafizə vasitələri də deyilir. Bunlar bir qrup insanın kollektiv halında qorunması üçündür. Qoruyucu xassələrinə və istifadə edilməsi məqsədinə görə mühafizə qurğularının müxtəlif növləri olur. Bunlar sığınacaqlar, radiasiya əleyhinə daldalanacaqlar və sadə daldalanacaqlardır.

Müasir sığınacaqlar insanları bütün silahların təsirindən, radiasiya əleyhinə daldalanacaqlar isə əsasən radioaktiv zəhərlənmədən, eləcə də düşmənin top-mərmi atəşlərinin təsirindən qorumaq üçündür.

Bunlardan əlavə evlərin zirzəmilərində və xüsusi olaraq düzəldilən üstü örtülmüş səngərlərdə və ya açıq xəndəklərdə də gizlənmək və qismən mühafizə olunmaq mümkündür. Bunlara sadə daldalanacaqlar deyilir. Belə daldalanma yerləri xüsusən sərhədboyu rayonlarda hər bir ailə üçün olmalıdır.

Mühafizə qurğularının quruluşu.

Sığınacaq adətən, adamlar yerləşən əsas otaqlardanyardımçı otaqlardan ibarət olur. Sığınacaqda dəhliz (tambur), ventilyasiya (hava dəyişmə), su təchizatı, kanalizasiya, elektrik təchizatı və qızdırma sistemləri olur.

Dəhliz (tambur) sığınacağın giriş yolunun qarşısında düzəldilir və qurğuya girib-çıxarkən onun adamlar yerləşən otaqlarına çöldən zəhərli hava keçməsinin qarşısını almaq üçündür. Dəhlizdə iki qapı olur: çöl qapıya qoruyucu-kipləşdirici, içəri qapıya isə kipləşdirici qapı deyilir. Çöldəki hava zəhərli olarkən sığınacaqdan çıxmaq lazım gəldikdə, adamlar əvvəlcə dəhlizə çıxaraq kipləşdirici içəri qapını çəkib kip örtməli, sonra qoruyucu çöl qapıdan çıxmalıdır, yəni qurğuya girib-çıxarkən hər iki qapını eyni zamanda açmaq olmaz.

Sığınacağın qəza (ehtiyat) çıxış yolunun üzərində də qoruyucu və kipləşdirici qapaqlar düzəldilir.

Sığınacaqda ventilyasiya sistemi, havaçəkən tərtibat, soyuducu və qaz əleyhinə süzgəclər, süzücü-ventilyasiya aqreqatı, havapaylayıcı və havasorucu tərtibatlar və digər avadanlıqlar olur.

Havaçəkən tərtibatlar – çöldən havanı sorub toz əleyhinə süzgəclərə və süzücü-ventilyasiya aqreqatına vermək üçündür. Sığınacaqda adətən iki belə tərtibat olur.

Əsas tərtibatın havaçəkən kanalı – qəza ehtiyat çıxış yolunda, ehtiyat tərtibatın havaçəkən kanalı isə pilləkən meydançasında yerləşdirilir.

Toz əleyhinə süzgəclərin təyinatı – sığınacağa verilən havanı radioaktiv tozdan təmizləməkdir.

Süzücü-ventilyasiya aqreqatı – çöldən havanı çəkmək, zəhərli maddələrdən təmizləyib otaqlara vermək və içəridə çöldəki atmosfer təzyiqinə nisbətən bir qədər artıq təzyiq yaratmaq üçün nəzərdə tutulmuşdur. Aqreqatın əsas hissələri klapanlar, baraban formalı uducu süzgəclər və elektrik-əl ventilyatorudur.

Süzücü-ventilyasiya aqreqatı, əsasən iki rejimdə: ventilyasiya rejimində – çöldən təmiz havanı içəriyə sormaq üçün və süzücü-ventilyasiya rejimində – çöldəki zəhərli havanı süzgəclərdə təmizləyib içəriyə vermək üçün nəzərdə tutulmuşdur.

Havapaylayıcı tərtibat – təmiz havanı sığınacağın otaqlarına verən nazik divarlı borular sistemindən ibarətdir.

Hava ötürücü tərtibat – işlənmiş havanı sığınacaqdan kənar edən qurğudur.

İçməli və digər ehtiyaclar üçün su, sığınacağa su kəmərindən verilir, həm də burada xüsusi qablarda su ehtiyatı saxlanılır.

Sığınacağın otaqlarını işıqlandırmaq üçün elektrik şəbəkəsindən, dizel aqreqatlarından, akkumulyatorlardan və digər vasitələrdən istifadə edilir.

Əsas otaqlarda adamların oturması üçün oturacaqlar və növbə ilə uzanmaq üçün 2-3 mərtəbəli taxtlar olur. Bunların sayını elə götürürlər ki, hər adam 7-8 saat uzanıb dincələ bilsin. Sığınacağa həmçinin reproduktor və telefon qoyulur, yanğın söndürən avadanlıq, qəza işləri üçün alətlər və s. yerləşdirilir. Ərzaq məhsullarını və su qablarını saxlamaq üçün sığınacağın divarlarında rəflər də düzəldilir.

Sığınacaqda praktiki yoxlanış zamanı xüsusi diqqət yetirmək lazımdır:


  • qoruyucu konstruksiyaların vəziyyətinə;

  • qurğunun hermetikliyinə və oradakı tərtbatların işlək vəziyyətdə olmasına;

  • texniki-istismar sənədlərinin mövcudluğuna;

  • elektrik təchizatı, su təchizatı və kanalizasiya sisteminin vəziyyətinə.

Radiasiya əleyhinə daldalanacaqlar da, adətən, sığınacaqda olduğu kimi adamlar yerləşən əsas otaqlardanyardımçı otaqlardan ibarət olur.

Əsas otaqda havanın dəyişdirilməsi üçün sorucu-süzgəcli tərtibat quraşdırılır. Burada da adamların oturması və dincəlməsi üçün oturacaqlar və taxtlar yerləşdirirlər.

Radiasiya əleyhinə daldalanacaqlar – ərazinin radioaktiv maddələrlə zəhərlənməsi zamanı ionlaşdırıcı şüalanmadan, habelə işıq şüalanmasından, qismən də zərbə dalğasından, zəhərləyici və bakterial vasitələrin aerozollarından qorunmaq üçündür. Radiasiya əleyhinə daldalanacaqlar binaların zirzəmilərində, yeraltı binalarda, həmçinin bina və qurğuların yerüstü mərtəbələrində düzəldilir. Ağac evlərin xüsusi uyğunlaşdırılmış zirzəmiləri radiasiyanı 350-400 dəfə, daş binaların uyğunlaşdırılmış zirzəmiləri isə 800-1000 dəfə zəiflədir. Bəzi hallarda binalardan kənarda da radiasiya əleyhinə daldalanacaqlar tikilir.

Düşmənin qəfil basqını zamanı əhalinin xeyli hissəsi mühafizə qurğuları ilə təmin etmək mümkün olmayan hallarda, əhalinin kütləvi mühafizəsini qısa müddətdə təmin etmək üçün sadə daldanacaqlar böyük əhəmiyyət kəsb edir.



Sadə daldalanacaqlar üstü açıq xəndəklərdən, üstü örtülü səngərlərdən, həmçinin müxtəlif sahələrdən (çökəklik, dərə, yarğan, kanal, meşə və s.) ibarətdir. Onlar ancaq mühafizə üçün yardımçı vasitə sayılır, çünki belə yerlər insanları zəhərləyici və radioaktiv maddələrdən mühafizə edə bilmir.

Səngərlər insanları işıq şüalanmasından tamamilə qoruryur, zərbə dalğasının təsirini 2,5-3 dəfə zəiflədir, nüfuzedici radiasiyanın və radioaktiv şüalanmanın (üst örtükdəki torpaq qatının qalınlığından asılı olaraq) təsirini 200-300 dəfə azaldır.

Belə səngərlər adamların paltarları və dərisinin səthinə ZM damcılarının, bakterial və yandırıcı maddələrin bilavasitə düşməsinin qarşısını alır.

Lakin nəzərə almaq lazımdır ki, hatta üstü örtülü səngər belə, ZM və bakterial vasitələrdən mühafizəni tamamilə təmin edə bilmir. Buna görə də belə halda fərdi mühafizə vasitələrindən istifadə etmək lazımdır. Çoxlu adam olan, yaxud onların yığışacağı ehtimal edilən hər yerdə: bütün müəssisələrin, təşkilatların, idarələrin, kommunal təsərrüfatı obyektlərinin ərazisində, yaşayış sahələrində, köçürmə üzrə toplanmış məntəqələrində, stansiyalarda, aeroportlarda, nəqliyyata minmə və düşmə məntəqələrində, aralıq köçürmə məntəqələrində və digər belə yerlərdə sadə daldalanacaqların tikilməsi nəzərdə tutulmalıdır.

Belə daldalanacaqların üstün cəhətləri bunlardan ibarətdir:

• konstruksiyaları sadədir;

• tikinti materialları (əlaltında olan yardımçı materialları) asan əldə edilir;

• işlərin həcmi az olur;

• sadə daldalanacağın mühafizə xassələrini radiasiya əleyhinə sığınacağın xassələri səviyyəsinə çatdırmaq mümkündür.

Sadə daldalanacaqların tutumu 10-50 nəfər nəzərdə tutulur.

Sadə daldalanacaqlar, adətən, uçqunlar altına düşməyəcək ərazidəki müxtəlif yerlərdə: şəhərlərin bağçalarında, stadionlarda, geniş həyətlərdə, kənd yerlərində isə bağlarda, bostan yerlərində, geniş sahələrdə düzəldilə bilər.Belə sahələr elə seçilməlidir ki, oranı qar və yağış suları basa bilməsin.

Xəndəklər adamların bir və iki cərgədə yerləşdirilməsi üçün nəzərdə tutula bilər.Adamlar bir cərgədə yerləşdirilən xəndəyin dərinliyi 180-200 sm, eni xəndəyin yuxarı hissəsində 100-120 sm, aşağıda isə 30-90 sm olan xəndəkdən ibarət olur. Örtülü səngərin tikintisi iki mərhələdə yerinə yetirilir: birinci mərhələdə onun xəndək hissəsi qazılır və avadanlıqlaşdırılır, ikinci mərhələdə üstü örtülür və torpaqla bərkidilir.

Xəndəklər, hərəsinin uzunluğu 10-15 m olan və bir-birinə nisbətən bucaq altında yerləşən bir neçə düzxətli formasında düzəldilir. Tikintinin birinci mərhələsində ərazidə xəndəyin yeri müəyyən edilir və iplə nişanlanır. Sonra nişanlayıcı ip xətləri üzrə torpağı qazır və tədricən xəndək dərinləşdikcə onun nişanlanmış xəttədək genişləndirirlər. Xəndəyin bir və ya hər iki divarında torpaqdan oturacaq yeri düzəldirlər. Xəndəyin dibi boyu suaxıdan arx qazırlar ki, o da giriş yerinin qarşısında su yığılan çala ilə qurtarır.Divarlarda həmçinin ərzaq, su qabları, dərmanlar saxlamaq üçün rəflər düzəldirlər.

Divarlar taxtalar, çırpı, qamış və s. materiallar vasitəsilə bərkidilir. Sonra xəndəyin üstünü atmalarla, yaxud kiçik ölçülü dəmir-beton dirəklərlə örtürlər.Üstdən hidroizolyasiya qatı – tol, ruberoid, xlorvinil plyonka döşəməklə və ya gildən suvaq çəkməklə bağlayır, sonra da onun üstünə 50-60 sm qalınlıqda torpaq tökürlər.

Giriş yeri tərəfdən xəndəyin bir hissəsini taxta qapı və ya qalın pərdə vasitəsilə əsas hissədən ayıraraq orada çıxarıla bilən qapaqlı ayaqyolu düzəldirlər.Giriş yeri düzxətli hissəyə nisbətən 90°-li bucaq altında qazılır, bu zaman tutumu 20 nəfərlik olan səngərdə bir, bundan artıq tutumlu səngərdə iki iri giriş yeri (xəndəyin hər iki tərəfində) nəzərdə tutulur.

Səngərə giriş yerini qapısı olan pilləli maili eniş formasında düzəldirlər.Onun uzunluğu 2-2,5 m götürülür və üstündə 70-80 sm enində sipər düzəldilir.

Səngərə giriş yerlərində qoruyucu qapılar qoyulur.Üst örtük və divarlar 70-80 sm qalınlıqda torpaq qatının ağırlığından yaranan yükə, torpağın yandan təzyiqinə və zərbə dalğasının torpağın səthinə göstərdiyi 0,5-1,0 kQ  izafi təzyiqə davam gətirməlidir.

Ventilyasiya səngərin baş tərəflərində qoyulan havaverici və sorucu qutular vasitəsilə təmin edilir.Qutular taxtadan düzəldilir, onların en kəsiyi 2020 sm olur. Havaverici qutunun aşağı ucunda siyirtmə qapaq və tozəleyhinə süzgəc quraşdırılır.

Divarlarında örtüyü olan, üstü taxta və 70-80 sm torpaq qatı ilə örtülən, adamlar bir cərgədə yerləşdirilən 10 nəfərlik səngər tikmək üçün tələb olunan təqribi əmək sərfi və tikinti materialları norması belədir: əmək sərfi 80-10 adam-saat; meşə materialı (eyni diametrli atmalar şəklində) –2 kub m; taxta (çırpı) -1,3-1,5 kub m; lif (mamır) –3,4 kq; tol (ruberoid) -20 kv.m; müxtəlif ölçülü mismar -0,3-0,5 kq; məftil -2-3 kq.Texnikadan istifadə edilərkən: təxmini əmək sərfi 6-8 adam/saat, ekskavatorun işi -0,5-1 maş/saat; avtokranın işi 1maş/saat.

Sadə daldanacaqlarda da işıqlandırma vasitələri olmalıdır.



Mühafizə qurğularının saxlanılması qaydaları.

Sığınacaq və daldalanacaqların saxlanmasına cavabdeh olan müəssisə və idarə rəhbərləri sığınacaq və daldalanacaqlara xidmət etmək üçün manqalar yaradırlar.

Hər bir qurğu üçün 7-9 nəfərdən ibarət bir manqa təşkil edilir. Adətən, manqanın komandiri sığınacağın komendantı sayılır.

Komendant manqanın şəxsi heyəti ilə birlikdə sığınacağın kipliyinin yoxlanmasında iştirak edir, əhalini qəbul etmək üçün sığınacağın həmişə hazır vəziyyətdə saxlanmasını təmin edir, habelə buradakı bütün avadanlığın qorunub saxlanmasına və saz olmasına məsuliyyət daşıyır.

Manqa, müəyyən olunmuş siqnal üzrə dərhal sığınacağa gəlir, komendant adamların qəbul olunması üçün sığınacaqların qapılarını açır və postlar təşkil edir.

1№-li post (üçnövbəli, gecə-gündüz növbə çəkən).

Sığınacağın giriş yolu üzərində qoyulur. Növbətçilər çöl qapıları açır, adamlar içəri keçərkən qayda-qanuna riayət olunmasına nəzarət edir, sığınacaq adamla dolduqdan sonra və ya «Mühafizə qurğularını bağlayın!» siqnalı üzrə qapıları bağlayır və özləri içəridə qapıların yanında dururlar. Qapının çöl tərəfinə «Sığınacaq doludur!» elanı asılır və ən yaxındakı sığınacaqların ünvanı göstərilir.

2№-li post (üçnövbəli, gecə-gündüz növbə çəkən).

Süzücü-ventilyasiya aqreqatını işə hazırlamağa, işə qoşmağa və onun işini tənzimləməyə, kipliyin vəziyyətinə nəzarət etməyə, qəza işıq vasitələrini yoxlamağa, qəza hava aparıcı boruların qoruyucu klapanlarını bağlamağa və ya açmağa borcludur.

Qəza baş verdikdə və ya sığınacaq zədələndikdə manqanın şəxsi heyəti onun aradan qaldırılmasında iştirak edir, habelə zərər çəkmiş adamlara ilk yardım göstərir.



Adamların qəbulu üçün mühafizə qurğusunun hazır vəziyyətə gətirilməsi qaydası

Mühafizə qurğusu hazırlanarkən aşağıdakı işlər görülməlidir:



  • mühafizə qurğusuna giriş yollarının qarşısı yığışdırılıb təmizlənir və «Giriş» işıq göstəriciləri qoyulur;

  • mühafizə qurğusundakı otaqlardan kənar əşyalar, materiallar və digər avadanlıqlar çıxarılıb otaqlar boşaldılır;

  • otaqlara adamların yerləşdirilməsi üçün oturacaqlar və taxtlar qoyulur;

  • mühafizə qurğusunun texniki şəbəkələri və avadanlığı hazır vəziyyətə gətirilir;

  • qoruyucu qapıların hermetikliyi yoxlanılır;

  • süzücü-ventilyasiya sisteminin, isitmə, su, kanalizasiya, elektrik şəbəkələrinin, sazlığı yoxlanılır;

  • mühafizə qurğusunun ümumi hermetikliyi yoxlanılır;

  • sanitariya qovşağı açılır;

  • su ehtiyatlarının olduğu yoxlanılır, su şəbəkəsi ümumi su kəmərinə qoşulur, otaqlara içməli su çənləri qoyulur;

  • mühafizə qurğusunda telefon, radioreproduktorlar qoyulur və ümumi şəbəkəyə qoşulur;

  • mühafizə qurğusunda lazımi cihazlar və alətlər ehtiyatı yaradılır;

  • mühafizə qurğusundakı otaqların havası dəyişdirildikdən sonra giriş və çıxış qapıları bağlanır və mühafizə qurğusunda xidmət manqalarının fasiləsiz növbətçiliyi təşkil edilir;

  • «Hava həyəcanı» siqnalı üzrə mühafizə qurğusunun hansı otaqlarında kimlərin daldalanacağı, adamların mühafizə qurğusunda yerləşməsi və orada davranış qaydaları dəqiqləşdirilir.

Sığınacaqda ərzaq və dərman ehtiyatlarının yaradılması qaydası.

Sığınacaq adamların qəbulu üçün hazır vəziyyətə gətirilən zaman, orada ərzaq və dərman ehtiyatları yaradılır.

Ümumiyyətlə, Mülki Müdafiə sistemində belə ehtiyatların iki növü nəzərdə tutulmuşdur:


  • rayon (şəhər) icra hakimiyyəti orqanlarının ehtiyatları (əsasən, işləməyən əhalini və uşaq müəssisələrini təchiz etmək üçün);

  • təsərrüfat obyektlərinin ehtiyatları (obyektin fəhlə və qulluqçularını təmin etmək üçün).

Sığınacaqlarda zədələnmələrin aradan qaldırılması.

Uçqunlar altında qalmış, xüsusən havasoran yolları zədələnmiş sığınacaq və daldalanacaqlarda qalan adamlar arasındakı tələfatı azaltmaq məqsədi ilə havasoran yolları mümkün qədər tez və sürətlə açmaq lazımdır, çünki adamlar orada təxminən 4 saatdan artıq qala bilməzlər. Havasoran kanalları bərpa etmək mümkün olmadıqda havanın keçməsi üçün sığınacağın (daldalanacağın) qapılarını aralamağa çalışmaq lazımdır. Qapıları açmaq mümkün olmadıqda divarları və ya üst örtüyü deşməklə də sığınacağa (daldalanacağa) hava vermək mümkündür. Sığınacağa hava verərkən çalışmaq lazımdır ki, oraya qaz və su dolması təhlükəsinin qarşısı alınsın.



Mühafizə qurğusunun sənədləri.

Mühafizə qurğusunda aşağıdakı sənədlər olmalıdır:



  1. Mühafizə qurğusunun pasportu.

  2. Mühafizə qurğusundan müharibə dövründə istifadə etmək üçün təlimat.

  3. Mühafizə qurğusunun saxlanılmasına nəzarət jurnalı.

  4. Mühafizə qurğusunun planı.

  5. Mühafizə qurğusunda olan avadanlığın, alətlərin və əmlakın siyahısı.

  6. Hava təminatının istismar sxemi.

  7. Enerji təminatının istismar sxemi.

  8. Su təminatının və kanalizasiya sisteminin istismar sxemi.

  9. Dizel elektrik stansiyasına xidmət etmək üçün təlimat.

  10. Süzücü-ventilyasiya avadanlığına xidmət etmək üçün təlimat.

  11. Fərdi mühafizə vasitələrindən istifadə etmək üçün təlimat.

  12. Mülki Müdafiənin xəbərdarlıq siqnalları.

  13. Mühafizə qurğusunda mikroiqlimin və havadakı qaz tərkibinin göstəricilərinin qeydiyyat jurnalı.

  14. Tibbi yardım üçün müraciətlərin qeydiyyat jurnalı.

Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimi







Yüklə 100,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə