Bakı Dövlət Universiteti “Coğrafiya”



Yüklə 25,36 Kb.
tarix10.01.2022
ölçüsü25,36 Kb.
#107991

Metallurgiya müəssisələri də atmosferi aerozolla çirkləndirən əsas mənbələrdən hesab olunur. Poladəritmə zavodları tərkibində kiçik ölçülü dəmir oksidi ( ölçüləri 0,1 mkm ) olan hissəciklərini qırmızı tüstü şəklində atmosferə buraxır. Əlvan metallurgiya, sink, qalay, alüminium, mis istehsalı da ətraf mühitin aerozllla çirklənməsində mühüm rol oynayırırlar.

Sənaye mərkəzlərinin yaxınlığında çökmüş toz hissəciklərində çoxlu minerallar, o cümlədən kvars, kalsit, gips, çöl şpatı asbest aşkar olunmuşdur.Bunların içərisində asbest canlı orqanizmlər üçün xüsusilə təhlükəlidir. Bu mineralın cüzi bir hissəsi tənəffüs yolları vasitısi yolları ilə ağ ciyərə düşdükdə onları ciddi surətdə zədələyir.

Müəyyən olunmuşdur ki, sənaye mərkəzlərinə düşən toz hissəciklərinin 20 % dəmir oksidi, 15 % silikatlar, 5 % - i isə qurum təşkil edir. Az miqdarda bu tozların tərkibində marqans, molibden, sürmə və bəzi hallarda çox zəhərli olan selen və tellur müəyyən edilmişdir.

Ftorlu birləşmələr sənaye mənşəli başqa birləşmələr qrupuna daxildir. Alüminium zavodlarından başqa bu maddələrlə çirklənmə mənbələri fosfor gübrələri istehsal və kərpic istehsalıdır. məsələn, müəyyən olunmuşdur ki, 1 ton fosfat istehsalında atmosferə 100 q flor buraxılır.

Atmosferdə yayılan hissəciklərin miqdarı, onların yayılma xüsusiyyətləri əsasən yerin coğrafi şəraitindən və nəzarətin həyata keçirildiyi hündürlükdən asılıdır.

Müəyyən olunmuşdur ki, atmosfer də aerozollar kəmiyyətcə miqdarı böyük hədd daxilində dəyişir. Belə ki, bu qiymət təmiz atmosferdə 107 m-3 – dən, çirklənmiş sənaye mərkəzlərində 2 . 109 m-3 qiymətinə kimi dəyişir.

Atmosferi çirkləndirən aerozollar içərisində qurğuşun xüsusi yer tutur. Bu bir tərəfdən onunla izah olunur ki, müasir sənayenin qurğuşuna olan tələbatı ildən – ilə artır. Təkcə akkumlyator istehsalında bütün dünyada istehsal olunan qurğuşunun üçdə biri sərf olunur. Benzinin tərkibində oloktan ədədini qaldırmaq üçün ona qurğuşun – tetraeti əlavə olunur. Hər bir avtomobil il ərzində atmosferə orta hesabla 1 kq – a kimi quğuşunu aerozol şəklində buraxır.

Digər tərəfdən bu metal çox zəhərli olduğu üçün daha diqqətlə hərtərəfli öyrənilir.Atmosferada onun paylanması çox müxtəlifdir.


Çuqunun əridilməsi və ondan polad istehsalı zamanı atmosferə müxtəlif qazlar atılır. 1 ton polad istehsalı zamanı havaya 4,5 kq toz , 2,7 kq kükürd qazı, 0,1- 0,6 kq marqans atılır.

Domna qazlarından başqa atmosferə həm də az miqdarda arsen, fosfor, qurğuşun, civə və nadir metalların buxarı, antimon (sürmə) və qətranlı maddələr atılır.

Marten və poladəridən sexlərin tulllantıları da atmosferi xeyli çirkləndirir. Polad əriyən zaman həm də metalın buxarı, şlak və metal oksidləri və qazlar ayrılır. Marten peçlərinin tozunun əsas hissəsi dəmir- 3 oksid ( 67 % ), alüminium- 3 oksid ( 6,7 % ) – dən ibarət olur.

1 ton marten poladınnın oksigensiz əridilməsi prosesində 3000- 4000 m3 qaz ayrılır, onların tərkibində tozun qatılığı orta hesabla 0,5 qm3 təşkil edir.

Metalın ərimə zonasına oksigen verildikdə isə tozəmələgəlmə dəflərlə çoxalaraq 15- 52 qm3 – a çatır.

Müasir qara metallurgiya zavodlarının çoxubda kömürün kokslaşdırılması peçləri vardır. Kokskimyəvi istehsalı atmosfer havasının tozla və uçucu birləşmələrinin qarışığı ilə çirkləndirir. Iş rejimi pozulduqda isə atmosferə küllü miqdarda təmizlənməmiş koks qazı atılır.

V. Şaprinskiyə görə 1 mln ton polad istehsalı zamanı atmosferə 75 min ton SO2 ixrac edilir. Hər 1000 ton mis piriti emalından atmosferə 600 ton sulfid anhidridi tullanır.

Qara metallurgiya sahəsində sənaye qəzaları zamanı regionda ekoloji vəziyyət daha da kəskinləşir.

Gil – torpaq alüminium – oksid, mis qurğuşun, qalay, sink, nikel və digər metalların peşdə istehsalı zamanı, materialların yüklənməsi, boşaldılması zamanı quruducu aqreqatlarda, aşıq anbarlarda zərərli maddələr əmələ gəlir. Əlvan metallurgiya atmosfer havasını əsasən kükürd anhidridi ( 75 % ), karbon qazı ( 10,5 % ) və tozla çikləndirir.

İnsanların təhlükəli tullantıların təsirinə məruz qalmasının, ekosistemin vəziyyətinə ciddi təsirin və transsərhəd çirklənmələrin qarşısını almaq məqsədi ilə dövlət tərəfindən təxirəsalınmaz müdaxiləyə ehtiyac duyulduğu hallarda, ekoloji öhdəliklər üçün məsuliyyət daşıyan tərəfin müəyyənləşdirilməsi barədə qərarlar əhalinin sağlamlıq məsələləri, ətraf mühitə və ümumi resurslara təsir nəzərə alınmaqla qanunvericiliyə müvafiq qaydada hər bir hal üçün ayrıca olaraq qəbul olunur.



  • « Tullantılar » və « təhlükəli tullantılar » anlayışları «Təhlükəli tullantıların sərhədlərarası daşınması və kənarlaşdırılmasına nəzarət haqqında, Bazel Konvensiyası»nın tələblərindəki təriflərdən istifadə etməklə dəqiq müəyyən olunmalı və yerli şərait nəzərə alınmaqla, Azərbaycanın mövcud qanunvericilik terminologiyasına daxil olunmaq üçün modifikasiya edilməlidir.

  • «Təhlükəli tullantılar» məfhumu tullantıların növünün siyahısına və onların təhlükəli xassələrinə istinadən müəyyən edilməlidir.

  • Hər bir tullantı istehsalçısından hər il əmələ gələn, emal olunan, utilləşdirilən və saxlanılan tullantıların növünü, miqdarını, eləcə də emal və ya basdırılma üsullarını göstərməklə Nazirlikdə qeyddən keçmələri tələb olunur. Təhlükəli tullantı istehsalçılarının qeydiyyata alınması qaydaları Nazirlik tərəfindən hazırlanmalıdır.

  • Zərərli tullantıların və kimyəvi maddələrin idarə olunması: zərərli tullantılar və kimyəvi maddələrin idarə olunmasında VCT-lərin bilik və bacarıqlarının artırılması və şəbəkələndirilməsi (sərhəd ölələrin tullantılarının yarada biləcəyi risklərin azaıdılması, ağır metallarla çirklənmənin azaldılması, zərərli tullantılar və kimyəvi maddələrin işlənməsi/ ləğv edilməsi, neft hasilatı/sızmalar və toksik tullantılar səbəbindən torpağın çirklənməsinin azaldılması və sair daxil olmaqla);

  • Dağ-mədən hasilatı: dağ-mədən hasilatı ilə bağlı VCT-lərin bilik və bacarıqlarının artırılması və şəbəkələndirilməsi (dağ-mədən hasilatının torpaq, su və bitki aləminin, eləcə də havanın çirklənməsi kimi ətraf mühitə mənfi təsirlərinin azaldılması və sair daxil olmaqla);

  • Təhlükəli tullantıların xüsusiyyətlərinə uyğun olaraq qəza və fövqəladə vəziyyətlərdəki cavab tədbirlərinə yenidən baxılmalı və təkmilləşdirilməlidir.

  • Ən yaxşı beynəlxalq təcrübəni tətbiq etmək məqsədi ilə təhlükəli tullantıların təsnifatı sistemi Bazel Konvensiyasının 3 nömrəli əlavəsinə və digər beynəlxalq standartlara uyğun tərtib edilməli və onun istifadəsi məcburi sayılmalıdır. Keçid dövründə tullantıların təhlükəliliyi və təsnifatının təyin olunması prosesinə kömək məqsədi ilə maddələrin toksiklik dərəcəsinə əsaslanan 4 sinifli mövcud təsnifat sistemindən və standartlardan müqayisəli şəkildə istifadə edilməlidir.

ƏDƏBİYYAT SİYAHISI.


1. “Neft emalı və neft-kimya sahələrinin eko-iqtisadi problemləri”

Əliyev Təbriz, Məlikov Yavər, Əhmədov Behbud, Bakı 2005.




  1. AZƏRBAYCAN RESPUBLİKASININ EKOLOJİ VƏZİYYƏTİNİN YAXŞILAŞDIRLMASINA DAİR 2006-2010-cu illər KOMPLEKS TƏDBİRLƏR PLANI.




  1. AZƏRBAYCAN RESPUBLİKASI regionların sosial –iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008illər).




  1. Cəfərov M.İ, Quliyev R.M. “Torpaq fondu və ondan səmərəli istifadə” Bakı: “Elm” nəşriyyatı, 1997

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

KAFEDRA: ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ VƏ İQTİSADİYYATI

FƏNN : EKOLOGİYA

SƏRBƏST İŞ No : 3

MÖVZU: DAĞ MƏDƏN SƏNAYESİNİN EKOLOJİ PROBLEMLƏRİ.

FAKULTƏ : ÜMUMİ İQTİSADİYYAT

QRUP : 132-2

KURS : 3

TƏLƏBƏ : ŞAMİLOV TƏMRAZ

RƏHBƏR : AFAQ HACIYEVA



BAKI-2013
Yüklə 25,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin