Bakı şəhər Mədəniyyət və Turizm Baş idarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı filialı



Yüklə 494,48 Kb.
səhifə1/3
tarix01.01.2022
ölçüsü494,48 Kb.
#102943
  1   2   3



Bakı şəhər Mədəniyyət və Turizm Baş idarəsi

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı filialı

(Nazim Hikmət adına uşaq kitabxanası)

31mart Azərbaycanlıların soyqırımı-100

Informasiya –resurs şöbəsi

Ön söz


Azərbaycan xalqına qarşı törədilmiş və uzun illərdən bəzi öz siyasi –hüquqi qiymətini almamış soyqırımı tarixin açılmamış səhifələrindən biridir.

1813 cü və 1828 ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının , tarixi torpaqlarımızın bölunməsinin əsasını qoymuşdu.Azərbaycan xalqının bu milli faciənin faci’nin davam; kimi onun torpaqlarının zəbti başlanıldı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdiriləcək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.

İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında “Erməni vilayəti “ adlandırılan inzibati bölgünün yaradılmasına nail olublar.

“Böyük Ermənistan “ yaratmaq xülyasından ruhlana erməni qəsbkarları 1905-1907 ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirilmişdir.

Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etmişdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış , yerlə yeksan edilmiş minlərlə azərbaycanlə vəhşicəsinə qətlə yetirilmişdi.

1918 ci-ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında bakı kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən məmfur planın keçirilməsinə başlanılmışdı.

Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə azərbaycanlı məhv edilmişdi. Bakının böyük bir hissəsini xarabalığa çevirmişdi.

Azərabycanlıların soyqırımı Bakı , Şamaxı , Quba qəzalarında , Qarabağda , Zəngəzurda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmışdi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

Əsrin əvvələrində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən vəErmənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovmuşlar. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilrdi.

Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilmiş, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş vermişdi.

1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insan, o cümlədən çoxlu sayda qoca , qadın və uşaqların öldürülməsi ilə nəticələnmişdir.

Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğanlarda Stepan Şaumiyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirmiş , müsəlman ziyarətgahlarını yandırmış , Bakıda minlərlə insanı qətlə yetirilmiş , müsəlman ziyarətgahlarını yandırmış, Bakı əhalisinin 400milyon manatlıq əmlakını müsadirə etmişdir. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən olan” İsmailliyyə” binası yandırılmışdı.

Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti, təkcə Bakı şəhəri ilə məhdudlaşmamışdır. .Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı , o cümlədən 2560 qadın və1277 uşaqı qətlə yetirmişlər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olmuşdur. Erməni daşnakları Lənkəran ,Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırmış , on minlərlə insanı vəhşicəsinə qətlə yetirilmişlər. 1918 ci-il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qirğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim etmiş , 1919-cu ildə Azərbaycan Parlamenti 31mart tarixinin –Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də , müstəqillik dövründə tarixi sənədlər əsasında 31mart 1918 ci-ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılmış , kitablar dərc olunmuşdur. 1998 ci –il martın 26-da Prezdent Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Həmin gündən başlayaraq 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.


Kataloq: front -> files -> libraries -> 3196 -> documents
libraries -> Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi
libraries -> Nəriman Həsənzadə 85
libraries -> Metodiki vəsait Qax-2016
libraries -> Azərbaycanda Multikulturalizm
libraries -> 18 İyun-İnsan hüquqları günüdür
libraries -> Qubadlı rayon mks-nin 2016-cı IL üçün iş plani
libraries -> Mərkəzləşdirilmiş Kitabxana Sistemi 9 noyabr Dövlət Bayrağı Günüdür
libraries -> AZƏrbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ salyan rayon məDƏNİYYƏt və turizm şÖBƏSİ salyan rayon məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi
libraries -> Biləsuvar rayon Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodika və Məlumat biblioqrafiya şöbəsi xocali – qan yaddaşimizdir
documents -> Mübariz Ağakərim oğlu İbrahimov. (1988-2010) Biblioqrafik vəsait Bakı 2018

Yüklə 494,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə