Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, əhalinin və nəqliyyat vasitələrinin rahat hərəkətinin təmin edilməsi istiqamətində mühüm işlər görülür



Yüklə 6,82 Kb.
tarix14.07.2018
ölçüsü6,82 Kb.
#56482

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanının ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, əhalinin və nəqliyyat vasitələrinin rahat hərəkətinin təmin edilməsi istiqamətində mühüm işlər görülür. Bu işlər sırasında, hələ ötən əsr ərzində ölkə paytaxtının inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq, Füzuli küçəsini genişləndirilməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulmuşdur. Bu layihə çərçivəsində son illər xüsusilə nəzərəçarpan addımlar atılmışdır. Belə ki, 2014-cü ildə prospektin Səməd Vurğun küçəsi ilə Füzuli meydanı arasında olan hissəsinin çəkilməsi, prospekt boyunca Mərkəzi Parkın salınması və ətraf yolların genişləndirilməsi başa çatdırılaraq sakinlərin istifadəsinə verilmişdir. Hazırda Yasamal rayonunun 26 hektar sahəni əhatə edən ərazisində yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün satın alınması işləri yekunlaşmışdır və Füzuli meydanından Nəriman Nərimanov prospektinə qədər və Təzəpir məscidi istiqamətində yolların genişləndirilməsi və inşası işlərinin davam etdirilməsi, habelə yeni yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulur.

Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, nəqliyyat vasitələrinin rahat hərəkətinin təmin edilməsi, əhalinin mədəni istirahəti üçün müvafiq şəraitin yaradılması və şəhərin ekoloji durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri davam etdirmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhərinin Yasamal rayonunda Füzuli meydanının ətraf ərazilərində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması, həmçinin bu işlərlə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev



Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 avqust 2016-cı il.
Kataloq: front -> files -> libraries
libraries -> Ədəbiyyat siyahisi
libraries -> Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi
libraries -> Nəriman Həsənzadə 85
libraries -> Metodiki vəsait Qax-2016
libraries -> Azərbaycanda Multikulturalizm
libraries -> 18 İyun-İnsan hüquqları günüdür
libraries -> Qubadlı rayon mks-nin 2016-cı IL üçün iş plani
libraries -> Mərkəzləşdirilmiş Kitabxana Sistemi 9 noyabr Dövlət Bayrağı Günüdür
libraries -> AZƏrbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ salyan rayon məDƏNİYYƏt və turizm şÖBƏSİ salyan rayon məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi
libraries -> Biləsuvar rayon Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodika və Məlumat biblioqrafiya şöbəsi xocali – qan yaddaşimizdir

Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə