Baki döVLƏt universiteti



Yüklə 46,46 Kb.
səhifə1/8
tarix01.01.2022
ölçüsü46,46 Kb.
#103304
  1   2   3   4   5   6   7   8

BAKI DÖVLƏT UNİVERSİTETİ
BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ BEYNƏLXALQ HÜQUQ FAKÜLTƏSİ
DÜNYA İQTİSADİYYATI İXTİSASI 500-cü QRUP TƏLƏBƏSİ

ATAXAN HƏSƏNOVun

İQTİSADİ COĞRAFİYADAN


FƏRDİ İŞİ
MÖVZU :
MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİNİN İQTİSADİ-COĞRAFİ SƏCİYYƏSİ

PLAN:


  1. Mərkəzi Asiyanın Ümumi İqtisadi Coğrafi Mövqeyi və Səciyyəsi

  2. Qazaxıstan və onun İqtisadi Coğrafi Mövqeyi və Səciyyəsi

  3. Türkmənistan və onun İqtisadi Coğrafi Mövqeyi və Səciyyəsi

  4. Özbəkistan və onun İqtisadi Coğrafi Mövqeyi və Səciyyəsi

  5. Qırğızıstan və onun İqtisadi Coğrafi Mövqeyi və Səciyyəsi

  6. Tacikistan və onun İqtisadi Coğrafi Mövqeyi və Səciyyəsi

  7. Monqolustan və onun İqtisadi Coğrafi Mövqeyi və Səciyyəsi

1. Mərkəzi Asiyanın Ümumi İqtisadi Coğrafi Mövqeyi və Səciyyəsi


Mərkəzi Asiyanı qərbdən Xəzər dənizi, şərqdən Böyük Xincan dağları, şimaldan Rusiyanın cənubu və cənubdan Hindistanın şimalını əhatə edir. Regionun dünya okenanından uzaqda yerləşməsi, iqliminin kontinental olması, relyefinin olduqca mürəkkəb olması buranın coğrafi mövqeyinin mənfi cəhətləridir. Amma buna baxmayaraq, regionda faydalı qazıntıların yayılma arealı olduqca zəngindir. Buda regionun İCMni bir az artırır.

Mərkəzi Asiyaya 6 ölkə daxildir:



  1. Qazaxıstan

  2. Türkmənistan

  3. Özbəkistan

  4. Qırğızıstan

  5. Tacikistan

  6. Monqolustan

Mərkəzi Asiya faydalı qazıntılarla olduqca zəngindir. Neft-qaz Qazaxistan, Türkmənistan, Özbəkistanda; Daş kömür, dəmir filizi Qazaxıstan və Qırğızıstanda; aluminium Tacikistan, Özbəkistan, Qırğızıstanda; qızıl Özbəkistanda və Qırğızıstandadır. Özbəkistanın Murantau bölgəsində dünyanın ən saf qızılı çıxarılır(ildə 80 ton). Daş kömür Qazaxıstanda Karaqanda və Ekibastusda çıxarılır. Dəmir filizi Qazaxıstanda; Mis filizi Qazaxıstanda, Özbəkistanda; Polimetal filizi Qazaxıstanda, Özbəkistanda; Qızıl Qazaxıstanda, Özbəkistanda çıxarılır.

Region okeanlardan uzaq yerləşdiyi üçün iqlimi olduqca kontinentaldır. Onun üçündə təbii olaraq burada meşə olduqca az yer tutur. Suvarmada Amudərya və Sırdərya çaylarının rolu çox böyükdür. Hətta bu çayların həddindən artıq istifadəsi nəticəsində Aral gölü qurumaq təhlükəsi ilə üzləşmişdir. Ərazinin relyefi xelyi mürəkkəbdir. Burada hündür dağlar, ovalıqlar, səhralar yerləşir.

Əhalinin milli tərkibi olduqca mürəkkəbdir. Türkdilli xalqlardan özbək, qazax, türkmən, qırğız, qaraqalpaq; farsdilli xalqlardan isə taciklər; və həmçinin monqollar yaşayır. Vaxtilə bura siyasi səbələrdən ruslar, ukraynalılar, almanlar sürgün edilmişlər.(xüsusilə Qazaxıstan çöllərinə) ama sonradan almanlar öz vətənlərinə qayıtmışlar. Ən yüksək təbii artım Tacikistan və Monqolustandadır(2,5 %), ən aşağı təbii artım isə Qazaxıstandadır(1,2 %). Daşkənd və Almatı regionun ən iri milyonçu şəhərlərindəndir.

Bu regionun ölkələrinin hamısı İOÖ-dir. Yəni sənayenin əsasını yerli xammala əsaslanan hasilat sənayesi təşkil edir. Sənayenin əsas sahələri qara və əlvan metallurgiya, yanacaq-energetika, maşınqayırma və s. Burada



Bu regionda əhalinin 45% kənd təsərrüfatında işləyir. Kənd təsərrüfatı ÜDM-nin 25 % dir. Kənd təsərrüfatında əsasən əkinçilik maldarlıqdan üstündür (Monqolustan və Qırğızıstan istisna). Kənd təsərrüfatında əsas yeri pambıqçılıq tutur. Bu region pambıqçılıq üzrə dünya birincisidir(ildə 9-11 million ton) Pambıqçılıq üzrə Özbəkistan və Türkmənistan ixtisaslaşıb. Özbəkistan pambıq istehsalına görə dünyada 5. yeri tutur. Pambıq əsasən Fərqanə, Daşkənd vadisi; Zərəfşan, Vaxsh vadiləri; Qaraqum kanalı boyu əkilir. Qazaxıstanda taxılçılıq inkişaf etmişdir. Monqolustan xaric bütün ölkələrdə əkinçilik var. Monqolsutanda dini inanclar və milli mentalitetə görə əkinçilik minimum səviyyədədir. Heyvandarlıq geniş yayılıb. Ətlik-Yunluq qoyunçuluq Monqolustan və Qırğızıstanda; qaragül qoyunçuluğu, baramaçılıq və digər sahələr inkişaf edib.
Region xaricə əsasən neft-qaz, kənd təsərrüfatı, qara və əlvan metallurgiya məhsulları göndərir.

Yüklə 46,46 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin