vəzifəsinə vakansiya elan edir. Təşkilat: “İnkişaf üçün Maliyyə” MMC digər maliyyə resurslarına çıxışı olmayan şəxslərə davamlı olaraq maliyyə xidmətləri göstərmək üçün Oksfam BB tərəfindən yaradılmış maliyyə qurumudur.
İşin adı: İnsan resursları və inzibati idarəetmə üzrə menecer
İş yeri: Bakı şəhəri
İşin xülasəsi: Təşkilatın insan resurslarının səmərəli idarə edilməsi ilə bağlı planlaşdırma, rəhbərlik və əlaqələndirmə fəaliyyətlərinin icrası
İş hesabatlıdır:İdarə Heyətinin Sədrinə
Əsas vəzifələr:
Menecmentlə birgə təşkilatın insan resurslarına olan ehtiyaclarının müəyyənləşdirilməsi və planlaşdırılması; işçi seçimi ilə bağlı ərizələrin yoxlanılması, qiymətləndirilməsi və müsahibələrin aparılması
Işçi heyətinin peşəkar hazırlığını artırmaq məqsədilə treninq ehtiyaclarının öyrənilməsi və inkişaf planlarının hazırlanması; iş fəaliyyətinin qiymətləndirilməsi sisteminin tətbiq edilməsi
Işçilərin şəxsi fayllarının yaradılması və idarə olunması; iş vaxtının uçotuna nəzarət; işə qəbul və işdən azadedilmə ilə əlaqədar sənədləşmələrin təşkili
Problem həll etmə və çətin vəziyyəti idarə etmə bacarığı
Uyğun namizədlər öz tərcümeyi-hal və müşayiətedici məktubu 496 77 63nömrəli faksla və ya findev@azeronline.com ünvanına elektron poçtla göndərə bilərlər. Namizədlər məktubda əmək haqqı istəklərini göstərməlidirlər. İnsan Resurslarının idarə edilməsi sahəsində təcrübəyə malik, yaxud bu sahədə dərəcə almış namizədlərə üstünlük veriləcəkdir.
Ərizələr 10 Dekabr 2006-cı il tarixinədək qəbul ediləcəkdir.