BANK OLMAYAN KREDİT TƏŞKİLATI “AZƏRİ STAR MİKROMALİYYƏ” MMC
BƏRDƏ FİLİALI ÜCÜN XƏZİNƏDAR VƏZİFƏSİNƏ İŞÇİ QƏBULU ELAN EDİR.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ
Bütün kredit paylanışını və geri ödənişləri nəzarətdə saxlamalı, əməliyyatlarda qeyri adi hallara yol verməmək ücün diqqətli olmalı;
Kassa kitabına bütün nəğd əməliyyatları və nəğd balansı daxil etməli;
Girovların bank və müştəri arasında dövriyyəsinin qeydini aparmaq ücün “Qeyd Kitabinin” iğlənməsi;
Gündəlik pul dövriyyəsinin idarə edilməsi və kassada təşkilatın fəaliyyəti üçün nəğd pulun saxlanmasını təmin etməli;
Kassa kitabının dəqiqliyini yoxlamaq üçün həftəlik və aylıq hesabatların hazırlanması, kassa kitabının bütün qeydlərini balansın yoxlanması üçün qarşılaşdırmanın aparılması;
Bütün kassanın nəğd ödənişlərinə cavabdeh olmalı, bütün kredit paylanışı və geri ödəmələri daxil etməli;
Geri ödənişləri almaqda müştərilərə xidmət etməli və əsas qaydalar haqda məlumat verməli, kassa kitabında qeyd aparmalı, qəbzləri möhürləməli, banka pul keçirməli;
Məbləği yoxlamaq üçün pulu saymalı və ödəniş qəbzi verməli;
MİS-ə geri ödənişləri daxil etməli;
Mal və xidmət haqqının qəbz qarşılığında işçilərə ödəmələrini etməlidir;
Banka hesablarına və zinyət əşyalarının depozit hesabına qoyulması və çıxarılmasına məsuliyyət daşıyır;
Daxil olan məbləğin qeydi və əməliyyat haqqında hesabat hazırlamalıdır;
Kredit pulunun paylanışı və müvafiq sənədlərin qeydiyyatı;
Əmək funksiyasına aid olan digər işləri yerinə yetirməli;
BACARIQLAR
Yaxşı ünsiyyət qabiliyyəti
Komandada işləmək bacarığı
Maliyyə savadı və cətin şəraitdə işləmək qabiliyyəti
Maliyyə institutları və kredit təşkilatlarında iş təcrübəsi
Başlanğıc səviyyədə kompyuter savadı
Maraqlanan şəxslər öz CV-lərini və doldurulmuş Ərizə formasını aşağıdakı ünvana təqdim edə bilərlər.
Bərdə rayonu, Qarabağ kücəsi 22.
Email: barda@asm.az
Sənəd qəbulunun son tarixi 10 Yanvar, 2008-ci ildir.