Banklar haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
(4 mart 2005-ci il, 6 mart 2007-ci il, 17 aprel 2007-ci il, 19 oktyabr 2007-ci il, 2
oktyabr 2008-ci il, 26 may 2009-cu il, 30 iyun 2009-cu il, 5 mart 2010-cu il, 30 sentyabr
2010-cu il, 17 may 2011-ci il, 21 iyun 2013-cü il, 20 iyun 2014-cü il, 28 oktyabr 2014-cü
il, 6 oktyabr 2015-ci il, 4 mart 2016-
cı il, 06 may 2016-cı il, 7 aprel 2017-ci il, 20 oktyabr
2017-ci il, 17 noyabr 2017-ci il, 29 dekabr 2017-ci il, 3 aprel 2018-ci il, 31 may 2018-ci il,
30 oktyabr 2018-ci il tarixli, 28 dekabr 2018-ci il tarixli, 9 aprel 2019-cu il tarixli, 30 may
2019-cu il tarixli, 13 iyun 2019-cu il tarixli, 27 iyun 2019-cu il tarixli, 24 aprel 2020-cil
tarixli v
ə 22 dekabr 2020-ci il tarixli qanunlarla qəbul edilmiş dəyişikliklərlə)
Bu Qanun Azərbaycanda bank sisteminin hüquqi bazasının beynəlxalq standartlara tam
uyğunlaşdırılması, iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, bank əmanətçilərinin
və kreditorlarının müdafiəsinin gücləndirilməsi və bütövlükdə bank sisteminin stabil və
təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarəedilməsi,
fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və normalarını müəyyən
edir.
I
fəsil
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 .
Əsas anlayışlar
1.0.
Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: