Baş beyin yarımkürələri qabığı və funksiyaları



Yüklə 17,64 Kb.
tarix10.01.2022
ölçüsü17,64 Kb.
#108750

Baş beyin yarımkürələri qabığı və funksiyaları

Baş beyin qabığı öz inkişafına görə mərkəzi sinir sisteminin ən yeni və ən təkmilləşmiş törəməsidir.Anatomik cəhətdən qabıq boz maddə lövhəsi olub,yarımkürələrin xarici səthini örtür.Yarımkürələrin yuxarı-bayır və içəri səthləri,habelə əsası ayırd edilir.Dorzolateral səthdə olan mərkəzi şırımı alın və təpə paylarını bir-birindən ayırır.Ondan aşağıda yerləşən yan (Silvi) şırımı gicgah payını alın və təpə paylarından ayırır.Ənsə payı təpə və gicgah paylarından təpə-ənsə şırımının (sulcus parietooccipitalis) davamı olan xəttlə ayrılmışdır. Beləliklə,hər yarımkürənin qabarıq səthində baş beynin 4 payı ayırd edilir: alın, təpə, gicgah və ənsə payları; bəzən buraya - limbik və adacıq payları da əlavə edilir.

Mərkəzi şırım iki əhımiyyətli qırışları - mərkəzönü və mərkəzarxası qırışları bir-birindən ayırır. Bu qırışların vacibliyini nəzərə alaraq həmin nahiyəni bəzən mərkəzi qırışlar nahiyəsi də adlandırırlar.Beyin yarımkürələrinin bayır qabarıq səthində habelə aşağıdakı qırışlar vardır: alın payında mərkəzönü qırışdan öndə 3 qırış yerləşir: yuxarı, orta və aşağı alın qırışı; təpə payında: horizontal şırımla (sulcus İnterparietalis) iki paycıq - yuxarı və aşağı təpə paycıqları ayırd edilir. Aşağı təpə paycığında nisbətən öndə yerləşmiş kənarüstü qırış (gyrus supra-marginalis) və ənsə payı hüdudunda yerləşən bucaq qırışı (gyrus angularis); gicgah payında horizontal yerləşmiş üç qırış: yuxarı, orta, aşağı gicgah qırışları vardır.

Beyin yarımkürələrinin içəri səthində təpə payını ənsə payından ayıran təpə-ənsə şırımı (sulcus parietooccipitalis) yaxşı görünür.Ənsə payında dərin mahmız şırımı (fissura calcarina) yerləşib.Həmin şırımdan yuxarıda paz (cuneus) və ondan aşağıda isə dil qırışı (gyrus lingualis seu occipitotemporalis medialis) ayırd edilir.Gicgah payının içəri səthində daəizatıyanı qırış (gyrus parahippocampalis) yerləşir. Sağ və sol beyin yarımkürələrini bir-birindən ayıran sagittal yarığın dibində həmin yarımkürələri bir-birilə birləşdirən döyənək cism (corpus callosum) vardır. Bu cism başlıca olaraq komissural sistemə aid olan köndələn liflərdən təşkil olunmuşdur.Baş beyin yarımkürələrinin aşağı səthində (asasında) öndə alın payları, bunlardan arxaya gicgah və daha arxada ənsə payları yerləşib. Alın paylarının əsasında qoxu soğanağı və qoxu yolu (bulbus et tractus olfactorii),bunlardan arxaya isə görmə sinirləri çarpazı (chiasma opticum yerləşmişdir.

Beyin qabığı boz maddədən ibarətdir.Onun mikroskopik quruluşu mürəkkəbdir. Belə ki, o, milyardlarla sayıla bilən müxtəlif formalı və ölçülü neyronlardan təşkil olunmuşdur. Beyin qabığı əsasən altı qatdan ibarətdir:

1.Molekulyar qat - bilavasitə beyinin yumşaq qişası altında yerləşir, neyronların miqdarı nisbətən azdır. Burada sinir lifləri qabıq səthinə paralel yerləşdiyindən bu qata zona qatı və ya tangensial qat da deyilir.

2.Xarici dənəli qat - birinci qatın altında yerləşib, tərkibində çoxlu miqdarda kiçik dənəli neyronlar vardır.

3.Kiçik və orta piramid hüceyrələr qatı.

4.Daxili dənəli qat

5.Böyük piramid hüceyrələr qatı.

6. Polimorf hüceyrələr qatı müxtalif formalı (üçbucaq iyşəkilli) neyronlardan ibarətdir.

Qabığın yuxarıda göstərdiyimiz altı qatlı quruluşu hər yerdə eyni deyildir.Bəzi yerlərdə müəyyən qat daha qalın olub,digər qat isə zəof nəzərə çarpır.Bəzi nahiyələrdə isə qatlar bəzən yarımqatlara bölünür.

Sitoarxitektonik tədqiqatların nəticələri beyin qabığında funksiyaların lokalizasiyasına dair mübahisəli məsələlərin həllində böyük rol oynamışdır.Müəyyən olunub ki, hər hansı bir funksiya ilə bağlı olan nahiyə özünəməxsus quruluşa malikdir və funksional əhəmiyyətinə görə yaxın olan beyin qabığı sahələri həm insanlarda,həm də heyvanlarda oxşar quruluşdadır.Zədələnməsi mürəkkəb insani funksiyaların pozulmasına səbəb olan nahiyələr yalnız insanın beyin qabığında var. Digər məməlilərdə, o cümlədən antropomorf meymunlarda belə, bunlar yoxdur.Beyin qabığında funksiyaların lokalizasiyası haqqında mülahizənin tarixi kifayət qədər böyükdür.Belə movqe funksiyaların beyin qabığında lokalizasiyasının inkarından ta insan fəaliyyatinin bütün funksiyalarının, o cümlədən yaddaş, iradə kimi ali keyfiyyətlərin beyin qabığında məhdud nahiyələrdə paylanmasını təsdiq edən və nəhayət qabığın "ekvipotensiallığına" yəni funksiyaların lokalizasiyasının yenidən inkarı dövrünə qayıdışı əhatə edir.

Proyeksion mərkəzlərdə, daha doğrusu beyin kötüyü, kəllə və onurğa beyni sinirləri ilə periferiya ilə rabitədə olan beyin qabığı zonalarında - funksiyaların lokalizasiyası dəqiq müəyyən olunub.Mürəkkəb və filogenetik cəhətdən daha yeni qabıq funksiyaları daha geniş sahələrdə lokalizə olunur. Onların həyata keçirilməsində nainki geniş sahələr, hətta bütöv qabıq iştirak edir.

Baş beyin qabığında funksiyaların lokalizasiyası haqqında yeni və proqressiv təlimin əsasını İ.P.Pavlov qoymuşdur. O, həmçinin analizatorlar barəsində nəzıriyyənin də banisidir. Ona görə,hər bir analizator beyin qabığının müəyyən nahiyəsi ilə bağlıdır və mərkəz adlandırılan bu nahiyə analizatorun ali qabıq hissəsidir.Ancaq analizatorların funksiyasını (başqa sözlə desək birinci siqnal sisteminin işini) təkcə beyin qabığının proyeksion zonaları ilə bağlamaq olmaz. Belə ki,mürəkkəb, sırf insani funksiyaları- ikinci siqnal sisteminin işini hər hansı bir məhdud beyin qabığı sahəsində təsəvvür etmək mümkün deyil.Çünki ikinci siqnal sisteminin funksiyaları bütün analizatorların funksiyaları ilə ayrılmaz rabitədədir.

"Assosiativ mərkəzlər" proyeksion mərkəzlərdən fərqli olaraq aşağıda yerləşmiş sinir sistemi şöbələri və periferiya ilə bilavasitə əlaqədə deyildir.Onlar yalnız qabığın digər hissələri, o cümlədən proyeksion mərkəzlər ilə əlaqədədirlər."Assosiativ mərkəzlərə” nümunə kimi mərkəzarxası qırışıqdan arxada yerləşmiş (təpə payında) "stereqnoziya” mərkəzini misal göstərmək olar.

Gövdənin əks tərəfinin əzələləri üçün hərəki proyeksion nahiyələr mərkəzönü qırışıqda yerləşir. Ayrı-ayrı əzələ qrupları üçün proyeksiya, burada onların gövdədəki ardıcıllığına müvafiq gəlmir:mərkəzönü qırışığın yuxarı hissəsi və qismən mərkəzyanı paycığa (yarımkürələrin içəri səthində) ayaq, orta hissəsi - al, aşağı hissəsi - üz, dil, udlaq və qırtlaq nahiyələrinə müvafiqdir. Gövdə hərəkətlərinin proyeksiyası yuxarı alın qırışığının arxa hissəsinə uyğun gəlir.

Başın və gözlərin əks tərəfə çevrilməsinin proyeksiyaları orta alın qırışığının arxa hissəsinə uyğun gəlir. Buradan yollar aşağıya (bilavasitə piramid dəstələrin yaxınlığında) istiqamətlənib beyin kötüyündə arxa boylama dəstə ilə əlaqələnir və baxışın (və ya başla birgə)iradi innervasiyasını təmin edir.

Hissi proyeksion mərkəz mərkəzarxası qırışıqda yerləşir.Dəri reseptorlarının proyeksiyası mərkəzönü qırışıqdakı somatotopik fəaliyyətin əks olunmasının analoqudur; qırışığın yuxarı hissəsində aşağı ətrafın hissiyyatı, ortada - yuxarı ətrafın və aşağıda başın hissiyyatı əks olunur (əks somatotopik proeksiya).

Görmə proyeksion nahiyəsi - ənsə payında, yarımkürələrin içəri səthində,mahmız şırımının kənarları boyunca və dərinliyində yerləşir.Hər yarımkürədə hər iki gözün əks görmə sahələri proyeksiya olunur. Özü də mahmız şırımının üstündə yerləşən nahiyə-paz (çuneus) görmə sahəsinin aşağı, bundan aşağıda yerləşən dil qırışığı (gyrus lingualis) isə görmə sahəsinin yuxarı kvadrantlarına müvafiqdir.

Eşitmə proyeksion nahiyəsi - gicgah payında yuxan gicgah qırışının ortasında olan köndələn Geşle qırışlarında (gicgah payının içeri sathinda) yerləşir.Qoxu proyeksion nahiyəsi də gicgah payında,əsasən dənizatıyanı qırışıqda (gyrus parahippocampalis), xüsusən onun ön hissəsində, yeni qırmağnda (uncus) yerləşir.

Qabığın bütün proyeksion nahiyələri ikitərəflidir və hər yarımkürədə simmetrik yerləşmişdir. Bunların bir qismi yalnız əks trəf (mərkəzönü və mərkəzarxası qınşıqlar, baş və gözlərin çevrilməsi zonaları, görmə nahiyəsi) ilə rabitədədir.Eşitmə, dad və qoxunun qabıq mərkəzləri periferiyada müvafiq reseptor sahələrlə hər iki tərəflə əlaqə saxlayır.



"İradi" hərəkətlərin impulsları (şərti reflektor faaliyyətin nəticəsi) enən aparıcı yollar vasitəsilə skelet əzələlərinə gəlir.Periferiyadan - dəri,əzələ, xüsusi duyğu orqanları, visseral və digər reseptorlardan mərkəzəqaçan impulslar afferent yollar sistemi ilə müvafiq hissi proyeksion nahiyələrə, buradan isə analizatorun geniş ərazi hüdudlarına gəlir.Məhz nahiyələrdə duyğu analiz və sintez olunur.

Praksiya-beyin qabığnın geniş reseptor-qnostik və proeksion nahiyələrin müştərək fəaliyyətinin nəticəsidir. Son motor faaliyyat enən, efferent yolların vasitəsi ilə həyata keçirilir.
Yüklə 17,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin