“Bayraq bayramı” tədbirinin senarisi.
A.Kazımovun” Azərbaycan bayrağı” mahnısı ilə giriş.
1. Sən səslənən zamanda 2. Qəhrəman babaların
Dağlar qalxar ayağa Vüqarı var səsində
Sədan deyir eşq olsun Tanıt odlar yurdumu
Bu müqəddəs torpağa Bütün yer kürəsində
Azərbaycan himnimiz. Azərbaycan himnimiz.
Azərbaycan himni səslənir.
A1— Salam əziz müəllimlər ,hörmətli valideynlər və qonaqlar. Bu gün III siniflərin
9 noyabr “ Bayraq günü” nə həsr etdikləri tədbirə xoş gəlmisiniz.
A2-----Sizi hər birinizi qürur və iftixar mənbəyimiz olan bayraq bayramı münasibəti ilə
Təbrik edirik.Diləyirik ki, uğur, yüksəliş, sülh əmin-amanlıq heç zaman başımızın üstündən əskik olmasın.
A1-III siniflərin hazırladığı bayram tədbirini açıq elan edirik.
1.Xoş gəldin söyləyirik, biz bu bayrama
Salam göndəririk bu gün hamıya
Güllərə, çiçəklərə, vətəni sevən əsgərlərə
Nəhayət , bütün Azərbaycana.
2. Salam Azərbaycan ,salam odlar yurdu
Salam doğma vətənim, salam Azərbaycanım
Ay mənim şirin canım,sənsiz ötə də bilməz
Mənim heç bir cahanım Azərbaycanım.
3.Ürəklərdə min bir dilək
Arzumuz açsın çıçək
Hamı desin ürəkdən
Bayraq bayramınız mübarək.
4. Bayramın mübarək, ey ana Vətən.
Hünərlər, zəfərlər izləyir səni,
Şöhrətin ən uca zirvəsindəsən,
Hələ çox zirvələr gözləyir səni.
Azərbaycan dövlət bayrağı 9 noyabr klipi.
1. Torpağın üstünə kölgələr salan
Mənim varlığımın cilası bayraq.
Zəfər doğulmuş Göytürkdən qalan
Qurdbaşlı bayrağın balası bayraq.
2..Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri- qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq öz yurduma öz hakimliyim.
3. Harda əcdadıdımın ayaq izi var.
Bu zəfər bayrağım orda dikəlsin.
Keçdiyi yerlərdə dağlar , yamaclar
Onun hüzuruna salama gəlsin.
4.Tarixdən qədimdir, zamandan qoca
Mənim bayrağıma sancılan hilal
Aləmə nur saçdı tarix boyunca
Məbədlər başına tac olan hilal.
5.Daim ucalasan. Savaş günündə
Əsgər silahıyla səni tək gördüm
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən gördüm.
6.Bayraq dövlətimin rəmzi nişanı
Bayraq millətimin şərəf şanıdır
Qoruyaq bayrağı göz bəbəyi tək.
O qədim bir xalqın adı şanıdır.
7.Dövlətin qüdrəti gücü millətdir
Millət güclüdürsə sarsılmaz Vətən
Elmli, bilikli millətin varsa
Üstünə qışqırmaz hər yoldan ötən
8. Qoruyaq bayrağı qoy dalğalansın
Ana yurdumuzun hər bucağında
Düşmənə qalmasın nə Şuşa nə Laçın
Tonqallar qalayaq hər ocağında
1. Bilirsinizmi, ölkəmizin paytaxtı Bakı şəhərində bir meydan var .Burada dünyanın ən böyük və ən uca bayrağı dalğalanır.Bu meydan Dövlət Bayrağı Meydanı adlanır.Öz nəhəngliyinə, əzəmətinə, möhtəşəmliyinə və müasir memarlıq üslubuna görə Dövlət Bayrağı Meydanının dünyada tayı-bərabəri yoxdur.
2.Dövlət Bayrağı Meydanının yaradılması ideyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məxsusdur.Mühtərəm Prezidentimiz 2007-ci il 30 dekabrda Bayıl qəsəbəsində Dövlət Bayrağı Meydanının tikintisinin təməlini qoymuşdur.
3. 2010-cu il sentyabrın birində Dövlət Bayrağı Meydanının açılışı olmuşdur.Bu bayrağın dirəyinin hündürlüyü 162 m-dir.Dairənin diametri aşağı hissədə 3m 20sm, üst hissədə 1m 9 sm-dir.
4.Bayrağın eni 35m, uzunluğu 70m, ümumi sahəsi 2450 kvadrat m-dir.
5.Təkcə bayrağın çəkisi təqribən 350kq, dirəklə birlikdə ümumi çəkisi isə 220 tondur. Bayrağın əhatəsində dövlət rəmzlərimiz yerləşdirilib. Burada çox maraqlı muzey- Dövlət Bayrağı Muzeyi yaradılmışdır.
BAyil meydanindan çəkiliş.
1.Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir.
Dövlət atributlarımızın təbliğini gücləndirmək haqqında Prezidentimiz Heydər Əliyevin martın 13-də imzaladığı sərəncam bu sözlərlə başlanır.
2.Bayraq, gerb və himn xalqın, dövlətin varlığıdır. Üzərində gerbin həkk oldunduğu bayraq gətiriləndə ona yol verilməli, himn ifa olunanda hamı ayağa qalxmalıdır. Yazılmamış bu qanuna dünyanın bütün ölkələrində əməl olunur.
Dövlət atributlarına dərin ehtiram cəmiyyətdə xüsusilə gənclər arasında vətənpərvərlik hisslərinin tərbiyə edilməsində mühüm amildir.Elə buna görə də bu ülvi duyğulara hər yerdə ciddi münasibət bəslənilməli özümüzdə bayrağımıza gerbimizə və himnimizə dərin ehtiram, bunların yolunda candan belə keçməyə hazır olmaq hissləri tərbiyə etməliyik.
1 .Sərvətimdir varımdı 2.Kəpəzdi, Savalandı
Yenilməz vüqarımdı Ürəyimdəki qandı
Andım iftixarımdır Anam Azərbaycandı
Gerbim, himnim bayrağım Gerbim , himnim bayrağım
3.Sinəmdəki bu həvəs 4.Günəşdir sönə bilməz
Şəhid qanına əvəz Yolundan dönə bilməz
Aləmə salıbdı həvəs Yüksəldi enə bilməz
Gerbim himnim bayrağım Aylı-ulduzlu bayraq.
5. Duyğumuz, qanımızdır, 6.Ay- ulduzlu bayrağım
Qəlbimiz canımızdır Başım üstə hər zaman
Azərbaycanımızdır Alov kimi dalğalan
Aylı-ulduzlu bayraq. Gözünə çöksün duman
7.Ay ulduzlu bayrağım 8.Külək yellədir, baxın
Günəş üzlü bayrağım Dalğalanır necə də
Rəngin mavi, al yaşıl Yurdumun başı üstə
Sənə necə yaraşır. Durub gündüz, gecə də
9.Azərbaycan əyilməz
Azərbaycan bölünməz
Bir kərə qalxan bayraq
Bir daha yerə enməz.
A2—İndi isə qızlarımızın sizlər üçün hazırladığı rəqsə tamaşa edək.
B.Dadaşovanın “ Azərbaycan “ mahnısına rəqs
A1-Haradaki, üçrəngli bayraq dalğalanır – ora mənim Vətənimdir, Azərbaycan məkanıdır, orada yurdumun sədası, sözü - söhbəti var.
Bəli, bayraq dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq,
bir sözlə müqəddəslik rəmzidir. Millətin, xalqın qeyrət simvoludur
1.Azərbaycan . Mənim doğma Vətənim,
Mən səni çox sevirəm.
Nəğməmi,sözümü yayın hər yana
Vurğunam Bakıya, Azərbaycana.
2. Yüz ölkə dolansam, yüz diyar görsəm,
Bu doğma yerləri mən unutmaram.
Nəğməmi, sözümü yayın hər yana,
Vurğunam Bakıya, Azərbaycana.
3. Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbaycan—çiçəklərin içində qaya
Mənim könlüm bu torpağı vəsf eyləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.
4.Azərbaycan—mayası nur, qayəsi nur ki,
Hər daşından alovdilli ox ola bilər
Azərbaycan deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.
5. Ən gözəl kəlmələr axtarın, seçin
Dostlar, alqışlardan Azərbaycana.
Hələ neçə-neçə bayraqlar biçin
Qızıl qumaşlardan Azərbaycana.
(F. Ağayevin mahnısı)
A2- Bir səhnəciyə tamaşa edək.( 1 oğlan səhnəyə çıxır bayrağa yaxınlaşıb öpür və deyir)
Oğlan--- Bayrağım yatağımın baş tərəfində durur .Hər sabah qalxanda bayrağı öperəm və deyirəm. Sevgili bayrağım arzum budur ki, böyüyüm əsgər olum şanlı vətənımın torpaqlarımı xilas edim.
( Ata kənarda oğula qulaq asıb yaxınlaşıb deyir)
Ata--- Oğlum sən bayrağı niyə bu qədər çox sevirsən?
Oğlan--- Ata, sən bilirsən bu bayraq mənə erməni yadellilərinin xəyanətini xatırladır. Elə istəyirəm ki, yatam bir gün oyanam görüm ki, böyümüşəm və əsgər getmişəm.Erməni yadelliləri ilə döyüşdə qalib gəlmişik. Və bu bayrağı Qarabağ torpağında dalğalandırıram.Vətənə olan bayrağa olan məhəbbətimi bununla sübut etmək istəyirəm.
Ata--- Ay mənim ağıllı oğlum. İnşallah sənin bu arzuların tez bir zamanda həyata keçər.( oğlunun başını siğallayıb öpür.)
Aparıcı---- Axşam olur oğlan yatır və yuxu görür.Yuxuda görür ki, əsgər paltarında çiynində silah əlində bayraq əsgər sıralarında addımlayır.
( oğlanlar əsgər marşı mahnısını oxuyurlar)
Aparıcı--- Atışma səsləri eşidilir . Döyüş gedir. Və….
Oğlan 1—Qələbə qələbə
O2- Gözümüz aydın.Düşmənlər geri çəkilib
O 3—Səngərlər bizimdir.
O 4 – Əsgərlər, yoldaşlar bütün kəndləri ələ keçirmişik
O 5--- Uşaqlar Qubadlı , Zəngilan da bizimdir.
O6— İrəli dostlar Laçında bizimdir
O 7--- Kəlbəcər ayaqlarımızın altındadır.
O 8- Şuşanı aldıq Şuşada bizimdir.Gəlin bu bayrağımızı Şuşada sancaq.
Aparıcı—Oğlan yuxudan ayılır və bu gördüklərinin bir yuxu olduğunu görür və məyus olur.( İnşallah Gördüklərim olacaq.)
(Azərinin “ Çırpınırdı Qara dəniz” mahnısı səslənir)
A1- Bilirik ki, hamımızın bir arzusu var İnşallah öz milli bayrağımızı Azərbaycan torpağı olan Qarabağ torpağında dalğalandırarıq . Amin,…
Qız___ Qarabağ uğrunda Döyüşlər təzə başlananda cəsur oğullarımızdan birinin
Azərbaycan bayrağının erməni basqınçılarından xilas edib hərbi hissəyə gətirməsi xəbəri gənclərimizn qəhrəmanlıq ruhunu nə qədər yüksəltmişdi.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.
(Mübariz haqqında klip)
Bizim Mübariz İbrahimov kimi qəhrəman oğullarımız var. Azərbaycan bayrağını sinəsinə basıb düşmən üstünə gedib. Öz gözəl həyatını Azərbaycan xalqının azadlığı uğrunda fəda edib.
Dövlətin uzaqdan görülsün deyə
İlk əvvəl millətin görünməlidir.
Bayrağın göylərdə yellənsin deyə
Minlərlə Mübariz dirilməlidir.
A2---- Gəlin bir gözəl valsa baxaq.
Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik, çünki bizim vətənimizə millətimizə dövlətimizə olan sədaqət sevgi və məhəbbət rəmzidir. Ümumilli lider Heydər Əliyev.
( H. Əliyev “ MƏn fəxr edirəm ki azərbaycanlıyam)
1. Sənsən Azadlıq eşqim
Sənsən Hürr deyəcəyim
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm
Şuşada sən qonduğun daşa pir deyəcəyəm
Çəkəcəyəm gözünə kölgən düşən torpağa
Azərbaycan bayrağı, Azərbaycan bayrağı
2.Mən nə heykəl, nədə bir bez parçasıyam
Mən sabahın azadlıq carçısıyam
Neçə şəhid dodağının vətən deyən harayıyam
Mərd əlində dalğalanıb
Hələ misli görünməmiş,elə zəfər çağasıyam
Mən müqəddəs yerə enməz
Azərbaycan bayrağıyam,
Azərbaycan bayrağıyam.
3. Göylərə yüksəlib üç rəngli bayraq
Onu ucalardan enməyə qoyma
Qəlbimin başında qığılcım yanar
Ey vətən, sən onu sönməyə qoyma.
4.. Gəlir babalardan haraylı bir səs
“Yüksələn bir bayraq bir daha enməz”
Azadlıq eşqimiz tükənərmi bəs
Ya Rəbbi, bu eşqi sönməyə qoyma
A2-Biz inanırıq ki,Ümummilli lider Heydər Əliyevin layiqli
davamçısı müdrik prezidentimiz hörmətli İlham Əliyev
cənablarının ağıllı, uzaqgörən siyasəti nəticəsində müstəqil
Azərbaycanımız bu qələbəni tezliklə bayram edəcəkdir.
( Yürü Azərbaycan mahnisi ilə sona çatır).
Dostları ilə paylaş: |