Bəxtiyar Tuncay Adil Gəray Xanın yarlıqları



Yüklə 2,15 Mb.
səhifə1/6
tarix26.03.2020
ölçüsü2,15 Mb.
#102394
  1   2   3   4   5   6

Bəxtiyar Tuncay

Adil Gəray Xanın yarlıqları

1666-1671-ci illərdə Uluq Ordanın uluq xanı (xanlar xanı, xaqanı) olan Adil Gəray Xan (عادل كراى‎) tarixi mənbələrdən həm də Asil Çoban-GərayXan adı ilə məşhurdur. Bu da onun Çingizoğullarının Gəray qolunun yan nəsillərindən birinə mənsub olmasından qaynaqlanır.

Adil Gəray Xana 1617-ci ildə dünyaya gəlmiş, 1666-cı ildə Krım və Noğay bəyləri tərəfindən xan seçilmişdir. Xanlığının məşruiyyəti Osmanlı sultanı, daha doğrusu İslam xəlifəsi tərəfindən tanındıqdan sonra xanlıq taxtına oturmuş və qardaşı oğlu Dövlət Gərayı kalğa (vəliəhd) etmişdir.

Moskva çarlığını sülhə məcbur etməyi bacaran və çarın 11 ildən bəri ödənməkdən imtina etdiyi xəzinəni (bac-xəracı) ödəməsinə nail olan Adil Gəray Xan Don kazakları ilə Reç Pospolitaya qarşı ittifaq yaratmış, lakin planını gerçəkləşdirə bilməmişdi. Bu da yerli bəylərin və xəlifənin narazılığına səbəb oldu. Nəticədə xanlıq səlahiyyətlərini itirdi və 1671-ci ildə Qarnabad (indiki Bolqarıstan) şəhərinə göndərildi. Bir il sonra elə orada da dünyasını dəyişdi.

Ondan dövrümüzə 13 yarlıq miras qalıb.

Bunlardan birincisi Moskva çarı Aleksey Mixayloviçə göndərilən 1666-cı il tarixli yarlıqdır. Həmin sənəd Hüseyn Fеуzxanovun arxivində “№ 198” şifrəsi altında qeyd edilib.

Yarlığın qısa məzmunu:

Cülus (iclas) və Adil Gərayın xan seçilməsi. Çarın Mühəmməd Gəray Xana göndərdiyi elçisinin geri dönməsi. Mühəmməd ağanın çarı yeni xanın taxta çıxması barədə çarı məlumatlandırmaq məqsədi ilə Moskvaya göndərilməsi. Xanın çardan əvvəlki andına sadiq qalmasını istəməsi. Qarşıdurma və yürüşlərin Uluq Orda dövlətinə vurduğu ziyan. Xanın çardan Kırıma yeni elçi göndərməsini xahiş etməsi. Keçmiş zamanlarda çarın elçilərinin Kırımda saxlanılaraq ləngidilməsi hallarına son qoyulması və onların geri dönmələrinin təmin edilməsi.



Yarlığın orijinal mətni:

Hu.

Adil Gəray Xan bin Dövlət Gəray Sultan.

Sözümiz.

Tañrı Təbarək və Təalaniñ rəhmi və inayəti milən Uluğ Orda və Uluğ Yurtnıñ və Dəşt-i Qıpçaqnıñ və Təxt-ı Qırımnıñ və sansız köb Tatarnıñ və sağışsız köb Noğaynıñ və Tağ ara Çərkəsniñ və Tat bilə Tavgaçniñ uluğ padişahı bolğan min uluğ Adil Gəray Xan damə dövlətühu və nüsrətühu əli yövmül-Mizan həzrətlərindin qardaşımız uluğ padişah, Xan, həm uluğ biy Aleksay Mixaylaviç, barça Urusnıñ pənahı və köb məmləkətlərniñ də bolsa, padişahı və hükümdarığa köpdin köp səlam etüb, tatuvlıq milən xətriñüz sorğanımızdın soñra ilam və inhay Xanı budır ki, Allah Təbarək və Təala qutlu və mübarək eyləyə kəmal qüdrətiylə məniñ zat-i səadət alüdəmi, cümlədən bərtər idüb, hilat-i xilafəti düş-i Hümayunıma kiyürüb və tac-I kiyasəti qıraq-i mübarəgimə urub, baba taxtına Xan və barça halqımıza sultan eylədi.

Qutlu saat cülus-u mədələt manusım vaqi bolmağın bu xəbər-i xeyrimiznı bildirə tatuvlıq yəmilən mühəbbətnamə xəttimiz yazılub, ağaçamız Mühəmməd Gəray Xana yibərilgən elçiñüzgə icazət berilüb, tərəf-i izzət-nümudimizdən taqı elçilik xidməti milən yaqın qullarımızdan Mühəmməd ağa zidə qadruhu irsal qılınmışdır. İnşəAllahu Təala, vüsulında körünüşiñüzgə alub, mühəbbətnamə xəttimiz oqutub, yaxşı tiñlığəy irdiñüz.

Az iş səbəbli iki curtnıñ arasında köb düşmanlıq bolub və köp qan tökülüp, iki curtnıñ fəqir və füqarası tinçsiz bolmaqı oxşavsız qılıq ikəndir və Al-i Curtına tamə itmək ol dəxi igü tügüldir. İki curtnıñ fəqir və füqarası tinç və rahat bolğanını tiləb, ata və dədələriñüz etkən əhdni mühkəm qılub ömür axırğaçə dostluq və qardaşlıq üzrə taymay turarğa fikriñüz bar bolsa, yaqın sipahiləriñüzdən elçiñüzi yibərgəy irdiñüz.

Ötkən tarixlərdə kəlgən elçiləriñüzni cibərməy qaldırıpdırlar. Bizim zamanımızda kəlgən elçileriñüz qalmay tutqavsız cibərilüb və ağız cəvabımız elçimizgə ısmar qılınğandır. İgü sorub, yaxşı tiñləğəy erdüñüz.

Yazıldı taxtgâhımız Bağçasarayında

Rebiü’l-ahiriñ evvelinde biñ yetmiş yedi tarihında.

Bi-məqam Bağçasaray əl-məhrusə.

Adil Gəray Xan bin Dövlət Gəray Sultan (Документы Крымского Ханства.., 2017, s. 232-233).

Adil Gəray Xanın Aleksey Mixayloviçə göndərdiyi 1667-ci il tarixli ikinci yarlıq Hüseyn Fеуzxanovun arxivində “№ 202” şifrəsi altında qeyd edilib.



Yarlığın qısa məzmunu:

Çarın elçisinin Osmanlı sultanının hüzuruna göndərildiyi barədə Xanın bilgi sahibi olması. Çarın elçisinin sultanın yanından Kırım üzərindən geri dönüşü. Yolda ona məhəbbətnamə yarlığı aparan Tişi ağanın qoşulması. Moskvaya göndərilmiş elçi Mühəmməd ağanın kifayət qədər vaxt keçməsinə rəğmən hələ də geri dönməmiş olması. Xanın çardan elçilərin ləngidilmədən geri yola salınmasını istəməsi.



Yarlığın orijinal mətni:

Hu.

Adil Gəray Xan bin Dövlət Gəray Sultan.

Sözümiz.

Tañrı Təbarək və Təalaniñ rəhmi və inayəti milən Uluğ Orda və Uluğ Yurtnıñ və Dəşt-i Qıpçaqnıñ və Təxt-ı Qırımnıñ və sansız köb Tatarnıñ və sağışsız köb Noğaynıñ və Tağ ara Çərkəsniñ və Tat bilə Tavgaçniñ uluğ padişahı bolğan min uluğ Adil Gəray Xan damə dövlətühu və nüsrətühu əli yövmül-Mizan həzrətlərindin qardaşımız uluğ padişah, Xan, həm uluğ biy Aleksay Mixaylaviç, barça Urusnıñ pənahı və köb məmləkətlərniñ də bolsa, padişahı və hükümdarığa köpdin köp səlam etüb, tatuvlıq milən xətriñüz sorğanımızdın soñra ilam və inhay Xanı budır ki, mundın əvəl səadətlü və əzəmətlü padişah, ruy-i zəmin həzrətləriniñ uluğ işiklərinə yaqın sipahiləriñüzdin elçi yibərgən ikənsiz anlar, taqı elçiñüzni tərəfimiz yibərməgin qullarımızdan yanına Tişi ağa qulumızı qoşub ve mühəbbətnamə həttimız yazub irsal eyləmişiz. Mundan əvəl elçilik xidməti milən irsal qılınğan Mühəmməd ağa qulumızğa köb zaman mürur eylədi, kəlmədi. İmdi ol elçimizni və halə yibərilgən qulumıznı əgləndirməy yollayub, cibərgəy irdiñüz. Barğan elçini cibərməy toxtatub turmaq oxşavsız qılıqdır.

Yazıldı taxtgâhımız Bağçasarayında, biñ yetmiş yedinçi tarixində, Ramazan-i Şərifiñ on beşində.

Adil Gəray Xan bin Dövlət Gəray Sultan.

Bi-məqam Bağçasaray əl-məhrusə (Документы Крымского Ханства.., 2017, s. 233).

Adil Gəray Xanın Polşa kralı Yan Kazimirə göndərdiyi 1667-ci il tarixli yarlıq Hüseyn Fеуzxanovun arxivində “№ 202” şifrəsi altında qeyd edilib. Bu onun elmə məlum üçüncü yarlığıdır.



Yarlığın qısa məzmunu:

Kraldan məktub gətirən elçi Karvaveskinin Kırıma gəlişi. Kralın xanı əhdə vəfa etməməkdə günühlandırması. Xanın bunu inkar etməsi və əks suçlama ilə çıxış etməsi. Onun xəbəri olmadan Polşa elçilərinin sülh bağlamaq məqsədilə Moskvaya göndərilməyəcəyi barədə xanın qarşısında içilmiş and. Kralın Moskvaya xanın xəbəri olmadan üç komissar göndərməsi və sülh andlaşması imzalaması.

Moskvadan Kırıma dəfələrlə elçi göndərilərək xəzinənin ödənəcəyi vədi ilə sülh sazişinin istənməsi. Xanın çarı kralla aralarında olan dostluq barədə xəbərdar etməsi. Xanın çardan İsmolinski başda olmaqla bir neçə qalanı Polşaya qaytarmasını və Barabaşın işlərinə qarışmamasını tələb etməsi. Tatar elçilərinin Moskvada yubadılması.

Kralın tatarların müttəfiqi olan kazaklara ziyan verməyəcəyi barədə vədi. Kazakların xana kralın təzyiqləri barədə şikayəti. Kazaklara pis münasibətin Polşanın xeyrinə olmaması. Mühəmməd Gəray Xanın hakimiyyətinin başlarında Akkermana kralın iki elçisinin gəlişi. Adil Gəray Xanın taxta keçdiyi dövrdə isə kralın elçilər göndərməməsi.

Nurəddinin Polşa kralı ilə dostluq naminə Barabaş kazaklarının üzərnə yürüşə çıxması. Xanın nurəddinə kralla dostluq barədə öyüdü-nəsihəti. Nurəddinin Barabaşdan geri dönüşü. Nurəddinin Ağ Kilsə yanında alman rəisinə elçi göndərməsi. Həmin rəisdən cavab gəlməməsi. Nurəddinin qapıçı başını elçi qismində məktubla krala, getmana və Maxavskiyə göndərməsi. Nurəddinin 3-4 ay kazak torpaqlarında qalışı. Qapıçı başı və cavabdan bir xəbər olmaması. Polşa əsfərlərinin Tatar ordusundan üç dəfə dilmanc ələ keçirməsi.

Maxavskinin məğlubiyyəti və dilmancların geri, tatarların ordugahına qayıdışı. Kralın getmana göndərdiyi elçilər və onlarda xana və ya nurəddinə ünvanlanmış məktubun olmaması. Maxavskinin Tatar ordusunu mühasirəyə almaq cəhdi və kral qoşunlarının darmadağın edilməsi. Keçmiş zamanlarda İsveç və Erdel (Transilvaniya), eləcə də Şeremetin başçılıq etdiyi Moskva qoşunlarının Polşa üzərinə hücumu zamanı krala edilən yardımların xan tərəfindən xatırladılması. Dostluğun davam edəcəyi təqdirdə gələcəkdə də krala kömək ediləcəyi barədə xanın vədi. Kralın xandan əsirlərin azad edilməsi barədə xahişi və xanın bu məsələni nəzərdən keçirəcəyi ilə bağlı vədi.



Kralın Baxçasaraya göndərilmiş elçisinin, eləcə də xanın Polşaya göndərilmiş olan elçisi Əhməd ağanın geri qayıtmaları. Prşkəşlərin vaxtı-vaxtında göndərilməsi barədə xanın şərti. Dostluq andlaşmasının yenilənməsi. Kobelskinin xidmətləri və ona olan xüsusi münasibət.

Yarlığın orijinal mətni:

Hu.

Adil Gəray Xan bin Dövlət Gəray Sultan.

Sözümiz.

Həmd-ü firavan və şükr bi payan ol Xaliq biçün və Rezzaq Rabbi məskun Cəllə Şanə və Təala və Ammə Nəvalühu və Təvali həzrətlərinə olsun!

Taqı salavat bihədd və tahiyyət biədd ol məfahir-i mövcüdat və sərvər-i kainat xatəmül-ənbiya şəfi ruz-i cəza ani həzrət-i Mühəmmədül-Mustafa səlliAllahu əleyhi və səllim üzərinə olsun və Al-i övlad və ashab-i güzin Rıdvanullahi Təala əleyhim ecmain üzərinə olsun!

Uluğ Orda və Uluğ Yurtnıñ və Deşt-i Qıpçaq və Taxt-i Qırımnıñ və sansız köp Tatar və sağışsız Noğaynıñ uluğ padişahı, alihəzrət məali-rütubət Xurşid-i tələt ütarid-i fətanət Adil Gəray Xan ədəm-Allahu Təala əyyam dövlətühu həzrətlərindin Uluğ Urusnıñ və Purusnıñ və Litvanıñ və Mazavsqanıñ və Jemutnıñ və İflənsqanıñ və Kiyevsqanıñ və Polınsqanıñ və Fodolsqanıñ və İsmolinsqanıñ və Çerniqavnıñ və Şidevsqanıñ və Ğusqanıñ və Vildansqanıñ və köb xristiyannıñ uluğ padişahı bolğan dördünçi qıral Yan Qazimir qardaşımız, Lih qıralı damə müsəlahata əli yövmüs-Sual həzrətlərinə mühəbbətlik ilə səlam idüb, halıñız sorğanımızdın soñra ilam yarlığ-i şərif Xani budur ki, Qarvaveski nam elçi ilə tərəf-i səadətimə köndərdigiñiz məktub varid olub, məzmunı fil-cümlə məlum-i şahanəmiz olmuşdır.

qz-i əhd eylədiñüz deyü, ilam olunmış haşa tərəf-i şərifimizdən sülhə müğayir bir vəzi sadır ola degildir. Hər nə oldıysə sizüñ tərəfiñizdən olmuşdır. Əvvəla Mühəmməd Gəray Xan ağaçamız əsrində hər nə vaqıtıña Masqva elçi köndərüb barışmaq iqtiza idərsə, Qırıma bildirməyinçə köndərməməyə əhd olunmış, halə Masqva üç qomsar köndərüb, sülh olmuşsız, bu canibə əsla bildirmədiñüz.

Bilürsiz ki, Masqva Qırıma qaç dəfə elçi köndərüb, “xəzinəñizi virəlim, bizimlə barışıñ deyü, rica eylədikdə “Lih qıralı bizim dost və qardaşımızdır, Lihdən aldığıñ İsmalinski və sair qalaların vir və Barabaşa əlaqə eyləmə” deyü, dava idüb elçilərin habs eylemişlərdir. Böylə ikən şimdi siz Qırıma bildirməyüb Masqva ile barışmaq insafmıdır və bir dəxi gerçi Özi Qazağı rəayañızdır, bizə dostluq eylədügi səbəb ilə rəncidə olunmamaq üzrə yəmin olunmış ikən şol mərtəbə çinətdirmiş tükənməyə az qalmış Qazaqdan fəryâd daim kelürdi. “Lih dostumızdır deyü, ağmaz olunurdı. Biz Qazağı açıdığımız yenə siz dostumız içündir. Bizə rəaya olub qalaçaq degildir. Canı acındıqdan soñra bir ğeyri yerə gidər deyü, həvf olunur.

Üçünçi cəvabımız bu ki, Mühəmməd Gəray Xan ağaçamız Xan olub, kəlürkən iki elçiñüz Aqkermana qarşu kəlmiş, bi fərman Xuda biz dəxi Xan olub, baba Yurduna kəlüb, taxta cülus eylədigimizdə kəndümiz elçi köndərməyinçə tərəfiñizdən elçi kəlmədi. Böylə dostluq olurmı?

Bunlardan məada Nurəddin Sultan qardaşımızı əskərimiz ilə atlandırub, Qazaq üzərinə varub “Lehlü dostumızdır və qıral qardaşımızdır, sələfimiz dostluqlarında ola kəlmişdir, sən dəxi dostlarına dostluq və düşmanlarına düşmanlık eylə” deyü tənbih olunmışdı. Sultan qardaşımız varub bizim və siziñ düşmanımız olan Barabaşa urub döndüklərində Piyala Serkvada olan Nemsə başına adam köndərmişlər, dostluğa layiq bir cəvab virmemiş, badə siz qardaşımıza və hatmana və Maxavskiyə məktublər yazub, qapuçı başısın köndərmiş, andan soñra Qazaq üzerində üç-dört ay durmuş, nə qapuçı başısın köndərmişsiz ve nə cəvab kəlmiş, Qazaq üzerinə təyin eylədigiñiz əskər üç yerdən yürüb bizim əskərimizdən üç dəfə dil aldırmışlar. Zahir dostluğa kələn dostdan dil aldırmaz. Maxavskiy bozulduqda dil aldırdığı Tatarlar dəmirlə yenə əskərimizə düşmüşdir. Nurəddin Sultan qardaşımız Qazaq içində dururkən hatmana elçiləriñüz kəlüb, Sultana bir məktub könderməmişsiz. Maxavskiy əskərimizi basmaya kəlürkən bər alub qarşu çıqdıqlarında əzim cənk olub, əskəriñüz bozulmış, zəhra cənk olduqda, əlbəttə, bir canibi ğalib olmaq müqərrardır.

Bir miqdar məmləkətiñiz ğarət olunmış, əskər halıdır, bu məqulə iş ola kəlmişdir. Bundan ötüri dostluq bozulmaq lazım kəlməz. Qırım siziñ az dostluğıñızda bulunmış degildir. Əşvəd üzəriñüzə yürdükdə və Erdel qıralı vardıqda və Masqva taburı ilə Şeremet yürdükdə bunlardan məadə niçə yerlərdə imdadıñuzda bulunmışdır. Əgər dostluq muradıñız olunursa, İnşəAllahu Təala, niçə dostluqlar dəxi müşahədə olunur. Düşən əsiri girüyə virməmizi rica eylemişsiz, ola kəlmiş degildir. Lakin zayi olmuş dostluq olursa, bir halı körilür.

Özi Qazağı rəncidə itdirməməñüz məmul olunur. Əskər köndərüb, üzərlərinə cinəbətdirməñüz layiq degildir. Siziñ və bizim düşmanımız olduqda məan bulunur. Müqəddəm Dər-i Dövlət-Mədarımıza irsal eylədigiñiz elçiñüz ilə qullarımızdan Əhməd ağa köndərilmişdir. Bu cəvablarımız qəbul olunub, virə geldigiñiz pişkəşiñiz vaqıt və zamanı ilə bəhr sənə virilürsə, İnşəAllahu Təala, əvvəlkidən ziyadə dostluq və qardaşlıq mühkəm olması müqərrardır. Nə dostluqlarda bulunurız. Dostluq muradıñuz olub, adamıñuz kəlürsə təcdid əhd olunub ömür axırğaçə qardaşlıq mühəqqəqdir.

Yazıldı taxtgahımız Bağçasarayında, biñ yetmiş yedi sənəsi, Şəvvəlniñ on yedisində.

nim qarındaşım əgri uyanı ilə dostluğa binaən bir at irsal olunmışdır. Məzur tutub, adamımızı əgndirməyüb köndərəsiz. Bənim dostum, qardaşım Kobelski bir aqlı başında və xidmətə layiq quluñızdır, yurt xidmətinə istihdam olunmaya yarar yigitdir. Xətrimiz içün bir xoş körüb, üzərindən nəzəriñüz diriğ olunmaya haz məvfur olunur.

Baqı əd-dua ali min etba əl-Xuday.

Adil Gəray Xan bin Dövlət Gəray Sultan (Документы Крымского Ханства.., 2017, s. 234-236).

Adil Gəray Xanın Rusiya, Prusiya, Polşa və Litva kralına göndərdiyi 1667-ci il tarixli yarlıq Hüseyn Fеуzxanovun arxivində “№ 205” şifrəsi altında qeyd edilib. Bu onun elmə məlum dördüncü yarlığıdır.



Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin